Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1699/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 117/2020 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş ərizəyə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxx 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş, məhkəmə baxış iclası xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş, lakin məhkəmə baxış iclası keçirilə bilinməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə iddiaçı məhkəməyə sədrlik edən hakimə etiraz ərizəsi təqdim edərək icraatda olan hazırki işin məhkəmənin başqa hakiminə verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işə xx.xx.2019-cu il tarixdə baxılaraq etirazın baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Lakin, xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən etirazı baxılmamış saxlanılması barədə xx.xx.2019-cu il tarixli qərardadından şikayəti məhkəməyə daxil olmuş və həmin şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra İddiaçı məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadından şikayəti məhkəməyə daxil olduğundan mülki iş məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxan Şəki Apelyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixdə şikayəti təmin etməmiş və mülki işi xx.xx.2020-ci il tarixdə məhkəməyə qaytarmışdır. Məhkəmə tərəfindən növbəti məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə, saat 10:00a təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilməməmiş, həmçinin Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qərardadına əsasən İddiaçı işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməsi səbəbindən dövlətin xeyrinə 150 (bir yüz əlli) manat məbləğində pul tutulması barədə qərardad çıxarılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Şəki rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qərardadının ləğv edilməsi barədə iddiaçı X2 tərəfindən verilmiş şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-117/2020 saylı qərardadına əsasən iddiaçı X1 Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin çıxarmış olduğu xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 117/2020 saylı qərardadından iddiaçının şikayəti ona geri qaytarılmışdır. Həmçinin sözügedən məhkəmə qərardadında iddiaçıya onun üzərinə qoyulmuş cərimənin götürülməsi və ya onun miqdarının azaldılması barədə məhkəməyə müraciət etmək hüququnun olması, təkrar olaraq cərimə olunması barədə qərardadın ləğv edilməsindən deyil, MPM-nin 127.1-ci maddəsinə əsasən 20 gün ərzində cəriməni götürülməsi və ya onun miqdarını azaldılması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin iddiaçı xx xxxx 2020-ci il tarixdə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qərardadından yenidən şikayət verərək onun üzərindən cərimənin götürülməsini və ya onun miqdarını azaldılmasını deyil, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qərardadı ilə yenidən iddiaçıya qərardadın ləğv edilmsinin deyil, cərimənin götürülməsindən və ya onun miqdarını azaldılmasından şikayət verilməsinin zəruriliyi izah edilməklə şikayət yenidən ona geri qaytarılmışdır. xx xxxx 2020-ci il tarixdə Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olduğundan mülki iş baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-969/2020 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə iddiaçı X2 ərizə ilə Şəki Rayon məhkəməsinə müraciət edərək, Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qərardadına əsasən onun 150 manat cərimə olunmasına dair verilmiş 2(075)-117/2020-16 saylı icra sənədi üzrə cərimə məbləğinin silinməsi və yaxud 10 manatadək azaldılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı X1 onun üzərinə qoyulmuş cərimənin götürülməsi və ya onun miqdarının azaldılmasına dair ərizəsinin ona geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı X2 şikayət vermiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-117/2020 nömrəli qərardadının ləğv edilərək yeni qərardad qəbul edilməsi xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 nömrəli qərardadı ilə iddiaçı X2tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 şikayəti müdafiə edərək, sonda cərimənin silinməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 127.1-ci maddəsinə əsasən üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. Mülki Prosessual Məcəllənin 127.2-ci maddəsinə əsasən Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur. Hazırki halda məhkəmə kollegiyası işin hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardad xx xxxxxx 2020-ci il tarixdə çıxarılmış və iddiaçıya göndərilmişdir. Qeyd olunan qərardadı almış iddiaçı həmin qərardaddan xx xxxxxx 2020-ci tarixdə şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının həmin şikayətini geri qaytarmış və ona qərardadın ləğv edilməsini deyil, 20 gün müddətində həmin qərardad üzrə müəyyən olunmuş cərimə məbləğinin götürülməsi və ya azaldılması barədə məhkəməyə ərizə vermək hüququ izah etmişdir. Lakin, iddiaçı həmin qərardadda 20 gün müddətində cərimə məbləğinin götürülməsi və ya azaldılması barədə məhkəməyə ərizə vermək hüququ izah edilməsinə baxmayaraq, yenidən xx xxxx 2020-ci il tarixdə təkrarən xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv olunması barədə məhkəməyə şikayət ərizəsi vermişdir. Məhkəmə qərardadının çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən məhkəməyə daxil olmuş hazırki cərimənin götürülməsi və ya onun miqdarının azaldılması barədə xx xxxx 2020-ci il tarixli ərizəyə nəzər saldıqda aydın olur ki, iddiaçı ərizəni qanunvericiliklə müəyyən edilmiş 20 gün ərzində deyil, məhkəmə qərardadı qəbul edilməsindən 4 (dörd) aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəfələrlə 20 gün ərzində ərizə vermək hüququnu izah edilməsinə baxmayaraq o, bu müddət ərzində məhkəməyə ərizə vermədiyindən birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-117/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1699/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1699/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver