Məhkəmə qərarları › İş №2(107)-1634/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1634/2020

23.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1634/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayonu Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hаkim Elman İsayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnаməyə əsаsən İddiaçı torpaq sahəsinə gedən yol yeri kimi istifadə etmək istədiyi ərazi (ekspert rəyinə müvafiq olaraq) Cavabdeh tərəfindən açılması, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 təqdim etdiyi hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət оlunmuşdur. işin hаllаrı : İddiaçı Cavabdeh Sərdər oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Nic Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən bağlanmış Nic bələdiyyəsinə aid torpaq sahəsində yerləşən, Zərgərli kəndinə gedən yoldan ayrılaraq onun torpaq sahəsinə gedən keçid yolunun məcburi açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2017-cı il tarixdə verilmiş HDQHDƏDR-ın RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən (torpaq sahəsinin plan-ölçüsü kadastrının nömrəsi - A 180603) mülkiyyətində, Nic kəndi ərazisində 1.0637 hektar əkin təyinatlı torpaq sahəsi vardır. Bu torpaq sahəsi böyük ərazinin tərkibində yerləşir ki, həmin ərazi də, öz növbəsində cərgə ilə bir çox mülkiyyətçilər arasında bölünmüşdür. Cərgənin başlanğıcında cavabdehə aid torpaq sahəsi, sonra ona aid torpaq sahəsi, daha sonra növbə ilə digər mülkiyyətçilərin torpaq sahələri yerləşir. Cərgənin üst hissəsi ilə kənd yolu arasında təqribən 15 metrəlik bələdiyyəyə aid torpaq zolağı saxlanılmışdır ki, həmin zolaq boyu kanal qazılmış, kanalın sağ tərəfi ilə yeriyərək mülkiyyətçilərin xüsusi torpaq sahələrinə keçid nəzərdə tutulmuşdur. Zolağın özünə, kanalın sağ tərəfinə keçid isə cərgənin başından, cavabdehin torpaq sahəsinin üst hissəsindən, mümkündür. Qeyd edildiyi kimi, cavabdehin torpaq sahəsi cərgənin birincisi, sonra onun torpaq sahəsidir. Cavabdeh özünün mülkiyyətindəki torpaq sahəsindən kənara çıxaraq cərgənin üst hissəsində olan 15 metrlik bələdiyyə torpağını özünün torpağına qatmış, bu qayda ilə də onun torpaq sahəsinə keçid bağlanmışdır. Nic bələdiyyəsi həmin sahəyə baxış keçirmiş, onun torpaq sahəsinə keçid yolu olan cavabdeh tərəfindən bağlanmış sahənin bələdiyyəyə aid olduğunu bildirmiş və cavabdehin hərəkətlərinin qanunsuz olduğunu bildirmişdir. Beləliklə kəndin baş yolu ilə onun torpaq sahəsinin arasında olan 15 metrlik hissə (yol) bağlandığından o, torpaq sahəsinə sərbəst keçməkdən məhrum edilmişdir. Sahəsinə qısa yolla kənd təsərufatı texnikasını, mal-heyvanını apara bilmir, eyni zamanda məhsulunu daşıya bilmir. Səhəsinə keçmək üçün digər yolun uzunluğu 5 kilometirdən çoxdur. Göründüyü kimi cavabdehin bağladığı yoldan sahəsinə keçid 15 metr olduğu halda, digər yoldan keçid 5 kilometirdən artıqdır. Bu da təsərrufatından istifadəyə maneəçilik törədir. Sahəsinə gedən keçid yolun boşaldılması barədə cavabdehlə razılığa gələ bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin heç bir subyektiv hüququ yoxdur ki, ona aid olmayan, bələdiyyəyə aid olan torpaq sahəsindən keçid yolunu bağlasın. Bu keçid yolunun bağlanması onun öz əmlakından istədiyi kimi istifadə etməsinə, təsərrüfatının inkişafına maneə olmaqla əmlakının yararsız vəziyyətə salınmasına səbəb olur. Birinci instansiya məhkəməsi iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsiiclasında iştirak edən Cavabdeh Sərdər oğlu iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı tələbləri tamimilə əsassızdır, cərgənin üst hissəsində yerləşən su kanalından onların hamısı istifadə edir. Yol isə aşağıdan yuxarıya doğru istiqamətlənib. Hamı necə edibsə o da torpaq sahəsini eyni şəkildə bağlamışdır. Halhazırda 50 nəfər onun yolundan istifadə edib. Mehman da onun sahəsində 20 metrlik ərazidən kanala görə istifadə edir. İddiaçını qeyd etdiyi şəkildə yol ərazisi mövcud olmamışdır. O, gedib reyestr xidmətindən maraqlanmış, həmin ərazini 4000 manat pul ödəyərək almışdır. Onun aldığı torpaq ərazisi birbaşa yolun kənarında yerləşir. Təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsiiclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Nic Bələdiyyəsinin sədri X6 izahatında bildirdi ki, həm İddiaçı, həm də Cavabdeh Qəbələ rayon Nic Bələdiyyəsinin mülkiyyətində olan 20 metrlik ərazini, kanalın torpağını zəbt etmişlər. Onlara dəfələrlə ərazinin açılmsı barədə xəbərdarlıq edilmişdir. Torpaq sahiblərinə yola getməkləri, razılığa gəlmələri tövsiyyə olunmuşdur. Həç bir tərəfdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Sonda isə verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bununla bağlı məhkəməyə yazılı surətdə ərizə təqdim etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apelyasiya şikаyətinin dəlilləri : Cavabdeh Sərhad oğlu apelyasiya şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayəti üzrə vəsatətinin təmin edilərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsini xаhiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh Sərhad oğlu apellyasiya şikayətinin təmin edilməsini və birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X3 məhkəmə kollegiyasına yazılı etiraz təqdim edərək apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Qəbələ Rayon Nic Bələdiyyəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraqQəbələ Rayon Nic Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə Qəbələ Rayon Nic Bələdiyyəsininnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №1104573 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.0637 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №0125056 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.3416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 27901 saylı məktubundan görünür ki, 2(025)-1303/2019 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən imtina edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 117 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlərə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına, Kompleks Yerquruluşu sənədlərinə əsasən iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Kompleks Yerquruluşu sxemində də aydın şəkildə göründüyü kimi mübahisəli torpaq sahələrinin şərq qurtaracağından çay dərəsinə qədər eni 25 metr yol nəzərdə tutulmuşdur. Kompleks Yerquruluşu sənədlərinə, xəritə materiallarına və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12 və 47-ci maddələrinə əsasən iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi, yəni təsərrüfat daxili yollar bələdiyyənin torpaq üzərində mülkiyyət hüququna aiddir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası iclası zamanı iddiaçı və onun vəkili, cavabdehin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddia ərizəsində adı qeyd olunan torpaq sahəsi iddiaçının, qətnamənin əsaslandırıcı hissəsində adı qeyd olunan torpaq sahəsi cavabdehin mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli və İddiaçı torpaq sahəsinə gedən yol yeri kimi istifadə etmək istədiyi ərazi (ekspert rəyinə müvafiq olaraq) Cavabdeh tərəfindən açılmalı, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının, həmçinin 3-cü şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş üzrə məhkəmə tikinti texniki ekspertizanın keçirilməsini xаhiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən dəlillər ilə bağlı qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyinə müvafiq olaraq hazırkı iddia tələbini təmin etmişdir. Hazırkı mərhələdə əlavə məhkəmə-tikinti texniki ekspertizanın keçirilməsi məhkəmə araşdırmasının lüzumsuz yerə yubadılmasına səbəb olacaqdır. Buna görə onun apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır və təmin edilə bilməz Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesabedir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı bildirir ki, maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia qismən təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin Cavabdeh Sərhad oğluna münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayonu Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-44/2020 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar