Məhkəmə qərarları › İş №2(107)-1629/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1629/2021

23.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1629/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs X6 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 06 mart 2014-cü il tаrixli, 2(039)-133/2014 saylı qətnaməsindən iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 ilə 2007-ci ilin mart ayında faktiki nikaha girməklə evlənib onunla 01 fevral 2013-cü il tarixə kimi ər-arvad kimi yaşadığını, yaşadıqları müddətdə faktiki nikahdan X7 adlı bir nəfər uşağının olduğunu, uşağın atalıq faktının təsdiq edildiyini, Vaqif Cəfərovun 01 fevral 2013-cü il tarixdə vəfat etdiyini, mərhum X5 şəhəri, Xətai küçəsi 17 saylı binanın 45 saylı mənzilinin, ünvan 1 ünvanda fərdi yaşayış evinin, Yevlax şəhərində 0,045 ha torpaq sahəsinin. Yevlax şəhəri, Nizami prospekti,(keçmiş Nizami küçəsi 115) 77 saylı fərdi yaşayış evinin, ünvan 3 ünvanda fərdi yaşayış evinin miras qaldığını, həmin miras əmlaklara az yaşlı qızı X3 birinci növbəli vərəsə olduğunu göstərib mərhum X4 Mingəçevir şəhəri, Xətai küçəsi, 17 saylı binanın 45 saylı mənzilinin, ünvan 4 ünvandakı fərdi yaşayış evinin, Yevlax şəhərində 0,045 ha torpaq sahəsinin, ünvan 6 ünvandakı fərdi yaşayış evinin, ünvan 7ış evinin ¼ hissəsinin bölünərək az yaşlı uşağı X3 adına mülkiyyət şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 06 mart 2014-cü il tаrixli, 2(039)-133/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mərhum X9 ilə cavabdeh X2 birgə nikah dövründə əldə etdikləri Mingəçevir şəhəri, Xətai küçəsi 17 saylı binanın 45 saylı mənzilinin, ünvan 1 ünvanda fərdi yaşayış evinin, Yevlax şəhərində yerləşən 0,045 ha torpaq sahəsinin, Yevlax şəhəri, Nizami prospekti, (keçmiş Nizami küçəsi 115) 77 saylı fərdi yaşayış evinin və Yevlax şəhəri, Nizami prospekti, 95 saylı ünvanda fərdi yaşayış evinin ½ hissəsinin ¼ hissəsinə vərəsəlik müəyyən edilməsi və Mingəçevir şəhəri, Xətai küçəsi 17 saylı binanın 45 saylı mənzilinin, ünvan 1 ünvanda fərdi yaşayış evinin, Yevlax şəhərində 0,045 ha torpaq sahəsinin, Yevlax şəhəri,Nizami prospekti, (keçmiş Nizami küçəsi 115) 77 saylı fərdi yaşayış evinin və Yevlax şəhəri, Nizami prospekti, 95 saylı ünvanda fərdi yaşayış evinin ½ hissəsinin ¼ hissəsinə iddiaçı X3 mülkiyyət hüququ tanınmaqla qeydə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs X8 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs X1 ərizə təqdim edərək iş üzrə verdiyi apellyasiya şikayətini geri götürdüyünü və məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə verilmiş apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 06 mart 2014-cü il tаrixli, 2(039)-133/2014 saylı qətnaməsindən iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar