Məhkəmə qərarları › İş №2(107)-17/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-17/2022

06.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-17/2022 06.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tаrixli 2(037)-233/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və vurulmuş maddi ziyana görə 72000 manat məbləğinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, nümayəndəsi X2 işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 3 iyun 2020-ci il tаrixli 2(037)- 233/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə edilən maneçiliklərə qadağa qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tаrixli 2(037)-233/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli məktubu ilə iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün göstərilən mülki işin İsmayıllı Rayon Məhkəməsinə qaytarılmasına göstəriş verilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)- 1579/2020 nömrəli mülki iş baxışdan çıxarılmış, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli 2(037)- 233/2020 nömrəli qətnаməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki işin İsmayıllı Rayon Məhkəməsinə göndərilməsi və mülki işin apellyasiya şikayətinə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli 2(037)-233/2020 nömrəli qətnaməsindən şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərardadından şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli 2(037)-233/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin məhkəmənin 24 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı münasibətdə apellyasiya qeyri-mümkün hesab edilmiş, verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmiş, 26 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qərardadından İddiaçı və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ilə 2(107)-79/2021 nömrəli iş üzrə icrааt təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı ilə 2(107)-17/2022 nömrəli iş üzrə icrааt təzələnmiş və məhkəmə baxış iclası 6 iyul 2022-ci il tarixə təyin edilmişdir. İşin faktiki halları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı 2013-cü ildə İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 25 hektar torpaq sahəsini müxtəlif şəxslərdən notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə satın almışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 7.3119 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli, 4.721 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli və 2.0889 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı İsmayıllı rayon Diyallı kənd sakinlərindən aldığı torpaq sahələrində çoxillik yonca bitkisi əkərək həmin bitkidən ildə bir neçə dəfə biçdirərək mal-qara üçün silos tədarük etdirmiş, axırıncı biçindən isə mal-qara üçün ot kimi pres bağlatdırmışdır. 2018-ci il mövsümündə İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 25 hektar torpaq sahəsində əkilmiş çoxillik yonca bitkisinin 5 hektarı cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5 hektarı hissəsini şumladaraq orada özü üçün əkin əkmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etməklə ona 42000 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsində əkdiyi yonca bitkisinin 1 hektarı üçün 260 manat, 5 hektarı üçün isə 1300 manat vəsait sərf etmişdir. Yonca bitkisi çoxillik əkmə olduğu üçün ən azı altı-yeddi il məhsul verir. Yonca sahəsi ildə əgər yağıntı az olarsa iki-üç dəfə biçilir və hər biçində bir hektardan 250-300 yonca presi götürülür, yəni bir il ərzində bir hektar yonca sahəsindən ən azı 600 ədəd yonca presi götürülür və orta bazar qiyməti ilə bir yonca presi 4 manata hesablansa 6 il ərzində 5 hektar yonca sahəsinin şumlanması nəticəsində, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər il, hər hektardan 600 ədəd pres x 4 man = 2400 x 5 hektar = 12000 manat x 6 il =72000 manat, yəni cavabdeh iddiaçıya 72000 manat maddi ziyan vurmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxmasını xahiş etsə də, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Cavabdeh mübahisəli ərazinin özü tərəfindən guya daşlardan təmizləndiyini və həmin ərazini heç kimə verməyəcəyini bildirmişdir. 2019-cu ildə iddiaçı mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini dəqiqləşdirmək üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahələrinin sərhədləri yerində ölçülərkən məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5 hektarı cavabdeh tərəfindən zəbt edilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini bildirmələrinə baxmayaraq cavabdeh zəbt etdiyi iddiaçıya məxsus torpaq sahəsini boşaltmaqdan imtina etməklə iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə maneçilik yaratmışdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini boşaltmaqdan imtina etdiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını və dəymiş maddi ziyana görə 72000 manat məbləğin cavabdehdən alınıb iddiaçıya verilməsini tələb etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisində əkinçiliklə məşğul olur. İsmayıllı rayonu Diyallı kəndi ərazisində ona və ailə üzvlərinə məxsus 13 hektar torpaq sahəsi olmuş və həmin torpaq sahəsi 2011-ci ildə ailə üzvlərinin razılığı ilə Akif Dəmirova üç illik müqavilə əsasında verilmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi Akif Dəmirov tərəfindən əkilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsində əkilmiş yonca sahəsini şumladaraq orada əkin əkməmişdir. İddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən deyil, Akif Dəmirov tərəfindən əkilmişdir. İddiaçı istəyirsə mülkiyyətində olan torpaq sahəsində əkilmiş məhsulu özü biçdirib götürsün. Onun mübahisəli əraziyə heç bir aidiyyatı yoxdur. O, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini zəbt etməmiş, mülkiyyət hüquqlarına maneçiliklər törətməmiş və ona maddi ziyan vurmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halları sübut etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, cavabdeh İsmayıllı rayonu Diyallı kəndi ərazisində əkinçiliklə məşğul olmuş, ailə üzvlərinin 13 ha pay torpağı olmuş və həmin sahəni 2011-ci ildə alə üzvlərinin razılığı ilə Akif Dəmirova icarəyə vermişdir. Həmin ərazini də Akif Dəmirova icarəyə vermişdir. Həmin ərazini də Akif Dəmirov əkmişdir. O, iddiaçıya məxsus torpaq sahəsində əkilmiş yonca sahəsini şumlatmamış, orada əkin əkməmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, cavabdeh torpaq sahəsini şumlamamış, əkməmiş, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmamışdır. Lakin qət etdi hissədə göstərilən qərarı vermişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tаrixli 2(037)-233/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tаrixli 2(037)-233/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən onun razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılması və mülkiyyət hüququna edilən maneçiliklərin aradan qaldırılması tələbinə dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi ziyana görə 72000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirirək qeyd edir ki, iddiaçı cavabdehin təqsiri üzündən ona 72000 manat məbləğində maddi ziyan vurulmasını bildirsə də həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi 72000 manat maddi ziyanın məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 14 iyun 2013-cü il tarixli RX seriyalı 0182777, 19 iyun 2013-cü il tarixli RX seriyalı ******* və 14 avqust 2013-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və həmin çıxarışlara əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin surətlərindən görünür ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 7.3119, 4.791 və 2.0889 hektar əkin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. 27 oktyabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon Keyvəndi kəndi ərazisində yerləşən "xxxx" QSC-nin təmsilçisi X4 müraciəti əsasında toplanmış MK-1/1030 nömrəli material üzrə İsmayıllı rayon X8 Qurupunun təhqiqatçısı polis mayoru X5 icraatında olan 27 oktyabr 2019-cu il tarixli MK-1/1030 nömrəli material üzrə araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından 27 oktyabr 2019-cu il tarixli MK-1/1030 nömrəli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da AA016262 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 2,0889 ha torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti arasında şimal istiqamətdən 19,88 m cənub istiqamətdən 18,85 m fərq var. ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsi arasında şimal istiqamətdə 23 m, cənub istiqamətdə 55 m fərq var. **********2 qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da AA-016207 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 4,791 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında şimal istiqamətdən 91 m cənub istiqamətdən 222 m fərq var. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə 0,9660 ha hissəsi üst-üstə düşür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1780 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə 0,9660 ha hissəsi üst-üstə düşür. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən 25 hektar torpaq sahəsi iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə İsmayıllı rayon Diyallı kənd sakinlərindən satın alınmışdır. DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına 7.3119 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli, 4.721 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli və 2.0889 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirərək cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılmasını və maddi ziyana görə 72000 manat məbləğinin cavabdehdən alınıb ona verilməsini tələb etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya məxsus mübahisəli torpaq sahəsini zəbt etmədiyini, həmin ərazidə əkin əkmədiyini, ümumiyyətlə həmin əraziyə aidiyyatının olmadığını, iddiaçının mülkiyyət hüquqlarına maneçiliklər törətmədiyini, ona 72000 manat məbləğində maddi ziyan vurmadığını bildirmiş və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da AA016262 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 2,0889 ha torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti arasında şimal istiqamətdən 19,88 m cənub istiqamətdən 18,85 m fərq var. ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsi arasında şimal istiqamətdə 23 m, cənub istiqamətdə 55 m fərq var. **********2 qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da AA-016207 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 4,791 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında şimal istiqamətdən 91 m cənub istiqamətdən 222 m fərq var. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə 0,9660 ha hissəsi üst-üstə düşür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1780 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə 0,9660 ha hissəsi üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Kollegiya şikayətin dəlilləri ilə bağlı mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq hüquq normalarının təhlilini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da AA016262 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 2,0889 ha torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti arasında şimal istiqamətdən 19,88 m cənub istiqamətdən 18,85 m fərq var. ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsi arasında şimal istiqamətdə 23 m, cənub istiqamətdə 55 m fərq var. **********2 qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da AA-016207 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndə göstərilmiş 4,791 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında şimal istiqamətdən 91 m cənub istiqamətdən 222 m fərq var. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə 0,9660 ha hissəsi üst-üstə düşür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1780 nömrəli ekspert rəyinə əsasən də Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə 0,9660 ha hissəsi üst-üstə düşür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılma aparılmadan, ekspertiza təyin edilmədən iddiaçıya məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən hansı hissədə zəbt edildiyi müəyyən edilmədən iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə edilən maneçiliklərə qadağa qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan, qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə edilən maneçiliklərə qadağa qoyulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,9660 ha torpaq sahəsindən çıxarılmalı, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 7,3119 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,9660 ha torpaq sahəsinə edilən maneçiliklərə qadağa qoyulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, mülki iş üzrə verilmiş mütəxəssis rəyinin dəyəri olan 95 (doxsan beş) manatın 50 (əlli) manatı iddiaçıdan, 45 (qırx beş) manatı cavabdehdən, ekspert rəyinin dəyəri olan 50 (əlli) manatın 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tаrixli 2(037)-233/2020 nömrəli qətnaməsi qismən, Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə edilən maneçiliklərə qadağa qoyulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış"da AA-000097 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş 7,3119 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,9660 ha torpaq sahəsindən çıxarılsın və Cavabdeh tərəfindən həmin torpaq sahəsinə edilən maneçiliklərə qadağa qoyulsun. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan beş) manatın 50 (əlli) manatı İddiaçı, 45 (qırx beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ03AİİB********************, X12 rayon filialı, Kod: 200491, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK_AİİBAZ 2X), məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar