Məhkəmə qərarları › İş №2(107)-1662/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1662/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1662/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı evə köçürülməsi tələbinə dair mülki iş üzrə Balakən Rayonu Məhkəməsinin xx xxxxxxxx 2019-cü il tarixli qətnməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qazma kəndində yerləşən mərhum X2 məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət olan evə uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını xx xxxxxx 2002-ci ildə 40 nömrə ilə Balakən rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2001-ci ildə İddiaçı2 və xx xxxxxxx 2002-ci ildə Səlimov Ömər Eyvaz oğlu adında iki uşaqları olmuşdur. Cavabdeh ərə gedərkən onun anası mərhum X2 məxsus bir mərtəbəli üç otaqdan ibarət evə gəlin köçmüş, uşaqları da həmin evdə doğulmuşlar. Xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ilin sentyabr ayında cavabdehlə ayrılmış, uşaqlar özünün himayəsindədirlər. Aralarında baş vermiş ailə münaqişəsi ilə bağlı Cavabdeh ilə ayrılmışdır. Nikahları Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh onu və uşaqları mübahisəli evdən qovmuşdur. Hazırda atasının yaşadığı Balakən rayonu Şambul kəndindəki evində az yaşlı övladları ilə birlikdə yaşayır. Uşaqlarla birlikdə atası evində yaşamaq mümkün deyildir. Çünki şərait yoxdur. O, uşaqlarla birlikdə daimi yaşadığı və pasport qeydiyyatında olduğu evə köçüb orada yaşamaq istəyir. Lakin cavabdeh buna imkan vermir, hər bir yola əl atır ki, o, həmin evdə yaşamasın. Onun daimi yaşayış yeri mübahisəli evdir və başqa yaşayış yeri yoxdur. Onun həmin evdə yaşamaq hüququ vardır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin protokol qərardadı ilə iş üzrə tərəflərin birgə nikahından olan uşaqları - xx xxxxxx 2001-ci ildə doğulmuş İddiaçı2 18 yaşı tamam olduğu və tam prosessual hüquq və fəaliyyət qabiliyətinə çatdığı üçün iş üzrə iddiaçı qismində tanınmışdır. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(019)-718/2019 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və Səlimov Ömər Eyvaz oğlu ilə birlikdə Balakən rayonunun Qazma kəndində yerləşən mərhum X2 məxsus olmuş, Cavabdeh yaşadığı 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Cavabdeh Səlimov X10 Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(019)- 718/2019 saylı qətnaməsindən аpelyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3159/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş və Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(019)-718/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3159/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2355/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 3159/2019 nömrəli qətnaməsinin ləğv olunmuş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, o, İddiaçı1 ilə 2000-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx xxxxxx 2002-ci ildə Balakən rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2001-ci ildə İddiaçı2, xx xxxxxxx 2002-ci ildə Səlimov Ömər Eyvaz oğlu doğulmuşdur. Evləndikdən sonra cavabdehlə münasibətləri yaxşı olmuş, lakin bir müddət sonra cavabdehlə aralarında ailə münasibətləri zəminində mübahisələrimiz yaranmışdır. Onun evdə olmamasından istifadə edən iddiaçı başqa şəxslə mütəmadi əlaqədə olmuş, ona və ailəsinə qarşı əxlaqsızlıq etmişdir. Bundan xəbər tutduqdan sonra 2018-ci ilin noyabr ayında ər-arvad münasibətlərinə son qoymuşdur. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-178/2019 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının daimi yaşayış yeri onun evidir, iddiaçının mübahisələndirdiyi ev heç kimin mülkiyyətində olmamışdır, hazırda da heç kimin mülkiyyətində deyildir. İddiaçı1 köçmək istədiyi ev anasına məxsus olmuşdur. Anası özünə məxsus olan evdə uzun müddət yaşaması üçün iddiaçıya razılıq verməmişdir. Anası öldükdən sonra 2019-cu ilin avqust ayında Balakən rayon Notariat Ofisində vərəsəlik işi açdıraraq miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 100.7 kvm olan fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra xx xxxxxxxx 2019-cu ildə isə anasından miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 100.7 kvm olan fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin Balakən Rayon Məhkəməsi işin bu hallarını araşdırmamış, hüquq münasibətlərini tənzimləyən hüquq norması olduğu halda, məhkəmə qanunun analogiyasına müraciət etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(019)-718/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. işdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(019)- 718/2019 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 1452 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx xxxxxx 2002-ci il tarixdə 40 nömrə ilə Balakən rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 1453 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 2001-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1 yazılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 1453 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Səlimov Ömər Eyvaz oğlu xx xxxxxxx 2002-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1 yazılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-1 seriyalı 325885 çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında olan nikahı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 10 nömrəli arayışdan görünür ki, İddiaçı1 xx.xx.2002-ci ildə Cavabdeh ilə rəsmi evlənmişdir. 2001-ci ildə X2 məxsus bir mərtəbəli üç otaqdan ibarət evə gəlin köçmüşdür. Birgə yaşadıqları müddətdə xx.xx.2001-ci ildə İddiaçı2 və xx.xx.2002-ci ildə isə Səlimov Ömər Eyvaz qızı adında iki uşaqları olmuşdur. Sözləri düz gəlmədiyinə görə 2018-ci ilin sentyabr ayında həmin evdən çıxmışdır. xx.xx.2019-cu ildə rəsmi nikahdan ayrılmışlar. İddiaçı1 məxsus cehiz əşyaları həmin evdə qalmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-178/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı1 arasında bağlanmış xx xxxxxx 2002-cı il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 149 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları – xx xxxxxx 2001ci ildə doğulmuş İddiaçı2 və xx xxxxxxx 2002-ci ildə doğulmuş Səlimov Ömər Eyvaz oğlunun anası İddiaçı1 yanında saxlanması, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2001-ci ildə doğulmuş İddiaçı2 və xx xxxxxxx 2002-ci ildə doğulmuş Səlimov Ömər Eyvaz oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı1 verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(019)-718/2019 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və Səlimov Ömər Eyvaz oğlu ilə birlikdə Balakən rayonunun Qazma kəndində yerləşən mərhum X2 məxsus olmuş, Cavabdeh yaşadığı 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar X8 və X3 mübahisəli evdə qeydiyyatda olmamalarını, öz təsərrüfatlarında ayrıca evlərinin olmasını, mübahisəli evdən istifadə hüquqlarının tanınmasına nail olmaqla evin satılmasına mane olmaq istəmələrini, Əsmayə Əhmədovanın isə cavabdeh Əhmədov Hüseynlə rəsmi nikah bağlamaqla həmin evə köçməsini, hal-hazıra kimi həmin evdə yaşamasını nəzərə alaraq iddia qismən təmin edilməli, iddiaçı X1 cavabdeh X4 mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.1183 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 133,50 kv/m, yaşayış sahəsi 69,50 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ tanınmalı, iddiaçılar X5 və X6 aid hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2355/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3159/2019 nömrəli qətnaməsinin ləğv olunmuş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, baxılan iş üzrə İddiaçı1 mübahisəli evə köçürülməsini tələb edir. O, 2000-ci ildən evə köçərək orada yaşadığı üçün evə istifadə hüququnun yarandığına istinad etmişdir. Eyni zamanda iddiaçı 2000-ci ildə köçdüyü mübahisəli evin cavabdehin anası Zeycan Səlimovaya məxsus olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında hər iki tərəfin iştirak etməsinə baxmayaraq, məhkəmə mübahisə ilə bağlı tərəflərin mövqelərini öyrənmədən, işin məhkəmə baxışına təyin olunması üçün zəruri prosessual hərəkətləri yerinə yetirmədən işi məhkəmə baxışına təyin etmişdir. Halbuki MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 67-ci maddəsi). xx.xx.2019-cu il tarixli ilk baxış iclasında yalnız İddiaçı1 iştirak etmiş birinci instansiya məhkəməsi yenə də onun izahatını dinləmədən, prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl etmədən, cavabdehin iştirakının təmin olunması üçün məhkəmə iclasını təxirə salmışdır. Sonrakı məhkəmə iclaslarında tərəflər iştirak etməmişlər. Məhkəmə, həmçinin İddiaçı2 adından məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli teleqram əsasında onun özünün və tərəflərin iştirakı olmadan xx.xx.2019-cu il tarixli sonuncu məhkəmə baxışı iclasında qeyd olunan şəxsi protokola yazılmaqla qəbul edilmiş qərardad əsasında iş üzrə iddiaçı qismində tanımışdır. Halbuki, MPM işə məhkəmədə baxıldığı dövrdə əlavə iddiaçının cəlb olunması qaydasını nəzərdə tutmamışdır. MPM iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə iddiaçının razılığı ilə ilk iddiaçının əsl iddiaçı ilə əvəz olunması (maddə 54.1), yaxud mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin işə qoşulması (maddə 55) qaydalarını müəyyən etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs isə məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilər. Lakin birinci instansiya məhkəməsi ümumiyyətlə mülki prosessual qanunvericiliyə istinad etmədən İddiaçı2 adından məhkəməyə göndərilmiş teleqram əsasında onu iddiaçı qismində tanımışdır. Bununla yanaşı, sonuncu baxış iclasında tərəflərin iştirak etməməsinə baxmayaraq, məhkəmə öz təşəbbüsü isə məhkəmə iclas zalına gəlmiş işdə iştirak etməyən şəxsi şahid qismində dindirmişdir. Halbuki MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki prosesə əsasən sübut növlərindən biri də şahid ifadələridir. Bu baxımdan şahidin dindirilməsi yalnız tərəflərin vəsatəti əsasında mümkündür. Məhkəmənin öz təşəbbüsü ilə şahid dindirməsi isə sübut etmə yükünü öz üzərinə götürməsi deməkdir və bu, çəkişmə və dispozitivlik prinsipləri ilə bir araya sığmır. Digər tərəfdən şahidin dindirilməsi prosesinin ən vacib hissəsi tərəflərin şahidə öz suallarını vermək və onlara cavab almaq imkanına malik olmasıdır. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə işdə iştirak edən şəxslərin iştirakı olmadan şahid dindirməklə yuxarıda sadalanan prinsip və müddəalarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 2000-ci ildə cavabdehin anasına məxsus mübahisəli evə gəlin köçmüş, cehiz əşyalarını həmin evdə yerləşdirmişdir, əşyalar hal-hazırda da oradadır. Mübahisəli ev heç kimin mülkiyyətində olmamışdır və hazırda da heç kimin mülkiyyətində deyildir. Halbuki iddia ərizəsində İddiaçı1 2000-ci ildə cavabdehin anası Zeycan Səlimovaya məxsus evə gəlin köçdüyü qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı özü yazılı ərizəsində evdə yaşamağa başladığı zaman evin cavabdehin anasına məxsus olduğunu təsdiq etmişdir. Evin hüquqi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən işin halları ilə bağlı məhkəmənin gəldiyi qənaət ziddiyyətli olmuşdur. Çünki birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçının 2000-ci ildə cavabdehin anasına məxsus mübahisəli evə gəlin köçdüyünü müəyyən etmiş, digər tərəfdən isə mübahisəli evin heç kimin mülkiyyətində olmadığı nəticəsinə gəlmişdir. Eyni zamanda İddiaçı1 mübahisəli evə 2000-ci ildə köçdüyünü bildirsə də, həmin ilin hansı ayında köçdüyünü qeyd etməmiş, işə baxan məhkəmə hazırlıq və ilkin baxış iclasında bu məsələni tərəflərlə müzakirə etməmişdir. Halbuki Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi 2000-ci ilin sentyabr ayında qüvvəyə mindiyi üçün İddiaçı1 konkret hansı tarixdə mübahisə evə köçərək orada yaşamağa başlaması tətbiq olunmalı olan hüquq normasının tapılması baxımından vacib əhəmiyyət daşımışdır. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 2000-ci ildə rəsmi nikah bağlamadan Cavabdeh ilə evlənmiş, nikahlarını xx xxxxxx 2002-ci il tarixdə Balakən rayonu Qeydiyyat Şöbəsində 40 nömrə ilə rəsmiləşdirmişlər. İddiaçı cavabdehə ərə köçərkən cavabdehin anası mərhum X2 məxsus bir mərtəbəli üç otaqdan ibarət evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2001-ci ildə İddiaçı2 və xx xxxxxxx 2002-ci ildə isə Səlimov Ömər Eyvaz oğlu adında iki uşaqları doğulmuşdur. İddiaçı 2018-ci ilin sentyabr ayına kimi həmin evdə yaşamışdır. Cehiz əşyaları həmin evə yerləşdirilmiş, hal-hazırda da oradadır. Uşaqların hər ikisi həmin evdə doğulmuşlar. Aralarında baş vermiş narazılıqla əlaqədar cavabdeh onu evdən qovmuş, hazırda o, Balakən rayonunun Şambul kəndində yerləşən atası evində yaşayır. İddiaçı mübahisəli evə qayıdıb orada yaşamaq istəsə də cavabdeh onu evə buraxmır və ora qayıdıb yaşamasına maneçilik törədir. İddiaçının başqa yerdə yaşayış sahəsi yoxdur. Cavabdeh iddiaçını evə buraxmadığından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki hüquq münasibətləri mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə əsaslandığı üçün həmin subyektlərdən birinin vəziyyətini yaxşılaşdıran qanun digər subyektin vəziyyətini pisləşdirir. Belə olan halda mülki qanunvericiliyin mülki hüquq subyektlərindən birinin və ya bir neçəsinin vəziyyətini yaxşılaşdıran normalarının geriyə tətbiiqi bütün hallarda istisna olunur. Ona görə də mülki prosessual qanunvericilikimperativ qaydada qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə, Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2000-ci ildən sonra yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi isə yaşayış binasının mülkiyyətçiilə orada yaşayan ailə üzvüləri arasındakı münasibətləri tənzimləyir. Mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından sözügedən evə heç kimin mülkiyyət hüququ yaranmamışdır. Ona görə də hazırki işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.4-cü maddəsinə əasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşin mübahisə edilməyən hallarından göründüyü kimi, İddiaçı1 2000-ci ildə rəsmi nikah bağlamadan Cavabdeh ilə evlənmiş, sonradan nikahlarını xx xxxxxx 2002-ci il tarixdə rəsmiləşdirərək heç bir qeyd şərt olmadan cavabdeh tərəfindən sonuncunun mərhum anasına məxsus evə köçürülmüş və 2018-ci ilin noyabr ayınadək cavabdehlə birgə təsərrüfat aparmış, həmin evdə cavabdehlə birgə nikahlarından iki uşağı doğulmuşdur. Beləliklə, iddiaçı (lar) münahisəli evdən həmin evdə yaşayan cavabdehlə bərabər istifadə hüququ əldə etmişdir. Qeyd olunan ev iddiaçının istifadə hüququ ilə yüklü vəziyyətdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibəti yarandığı zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mövcud olmuş və tərəflər oradan yaşayış sahəsi kimi istifadə etmişlər. Cavabdehin mübahisəli evdə normal şərtlər daxilində evdə yaşamaq hüququna malik olduqları kimi iddiaçıların da həmin evə köçərək həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2013-cü tarixli qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konkret halda iddia ərizəsindən aydın şəkildə görünür ki, iddiaçı mübahisəli evə gəlin köçərkən evin qaynanası mərhum X2 məxsus olduğunu və nəticədə isə mərhum X2 məxsus Balakən Qazma kəndində yerləşən mərhum X2 məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət olan evə uşaqları ilə birlkdə köçürülməsini xahiş etmişdir. İddiaçı Balakən rayonu Qazma kəndində yerləşən mərhum X2 məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət olan evlə bağlı hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. İddiaçının göstərdiyi xüsusatlar isə mübahisələndirilmədiyindən məhkəmə kollegiyası tərəfindən subut kimi qəbul edilir. Yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirildiyi halda, hazırki işdə iddiaçı gəlin köçərkən mülkiyyətçi kimi tanıdığı mərhum X9 ilə arasında razılaşmanı məhkəmə kollegiyasına təqdim etməmiş, ümumiyyətlə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə isə belə bir saziş öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Balakən Rayonu Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı1 Cavabdeh qarşı evə köçürülməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(019)-718/2019 saylı qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. iş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar