Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1665/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” ilk, Cavabdeh2 İddiaçı qarşı “yaşayış sahəsindən onun və azyaşlı uşaqlarının istifadə hüququnun tanınması tələbinə dair” qarşılıqlı iddiası üzrə Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(019)-526/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(019)-526/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) ilk iddia təmin olunmuş, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, ilk iddia üzrə İddiaçı ödənilməsi, Cavabdeh2 İddiaçı qarşı onun Cavabdeh1 ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh1 və Cavabdeh2 Edldar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, onun mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı ilk iddiasının rədd olunması, onun Cavabdeh1 ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı ilk iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində onun mülkiyyət hüququ 25 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsində müvafiq icazə sənədləri olmadan 2008-ci il tarixdə fərdi yaşayış evi inşa etmişdir. İş üzrə cavabdeh olan oğlu Cavabdeh1 ilə iş üzrə digər Cavabdeh2 arasında 2012-ci ildə nikah bağlanmış və bundan sonra onlar müvəqqəti olaraq yaşaması üçün həmin evə köçürülmüşlər. İş üzrə cavabdeh olan oğlu Cavabdeh1 ilə iş üzrə digər Cavabdeh2 arasında bağlanmış nikah 2016-cı ildə Balakən Rayon Məhkəməsinin 2(019)-1835/2016 iş nömrəli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və orada inşa etdiyi fərdi yaşayış evini boşaltmasını tələb etməsinə baxmayaraq, cavabdehlər artıq 4(dörd) ildir ki, nə torpaq sahəsini, nə də fərdi yaşayış evini boşaltmırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilk iddia üzrə Cavabdeh1 ilk iddianı qəbul və etiraf edərək, izahatında göstərmişdir ki, İddiaçı onun anasıdır. İddiaçı mülkiyyətində Balakən rayonu Talalar kəndində 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 25 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən həmin 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan 2008-ci il tarixdə fərdi yaşayış evi inşa edilmişdir. Onunla Cavabdeh2 arasında 2012-ci ildə nikah bağlanmış və o, Gülnarla anası Cənnəteyin icazəsi ilə müvəqqəti olaraq yaşaması üçün həmin evə gəlmişlər. Onunla Cavabdeh2 arasında bağlanmış nikah 2016-cı ildə Balakən Rayon Məhkəməsinin 2(019)-1835/2016 iş nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı bundan sonra ondan və Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və orada inşa etdiyi fərdi yaşayış evini boşaltmasnı tələb etməsinə baxmayaraq, onlar artıq 4(dörd) ildir ki, nə torpaq sahəsini, nə də fərdi yaşayış evini boşaltmırlar. İddiaçı məxsus 0,3807 ha kənd təsərrüfatı torpaq sahəsindən çıxarılmasına etirazı yoxdur. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ilə 2012- ci ilin iyul ayında qeyri-rəsmi nikahla evlənmilər. Nikahlarını 20 fevral 2013-cü il tarixdə Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Balakən Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli, 2(019)1835/2016 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, boşanmadan sonra azyaşlı uşaqları; 05 avqust 2014-cü il tarixdə anadan olmuş X10 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X5 anaları Baradova (İbrahimova) Gülnar Eldar qızının yanında qalması müəyyən edilmişdir. Daha sonra həyat yoldaşı ilə barışmış, birgə yaşamağa başlamışlar. İlk iddia üzrə İddiaçı məxsus torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evini keçmiş həyat yoldaşı və o, birgə nikah dövründə tikmişlər. Talalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayış yaşayış evinin onlara məxsus olmasını təsdiq edir. Bunun üçün ilk iddiaya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, yaşayış sahəsindən onun və azyaşlı uşaqlarının istifadə hüququnun tanınmasını xahiş edir. Göstərilən normaların müddəalarında ər və arvadın hüquqlarının bərabər olmasının, uşaqlara qayğı göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Birinci instansiya məhkəməsinin iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən rayon Məhkəməsinin 2(019)-526/2021 saylı 31.05.2021-ci ıl tarixli qətnaməsini əsassız hesab edir. həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Qarşılıqlı iddia ərizəsində yazaraq bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli 2(019)1835/2016 saylı qətnaməsinə əsasən Bardov Söhrab ilə aramızda bağlanmış nikah pozulmuş, boşanmadan sonra azyaşlı uşaqları 05 avqust 2014-cü il tarixdə anadan olmuş X10 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X8 anaları Baradova (İbrahimova) Gülnar Eldar qızının yanında qalması müəyyən edilmişdir. Daha sonra həyat yoldaşı ilə barışmış, birgə yaşamağa başlamışlar. İlkin iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evini keçmiş həyat yoldaşı və o birgə nigah dövründə tikmişlər. Talalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayış yaşayış evinin onlara məxsus olmasını təsdiq edir. (məhkəmə qərarında öz əksım tapır) Qanunvericilik normalarında ər və arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğı göstərilməsi, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Ona görə də, Balakən rayon Məhkəməsinin 2(019)-526/2021 saylı 31.05.2021-ci il tarixli qərarının ləğv edilməsini, ilkin iddia üzrə İddiaçı ilkin iddiasının rədd olunması, qarşılıqlı iddia - Cavabdeh1 ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu, Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları 05 avqust 2014-cü il tarixdə anadan olmuş X6, 06 fevral 2016-cı il tarixdə anadan olmuş X5 istifadə hüququnun tanınması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(019)-526/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(019)-526/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 374096 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah Balakən Rayon Məhkəməsinin 2(019)- 1835/2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 31.01.2017-ci il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25.02.2021-ci il olan Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaqlar daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayışdan görünür ki, İddiaçı adına Talalar kəndində ona məxsus olan 0,38 ha torpaq sahəsində 2008-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2016-cı il tarixdə verilmiş 1689 nömrəli arayışdan görünür ki, Talalar kənd inzibati ərazi dairəsinin 5 nömrəli təsərrüfatbaşına kitabının 84-cü səhifəsində Cavabdeh1 adına 2008-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, 75 kv.m ümumi, 55 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0.05 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ilk iddia üzrə Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, X1 ona qarşı 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasını qəbul və etiraf edir və bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152, 157.2, 238, 239.2, 240.1, 240.2 və 243.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə və R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25.02.2021-ci il olan Çıxarışı, Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayışı və Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 aprel 2021- ci il tarixdə verilmiş AZ-İ seriyalı 374096 nömrəli nikahın pozulması haqqında şəhadətnaməni mötəbər sübutlar kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayışla Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2016-cı il tarixdə verilmiş1689 nömrəli arayış və bu arayışlarda olan məlumatlar arasında ziddiyyətə hüququi qiymət verərək, hesab etmişdir ki, bu konteksdə İddiaçı adına Talalar kəndində ona məxsus olan 0.38 ha torpaq sahəsində 2008-ci ildə tikilmiş fərdi yaşayış evinin olması barədə Balakən Rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.03.2021-ci il tarixdə verilmiş 292 nömrəli arayış mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, 29.03.2021ci il tarixdə verilmiş 292 nömrəli arayış bu xüsusda daha son məlumatı əks edirir və həmin arayışda olan məlumatların həqiqiliyi işdəki digər mötəbər sübutlarla təsdiq olunur. Digər tərəfdən, Cavabdeh1 özü də məhkəmədə verdiyi izahatında 0,3807 ha torpaq sahəsinin İddiaçı məxsus olması və İddiaçı həmin torpaq sahəsində 2008-ci ildə fərdi yaşayış evi tikməsi göstərilmişdir. Ərazi təsərrüfatbaşına kitabında da həmin 0,3807 ha torpaq sahəsi və orada tikilən fərdi yaşayış evi İddiaçı adına qeyd olunmuşdur. Həmçinin digər ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 da qarşılıqlı iddia ərizəsində gəlin köçdüyü həmin evdən özünün və uşaqlarının istifadə hüquqlarının müəyyən olunmasını tələb etməklə, faktiki həmin evin onun bu evə gəlməzdən əvvəl tikildiyini və bu evin İddiaçı Məhəməd qızına məxsus olduğunu etiraf və təsdiq edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 25 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan 0.3807 ha torpaq sahəsində müvafiq icazə sənədləri olmadan 2008-ci il tarixdə fərdi yaşayış evi inşa etmiş, onun oğlu Cavabdeh1 ilə ilk iddia üzrə Cavabdeh2 arasında 2012-ci ildə nikah bağlanmış və bundan sonra həmin şəxslər müvəqqəti olaraq yaşaması üçün həmin evə köçürülmüşlər. İddiaçı həmin evə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikah 2016-cı ildə Balakən Rayon Məhkəməsinin 2 (019)- 1835/2016 iş nömrəli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və orada inşa etdiyi fərdi yaşayış evini boşaltmamışlar. Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə Balakən rayonu Talalar kəndində İddiaçı mülkiyyətində olan 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və orada tikilən fərdi yaşayış evindən çıxmırlar. Bununla da İddiaçı mülkiyyət hüquqları pozulur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha torpaq sahəsinə və həmin torpaq sahəsində ilk iddia üzrə iddiaçı tərəfindən tikilən fərdi yaşayış evinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən və evdən qanunsuz istifadə etməklə İddiaçı həmin evin yerləşdiyi 0,3807 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdlaxilə etməklə, onun mülkiyyət hüquqlarını pozurlar. Ona görə də ilk iddia təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və bununla da İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməlidir. Cavabdeh2 İddiaçı qarşı onun Cavabdeh1 ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə istənilən daşınmaz əmlak üzərində olan hüquqlar, o cümlədən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlak üzərində olan hüquqlar dövlət qeydiyyatına alındlıqdan sonra həmin daşınmaz əmlak üzərində hər hansı hüquqların müəyyən edilməsindən və həyata keçirilməsindən söhbət gedə bilər. İş materiallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 0,3807 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı və digər hər hansı şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də həmin ev İddiaçı və digər hər hansı şəxsin xüsusi mülkiyyətində deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində əşya istifadə hüququ mülkiyyət hüququndan daha geniş bir hüquqdur. İstifadə hüququ həm mülkiyyət hüququndan, həm qanundan, həm də müqavilədən yarana bilər. Onu da vurğulamaq lazımdır ki, qanunvericilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qanunvericilikdə evdən və ya mənzildən istifadə hüququ mülkiyyət hüququndan, qanundan və müqavilədən yaranan bir hüquq və mülkiyyət hüququnu məhdudlaşdıran hüquq statusu verilmişdir. Qanunun tələbinə görə də evdən istifadə hüququnun yaranması üçün birmənalı şəkildə həmin evə mülkiyyət hüququ olmalı, bu hüquq dövlət qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı və hər hansı başqa şəxsin sözügedən evə mülkiyyət hüquqları qeydiyyata alınmadığı və həmin ev mülkiyyətdə olmadığı üçün Cavabdeh2 uşaqları ilə həmin evdən istifadə hüququ müəyyən oluna bilməz. Belə ki, qeyd edildiyi kimi, istifadə hüququ mülkiyyət hüququndan yaranmaqla onun üç hüquqi elementindən biridir, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hüquqdur. Evə mülkiyyət hüququ olmadığından, istifadə hüququnun yaranması üçün də hüquqi əsas mövcud olmur. Digər tərəfdən ümumiyyətlə Cavabdeh2 və uşaqlarının evə heç bir digər hüququ, o cümlədən istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı bunun əksini, yəni evə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və uşaqları ilə birlikdə həmin evə istifadə hüququnun yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də qarşılıqlı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi ilk iddia üzrə Cavabdeh1 yazılı şəkildə ərizə verməklə, ilk iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, ilk iddianın bu etirafı qəbul olunmalı və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, ilk iddia üzrə İddiaçı ödənilməlidir. Cavabdeh2 İddiaçı qarşı onun Cavabdeh1 ilə ailə qurarkən gəlin köçdüyü Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə onun və azyaşlı övladları; 05 avqust 2014cü il tarixdə anadan olmuş X6 və 06 fevral 2016-cı il tarixdə anadan olmuş X4 istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(019)-526/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(019)-526/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1665/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1665/2021
13.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver