Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1610/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və üçüncü şəxs AR ƏƏSMN DƏMX 8 saylı Region üzrə X3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Ələmdar Quliyev adına Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(051)-332/2020 nömrəli qətnaməsindən cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoru X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(051)-332/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia təmin olunmuş, Cavabdeh direktorunun 166 №li 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Ələmdar Quliyev adına Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, X5 Texnikomunun Elektrik stansiyaları Şəbəkələri və sistemləri ixtisası üzrə həmin texnikomun məzunudur. 20.10.1984-cü il tarixdən Cavabdehnə istehsalat təlimçisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə əmək vəzifələrini layiqincə yerinə yetirmiş, müəssisə daxili nizam-intizam qaydalarına əməl etmişdir. 31.10.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 04.09.2001-ci ildən yenidən həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmişdir. 17.09.2018-ci il tarixdə 19.09.2018-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmaya görə 17.09.2019-cu il tarixdən onunla məktəbin direktoru arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. O, əmək müqaviləsinin yuxarıda qeyd edilən müddətdə bağlanılmasına etiraz etmişdir. Məktəbin direktoru bildirmişdir ki, «bu o demək deyildir ki, siz işdən azad olunursunuz, yenidən sizinlə müqavilə bağlanacaqdır». 17.09.2019-cu il tarixədək o, əmək vəzifələrini yerinə yetirmiş, iş vaxtının sonunadək işdə olmuşdur. İş gününün sonunda məktəbin direktoru onun işdən azad olunduğunu bildirmiş və ona 16.12.2019-cu il tarixli 166 nömrəli əmr təqdim etmişdir. O, isə bu əmrə iradını bildirmiş və onunla yenidən müqavilə bağlanmasını tələb etmişdir. Lakin, məktəbin direktoru imtina etmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Hesab edir ki, məktəbin direktorunun onunla qərəzli münasibətinin səbəbi onun məktəbin direktorundan Əmək Müfəttişliyinə şikayət etməsi olmuşdur. Belə ki, 2018-ci ilin yay məzuniyyət pulunu məktəbin direktoru vermədiyi üçün ondan digər işçi Gülüstan Kərimova ilə birlikdə şikayət etmişlər. Sonradan qeyd edilən pulu almışdır. Əmək Müfətişliyi tərəfindən İ.İlyasov inzibati qaydada tənbeh edilmişdir. Qeyd edir ki, o, ailədə yeganə qazanc gətirəndir. Himayəsində ağır şəkər xəstəsi olan arvadı vardır. O, işdən çıxarılması barədə əmri qanunsuz və əsassız olmaqla yanaşı, eyni zamanda ədalətsizlik kimi hesab edir. Odur ki, iddianın təmin olunmasını, Cavabdeh direktorunun 166 № li, 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun müddətli əmək müqaviləsi ilə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Vəkil da əmr qanunsuz olduğuna görə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Ə.Quliyev adına Cavabdeh direktoru X9 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 17 sentyabr 2018-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. İşin daimi xarakterə malik olması qabaqcadan bəlli olmaması halı nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçı ilə 17 sentyabr 2018-ci ildə bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqaviləsinin müddəti bitdiyinə görə iddiaçı ilə 16.12.2019-cu il tarixli 166 №li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdehin vəkili X10 da iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs baş əmək müfəttişi X7 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı və X4 Ə.Quliyev adına Cavabdehndə əmək hüquqlarının pozulması barədə X6 müraciət etmişlər. Müəssisənin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, 13.07.2018-ci il tarixli 43 nömrəli əmrləİddiaçı və G.Kərimovaya 2017-2018-ci iş ili üzrə əmək məzuniyyəti verilmiş, lakin işə götürən müəssisənin büdcəsində vəsaitinin olmadığı səbəbindən məzuniyyət haqqlarını və 22.08.2018-ci il tarixdən 15.09.2018-ci il tarixədək olan iş günlərinə görəəmək haqqlarınıödəməmişdir. İddiaçı işçilərin əmək və məzuniyyət haqqlarınıödəməməklə qanun pozuntularına yol vermiş və bununla əlaqədar İlham İlyasoı AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoru X9 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli 2(107)- 1280/2020 nömrəli qətnaməsi ilə cavabdeh Ələmdar Quliyev adına Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tаrixli, 2(051)-332/2020 saylı qətnаməsi ləğv edilmiş. yeni qətnamə qəbul edilmiş, Cavabdeh direktorunun 166 №li 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 may 2021-ci il tarixli 2(102)-3097/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)- 1280/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoru X9 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İş materiallarından eləcə də məhkəmə qətnaməsinin təsviri hissəsindən da görünür ki, İddiaçı 20.10.1984-cü ildən Cavabdehndə istehsalat təlimçisi kimi işə başlamış, 31.10.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 04.09.2001-ci ildə həmin məktəbdə İ istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş və 17.09.2018-ci il tarixə kimi müddətsiz əmək müqaviləsi üzrə çalışmışdır. Onun 17.09.2018-ci il tarixli ərizəsinə əsasən işdən azad edilmiş və həmin tarixdən bir illik müddətinə müddətli əmək müqaviləsi bağlamaqla təkrar işləməyə başlamışdır. Bu müddət bitdikdən sonra müddətli müqavilənin müddəti 3 aya uzadılmış və bu müddət qurtardıqdan sonra Cavabdeh 16.12.2019-eu il tarixli 166 saylı əmri ilə onun əmək münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə istinad etməklə Cavabdeh 16.12.2019-cu il tarixli 166 saylı əmrinin qanunsuz olması qənaətinə gələrək iddianı təmin edir. Diqqət yetirin məhkəmə qətnamədə qənaətini əsaslandırarkən maddi normanın köhnə redaksiyada olan mətninə istinad edir və qeyd edir ki, müddətli əmək müqaviləsi 5 ilədək müddətə bağlana bilər. Məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 45.1-ci maddəsinin mətni 31.05.2017- ci il tarixli 675 saylı Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmişdir. Həmin maddənin birinci hissəsi yeni redaksiyada aşağıdakı kimi verilmişdir: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddənin mətni əsas götürüldükdə və iddiaçının cavabdehlə qarşılıqlı razılığı nəzərə alınsa idi məlikəmə yanlışlığa yol verməzdi və nəticədə qanunsuz qətnamə qəbul etməzdi. Məhkəmə ƏM-nin 45.1-ci və 47- ci maddəsinin tələblərini yanlış təfsir etməklə Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozmuş, yəni iddiaçının tələblərini daha üstün tutaraq hüquqi tarazlığı pozmuşdur. Tərəflərin ƏM-nin 47-ci maddənin f bəndində nəzərdə tutulan tərəflərin hüquqi bərabərliyi prinsiplərinə əməl etməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlaması əsasını məhkəmə nəzərə almamışdır. İş materiallarından da görünür ki, iddiaçı cavabdehlə razılaşaraq 18.09. 2019- cu ildə müddətli əmək müqaviləsi bağlamış və ondan sonra bir il müddətində məktəbdə çalışmış və qarşı tərəfə heç bir etiraz bildirməmişdir. Göründüyü kimi müddətli müqavilənin müddəti bitdikdən sonra iddiaçıda narazılıq yaranmış və iddia ilə məhkəməyə müraciət etmişdir. Onun müddətli əmək müqaviləsinin bağlanmasına məcbur edilməsi, ona təzyiq və təhsir göstəriməsinə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində İddiaçı Cavabdehndə istehsalat ustası işinə bərpa olunmasını qət edir. Bununlada məhkəmə tərəflər arasında qeyri müəyyənlik yaradır. Beləki, iddiaçı işə bərpa olunursa onun müddətli və ya müddətsiz işləməsi konkret göstərilməlidir. İddiaçı işə müddətsiz bərpa edilirsə, məhkəmə bu halda əmək mülki və mülki prosessual qanunvericiliyin tələblərini pozmuş olur. Müddətsiz əmək müqaviləsinə 17.09.2018-ci il rarixdə (iddiaçının ərizəsi əsasında) xitam verilmiş və bu haldan iddiaçı şikayət etməmiş və şikayət etmə müddəti buraxılmışdır. Məhkəmə qətnaməsində bu hala hüquqi qiymət verilməmişdir. Digər tərəfdən ƏM-nin 42.1-ci maddəsinin tələblərin görə Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericinin bu yanaşmasını nəzər alsaq məhkəmə əmək qanunvericiliyin ümumi prinsiplərinə və tələblərinə əməl etmir və öz qənaətini mülahizə yürütməklə əsaslandırır. Bu isə MPM-nin 217- 220-ci maddələrin tələblərinin pozulması ilə nəticələnir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(051)- 332/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(051)-332/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs AR ƏƏSMN DƏMX 8 saylı Region üzrə X3 nümayəndəsi X2 izahat verərək iş üzrə qanuni qərar qəbul edilməklə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Ələmdar Quliyev adına Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 may 2021-ci il tarixli 2(102)-3097/2021 nömrəli qərarındakı göstərişlərini təmin edərək hesab edir ki, cavabdeh Ələmdar Quliyev adına Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(051)- 332/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Peşə məktəbi ilə İddiaçı arasında bağlanmış 12 №li əmək müqaviləsindən görünür ki, Əliyev X8 Quliyev adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlıəmək müqaviləsi 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə 1 (bir) il müddətinə, 17 sentyabr 2018-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixədək müddətinə bağlanmışdır. İşə əlavə olunmuş Ələmdar Quliyev adına Cavabdeh üzrə 166 №li 16 dekabr 2019cu il tarxili əmrdən görünür ki, məktəbin istehsalat təlimi ustası İddiaçı ilə bağlanmış əməmk müqaviləsinə 17.12. 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 45.1, 47, 294 və 297-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarıöz səlahiyyətləri çərçivəsində; qanununverciliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işə götürənlərin hüquqlarının pozulmasının qarçısının alınmasını, işçilərin və işəgötürünlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları pronsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin edilməlidilər. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilməklə (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək Məcəlləsnin 47-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işəçıxmaması iləəlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmirtikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrəəmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı texnikumu bitirdikdən sonra 1984-cü ilin oktyabr ayında Cavabdehndə istehsalat təlim ustası işinə təyin edilmişdi. 2018-ci ilin sentyabr ayına kimi həmin məktəbdə işləmişdir. 2018-ci ilin sentyabr ayında, onunla müddətli, 1 il müddətinə əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti qurtaran kimi, 16 dekabr 2019-cu ildə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı öz tələbini eyni məktəbdə 29 il işlədikdən sonra onun müddətli əmək müqaviləsinə inza etməsinə məcbur edilməsi ilə, cavabdeh isə etirazını işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmaması səbəbindən iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması və əmək müqaviləsinin müddətinin qurtarması ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvercilikdə müddətli əmək müqaviləsi bağlanmasıüçün cavabdehin əsaslandığı “işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmadığı hal” nəzərdə tutulmamışdır. İddiaçı həmin məktəbdə, həmin işdə 29 il işləmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin daimi xarakter daşınması barədə cavabdehin sözləri əsassızdır. 29 il əmək fəaliyyətindən sonra eyni iş yerində iddiaçı ilə müddətli; həm də 3 ay sınaq müddəti müəyyən edilməklə, əmək müqaviləsi bağlanması onun hüquqlarının pozulmasıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsi qanunsuz olaraq müddətli bağlanmışdır. Odur ki, həmin müqavilərdə göstərilmiş müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi də qeyriqanunidir. Ona görə iddia təmin olunmalı, Ələmdar Quliyev adına Cavabdeh direktorunun 166 №li 16 dekabr 2019cu il tarixli əmri ləğv olunmalı, iddiaçı müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası işinə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 may 2021-ci il tarixli 2(102)-3097/2021 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı uzun müddət ərzində cavabdeh təşkilatla müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, sonradan 17 sentyabr 2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək, aralarında yeni müddətli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış sonuncu müqavilənin müddətli olmasına Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə və 47-ci maddəsinin f) bəndinin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ilkin müqavilənin müddətsiz olduğu və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu halda, həmin müqavilənin ləğv edilərək, müddətli əmək müqaviləsi ilə əvəz olunmasının tərəflərin hüquq bərabərliyi prinsipinə, o cümlədən iddiaçının həqiqi iradə ifadəsinə uyğunluğu məsələsi nəzərə alınmalıdır. İddiaçı iddiasında müddətsiz əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni məhz işəgötürən təşkilatın direktorunun təkidi ilə imzalamasını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Ələmdar Quliyev adına Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(051)- 332/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoru X9 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(051)-332/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1610/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1610/2021
15.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver