Məhkəmə qərarları › İş №2(107)-1667/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1667/2020

24.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1667/2020 24.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin bölünərək mülkiyyət payının ayrılması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı-torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin bölünərək mülkiyyət payının ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 əldən çıxmış fayda kimi ona vurulmuş zərərin əvəzi olaraq 5400 manat məbləğin, habelə dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla, cəmi 5430 (beş min dörd yüz otuz) manat məbləğin alınaraq ona verilməsi, torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Şamaxı Ərazi idarəsi tərəfindən 20 12.2018-cı il tarixdə HDHDƏDR-dən verilmiş RX seriyalı, ******* saylı çıxarış uzrə birgə mülkiyyətdə olan 4,2071 ha əkin torpaq sahəsində onun payına düşən 0.6010 ha torpaq sahəsinin real bölgü əsasında ayrılaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-561/2020 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından narazı qalan İddiaçı həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-561/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-561/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatının, şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-561/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbindən aşkar surətdə göründüyü kimi, iddiaçının iddia tələbləri bir-biri ilə əlaqədar deyildir. İddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Ona görə də, qeyd edilən cavabdehə qarşı iddia tələbləri birlikdə baxılıb həll edilməməli olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə də iddia ərizəsinin geri qaytarılması barədə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-561/2020 nömrəli qərardadı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-561/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-561/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar