Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1626/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı Musayl qızının və etibarnamə üzrə nümayəndəsi Nümayəndə Musayıl oğlunun, Cavabdeh1 oğlunun iştirakları ilə, İddiaçı Musayl qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş ərazidən cavabdehlərin məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hаkim Malik Qarayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən Cavabdeh1 Qax rayon X6 xx xxxx 2002-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı Musayl qızına verilmiş 0.72 ha pay torpaq sahəsinin 0.40 ha hissəsindən məcburi qaydada çıxarılması, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət оlunmuşdur. işin hаllаrı : İddiaçı Musayl qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş özünün mülkiyyətində olan Qax rayon X6 xx xxxx 2002-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 0.72 ha pay torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı Musayl qızı məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Musayl qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda Rusiya Federasiyasında yaşayır. Onun Qax rayonu Oncallı kəndində və Qazmalar kəndində torpaq sahələri var. Ona Qax rayon X6 xx xxxx 2002-ci il tarixli 04 saylı qərarı ilə 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onun həmin torpaq sahəsini neçə vaxtdır ki, qaynı X5 istifadə etmişdir. Daha sonra 2015-ci il tarixdə qaynı öldükdən sonra o həmin torpaq sahəsi ilə maraqlanmışdır ki, istifadə etsin. Maraqlandıqda bilmişdir ki, qaynı qeyri-rəsmi həmin torpaq sahəsini həmkəndlilərinə satmışdır. Lakin onun bundan xəbəri olmamışdır. O bununla bağlı Cavabdeh1 və Cavabdeh2 dedikdə onlar qaynının həmin torpaq sahəsini satdığını bildirmişdir. Lakin ortalıqda heç bir alqı-satqı müqaviləsi yoxdur. Ona verilən Qazmalar kəndindəki fındıq altı torpaq sahəsindən 40 sot ərazini Cavabdeh1 zəbt edərək istifadə edir. Digər yerdə qalan 32 sot açıq torpaq sahəsini isə Qazmalar kənd sakini Cavabdeh2 zəbt etmişdir. Həmin pay torpaq sahəsi tam mülkiyyət hüququ ilə özünə məxsusdur. O hazırda həmin pay torpaq sahəsinə gedə bilmir. Bundan başqa o torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş özünün mülkiyyətində olan Qax rayon X6 xx xxxx 2002-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 0.72 ha pay torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Musayl qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsi iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 birinci instansiya məhkəməsi iclasında izahat verərək göstərdi ki, o iddiaçının torpaq sahəsini zəbt edib-etməməsini bilmir. Ekspertizanın rəyi ilə razıdır. İşə qanuni baxılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o heç kəsin torpaq sahəsini zəbt etməmişdir. İddiaçının iddia elədiyi torpaq sahəsini özü istifadə edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apelyasiya şikаyətinin dəlilləri : Cavabdeh1apelyasiya şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədəyeni qətnamə çıxarılmasını xаhiş etmişdir. O, apelyasiya şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qətnamə qəbul edilmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, mübahisə gedən torpaq sahəsini X1 2005-ci il tarixdə satın almış, həmin torpaq sahəsini abadlaşdırmışdır. Əraziyə fındıq kolu basdırmış və həmin ağaclar artıq bar verir. Ərazidə olan digər fındıq ağaclarına da tərəfindən qulluq edilərək bar verəcək həddə çatdırılıb. Ərazi tərəfindən kol-kosdan təmizlənmiş, peyin və kübrə verilərək münbitləşdirilmişdir. O, mübahisəli torpaq sahəsindən 15 ildən artıqdır ki, istifadə edir. İddiaçı da bunu bilmiş, heç vaxt da etirazını bildirməmişdir. Həmçinin bildirir ki, Qax Rayon Məhkəməsinin müvafiq qətnaməsində onun izahatı dəyişdirilmişdir. Belə ki, o, həm ekspert rəyinə etiraz etmiş, həm də məhkəmədə bildirmişdir ki, mübahisəli torpaq sahəsini pulla satın almış və heç kimə vermək fikri yoxdur. O, məhkəmədə ona qarşı qaldırılmış iddianı rədd edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən xüsusatlar Qax rayon Məhkəməsi tərəfindən araşdırılmamış və ümumiyyətlə bu faktlara hüquqi qiymət verilməmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında İddiaçı Musayl qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh bacısına məxsus torpaq sahəsini, bacısının qaynından götürüb istifadə etmişdir. O, həmin torpaq sahəsində hazırda 100-ə yaxın ağac olmadığını, cavabdeh torpağı istifadə götürdüyü vaxtda orada fındıq ağaclarının olduğunu, onun ora cəmi 10 ağac əkdəyini qeyd edib, məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, qeyd edilən mübahisəli torpaq sahəsi artıq 14 ildirki onun istifadəsindədir. Həmin torpağı o, iddiaçının qaynından alsa da, ancaq alqı-satqını rəsmləşdirməmişdir. Torpağı aldıqda orada ağaclar demək olar ki, yox səviyyəsində olmuş, yəni orada 1-2 ağac olmuş, orada çoxlu sayda fındıq ağacı əkərək onların sayını 100-ə çatdırmışdır. Ona görə də, sonda məhkəmə kollegiyasından Qax Rayon Məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsini xahiş etdi. hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İş materiallarında olan JN-1xx xxx 40313048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı Musayl qızına Qax rayon X6 xx xxxx 2002-ci il tarixli 04 saylı qərarı ilə 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Seriya AZE № 14763849 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Qax rayonu Qazmalar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəsis rəyindən görünür ki, JN-0107, KOD 40313048 nömrəli Dövlət Aktına əsasən İddiaçı Musayl qızına məxsus Qax rayonu Oncallı kəndində yerləşən 0.72 ha torpaq sahəsinin 107C cizgisində göstərilən 0.40 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir və həmin Dövlət Aktının 107 cizgisində göstərilən 0.32 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Həmin ərazilərin naturada istifadə qaydası və Kompleks yerquruluşu layıhəsındəkı cizgiləri tərtib edilmiş sxem 1 və sxem 2-də göstərilmişdir. JN-01xx xxx 40313048 nömrəli Dövlət Aktında göstərilən 0.72 ha torpaq sahəsinin 107C cizgisində göstərilən 0.40 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur və həmin Dövlət Aktının 107 cizgisində göstərilən 0.32 ha torpaq sahəsinin kim tərəfindən istifadə edildiyinin müəyyən edilməsi idarənin səlahiyyətləri xaricindədir. Həmin ərazidə vətəndaşların istifadə etdikləri torpaq sahələri Kompleks yerquruluşu layihələrində və vətəndaşlara verilən Dövlət Aktlarının cizgilərində göstərilən ölçülərə uyğun deyil, həmin ərazinin naturada istifadə qaydası tam fərqli ölçülərə uyğun istifadə edilir. Qeyd: Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin, tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/91 Ⅶ-li qərarında göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin JN-0107, KOD 40313048 nömrəli Dövlət Aktına əsasən İddiaçı Musayl qızına məxsus Qax rayonu Oncallı kəndində yerləşən 0.72 ha torpaq sahəsinin 107C cizgisində göstərilən 0.40 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir və həmin Dövlət Aktının 107 cizgisində göstərilən 0.32 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Həmin ərazilərin naturada istifadə qaydası və Kompleks yerquruluşu layıhəsındəkı cizgiləri tərtib edilmiş sxem 1 və sxem 2-də göstərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəsis rəyindən göstərilmişdir ki, JN-0107, KOD 40313048 nömrəli Dövlət Aktında göstərilən 0.72 ha torpaq sahəsinin 107C cizgisində göstərilən 0.40 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir və həmin Dövlət Aktının 107 cizgisində göstərilən 0.32 ha hissəsinin kim tərəfindən istifadə edildiyi idarəmizin səlahiyyətləri xaricindədir. Həmin vətəndaşların istifadə etdikləri torpaq sahələri Kompleks Yerqurluşu layihələrində və vətəndaşlara verilən Dövlət Akrtlarının cizgilərində götərilən ölçüləerə uyğun deyil, həmin ərazinin naturada istifadə qaydası tam fərqli ölçülərə uyğun istifadə edilir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh1 münаsibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı Musayl qızına Qax rayon X6 xx xxxx 2002-ci il tarixli 04 saylı qərarı ilə 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəfindən hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi qarşısında qoyulmuş sualları cavablandıraraq mütəxəsis rəyi vermişdir. Həmin rəydə JN-0107, KOD 40313048 nömrəli Dövlət Aktına əsasən İddiaçı Musayl qızına məxsus Qax rayonu Oncallı kəndində yerləşən 0.72 ha torpaq sahəsinin 107C cizgisində göstərilən 0.40 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edildiyi və həmin Dövlət Aktının 107 cizgisində göstərilən 0.32 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilmədiyi göstərilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X2” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X9 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisə gedən torpaq sahəsini X1 2005-ci il tarixdə satın almış, həmin torpaq sahəsini abadlaşdırmışdır. Əraziyə fındıq kolu basdırmış və həmin ağaclar artıq bar verir. Ərazidə olan digər fındıq ağaclarına da tərəfindən qulluq edilərək bar verəcək həddə çatdırılıb. Ərazi tərəfindən kolkosdan təmizlənmiş, peyin və kübrə verilərək münbitləşdirilmişdir. O, mübahisəli torpaq sahəsindən 15 ildən artıqdır ki, istifadə edir. İddiaçı da bunu bilmiş, heç vaxt da etirazını bildirməmişdir. Həmçinin bildirir ki, Qax Rayon Məhkəməsinin müvafiq qətnaməsində onun izahatı dəyişdirilmişdir. Belə ki, o, həm ekspert rəyinə etiraz etmiş, həm də məhkəmədə bildirmişdir ki, mübahisəli torpaq sahəsini pulla satın almış və heç kimə vermək fikri yoxdur. O, məhkəmədə ona qarşı qaldırılmış iddianı rədd edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən xüsusatlar Qax rayon Məhkəməsi tərəfindən araşdırılmamış və ümumiyyətlə bu faktlara hüquqi qiymət verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini X1 (İddiaçı Musayl qızının qaynı) almasını qeyd etsə də, həmin dəlili ilə bağlı heç bir yazılı sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində onun izahatlarının birinci instansiya məhkəməsi tərəfindən dəyişdirildiyini qeyd etmiş, lakin iş materiallarında məhkəmə iclas protokoluna dair qeyd verilməmişdir. Buna görə də məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia qismən təmin etmiş, Cavabdeh1 Qax rayon X6 xx xxxx 2002-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı Musayl qızına verilmiş 0.72 ha pay torpaq sahəsinin 0.40 ha hissəsindən məcburi qaydada çıxarılması və iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin Cavabdeh1 münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-39/2020 saylı qətnaməsi baxılmış apelyasiya şikayətdə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflərtələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1626/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1626/2020
23.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver