Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1653/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1007/2021 saylı, 08 iyun 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 795 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Kəbirli kəndində yaşayır. Tərtər şəhəri, Nizami küçəsi, bina 40 b, mənzil 4də əlavə evi vardır. Özü heç bir yerdə işləmədiyindən Nizami küçəsində yerləşən evin kirayə pulu ilə dolanır. Bir neçə müddət bundan əvvəl bir nəfər hərbçi ondan evini kirayə verməsini istəmişdir. O da sonuncu ilə razılaşmışdır. Cavabdeh hərbçi olmasını, gənc ailəuşağının olmasını nəzərə alıb evi dəyərindən aşağı qiymətə ona kirayə vermişdir. Ancaq Cavabdeh evin kirayəsini vaxtı-vaxtında verməmişdir. Bu səbəbdən də 2020-ci ilin mayın ayının 19-a qədər cavabdehin ona 480 manat borcu yaranmışdır. O, cavabdehin hərbçi olduğunu nəzərə alıb həmişə güzəşt etmiş, sonuncu evdə ailəsi ilə birlikdə qalmışdır. Lakin Cavabdeh bunun əksinə olaraq onu aldatmaq niyyətilə 1 il müddətdir ki, yüz dənə yalan danışır. Aldığı əmək haqqını müxtəlif yerlərə xərcləməsinə baxmayaraq kirayə borcunu vermir. Cavabdeh evin kirayə pulu ilə yanaşı evdə qaldığı müddətdə yaranmış qaz və işıq pulunııda ödəmədiyindən kommunalı da o özü ödəmişdir. Bu barədə olan qəbzləri məhkəməyə təqdim edir. Cavabdeh 2021-ci ilin mart ayının 25-də gizli şəkildə evi boşaltmış, açarı qonşuya verərək evi tərk etmişdir. Cavabdeh dəfələrlə deməyinə baxmayaraq ev kirayəsini vermir. Cavabdehin ona ev kirayəsinə görə 1060 manat və kommunal xərclərə görə isə 35 manat borcu qalmışdır. Cavabdeh ona bu borclarından bu ilin mart ayının əvvəllərində Milliön vasitəsilə 300 manat pul göndərmişdir. Cavabdehin hazırda ona cəmi 795 manat borcu qalmışdır. Cavabdeh ona borclu olmasını cavabdehin qardaşı və atası da bilir. Dəfələrlə onlarla da telefonla danışıb pulu istəsə də xeyri olmamışdır. O, Vətən Müharibəsi ilə əlaqədar 3 aylıq ev kirayəsini cavabdehdən tələb etmir. Lakin Cavabdeh onu dəfələrlə aldatdığından, evi xəbərsiz boşaldıb qaçdığından, o, pulunu ala bilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-1007/2021 saylı, 08 iyun 2021-ci il tаrixli qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı “Cavabdeh borclu olduğu 795 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh kirayəyə verdiyini, sonuncunun ona kirayə haqqından və evin kommunal xərcindən cəmi 795 manat borcu qaldığını göstərmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh məhkəmə iclasına gəlməməklə iddiaya münasibət bildirməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, tələblə bağlı etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı 795 manatın cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, İddiaçı Cavabdeh 795 manat pulun alınaraq ona verilməsini tələb etsə də, cavabdehin ona hər hansı pul borcunun olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə 19 may 2020-ci il tarixdə Cavabdeh tərəfindən yazıldığı iddia edilən “...480 manat borcum yığılıb və razılaşma yolu ilə hər ay 160 manat verməklə borcumu tam ödəyəcəyimi bu izahatımla təsdiq edirəm” əlyazması əlavə edilsə də, həmin əlyazmanın həqiqətən cavabdeh tərəfindən və ya digər şəxs tərəfindən yazılmasının və imzalanmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə tərəfindən həmin əlyazmanın cavabdeh tərəfindən yazıldığı qəbul olunsa belə 19 may 2020-ci il tarixdən sonra cavabdehin iddiaçıya heç bir ödəniş etməməsi və hazırda 795 manat borcunun olması ilə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 –ci, 386.1-ci, 389.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil və həmin qətnaməni qanunsuz hesab edir. Belə ki, iddiaçı Cavabdeh və ailə üzvülərini tanıyırdı, münasibətləri də pis olmamışdır. Şahin ona bildirdi ki, Tərtər şəhər, Nizami küçəsi bina 40 b, mənzil 4-də yerləşən evi ona kirayə vermişdir. Onlar da öz aralarında razılaşaraq, evi Şahinə və onun ailə üzvlərinə kirayə vermişdir. Şahin həmin evdə həyat yoldaşı ilə bir yerdə qalırdı. Qeyd olunan məsələ ilə bağlı iddia ərizəsində geniş izah verildiyi üçün bir daha təkrar etməmişdir. Şahin ona borclu olduğu pulu vermədiyi üçün o da məcbur qalıb Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət edərkən kifayət qədər sübutları təqdim etməyinə baxmayaraq məhkəmə onun sübutlarını düzgün qiymətləndirməyib. Adi bir halı qeyd edir ki, Şahinin ona borclu olması ilə bağlı öz əl yazması ilə yazıb verdiyi qəbzi məhkəməyə təqdim etməyinə baxmayaraq hakim qəbzə fikir verməyib və nəhayətində qiymətləndirməyib. Həmçinin Şahinin ona kommunal xərclərə görə verməli olduğu borcların qəbzlərini də işə əlavə etmişdi, hakim buna da qiymət verməyib. Hakimin qət etdiyi qətnamədə bir çox absurd fikirlər var. Onlardan biri də budur ki, qətnamədə qeyd edilib ki, cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün işə baxmaq mümkün olmadı. Belə çıxır ki, Şahin işə gəlsə məhkəmə onda işi araşdıracaq. Məhkəmə Şahinin öz xətti ilə yazdığı qəbzi araşdırmadan işə baxıb yekun qərar çıxartmışdır. Şahin yazdığı qəbzdə özü öz borcunu etiraf edir. Ancaq, məhkəmə Şahinin etiraf etdiyi qəbzi görməməzlikdən gəlib. İclas zamanı Şahinin öz xətti ilə yazılmış borc qəbzini və digər sübutları apellyasiya baxışı zamanı məhkəməyə təqdim edəcəkdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-1007/2021 saylı, 08 iyun 2021 tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-1007/2021 saylı, 08 iyun 2021 tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin Maddə 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməkdə doğru nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 2(075)-1007/2021 saylı, 08 iyun 2021 tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 385.1 –ci, 386.1-ci, 389.1-ci maddələri ilə əsaslandırmışdır. Halbuki hazırkı mülki işə Mülki Məcəllənin Maddə 675-ci maddəsinə əsaslanmalı idi. Mülki Məcəllənin Maddə 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus Tərtər şəhər, Nizami küçəsi bina 40 b, mənzil 4-də yerləşən evi Cavabdeh kirayəyəyə vermişdir. Cavabdeh iddiaçıya 480 manat borcu qalmışdır. İşin bu halı iş materiallarında olan qəbzdən məlum olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, iş materiallarında olan qəbzdən məlum olur ki, Cavabdeh iddiaçıya 480 manat borcu qalmışdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməkdə doğru nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 2(075)-1007/2021 saylı, 08 iyun 2021 tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1007/2021 saylı, 08 iyun 2021 tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 480 manat pul, eyni zamanda 30 manat dövlət rüsumunun yarısı 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1653/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1653/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver