Məhkəmə qərarları › İş №2(107)-1684/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1684/2020

29.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1684/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək X2 miras qalmış Mingəçevir şəhəri X11 ev 7, mənzil 31-ə və X3 miras qalmış Sumqayıt şəhəri 45-ci məhəllə ev 14, mənzil 52-yə onun yəni İddiaçı miras əmlakın üzərində hər bir mənzildə ½ hissədə miras payının müəyyən edilməsi və mülkiyyətə dair hüquqlarının qeydə alınması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini dəqiqləşdirərək X2 miras qalmış Mingəçevir şəhəri X11 ev 7, mənzil 31in və X3 miras qalmış Sumqayıt şəhəri 45-ci məhəllə ev 14, mənzil 52-nin, Mingəçevir şəhəri X11 ev 7, mənzil 31 ünvanında olan 20 adda ev əşyalarının, ünvan 2 olan 5 adda miras əmlakların, 10 adda qızıl-zinət əşyalarının, X2 miras qalmış qarajın bütövlükdə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının anası X4 xx.xx.2018-ci il tarixdə, atası X5 isə xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İddiaçının mərhum ata və anasından ayrı ayrılıqda ümumi paylı mülkiyyətdə olan mənzillər qalmışdır. İddiaçının anası X1 Mingəçevir şəhəri, X11 7 saylı evin 31 saylı mənzii, atası X3 isə Sumqayıt şəhəri 45-ci məhəllə, 14 saylı evin 52 saylı mənzili miras qalmışdır. İddiaçının anasından qalmış miras əmlak olan Mingəçevir şəhəri X11 ev 7, mənzil 31 ünvanındak ev anasının adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestr Xidmətinin Yevlax rayon idarəsində qeydə alınmışdır. İddiaçının atasından qalmış miras əmlak olan Sumaqayıt şəhəri 45-ci məhəllə ev 14 mənzil 52 ünvanındakı ev isə atasının adına AR Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində qeydə alınmışdır. İddiaçının valideynləri vəfat etdikləri günə qədər ünvan 3 mənzi 31 ünvanında qeydiyyatda olmuş və yaşamışlar. İddiaçı vərəsə kimi mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmişdir. İddiaçının mərhum atası X3 qalmış mirasın qəbulu üçün xx.xx.2018-ci il tarixdə, anası X2 qalmış mirasın qəbulu üçün isə xx.xx.2018-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat kontorunda ona vərəsəlik işi açılmışdır. İddiaçı hal-hazırda cavabdeh olan bacısı Cavabdeh onunla kəskin münasibətdədir. İddiaçılar ailədə 1 bacı, 1 qardaş olsalar da cavabdeh onu həmişə düşmən gözündə görüb. İddiaçı valideynlərinin miras mülki barədə cavabdehlə dəfələrlə əlaqə saxlasa da xeyri olmamışdır. Odur ki, qeyd olunan hallar nəzərə alınaraq iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylı qətnаməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylı qətnаməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apelyasiya şikayətində iddia tələbinin miras qalmış evlərə münasibətdə mübahisələndirsə də nəticədə qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini miras qalmış evlərə münasibətdə təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilərək nəticədə əsassız qətnamə çıxarılmışdır. İddia tələbini tamamilə rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh valideynlərindən qalan hər iki mənzili faktiki idarə etməklə miras əmlakı qəbul etmişdir. Lakin İddiaçı iddia ərizəsində bacısı olan Cavabdeh payının müəyyən olunmasını deyil mirasın yalnız onun tərəfindən bütöv halda qəbul olunmasını tələb etmişdir. Göstərilən tələbin isə hazırki vəziyyətdə təmin olunması mümkün deyil. Belə ki, Cavabdeh valideynlərindən miras qalmış mənzillərə vərəsəlik hüququ, məcburi pay hüququ olmaqla iddiaçı ilə eyni dərəcəli hüquqlara malikdir. Bundan əlavə iddiaçı tərəfindən mirasın bütövlükdə onun tərəfindən qəbul edilməli olması barədə heç bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə qismən razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının anası X6 xx.xx.2018-ci il tarixdə, atası X5 isə xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İddiaçının mərhum ata və anasından ayrı-ayrılıqda ümumi paylı mülkiyyətdə olan mənzillər qalmışdır. İddiaçının anası X2 Mingəçevir şəhəri, X11 7 saylı evin 31 saylı mənzii, atası X3 isə Sumqayıt şəhəri 45-ci məhəllə, 14 saylı evin 52 saylı mənzili miras qalmışdır. İddiaçının anasından qalmış miras əmlak olan Mingəçevir şəhəri X11 ev 7, mənzil 31 ünvanınadək ev anasının adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestr Xidmətinin Yevlax rayon idarəsində qeydə alınmışdır. İddiaçının atasından qalmış miras əmlak olan Sumaqayıt şəhəri 45-ci məhəllə ev 14 mənzil 52 ünvanındakı ev isə atasının adına AR Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində qeydə alınmışdır. İddiaçının valideynləri vəfat etdikləri günə qədər ünvan 3 mənzi 31 ünvanında qeydiyyatda olmuş və yaşamışlar. İddiaçı vərəsə kimi mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmişdir. İddiaçının mərhum atası X3 qalmış mirasın qəbulu üçün xx.xx.2018-ci il tarixdə, anası X2 qalmış mirasın qəbulu üçün isə xx.xx.2018-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat kontorunda ona vərəsəlik işi açılmışdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarının 11-ci səhifəsində olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli arayışından görünür ki iddiaçının atası X5 isə xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Həmçinin iş materiallarının 12-ci səhifəsində olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli arayışından görünür ki iddiaçının anası X6 xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İddiaçı vərəsə kimi mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmişdir. İddiaçının mərhum atası X3 qalmış mirasın qəbulu üçün xx.xx.2018-ci il tarixdə, anası X2 qalmış mirasın qəbulu üçün isə xx.xx.2018-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat kontorunda ona vərəsəlik işi açılmışdır. Göründüyü kimi iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətə riayət edərək notariat kontoruna müraciət etmişdir. Bu da yuxarıda sadalanan rəsmi sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsinə kifayət qədər əsas var. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylıqətnaməsi iddia tələbinin evlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı X2 miras qalmış Mingəçevir şəhəri X11 ev 7, mənzil 31-in və X3 miras qalmış Sumqayıt şəhəri 45-ci məhəllə ev 14, mənzil 52-nin, İddiaçıözünün payına münasibətdə qəbul edilməsi barədə iddiası təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin Mingəçevir şəhəri X11 ev 7, mənzil 31 ünvanında olan 20 adda ev əşyalarının, ünvan 2 olan 5 adda miras əmlakların, 10 adda qızıl-zinət əşyalarının, X2 miras qalmış qarajın miras əmlak kimi iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə iddiasını təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçı tərəf həmin əmlakların mövcud olmasına dair hər hansı bir mötəbər sübut növü məhkəmələrə təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin miras əmlakın iddiaçının yalnız onun tərəfindən qəbul edilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçı tərəf mirasın yalnız onun tərəfindən qəbul edilməsi barədə mötəbər sübut növü məhkəmələrə təqdim etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh tərəf də mirasın onun tərəfindən qəbul edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürmədiyindən cavabdehə münasibətdə araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, X2 miras qalmış Mingəçevir şəhəri X11 ev 7, mənzil 31 və X3 miras qalmış Sumqayıt şəhəri 45-ci məhəllə ev 14, mənzil 52 İddiaçı payına münasibətdə qəbul edilməsi barədə iddiası təmin edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-40/2020 saylıqətnaməsi iddia tələbinin rədd edilmiş X2 miras qalmış Mingəçevir şəhəri X11 ev 7, mənzil 31 və X3 miras qalmış Sumqayıt şəhəri 45-ci məhəllə ev 14, mənzil 52-nin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. X2 miras qalmış Mingəçevir şəhəri X11 ev 7, mənzil 31-in və X3 miras qalmış Sumqayıt şəhəri 45-ci məhəllə ev 14, mənzil 52-nin İddiaçı özünün payına münasibətdə qəbul edilməsi barədə iddiası təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar