Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1669/2020 09.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Niyazi qızına qarşı əmlakın boşaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 358/2020 nömrəli qətnaməsindən Cavabdeh Niyazi qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh Niyazi qızının Şəki şəhəri, Mahmud Əliyev küçəsi 55 saylı evdən məcburi qaydada çıxarılmaqla onun istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılması, 10 (on) manat dövlət rüsumunun Cavabdeh Niyazi qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınmasının nəzərə alınması qət edilmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Niyazi qızının Şəki şəhəri, Mahmud Əliyev küçəsi 55 saylı evdən məcburi çıxarılması, onun istifadə hüququna xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-2142/2014 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər “xxxxxxxxxxx” MMC, X10, Cavabdeh Niyazi qızı, X11 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilərək, cəmi 1.461.043,89 manat məbləğində pulun cavabdeh “xxxxxxxxxx” MMC-dən alınaraq İddiaçı ASC-nə ödənilməsi, tutmanın tam mülkiyyət hüququ Cavabdeh Niyazi qızına məxsus olan Şəki şəhəri, Mahmud Əliyev küçəsi küçəsində mülkiyyətində olan 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyri-yaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına cavabdeh “xxxxxxxxxxx” MMC-nin İddiaçı ASC-nə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsi ilə cavabdehlər X10 və X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)- 2142/2014 saylı qətnaməsindən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)- 2142/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2015-ci il tarixli 2(102)- 4302/2015 saylı qərarı ilə cavabdehlər “xxxxxxxxxxx” MMC, X10 və Cavabdeh Niyazi qızının Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)- 532/2015 saylı qətnaməsindən birgə verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, Mahmud Əliyev küçəsi küçəsində mülkiyyətində olan 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyriyaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evinə tutma yönəldilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini almış, icraya yönəldilmiş həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC-nin xx xxxxxx 2015-ci il tarixli, 05/02 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən hərracın qalibi (alıcı) İddiaçı ASC olmuş və adına çıxarış verilmişdir. Lakin Cavabdeh Niyazi qızı həmin fərdi yaşayış evini könüllü olaraq boşaltmır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh Niyazi qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh Niyazi qızı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh Niyazi qızı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin hakiminin qətnaməsindən narazıdır. Onun yaşadığı evin satılmasından onun xəbəri olmamışdır və bunu mübahisələndirsə də hakim bunu nəzrə almamışdır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən evinin hansı yolla bankın adına keçirilməsi araşdırılacaqdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı X7 nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Niyazi qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh Niyazi qızının apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxxxx 2014-cii il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-2142/2014 saylı qətnaməsi əsasında xx xxxxxxxx 2014-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən 1 329 763.30 (bir milyon üç yüz iyirmi doqquz min yeddi yüz altmış üç manat otuz qəpik) manat məbləğində əsas borc, 128.505.59 (bir yüz iyirmi səkkiz min beş yüz beş manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 2500 (iki min beş yüz) manat məbləğində cərimə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 245.00 (iki yüz qırx beş) manat məbləğində dövlət rüsumu və xidmət haqqı, cəmi 1461043,89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) borcun cavabdeh "xxxxxxxxxxx" MMC-dən alınaraq İddiaçı ASC-nə ödənilməsi, tələbin aşağıda göstərilən əmlaklara yönəldilməklə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Niyazi qızına məxsus olan Səki rayonu, Kiş kəndində, istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 219.100 (iki yüz on doqquz min yüz) manat olmaqla, X4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 60.0 kvadrat metr ümumi sahədən ibarət 36/37 saylı mənzilin ilkin satış qiyməti 229.000 (iki yüz iyirmi doqquz min) manat olmaqla, Cavabdeh Niyazi qızına məxsus olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində mülkiyyətində olan 0.0132 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kvadrat metr yaşayış, 4.3 kvadrat metr qeyri-yaşayış, 210.9 kvadrat metr köməkçi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 320.000 (üç yüz iyirmi min) manat olmaqla, X5 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kvadrat metr yaşayış, 43.9 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla, X6 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X13 prospektində istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kvadrat metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 268.000 (iki yüz altmış səkkiz min) manat olmaqla, X5 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, mülkiyyətində olan 0.0032 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 3 girişi, 68.22 kvadrat metr ümumi, 56.61 kvadrat metr əsas, 11, 61 kvadrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası mağaza) və torpaq sahəsinin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat olmaqla, X5 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2i ünvanında 0.451247 ha torpaq sahəsində yerləşən 246.9 kvadrat metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin ilkin satış qiyməti 788.000 (yeddi yüz səksən səkkiz min) manat olmaqla, Cavabdeh Niyazi qızına tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0.03623 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binada 59,8 kvadrat metr ümumi, 40.6 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh "xxxxxxxxxxx" MMC-nin İddiaçı ASC-nə olan borcunun ödənilməsi qərara alınmışdır. İşdə olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC-nin xx xxxxxx 2015-ci il tarixli, 05/02 saylı “Hərracın yekunları barədə Protokolu”ndan görünür ki, Cavabdeh Niyazi qızının mülkiyyətində olan və ilkin satış qiyməti 320000 manat müəyyən edilmiş Şəki şəhəri, Mahmud Əliyev küçəsi küçəsində mülkiyyətində olan 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyriyaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evi 272000 manata İddiaçı ASC-nə satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X19 tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Mahmud Əliyev küçəsində mülkiyyətində olan 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyri-yaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evi İddiaçı ASCnin adına qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehin İddiaçı ASC-nə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-2142/2014 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə Cavabdeh Niyazi qızının mülkiyyətində olan Şəki şəhəri, Mahmud Əliyev küçəsi küçəsində mülkiyyətində olan 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyri-yaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 320000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin fərdi yaşayış evi tələbkar İddiaçı ASC-nə təklif edilmişdir. İddiaçı ASC də alıcı qismində iştirak etmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC tərəfindən xx xxxxxx 2015-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 05/02 nömrəli yekun protokola əsasən Cavabdeh Niyazi qızının mülkiyyətində olan və ilkin satış qiyməti 320000 manat müəyyən edilmiş Şəki şəhəri, Mahmud Əliyev küçəsi küçəsində mülkiyyətində olan 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyri-yaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evi 272000 manata İddiaçı ASC-nə satılmışdır. Halhazırda həmin fərdi yaşayış evi İddiaçı ASC-nin adınadır. Bununla bağlı İddiaçı ASCnin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X19 tərəfindən xx xxxx 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə cavabdeh mübahisə predmeti olan, Şəki şəhəri, Mahmud Əliyev küçəsi küçəsində mülkiyyətində olan 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyriyaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evini könüllü olaraq boşaltmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh Niyazi qızı isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. Göründüyü kimi İddiaçı ASC həmin fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin Cavabdeh Niyazi qızı İddiaçı ASC-nə məxsus fərdi yaşayış evini könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin xx xxxxxx 2015-ci il tarixli, 05/02 saylı hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqavilə əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun qalması müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Həmidova X12 şəhəri, Mahmud Əliyev küçəsi 55 saylı evdən məcbur qaydada çıxarılmaqla onun istifadə hüququna xitam verilməli və yaşayış sahəsi boşaldılmalı, 10 (on) manat dövlət rüsumu Cavabdeh Niyazi qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qisməntəmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh Niyazi qızı tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Niyazi qızı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1669/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1669/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver