Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-169/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh və onun vəkili X9, 3-cü şəxs Göyüşova Əminə Abdulhəmid qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-670/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Danaçı kəndində yerləşən nənəsi X3 adına olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-670/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı hazırda Cavabdeh yaşadığı Zaqatala rayonunun Danaçı kəndində yerləşən mərhum nənəsi X4 məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu Danaçı kəndində yerləşən mərhum nənəsi X2 adına olan fərdi yaşayış evində yaşayır. Nənəsinə məxsus evdə o, cavabdeh atası, bacısı və bacısının əri ilə birgə yaşayırlar. Atası xx xxxxxx 1991-ci il tarixdə evlənərək həmin evdə yaşamışdır. Atasının nikahından xx xxxxxxxx 1992-ci ildə o, xx xxxx 1997-ci il tarixdə isə bacısı Şəhla doğulmuşdur. Zaqatala rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə atası ilə anası boşanmışlar. Atası olan cavabdeh onu həmin evdən qovmuş və orada yaşamağa maneçilik törətmişdir. Baxmayaraq ki, ona məxsus bütün əşyalar həmin evdədir. Hazırda onun yaşamaq üçün başqa yeri yoxdur. O, hazırda ailə qurmaq istəyir, lakin atası buna imkan vermir. Bu səbəbdən də, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-670/2020 nömrəli qətnaməsi hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Belə ki, 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsini Nəzərə almamışdır. MM-nın 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Zaqatala rayon X6 qərarı ilə İddiaçı Mikayıl oğlunun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə ünvan 1i ünvanında yerləşən 2.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-0032 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı Torpaq islahatlarından əvvəl anası və bacısı ilə birlikdə ünvan 1inə köçmüş orada yaşamışlar. İddiaçı ümumiyyətlə Danaçı kəndində mərhum anasına məxsus evdə yaşamamış, hərdən onun yanına gəlib getmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-670/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı uzun müddətdir ki, Zaqatala rayonunun Fındıqlı kəndində yaşayır. Mübahisəli evin ona heç bir aidiyyəti yoxdur. Belə ki, qeyd olunan ev bacısı və Göyüşova Əminə Abdulhəmid qızının adınadır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X13 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evi cavabdehin yox, başqa adamın mülkiyyətindədir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Göyüşova Əminə Abdulhəmid qızı izahat verərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı onun qardaşı oğlu olmasına baxmayaraq münasibətləri soyuqdur. İddiaçının onun evinə köçməsinə etiraz edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda yaşamağa evi yoxdur. Ev əvvəllər nənəsinə məxsus olsa da, sonradan bibisi öz adına keçirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev Əminənin adına qeyri-qanuni əsaslarla keçmişdir. Ev əvvəllər cavabdehə məxsus olmuşdur. Cavabdeh evi qəsdən öz adından çıxarmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-670/2020 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala RİHB-ın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 538 saylı məktubundan görünür ki, Cavabdehoviçin adına fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yoxdur. Torpaq islahatı ilə əlaqədar Danaçı kəndi üzrə normativ olan 0,41 ha pay torpaq sahəsi ona da hesablanmışdır. Mərhum valideynlərinin vəfatından sonra təsərrüfatın növbəti üzvü kimi həmin ev təsərrüfatına başçılıq edir. Zaqatala RİHB-ın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 1094 saylı məktubundan görünür ki, mübahisəli ev təsərrüfatında İddiaçı, bacısı və bacısının əri ilə birgə yaşayırlar. Danaçı Bələdiyyəsinin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Danaçı kəndində aparılmış torpaq islahatı zamanı X3 təsərrüfatında 0,41 ha torpaq sahəsi verilmişdir. Zaqatala RİHBB-ın Danaçı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ailə tərkibi bacısı Göyüşova Əminət Abdulhəmidovna və onun əri Göyüşov Şükürpaşa Məmməd oğlundan ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəmizə təhvil vermiş arxiv fonduna əsasən Zaqatala rayon AİK-nın qərarı ilə sorğuda qeyd olunan İddiaçı Mikayıl oğlunun və ailə üzvlərinin (subyektlərin sayı-2) ümumbirgə mülkiyyətinə ünvan 1i ünvanında yerləşən 2,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-0032 saylı ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi ilə rəsmiləşdirilmişdir. Xidmətin 18 saylı X12 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərsimdən təqdim edilmiş elektron baza məlumatlarına, habelə idarəmizə təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən sorğuda qeyd olunan digər Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. RİHB-ın Maqov kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 626 saylı arayışdan görünür ki, iddiaçının yaşayış evi yoxdur. DƏDRX-in xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Göyüşova Əminət Abdulhəmidovnaya məxsusdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişlər. Belə ki, məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin oğlu olmaqla hazırda başqa bir ünvanda yaşayır. Cavabdehin köçmək istədiyi fərdi yaşayış evi isə Cavabdeh deyil, xüsusi mülkiyyət hüququ əsasında Göyüşova Əminət Abdulhəmidovnaya məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə, apellyasiya icraatı zamanı işə cəlb edilmiş 3-cü şəxs Göyüşova Əminət Abdulhəmidovnanın mülkiyyət hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4-cü bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin evə köçürülmüş iddiaçının irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları tətbiq edilməklə səhvə yol verilmişdir. Belə ki, bu halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı isə mübahisəli fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi olan cavabdeh Göyüşova Əminə Abdulhəmid qızının qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onun istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı mübahisəli yaşayış evinə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evə köçürülməsi tələbi əsassızdır. İddiaçının istinad etdiyi hallar isə əsassızdır. Belə ki, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, hazırkı mübahisə üzrə tətbiq edilməli olmayan xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarını tətbiq edərək və tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmuş və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-670/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Zaqatala rayonu Danaçı kəndində yerləşən nənəsi X3 adına olan fərdi yaşayış evinə köçürülməsinə dair” iddia tələbi edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-169/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-169/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver