Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1667/2021 20.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və cavabdeh Zərdab rayon İcra Hakimiyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Zərdab rayon İcra Hakimiyətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(035)-375/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Zərdab rayon İcra Hakimiyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsı ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısı Mərdan Camalzadə tərəfindən barəsində verilmiş töhmətin verilməsinə dair 34 saylı 10.03.2021-ci il tarixli əmrin ləğv edilməsi, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, 08.04.2021-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun Cavabdeh başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 20 may 2021-ci il tarixli, 2(035)- 375/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Zərdab rayon İcra Hakimiyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Zərdab rayon İcra Hakimiyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməli və iddia ərizəsi təmin edilməməlidir. Belə ki, ilk öncə bildirmək istəyirlər ki, birinci instansiya məhkəməsi qətnaməsini iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, 08.04.2021-ci il tarixli əmrin ləğv edilməsi üçün əsaslandırmağa çalışsa da, sonda əmri etibarsız hesab etmişdir. Bilindiyi kimi əmrin etibarsız hesab edilməsi və ləğv edilməsi bir birindən fərqlənir və onların qanunvericilikdə nəzərdə tutulmuş tamamilə başqa əsasları vardır. İddiaçıya yalnız COVİD-19 pandemiyasına qarşı vaksinasiyasnı təşkil etmək tapşırılmış və ona ayrı-ayrı sakinlərin vaksinasiya olunmaları üçün öz şəxsi avtomobili ilə Zərdab rayon Mərkəzi Xəsətəxanasına aparması göstərişi verilməmişdir. Bundan başqa həmin vaxt iddiaçının rəhbərlik etdiyi nümayəndəliyin müavini və mühasibi də işdə olmamışdırlar ki, həmin şəxslərin işdə olub-olmamasına da vəzifəsinə görə iddiaçı cavabdeh olmalı idi. Eyni zamanda həmin əmrin verilməsi üçün əsas olmuş təqdimatdan da görünür ki, iddiaçı göstərilənlərdən başqa müavini Nübar Məsimovaya Cavabdeh Başçısının keçirdiyi iclasda iştirak etməməsi üçün ona icazə vermişdir. İddiaçının isə belə bir səlahiyyəti olmamışdır. Vəzifə slahiyyətini aşaraq mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zərdab rayon İcra Hakimiyətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv araşdırma aparmamış və sübutları birtərəfli qaydada qiymətləndirmişdir. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi məhkəmə aidiyyət qaydalarını da pozmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf onu haqsız olaraq işdən azad etmişdir. Birinci instansiya məhkəməsi bu işlə bağlı ətraflı araşdırma aparmış və ədalətli qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətini əsassız hesab edir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(035)- 375/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının tələbini pozmaqla qərar qəbul etmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh başçısının 14.02.2017-ci il tarixli 21 saylı əmrinə əsasən 14.02.2017-ci il tarixdən “X8 Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Cavabdeh başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, 25.09.2017-ci il tarixli 191 saylı əmrə əsasən 25.09.2017-ci il tarixdən 6 (altı) ay staj müddətinin bitməsi nəzərə alınaraq “X8” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 3 ay sınaq müddətinə Dövlət qulluğuna, 23.11.2017-ci il tarixli 227 saylı əmrə əsasən 23.11.2017-ci il tarixdən “X8” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmişdir. Cavabdeh başçısı M.Camalzadənin 08.04.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “X8” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 08.04.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir Cavabdeh başçısının İddiaçı töhmət verilməsi barədə 10.03.2021-ci il tarixli, 34 saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Rayon İHB-nin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, “Yerli İcra Hakimiyyəti haqqında Əsanamə” nin 4.1.8 maddəsinə əsasən “X8” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozduğuna görə ona “X8” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmişdir. Əsas: Rayon İHB Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Məmmədovun təqdimatı göstərilmişdir. Cavabdeh başçısının İddiaçı işdən azad edilməsi haqqında 08.04.2021-ci il tarixli 55 saylı əmrdən görünür ki, İddiaçı Rayon İHB-nin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Rayon İHB Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Məmmədovun 08.04.2021-ci il tarixli təqdimatında göstərdiyi nöqsanlara görə “X8” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 08.04.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, İddiaçı son hesabının dürüstləşdirilib ödənilməsi təmin edilmişdir. Həmin vəzifənin icrası müvəqqəti olaraq Rayon İHB-nin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X3 həvalə edilmişdir. (Əsas: Rayon İHB Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X1 08.04.2021-ci il tarixli təqdimatı göstərilmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-ci maddəsinin tələbinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Məhz qeyd olunan normanın tələblərindən göründüyü kimi, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar azad edilmiş vəzifəli şəxslərin sərəncama götürülməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri əmək qanunvericiliyində ümumiyyətlə tənzimlənmədiyindən bu hallarda yalnız X8 Qanunun istinad edilməlidir. “X8” AR Qanununun; 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində intizam tənbeh tədbirləri, cümlədən dövlət qulluğundan azad edilməsi barədə tədbirlər görülə bilər (DQH Qanunun 25.2.6-cı maddəsi). 33.1 və 33.1.6.-çı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. 34-cü maddəsinə əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 261.0.1-ci maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(035)- 375/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Zərdab rayon İcra Hakimiyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(035)-375/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə (o cümlədən iddiaçıya) hazırki mübahisənin həlli ilə bağlı məhkəmə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət hüququ izah olunsun. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1667/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1667/2021
20.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver