Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1614/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi X10 iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2 (075)-972/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 08 iyun 2021-ci il tarixli, 2 (075)- 972/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Mahmud Əliyev küçəsi dalan 5, ev 2, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(075)-972/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla həmin evdə yaşayır. Həmin fərdi yaşayış evi onun anası X9 mülkiyyətində olmuşdur. Anası 27 iyul 2013-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evi X9 nəvələri, yəni onun uşaqları olan X11 və hazırki iş üzrə Cavabdeh adlarına qeydiyyata alınmışdır. Bununla bağlı onun da razılığı alınmışdır. X2 öz payını Cavabdeh bağışlamış və hazırda qeyd edilən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. O, anadan olduğu gündən bu günədək həmin evdə yaşayır. Hətta, həmin evdə onun atası da yaşayır və atasına özü qulluq edir. Lakin, Cavabdeh onun həmin evdə yaşamasına imkan vermir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin həmin qətnaməsini qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, qətnamə qəbul edilərkən işin hallan tam və ətraflı araşdırılmamış, işin hallan obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalan düzgün tətbiq edilmədən əsassız qətnamə qəbul edilmişdir. Hesab edir ki, sözügedən qətnamə apellyasiya instansiyasında ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun atası olmasına baxmayaraq, daim evdə münaqişə, səs-küy yaradır. İddiaçının bu hərəkətlərinə tab gətirməyən həyat yoldaşı və uşaqları evdən çıxıb getmişlər. Qeyd olunan mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı neçə ildir ki, 3-cü arvadı ilə birlikdə özlərinə məxsus olan evdə yaşayırlar. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının Şəki şəhərində özünə məxsus yaşayış evi olduğundan ailəsi ilə birlikdə həmin evdə yaşayır. Göründüyü kimi iddiaçının başqa yerdə yaşayış yeri olduğundan, hazırki mənzilə olan ehtiyacı aradan qalxmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil onun ata-baba yurdudur. Başqa yerdə evinin olubolmamasının buna heç bir aidiyyəti yoxdur. Cavabdeh onun oğlu olmasına baxmayaraq bi övlad kimi ona qarşı pis münasibət bəsləyir, onu döyür, təhqir edir. Atası yaşlı adamdır və hazırda mübahisəli evdə yaşayır. Hazırda atasına da qulluq lazımdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh qətnamənin yalnız təmin olunmuş hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və mülki işin materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-972/2021 saylı qətnaməsi qismən –yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 29 sentyabr 1987-ci il tarixdə verilmiş Qeydəalma Vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X9 mülkiyyətində olmuşdur. 27 iyul 2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 06 noyabr 2012-ci il tarixdə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 5nında qeydiyyatda olan Cavabdeh və ünvan 5nında qeydiyyatda olan X11 olmaqla, miras əmlakdan bərabər paylarda (hər birinə 1/2 pay) almalıdırlar. Şəhadətnamədə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. DƏDRX-nin Şəki ərazi İdarəsi tərəfindən 20 avqust 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissə Cavabdeh, 1/2 hissə X7 paylı mülkiyyətindədir. X11 ilə Cavabdeh arasında 24 oktyabr 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X11 DƏDRX-nin Şəki ərazi İdarəsi tərəfindən 20 avqust 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olan 1/2 hissəsini Cavabdeh bağışlamışdır. DƏDRX-nin Şəki ərazi İdarəsi tərəfindən 24 oktyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0,123 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Cavabdeh ilə X11 və X6 arasında 25 oktyabr 2018-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh DƏDRX-nin Şəki ərazi İdarəsi tərəfindən 24 oktyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,123 hektar torpaq sahəsində 441 kvadrat metr hissəsini X8 və X1. DƏDRX-nin Şəki ərazi İdarəsi tərəfindən 15 noyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0,0789 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında 26 aprel 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə olunmuş DƏDRx-nin 05.10.2021-ci il tarixli məktubundan görünür ki, X4 adına ünvan 7 ünvanda fərdi yaşayış evi Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Təqdim olunmuş alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri, 20 yanvar küçəsi, dalan 3,ev 2A ünvanda yerləşən fərdi yaşayış evi 24.10.2014-cü il tarixdə əldə olunmuşdur. AZ-İ 169765 seriya nömrəli nikah haqqında əhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 nikahı 01.09.2005-ci il tarixdə rəsmiləşdirilmiş, nikahdan sonra arvada Hümmətova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin (iddianın təmin olunmuş hissəsində” ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında işin faktiki hallarından müəyyən edildi ki, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı cavabdehin atası olmaqla, sonradan ailə qurmuş və yeni ailəsi ilə birlikdə neçə vaxtdır ki, mübahisəli mənzildə deyil, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmasına baxmayaraq, İddiaçı ilə onun hazırki arvadı X5 birgə nikah dövründə alqı-satqı yolu ilə əldə olunmuşdur. Buradan belə məntiqi nəticəyə gəlinir ki, iddiaçının artıq həmin evin ½ hissəsinə mülkiyyət hüququ yaranmışdır. Kollegiya qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ciaddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Kollegiya üeyd edir ki, bu xarakterli mübahisələrə baxılarkən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Hazırki işin faktiki halından göründüy kimi iddiaçı artıq başqa yaşayış evində yaşayış sahəsinə olan ehtiyacını təmin etmək iqtidarında olduğu halda, cavabdehin (mülkiyyətçinin) evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. Kollegiyanın qənaətinə görə iddiaçı üçün bu əsaslar aradan qalxdığı üçün mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurətinin aradan qalxamsının mövcudluğuna baxmayaraq, birinci instansiya məhkəməsi mülkiyyətçinin və digər mənzil sakinlərinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən, yəni mübahisəli mənzilə iddiaçının istifadə hüququnu tanımaqla, köçürmə hissəsində isə təmin etməməklə biri digərini tamamlamayan və əsaslandırılamamış məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən “iddianın təmin olunmuş” hissəsində ləğv edilməli, həmi hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2 (075)-972/2021 nömrəli qətnaməsi qismən, yəni mübahisələndirilən “İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Mahmud Əliyev küçəsi dalan 5, ev 2, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1614/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1614/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver