Məhkəmə qərarları › İş №2(107)-1684/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1684/2021

28.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1684/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zəbt etdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- torpaq sahəsindən çıxarılma, ekspert rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 1.3026 ha torpaq sahəsinin və ******* nömrəli, 24.09.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 0.2989 ha torpaq sahəsinin Cavabdeh zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.3026 ha və ******* nömrəli, 24.09.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0.2989 ha torpaq sahəsi onun, oğlu X1 və X2 qanuni mülkiyyətindədir. Lakin sözügedən torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməklə onları qanuni mülkiyyətlərindən məhrum etmişdir. Dəfələrlə həmin şəxsə tərəfindən qanuni mülkiyyəti olan torpaq sahəsindən çıxması tələb olunsa da, o buna məhəl qoymamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 1.3026 ha torpaq sahəsinin və ******* nömrəli, 24.09.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 0.2989 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 1.3026 ha torpaq sahəsinin və ******* nömrəli, 24.09.2013-cü il tarixli. ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 0.2989 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.3026 ha və ******* nömrəli, 24.09.2013-cü il tarixli. ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0,2989 ha torpaq sahəsi İddiaçı, X1 və X2 paylı mülkiyyətinə verilmişdir. İddiaçı həmin Çıxarışlara əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 0.2989 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və ekspert tərəfindən 23 noyabr 2020-ci il tarixli. 10/3023 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə iddiaçı 23 noyabr 2020-ci il tarixli, 10/3023 saylı rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumibirgə mülkiyyətində olan 1.3026 ha və ******* nömrəli, 24.09 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumi birgə mülkiyyətlərində 0.2989 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmədiyi, X2 faktiki istifadə etdikləri və özlərinin naturada göstərdikləri torpaq sahələri Cavabdeh adına tərtib edilmiş DƏDRX-in **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin cizgisi daxilində yerləşən 8.02 ha torpaq sahəsinin (0.1278ha. 0.0104ha, 0.1005ha 0.1212ha hissələri) ümumilikdə 0.36 ha hissəsi faktiki olaraq iddiaçılar tərəfindən istifadə edilir. Baxış zamanı iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi kimi təqdim etdikləri 0.36 ha torpaq sahəsi Cavabdeh adına tərtib edilmiş DƏDRX-nin **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və ekspert tərəfindən 23 noyabr 2020-ci il tarixli, 10/3023 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə iddiaçı 23 noyabr 2020-ci il tarixli, 10/3023 saylı rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumi birgə mülkiyyətində olan 1.3026 ha və ******* nömrəli, 24.09 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumibirgə mülkiyyətlərində 0.2989 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmədiyi, X2 faktiki istifadə etdikləri və özlərinin naturada göstərdikləri torpaq sahələri Cavabdeh adına tərtib edilmiş DƏDRX-nin **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin cizgisi daxilində yerləşən 8.02 ha torpaq sahəsinin (0.1278ha. 0.0104ha, 0.1005ha 0.1212ha hissələri) ümumilikdə 0.36 ha hissəsi faktiki olaraq iddiaçılar tərəfindən istifadə edilir. Baxış zamanı iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi kimi təqdim etdikləri 0.36 ha torpaq sahəsi Cavabdeh adına tərtib edilmiş DƏDRX-in **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi sübuta yetirilməmişdir və iddiaçı tələbində haqlı deyildir. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Tələb təmin edilmədiyi üçün iş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınaraq müvafiq hesablara ödənməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasına, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini və cavabdehin istifadə etdiyi torpaq sahəsinin hansı ərazilərdə aparıldığını dəqiq müəyyən edilməsi zərurəti yaranmışdır. Bunun üçün müasir texniki vasitələrdən istifadə etməklə (GPS vasitəsi ilə torpaq sahəsinin olduğu yerin koordinatların dəqiq götürülməsi yolu ilə) tədqiqat aparılması və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və həmin tapşırığın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi zəruridir. Lakin birinci instansiya məhkəməsi keçirilməsi zəruri olan məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmiş, mülki iş üzrə araşdırılma aparılmasını "xxxx" MMC-nin mütəxəsislərinə həvalə etmişdir. "xxxx" MMC-nin 23 noyabr 2020-ci il tarixli, 10/3023 saylı rəyi isə qərəzli olduğundan birbaşa cavabdehin maraqlarına xidmət edir. Hansı ki, birinci instansiya məhkəməsi də həmin rəyi əsas götürərək Qətnamə çıxarmışdır. Ona görə də Qax Rayon Məhkəməsinin 2(024)-08/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsini apellyasiya qaydasında ləğv edib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, ancaq vəkillə müqavilə bağladığı iş materialları ilə təsdiq edilmir. (order) ona görə də kollegiya məhkəmə iclasının təxirə salınmasına lüzum görmür. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Qax Rayon Məhkəməsinin 2(024)- 08/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsini apellyasiya qaydasında ləğv edib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Qax Rayon Məhkəməsinin 2(024)-08/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.3026 ha və ******* nömrəli, 24.09.2013-cü il tarixli. ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0,2989 ha torpaq sahəsi İddiaçı, X1 və X2 paylı mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və ekspert tərəfindən 23 noyabr 2020-ci il tarixli. 10/3023 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə iddiaçı 23 noyabr 2020-ci il tarixli, 10/3023 saylı rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumibirgə mülkiyyətində olan 1.3026 ha və ******* nömrəli, 24.09 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumibirgə mülkiyyətlərində 0.2989 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmədiyi, X2 faktiki istifadə etdikləri və özlərinin naturada göstərdikləri torpaq sahələri Cavabdeh adına tərtib edilmiş DƏDRX-in **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin cizgisi daxilində yerləşən 8.02 ha torpaq sahəsinin (0.1278ha. 0.0104ha, 0.1005ha 0.1212ha hissələri) ümumilikdə 0.36 ha hissəsi faktiki olaraq iddiaçılar tərəfindən istifadə edilir. Baxış zamanı iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi kimi təqdim etdikləri 0.36 ha torpaq sahəsi Cavabdeh adına tərtib edilmiş DƏDRX-in **********04- 04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyator şikayətində qeyd etmişdir ki, mübahisənin həlli üçün müasir texniki vasitələrdən istifadə etməklə (GPS vasitəsi ilə torpaq sahəsinin olduğu yerin koordinatların dəqiq götürülməsi yolu ilə) tədqiqat aparılması və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və həmin tapşırığın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi zəruridir. Lakin birinci instansiya məhkəməsi keçirilməsi zəruri olan məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmiş, mülki iş üzrə araşdırılma aparılmasını "xxxx" MMC-nin mütəxəsislərinə həvalə etmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli. 10/3023 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumibirgə mülkiyyətində olan 1.3026 ha və ******* nömrəli. 24.09 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumi birgə mülkiyyətlərində 0.2989 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. X2 faktiki istifadə etdikləri və özlərinin naturada göstərdikləri torpaq sahələri Cavabdeh adına tərtib edilmiş DƏDRX-nin **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin cizgisi daxilində yerləşən 8.02 ha torpaq sahəsinin (0.1278 ha, 0.0104 ha, 0.1005 ha 0.1212 ha hissələri) ümumilikdə 0.36 ha hissəsi faktiki olaraq iddiaçılar tərəfindən istifadə edilir. Baxış zamanı iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi kimi təqdim etdikləri 0.36 ha torpaq sahəsi Cavabdeh adına tərtib edilmiş DƏDRX-in **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi ekspertiza "xxxx" MMC tərəfindən deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmişdir. Yəni şikayətin dəlilləri əsassızdır. Digər tərəfdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ekspert rəyinə aid hissədə "xxxx" MMC sözünün yazılması ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Kollegiya həmin qeydi texniki səhv kimi qiymətləndirir. Kollegiya hesab edir ki, ekspert rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır.” Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi əsaslı olaraq iddiaçının iddia tələbinə ekspertiza rəyinə uyğun olaraq qiymət vermişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin torpaq sahəsini tutması müəyyən edilmir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Qax Rayon Məhkəməsinin 2(024)-08/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-08/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar