Məhkəmə qərarları › İş №2(107)-166/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-166/2022

06.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-166/2022 06.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı vəkili X11 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, arayışlardan adın çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)-499/2010 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 1995-ci ildən təsərrüfatdan çıxması faktının müəyyən edilməsinə, Zaqatala rayon İcra Hakimiyyəti Göyəm kənd inzibati ərazi dairəsinin verdiyi 29 sentyabr 2010-cu il tarixli 1393 saylı, Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsinin verdiyi 30 sentyabr 2010-cu il tarixli 183 saylı və 05 oktyabr 2010-cu il tarixli 189 saylı arayışlardan X3 adının çıxarılmasına. 11 mart 2009-cu il tarixdə 141 nömrə ilə və 04 iyun 2009-cu il tarixdə 219 nömrə ilə X17 xitabında X3 adına uçota alınmış A 148148 saylı və A 156319 saylı “Torpaq sahəsinin planı və ölçülərində” göstərilmiş 604.99 kv.m təyinatı həyətyanı olan torpaq sahəsi və 580.57 kv.m təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq-sahələrini onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Şirinov) 01 dekabr 2010-cu il tarixli, 2(033)- 499/2010 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala ərazi idarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, arayışlardan adın çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbi barədə iddiası təmin edilərək, cavabdehin 1995-ci ildən iddiaçının təsərrüfatından çıxması faktının müəyyən edilməsi, Zaqatala Rayon İcra Hakimiyyəti Göyəm kənd inzibati ərazi dairəsinin verdiyi 29 sentyabr 2010-cu il tarixli 1393 saylı, Azərbaycan Respublikası DT və XK-in Zaqatala Rayon Şöbəsinin verdiyi 30 sentyabr 2010-cu il tarixli 183 saylı və 05 oktyabr 2010-cu il tarixli 189 saylı arayışlarından cavabdehin adının çıxarılması, 11 mart 2009-cu il tarixdə 141 nömrə ilə və 04 iyun 2009cu il tarixdə 219 nömrə ilə X17 Kitabında cavabdehin adına uçota alınmış A 148148 saylı və A 156319 saylı "Torpaq sahəsinin planı və ölçülərində" göstərilmiş 604.99 kv.m təyinatı həyətyanı olan torpaq sahəsi və 580.57 kv.m təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahələrinin iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qət edilmişdir. Cavabdeh2 09 avqust 2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X12 1994-cii ildə vəfat etmişdir. Onun vəfatından dərhal sonra yəni 40 günlüyü çıxdıqdan sonra ögey anası cavabdeh X4 evdən çıxıb getmişdir. Həmin vaxtdan o həmin təsərrüfatda yaşamır. Harada yaşaması barədə heç bir məlumat yoxdur. 1995-ci ildə Zaqatala rayonu ərazisində fəaliyyət göstərən “Bakı fəhləsi" adına kolxozun 09 iyun 1995-ci il tarixli 9 saylı müvəkkillər yığıncağının qərarı ilə mərhum X5 istifadəsində olmuş 0.06 ha həyətyanı torpaq sahəsi onun adına keçirilərək, onun istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DT və XK-in Zaqatala rayon Şöbəsindən ailə üzvlərinin siyahısına dair 05.10.2010-cu il tarixli 189 saylı və 30 sentyabr 2010-cu il tarixli 183 saylı arayışlar alınmışdır. Həmin arayışlarda qeyd olunur ki, sözü gedən torpaq sahələri guya Gülzar Ramazan qızının da mülkiyyətinə verilmişdir. Həmin arayışlar isə Göyəm kənd icra nümayəndəliyinin 29 sentyabr 2010-cu il tarixli 1393 saylı arayışına əsasən verilmiş və sonuncu adı çəkilən arayışda nümayəndəlik qeyd edir ki, 1996-2000 ci illərin 2 nömrəli təsərrüffatbaşına kitabın 132-ci şəxsi hesab nömrəsinə əsasən guya Gülzar Ramazan qızı onun ailə üzvüdür. Lakin ərizəyə əlavə edilmiş 14 oktyabr 1996-cı il tarixli 2-151 saylı Zaqatala rayon xalq Məhkəməsinin qətnaməsindən və icra nümayəndəliyinin arayışlarından görünür ki, Cavabdeh2 1995-ci ildən Çökək kəndində yaşamır və onun ailə üzvü deyil. Belə olan halda həmin arayışlardan onun adı çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)- 499/2010 iş nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. A 148148 saylı və A 156319 saylı "Torpaq sahəsinin planı və ölçülərində" göstərilmiş 604.99 kv.m təyinatı həyətyanı olan torpaq sahəsi və 580.57 kv.m təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahələri onun mülkiyyətinə Zaqatala Rayon Aqrar islahat Komissiyasının qərarı əsasında verilmişdir. O, başa düşə bilmir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı və A 148148 saylı və A 156319 saylı "Torpaq sahəsinin planı və ölçüsü sənədləri qüvvədə olduğu halda necə ola bilər ki, İddiaçı onun torpaq sahəsinin mülkiyyətiçisi kimi tanınsın. İddiaçı subyektiv hüququ yoxdur ki, onun sənədlərinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırsın. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)-499/2010 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X15 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh 1994-1995-ci illərdə mübahisəli təsərrüfatdan çıxıb getmişdir. Cavabdehin adı təsərrüfatbaşına kitaba səhvən düşmüşdür. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala ərazi idarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquq məsələləri: İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh (apellyator) Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onun iştirakları olmadan baxılıb nəticə verilmişdir. Belə ki, mülki iş materialları araşdırılarkən müəyyən edildi ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, məhkəmə bildirişlərinin cavabdeh (apellyator) Cavabdeh2 çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh (apellyator) Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsiə görə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat vermədən işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. Kollegiya bildirir ki, bu xarakterli mübahisələrə baxılarkən ilk növbədə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zəruridir. Çünki iddia tələbindən göründüyü kimi tələb 3 hissədən ibarət olmaqla, 2-cisi Zaqatala rayon İcra Hakimiyyəti Göyəm kənd inzibati ərazi dairəsinin verdiyi 29 sentyabr 2010-cu il tarixli 1393 saylı, Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsinin verdiyi 30 sentyabr 2010-cu il tarixli 183 saylı və 05 oktyabr 2010-cu il tarixli 189 saylı arayışlardan Cavabdeh2 adının çıxarılmasıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, hazırkı iş üzrə iddia Zaqatala Rayon Məhkəməsinə 01.11..2010-cu il tarixdə verilmişdir. Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və 2011-ci ilin yanvar ayının 1-dən "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında " Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi respublika ərazisində qüvvəyə minmişdir Göründüyü kimi inzibati-iqtisadi məhkəmələr 2011-ci il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 01.11..2010--cu ildə verilmiş və həmin iş üzrə qətnamə 01 dekabr 2010-cu ildə qəbul edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, inzibati-iqtisadi məhkəmələri yaradılana qədər qüvvədə olan Mülki Prossesual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələrdə baxılırdı Beləliklə də hazırki mübahisələndirilən qətnamə prosessual pozuntuya görə ləğv edilməli olsa da, işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Apellyasiya instansiya məhkəməsi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: “Bakı fəhləsi” adına kolxozun müvəkkillər yığıncağının 09 iyun 1995-ci il tarixli, 9 saylı protokoluna əsasən Çökəkoba kənd sakini mərhum X8 adına olan 0.06 hekt torpaq sahəsinin (qaytan kitabı səhifə İ23, sətir 971) oğlu X9 adına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DT və XK-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 10 iyun 2000-ci il tarixli, 493 nömrəli arayışdan görünür ki, Çökəkoba kənd sakini X6 Çökəkoba kəndinin qaytanlanmış torpaq kitabının 971 sıra nömrəsində onun adına 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2010-cu il tarixli, 1380 nömrəli arayışdan görünür ki, Novruzov X2 Çökək kəndində yaşayır. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2010-cu il tarixli, 692 nömrəli arayışın surətindən görünür ki, sabiq Çökək kənd sakini mərhum X5 adına olan 0,06 ha həyətyanı torpaq sahəsi “Bakı fəhləsi” kolxozunun 9 saylı müvəkkillər yığıncağının protokolundan çıxarışa əsasən oğlu İddiaçı adına verilmişdir və həmin torpaq sahəsi ona məxsusdur. Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2010-cu il tarixli, 363 nömrəli arayışın surətindən görünür ki, X4 1995-ci ildən nümayəndəliyin ərazisində yaşamır. Azərbaycan Respublikası DT və XK-nin torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Zaqatala rayon AİK-nın 27.12.1999-ci il tarixli, 81 nömrəli qərarı ilə 580.57 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi A seriyalı, 156319 nömrəli plan və ölçü sənədinə əsasən X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası DT və XK-nin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon AİK-nın 27.12.1999-ci il tarixli, 81 nömrəli qərarı ilə 604.99 kv.m həyətyanı torpaq sahəsi A seriyalı, 148148 nömrəli plan və ölçü sənədinə əsasən X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası DT və XK-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 10 iyun 2010-ci il tarixli, 189 nömrəli arayışdan görünür ki, A seriyalı, 148148 nömrəli plan və ölçü sənədində qeyd olunan 0,0604 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Zaqatala RİHB-nin Göyəm inzibati ərazi nümayəndəliyinin 29 sentyabr 2010-cu il tarixli 1393 saylı arayışına əsasən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2010-cu il tarixli, 1393 nömrəli arayışdan görünür ki, İddiaçı 1996-2000-ci illərin 2 nömrəli təsərrüfatbaşına kitabın 132-ci şəxsi hesab nömrəsinə əsasən ailə tərkibi özü-İddiaçı və ögey anası X1 ibarətdir. Azərbaycan Respublikası DT və XK-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2010-ci il tarixli, 183 nömrəli arayışdan görünür ki, A seriyalı, 156319 nömrəli plan və ölçü sənədində qeyd olunan 0,058 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi Zaqatala RİHB-nin Göyəm inzibati ərazi nümayəndəliyinin 29 sentyabr 2010-cu il tarixli 1393 saylı arayışına əsasən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2010-cu il tarixli, 1498 nömrəli arayışın surətindən görünür ki, X4 nümayəndəlikdə təsərrüfatbaşına kitabdan qeydiyyatdan çıxarılmışdır. Apellyasiya icraatı zamanı DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş subyektlərin siyahısından çıxarışdan görünür ki, X4 və İddiaçı adı 40204028 kod nömrə ilə siyahıda qeyd edilmişdir. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, ünvan 1yəndəliyi Məhkəmənin 29 oktyabr №2(107)-2204/2021 məktubuna cavab olaraq bildirmişdir ki, məsələnin araşdırılması üçün tərəflərindən Göyəm bələdiyyəsinə yazılı sorğu edilmişdir. Göyəm bələdiyyəsinin rəsmi cavab məktubunda Çökəkoba kənd sakini Cavabdeh2 xüsusi mülkiyyətinə 1996-cı ildə aparılan aqrar islahatları zamanı 0.23 ha və oğlu İddiaçı xüsusi mülkiyyətinə 0.06 ha həyətyanı, 0.23 ha pay torpaq sahəsi verildiyi göstərilmişdir. Qeyd: İddiaçı verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi Zaqatala şəhəri ərazisindədir. Azərbaycan SSR (1965-ci il redaksiyalı) Mülki Məcəlləsinin; 87-ci maddısinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. 88-ci maddəsinin 2-ci bəndinə əsasən şəxsi mülkiyyət vətəndaşların tələbatını ödəmək vasitələrindən biridir. 100-cü maddəsinin məzmununa görə vətəndaşların şəxsi mülkiyyətində, onların maddi və mədəni tələbatını ödəmək təyinatlı əmlakı ola bilər. Hər bir vətəndaşın şəxsi mülkiyyətində əməyinin gəliri və qənaətləri, yaşayış evi (və ya onun bir hissəsi) və yardımçı ev təsərrüfütı, ev təsərrüfatı və məişət predmetləri, şəxsi istehlak və rahatlıq şeyləri ola bilər. Vətəndaşların şəxsi mülkiyyətində olan əmlakdan zəhmətsiz gəlir əldə etmək üçün istifadə etmək olmaz. 124-cü maddənin tələbinə görə həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz zəhməti və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakındakı paya olan hüququnu itirir. Həyətin üzvü müddətli hərbi xidmətə çağırılmaq, məktəbdə oxumaq və ya xəstəlik nəticəsində təsərrüfatın işində iştirak etmədikdə, bu qayda tətbiq edilmir. 142-ci maddənin göstərişinə əsasən mülkiyyətçinin, başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır. 148-ci maddəyə əsasən həmin Məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar həmçinin, mülkiyyətçi olmasa da qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. “X14” AR Qanununun; 1-ci maddəsinə əsasən (Torpaq islahatının məqsədi və vəzifələri) Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. 9-cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddənin (vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası) tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «X14» Qanunun 10-cu maddəsinin 5-ci və 6-cı hissələrinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir . 12-ci maddəyə əsasən ( Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər) 1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. «Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələri, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin əsasnamənin 2-ci maddəsinə əsasən göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmaqla yanaşı, həmçinin iddia tələbinin təmin edilməməsi üçün də əsaslıdır. Birincisi ona görə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası DT və XK-nin torpaq sahəsinin plan və ölçü sənədindən müıyyən edilir ki, Zaqatala rayon AİK-nın 27.12.1999-ci il tarixli, 81 nömrəli qərarı ilə 580.57 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi A seriyalı, 156319 nömrəli plan və ölçü sənədinə əsasən, 604.99 kv.m həyətyanı torpaq sahəsi A seriyalı, 148148 nömrəli plan və ölçü sənədinə əsasən X3 mülkiyyətinə verilmişdir. İkincisi, iş materialları ilə sübut olunur ki, Azərbaycan Respublikası DT və XK-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 10 iyun 2010-ci il tarixli, 189 nömrəli arayışdan görünür ki, A seriyalı, 148148 nömrəli plan və ölçü sənədində qeyd olunan 0,0604 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Zaqatala RİHB-nin Göyəm inzibati ərazi nümayəndəliyinin 29 sentyabr 2010-cu il tarixli 1393 saylı arayışına əsasən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Üçüncüsü, kollegiya iddia tələbinin, həmçinin apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya icraatı zamanı DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala Rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğular ünvanlamışdır. Sorğulara cavab olaraq DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, X10 və İddiaçı adı 170-ci nömrə altında, 40204028 kod nömrə ilə siyahıda qeyd edilmişdir (i/m səh.119). Bundan əlavə, Zaqatala Rayon İcra Hakimiyətinin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan müəyyən edilir ki, məsələnin araşdırılması üçün Göyəm bələdiyyəsinə yazılı sorğu edilmişdir. Göyəm bələdiyyəsinin rəsmi cavab məktubunda Çökəkoba kənd sakini Cavabdeh2 xüsusi mülkiyyətinə 1996-cı ildə aparılan aqrar islahatları zamanı 0.23 ha və oğlu İddiaçı xüsusi mülkiyyətinə 0.06 ha həyətyanı, 0.23 ha pay torpaq sahəsi verildiyi göstərilmişdir. Beləliklə kollegiya belə qənaətə gəlir ki, Zaqatala rayonunda islahat keçirilən zaman Cavabdeh2 adı subyektlər siyahısında olduğu, eyni zamanda Zaqatala rayon AİK qərarı, A 148148 saylı və A 156319 saylı “torpaq sahəsinin plan və ölçüsü sənədləri qüvvədə olduğu halda, cavabdehin həmin sənədlərdən adının çıxarılması sonuncunun mülkiyyət hüququndan məhrum edilməsinə gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)- 499/2010 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)-499/2010 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala ərazi idarəsinə qarşı “X3 1995-ci ildən təsərrüfatdan çıxması faktının müəyyən edilməsi, Zaqatala rayon İcra Hakimiyyəti Göyəm kənd inzibati ərazi dairəsinin verdiyi 29 sentyabr 2010-cu il tarixli 1393 saylı, Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsinin verdiyi 30 sentyabr 2010-cu il tarixli 183 saylı və 05 oktyabr 2010-cu il tarixli 189 saylı arayışlardan X3 adının çıxarılması, 11 mart 2009-cu il tarixdə 141 nömrə ilə və 04 iyun 2009-cu il tarixdə 219 nömrə ilə X17 xitabında X3 adına uçota alınmış A 148148 saylı və A 156319 saylı “Torpaq sahəsinin planı və ölçülərində” göstərilmiş 604.99 kv.m təyinatı həyətyanı olan torpaq sahəsi və 580.57 kv.m təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq-sahələrini onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar