Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1617/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1, Cavabdeh katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia təmin edilərək, Cavabdeh 520 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı MMC-nə verilməsi qət edilmişdir. işin halları: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 520 ABŞ dolları məbləğdə borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx xxxxx 2020-ci il tarixdə daxil olmuş və cavadehə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh verilmiş tələbə heç bir münasibət bildirməmişdir. Buna görə məhkəmə Azərbaycan respublikasının MPM-nin 284-5.3cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin, İddiaçı MMC cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bugünə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər-hansı çətinlik yaratmamışdır. xx xxxx 2020-ci il tarixli Turkish Airlines şirkəti tərəfindən verilmiş arayışdan da görünür ki, həqiqətən də Cavabdeh xx xxxxx 2017-ci il tarixdə Bakı İstanbul marşurut xətti üzrə səyhət etmişdir. Lakin, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Buna görə də, Cavabdeh 520 ABŞ dolları məbləğdə borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş “Turkish Airlines” in xx xxxx 2020-ci il tarixli 1021 saylı məktubundan görünür ki, Cavabdeh xx xxxxx 2017-ci il tarixdə Bakı İstanbul marşurutu üzrə səyahət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, apelyasiya şikayətini isə onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə tanış olan zaman müəyyən olunmuşdur ki, hakim 3 səhifədən ibarət olan qətnaməni əsaslandırarkən yalnız bir cümlə ilə kifayətlənmişdir: iddia ərizəsinə əlavə olunmuş “Turkish Airlines”in xx xxxx 2020-ci il tarixli 1021 saylı nəktubunundan görünür ki, Cavabdeh xx xxxxx 2017-ci il tarixdə Bakı-İstanbul marşurutu üzrə səyahət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, qeyd olunan dövrdə Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində mütəxəssis işləmişdir. Xaricdən idxal olunan Heyvanların yerində seçilməsi, gətirilməsi və satılması KTN-nin tabeliyində olan “xxxxxxxxxx” ASC vasitəsi ilə həyata keçirilmişdir. “xxxxxxxxxx” ASC-nin idarə heyyətinin sədri Elşən Məmmədov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanova ASC/2-1125 saylı, xx.xx.2017-ci il tarixli məktub ünvanlayaraq onun Avstrya Respublikasına ezam olunması ilə bağlı göstəriş verilməsini xahiş etmiş və həmin məktubda ezamiyyə xərclərinin “xxxxxxxxxxxxxxxxx” Şirkəti tərəfindən ödəniləcəyini bildirmişdir. Bununla bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov onun xx.xx.2017-ci il tarixdən 6 gün müddətinə Avstrya Respublikasına ezam olunmasıyla bağlı 57/EZ saylı, xx.xx.2017-ci tarixli əmr imzalamışdır. Həmin əmrdə də ezamiyyə xərclərinin “xxxxxxxxxxxxxxxxx” Şirkəti tərəfindən ödəniləcəyi qeyd edilmişdir. Bütün bunlar onu göstərir ki, İddiaçı MMC-yə bilet sifariş etmədiyi üçün onun həmin MMC qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Birinci instansiya məhkəməsi məhkəmə baxışında onun iştirakını təmin etmədiyi üçün qeyd olunan halları araşdırmayaraq qanunsuz, qeyri-obyektiv və birtərəfli qətnamə qəbul etmişdir. Yuxarıda qeyd edilənlər və hazırki şikayətə əlavə olunan sənədlərdən də aydın olur ki, qeyd olunan tarixdə dövlət sifarişi əsasında səfərdə olmuş və həmin səfərin xərclərinin ödənilməsi heyvanları göndərən şirkətə daha doğrusu “xxxxxxxxxx” ASC və “xxxxxxxxxxxxxxxxx” Şirkətinə həvalə edildiyindən iddiaçı “xxxxxxxxxxxxxxxxx” Şirkətinə və yaxud da ki, “xxxxxxxxxx”ASC-yə qarşı mövcud iddia tələbini irəli sürməli idi. Bu baxımdan iddiaçının iddia etdiyi və ya məhkəmənin qət etdiyi pulun ondan tutulması işin faktiki hallarına da uyğun olmayıb, heç bir əsasla düzgün deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndə iştirak etmədi. İddiaçı MMC apellyasiya şikayətinə yazılı etiraz verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)- 869/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsinə əlavə olunmuş “Turkish Airlines” in xx xxxx 2020-ci il tarixli 1021 saylı məktubundan görünür ki, Cavabdeh xx xxxxx 2017-ci il tarixdə Bakı-İstanbul marşurutu üzrə səyahət etmişdir. Birinci instansiya məhkəməsi də iddianı əsaslı hesab edərək Cavabdeh 520 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı MMC-nə verilməsi barədə yekun qərara gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinəəsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi iləödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Apelyasiya şikayətindən göründüyü kimi, Cavabdeh xx xxxxx 2017-ci il tarixdə Bakı-İstanbul marşurutu üzrə səyahət etdiyini qəbul etsə də, həmin səyahət ilə bağlı xərclərin ona aid olmadığını bildirərək mübahisələndirir. Lakin məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, cavabdeh onun adına olan biletdən istifadə etməklə, artıq İddiaçı MMC ilə arasında müqavilənin bağlandığını təsdiq etmiş olmuşdur ki, istifadə etdiyi biletə görə də, müəyyən edilmiş pul məbləği onun tərəfindən ödənilməlidir. Onun ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı işə götürən tərəfindən əmrdə göstərilən məsələ ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bu barədə reqres iddia qaldırmaqla öz pozulmuş hüququnu bərpa edə bilər. Məhkəməkolegiyası tərəflər arasında münasibətləri tənzimləyən maddi hüququ norması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsindən bəhs edən 567-ci maddəsində qeyd edilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırki işdə cavabdeh ona İddiaçı MMC tərəfindən ayrılmış bileti istifadə etməklə, əşyanı qəbul etmiş şəxs kimi əvəzində müəyyənləşdirilmiş pul məbləğini İddiaçı MMC-yə ödəməli olduğu halda verməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)- 869/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)-869/2020 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1617/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1617/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver