Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1672/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və məhkəmə iclas katibi X3, Cavabdeh3 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi və əmlakın satıldıqdan sonra boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-40/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 10027.26 ABŞ dolları kredit borcu, 2144.63 ABŞ dolları faiz borcu və 3180.88 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15352 (on beş min üç yüz əlli iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 15352 (on beş min üç yüz əlli iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Ramazanova (Yusibova) Rəfiqa Polad qızı və Cavabdeh3 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki rayon Məhkəməsinin (hakim P.Hacıyev) 08 iyun 2021-ci il tarixli, 2(075)-11/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 10027.26 ABŞ dolları kredit, 2144.63 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi, Cavabdeh1 mülkiyyətindəki Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, bu əmlak ilkin satış (likvid) qiyməti 40000 manatla hərraca çıxarılaraq hərracda satılsın, onun açıq hərracdan satılması hesabına cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 60 manat dövlət rüsumu İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 müstəqil qiymətləndirici "xxxx" MMC-nin xeyrinə 150 manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.01.2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.01.2015-ci il tarixli, 007R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.01.2016-cı il tarixli, 007R**********S saylı, 09.09.2016-cı il tarixli, 007R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.08.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 19972.74 ABŞ dolları ödəmiş, onun 10027.26 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18.06.2020-ci il tarixə 317 gün üçün hesablanmış faiz borcu 2144.63 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 18.06.2020-ci il tarixə 317 gün üçün hesablanmış cərimə 3180.88 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı tarixli, 007M**********020 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 59.6 m2 yaşayış 138.7 m2 köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 4 №-li reyestr kitabının 41 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 59.6 m2 yaşayış 138.7 m2 köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 30.03.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim olunmuş və 08.04.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan Ramazanova (Yusibova) Rəfiqa Polad qızı və Cavabdeh3 notariat kontoruna ərizə verərək həmin əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş, əmlaka tutma yönəldildikdən və o satıldıqda əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Odur ki, bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Hesab edir ki, tələb olunan qədər kredit borcu qalmayıbdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnamə çıxararkən iş üzrə tələb edilən dəbbə (penya, cərimə) pulunun miqdarının tənasübsüz şəkildə yüksək hesablanmasını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə almamışdır. Bundan başqa məhkəmə evin real qiyməti barədə araşdırma aparmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar həqiqətən də qeyd olunan bankdan kredit götürmüş və vaxtı-vaxtında da ödənişlər etmişdir. Lakin sonradan dolların kursunun qalxması ilə əlaqədar ödənişlərində yubanmalar yaranmışdır. Bu gün də kredit borcunu ödəməkdən yayınmır, sadəcə müəyyən olunmuş pulu birdəfəyə ödəməyə imkanı yoxdur. Bununla bağlı bankla qarşılıqlı razılıq əldə etməyə çalışsa da nəticəsi olmamışdır. Bundan əlavə məhkəmə tərəfindən cərimə və evin qiyməti düzgün hesablanmamışdır. Ona görə də müvafiq köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəfin nümayəndəsi və iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi cavabdeh tərəf əsasən qətnamənin evin dəyəri və cərimə ilə bağlı hissəsini mübahisələndirir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 30 may 2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 28 yanvar 2015-ci il tarixli, 007M**********02 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evini İddiaçı QSC-yə ipotekaya qoymuşdur. Cavabdeh3 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanlanmış notarial qaydada təsdiq edilmiş 28 yanvar 2015-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 məxsus olan və Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin İddiaçı QSC-yə girov qoyulmasına razı olduqlarını bildirmiş, ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdən və o satıldıqda həmin evi qeyri-şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 yanvar 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007R********** saylı kredit razılaşmasından (28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə) görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 007R**********S saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli, 007R**********SA saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 30 mart 2020-ci il tarixli, 5098 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. İddiaçı QSC tərəfindən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 08 aprel 2020-ci il tarixli, 5365 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı QSC-nin ərizəsi ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində 13 aprel 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün İddiaçı QSC tərəfindən 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən 31 mart 2021-ci il tarixdə verilmiş, ƏEM/M 124-315/21 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150 manat təşkil edir. Məhkəmə- mühasibatlıq ekspertizasının 25585 №li 14.03.2018-ci il tarixli rəyində göstərilir ki, X1 11.02.2013-cü il tarxili 15K000003784 №li kredit müqaviləsi üzrə 25.01.2017-ci il tarixə İddiaçı QSC-ə olan əsas borc 16552.98 ABŞ dolları, faiz borcu 5629.39 ABŞ dolları, 14.08.2013-cü il tarixli 15K000004373№li müqavilə üzrə olan borcu əsas borc 7903,67 ABŞ dolları, faiz borc 1928,85 ABŞ dolları, 13.03.2014-cü il tarizli 15K000000018№li kredit müqaviləsi üzrə əsas borc 18686,98 ABŞ dolları, faiz borc 5569,61 ABŞ dollar müəyyən edilir. Məhkəmə-mühasibatlıq ekspertizasının 12147 №li 30.01.2019-cu il tarixli rəyində göstərilir ki, X1 25.01.2017-ci il tarixə İddiaçı QSC-ə 11.02.2013-cü il tarixli 15K000003784 №li kredit müqaviləsi üzrə olan borcu əsas borc 16552,88 ABŞ dolları, faiz borcu 5629,39 ABŞ dolları, 14.08.2013-cü il tarixli 15K000004373 №li kredit müqaviləsi üzrə borcu əsas borc 7903,67 ABŞ dolları, faiz borc 1926,85 ABŞ dolları, 03.03.2014-cü il tarixli 15K000000018№li kredit müqaviləsi üzrə əsas borc 18686,98 ABŞ dolları, faiz borc 5569.61 ABŞ dolları müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17281 №li 21.08.2019-cu il tarixli rəyində göstərilir ki, «HOWO ZZ32557 №384 “A” yük markalı 2013-cü il buraxılışlı, mühərrik gücü 9726 sm²olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yaralı yük avtomobilin hazırki nəzəri orta bazar qiyməti 53.000 manat, «HOWO ZZ3257 №384 “A” yük markalı 2012-ci il buraxılışlı mühərrik gücü 9726 sm²olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yaralı yük avtomobilin hazırki nəzəri orta bazar qiyməti 53.000 manatdır. "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan 0.1555 ha torpaq sahəsində inşa edilmiş 401.4 kvm ümumi sahədən ibarət əmlak kompleksi kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının bazar dəyəri 100000 (bir yüz min) manat təşkil edir. "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, ünvan 4 ünvanda xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerləşən, 87.69 kvm ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 75000 manat təşkil edir. "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, “Howo ZZ3257N3847A” yük markalı özüboşaldan modelli, 2012-ci il buraxılışlı 99-DV-05 dövlət qeydiyyat nişanlı yük avtomobilin bazar qiyməti 38.000 manat təşkil edir. "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, “Howo ZZ3257N3847A” yük markalı özüboşaldan modelli, 2013-cü il buraxılışlı **-EJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin bazar qiyməti 43.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 445, 462, 467, 470 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 39, 59 maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 28.01.2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə də göründüyü kimi iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh (zamin) Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 08.05.2009-cu il tarixli, 007L**********61 nömrəli zaminlik müqaviləsində müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdehlər bankla bağladığı kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh1 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 ilə bank arasında 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007R********** saylı kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 28 yanvar 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə Cavabdeh3 arasında 29 yanvar 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh3 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi ilə bağlı üzərlərinə tam həcmdə öhdəlik götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi imzalanmış, imzalanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC qarşısındakı 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apelyator) faiz və cərimə borcunun, eləcə də evin dəyərinin düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki, cavabdeh özü şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və iddia tələbini qismən qəbul etməklə bank tərəfindən ona kredit verildiyini, əvvəllər vaxtı-vaxtında ödənişlər etdiyini etiraf etmiş, lakin sonradan maddi imkanın pisləşməsi səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini, bu səbəbdən də hissə-hissə ödəyəcəyini bildirmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit, zaminlik və ipoteka müqavilələrini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, faiz və cərimə borcunun, evin dəyərinin düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də evin hazırki dəyəri ilə bağlı ekspert rəyi alınmışdır. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-40/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1672/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1672/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver