Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1692/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-329/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, torpağa mülkiyyət hüququna dair JN- 04xx xxx 40614018 saylı dövlət aktı ilə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,59 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-329/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia təmin edilmiş, JN-0498 nömrəli (kod: 40614018) “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X14, X10, X5, X6 və X1 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5982 ha, yəni 0498C hissəsi (mütəxəssis tərəfindən tərtib olunmuş plana uyğun şəkildə) Cavabdeh qeyriqanuni sahibliyindən alınaraq İddiaçı geri qaytarılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvləri, yəni həyat yoldaşı X11, övladları X7, X2, X3 və X4 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon X9 xx xxxxxx 1997ci il tarixli, 25 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,23 ha torpaq sahəsi verilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair JN-04xx xxx 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Cavabdeh 2000-ci il tarixdən JN-04xx xxx 40614018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 1,23 ha torpaq sahəsinin 0,59 ha hissəsini özbaşına zəbt etmiş və həmin ərazidə olan müxtəlif meyvə ağaclarından (fındıq və şabalıd) hər il xeyli miqdar gəlir əldə edərək, ona maddi ziyan vurmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X21 əməkdaşlarını əraziyə dəvət edərək, mübahisəni həll etmələrini xahiş etmiş, onlar əraziyə baxış keçirərək onun və cavabdehin ərazisinin koordinatlarını göstərmişlər. Bütün bunlar baxmayaraq Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsini ona qaytarmır. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətində olan 0,59 ha torpaq sahəsini zəbt edib, qanunsuz sahiblik etməklə, oradan qanunsuz istifadə edir. Cavabdehin onun və ailə üzvlərinin mülkiyyətində olan 0,59 ha torpaq sahəsinə qanunsuz sahiblik etməsi, onların həmin torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən qanun normalarının kobud pozuntusu olmaqla, yolverilməzdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, qeyd olunan torpaq sahəsi 1996-cı ildə aqrar islahatı aparılmamışdan xeyli əvvəlki illərdən faktiki olaraq onların sahibliyində və istifadəsində olmuşdur, həmin torpaq sahəsində olan çoxillik ağacları da onun babası və atası əkib yetişdirmişlər. İslahat zamanı həmin torpaq sahəsi real olaraq onun zəbti kimi qeydə alınıb mülkiyyətinə verilməli olduğu halda islahat haqqında normalara əməl olunmamış və hazırkı mübahisə yaranmışdır. Əslində isə iddiaçının qeyd etdiyi 1,23 hektar torpaq sahəsinin çatışmayan, iddiaçının onun zəbt etdiyini iddia etdiyi torpaq sahəsi həmin ərazidə yodur və ola bilsin ki, başqa qonşu ərazidə yerləşir. Qeyd olunanlarla əlaqədar mütəxəssisin də gəldiyi nəticəni və verdiyi rəyi düzgün və əsaslı hesab etmir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollıegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının əlində heç bir rəsmi sənəd yoxdur. İddiaçının əlində olan çıxarış əsassız və qeyri-qanunidir. Hesab edir ki, iddiaçının iddia tələbi tamamilə əsasızdır. Ekspert tərəfindən verilmiş rəy də həqiqəti əks etdirmir. Ona görə də məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. O, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində öz torpağından istifadə edə bilmir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertlər də cəlb olunmuşdur. Ekspert rəyindən də göründüyü kimi mübahisəli torpaq sahəsi ona məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə edilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-329/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-0498 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı, X14, X10, X5, X6 və X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN-0288 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X15, X19, X20, X12 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2/02510/2010 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli 25 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-0498 saylı kod 40614018 olan dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,59 hektar pay torpaq sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 115 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinə JN-0498 (Kod: 40614018) nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 1,23 ha torpaq sahəsinin aktın planında göstərilən 0498C olan 0.5982 ha hissəsinin hüdudları müəyyən edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 115 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinə JN-0498 (Kod: 40614018) nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 1,23 ha torpaq sahəsi ayrı-ayrılıqda üç hissədən 0.5982ha-0498C, 0.2299ha-0498B, 0.0444ha-0498D ibarət olub, bir hissəsi, yəni 0.5982 ha torpaq sahəsinin cavabdehin istifadəsindədir. Qəbələ Rayon İcra Hakimiyyəti Mıxlıqovaq kənd İƏD tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, Əzimov X8 rayonu Mıxlıqovaq kənd sakini olub, halhazırda Mıxlıqovaq kəndində yaşayır. Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatdadır. Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatdadır. Hazırkı iş üzrə iddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Mülki Məcəllənin 152, 157-ci və Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, JN-0288 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X15, X19, X20, X12 ümumi birgə mülkiyyətinə Qəbələ rayonuMıxlıqovaq kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 115 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyində Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinə JN-0498 (Kod: 40614018) nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 1,23 ha torpaq sahəsi ayrı-ayrılıqda üç hissədən 0.5982ha-0498C, 0.2299ha-0498B, 0.0444ha-0498D ibarət olub, bir hissəsi, yəni 0.5982 ha torpaq sahəsinin cavabdehin istifadəsində olması göstərilmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, bir hissəsi cavabdeh tərəfindən zəbt olunmaqla sonuncu tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçıya məxsus olan hüquq müəyyənedici sənədin (çıxarışın) əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İşin faktiki hallarından göründüyü kimi iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (iddiaçı) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsinə dair İddiaçı adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük, qadağa və s. qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, İddiaçı adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-329/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1692/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1692/2020
01.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver