Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-17/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, su kanalının ləğv edilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, su kanalının ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X13 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, su kanalının ləğv edilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(035)-127/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Zərdab rayonu Otmanoba kəndi ərazisindən 8.38 ha pay torpaq sahəsi verilmiş və verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, mülkiyyətlərində olan torpaq sahəsinin 1.92 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək onların iradəsinə zidd olaraq istifadə edilir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, maddi zərərə görə 40000 manat, dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən onun xeyrinə alınması və cavabdeh tərəfindən həmin torpaq sahəsinə yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə prossesi gedişində İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən özbaşınalıqla zəbt edilmiş 1.92 ha torpaq sahəsinin qeyd-şərtsiz boşaldılması, qanunsuz qazılmış kanalın ləğv edilməsi, 58000 (əlli səkkiz min) manat maddi ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, 600 (altı yüz) manat ekspertiza xərclərinin və 10000 (on min) manat mənəvi ziyana görə kompensasiya, cəmi 68630 manat pulun alınıb ona ödənilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən ona vurulmuş maddi mənəvi ziyanın əvəzində 100000 (bir yüz min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Zərdab rayonu Otmanoba kəndi ərazisindən 8.38 ha pay torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinin 1.92 ha hissəsi bir neçə illərdir Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsini boşaldılmasını, vurduğu ziyanı könüllü olaraq ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin olunmasını xahiş edir.
5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X20 izahatında bildirmişdir ki, Zərdab rayonunun Otmanoba kəndi ərazisində iddiaçının xüsusi mülkiyyətində 60 ha torpaq sahəsi vardır. Ondan hazırda haqqında mübahisə qaldırılan 18 ha hissəsi iddiaçının öz atasından, o cümlədən kənd sakinləri Hadı, Rəfiqə, Famil, Asif və Qürbətdən alqı-satqı yolu ilə aldığı torpaqlar olmaqla eyni bir massivdə yerləşir. Həmin torpaq sahələrinə dair iddiaçının xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə torpaq sahələrinin ölçü və planı tərtib edilməklə iddiaçıya mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Cavabdeh iddiaçıya aid torpaq sahəsini zəbt etməmişdir. İddia tamamilə əsassızdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirildikdən sonra cavabdehin müraciəti əsasında onun Zərdab rayonu Otmanoba kəndi ərazisində mülkiyyətində olan torpaq sahələrinin elektron uçot xəritəsində faktiki istifadə vəziyyətinə uyğun qeyd edilməsi barədə müraciəti əsasında onlar tərəfindən Azərbaycan Respublikası Prezidentinin 818 saylı, xx.xx.2016-cı tarixli Fərmanından irəli gələrək sözügedən torpaq sahələrinin faktiki sərhədləri qəqiqləşdirilmiş, aidiyyəti sənədlər tərtib edilmiş və hazırlanmış sənədlər torpaqların elektron məlumat bazasında düzəliş edilməsi məqsədilə aidiyyəti üzrə göndərilmişdir. Sözügedən torpaq sahələrinin faktiki sərhədləri qəqiqləşdirilməsi, aidiyyəti sənədlər tərtib edilməsi və hazırlanmış sənədlərin torpaqların elektron məlumat bazasında düzəliş edilməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi barədə müəyyən edilmiş yeni hallar iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Zərdab rayonu Otmanoba kəndi ərazisindən verilmiş 8.38 ha torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, əgər zəbt edilmişdirsə, zəbt olunan torpaq sahəsinin hansı ölçüdə olması, eləcə də İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə üzrə cavabdeh tərəfindən qazıldığı iddia olunan su kanalının iddiaçıya (və ailə üzvlərinə) məxsus torpaq sahələrində yerləşməsinin müəyyənləşdirilməsi ilə bağlı halların müəyyən edilməsi mübahisənin tam və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən iş üzrə əlavə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin olunmuşdur. İş üzrə məhkəmə mühəndis-tikinti texniki ekspertizası təyin edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-18 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsinin 1.37 hektaradək hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edildiyi, lakin, yekun olaraq X7 X11 məlumatlarında isə JN-18 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsinin mübahisəli ərazidən 155 metr şimalda təsbit edilərək göstərildiyi müəyyən edilmişdir. Həmçinin qazılan su arxınında JN-18 nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 1.92 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Zərdab rayonu Otmanoba kəndi ərazisindən 8.38 ha pay torpaq sahəsi verilmiş və verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, mülkiyyətlərində olan torpaq sahəsinin 1.92 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək onların iradəsinə zidd olaraq istifadə edildiyini və bu səbəbdən ona maddi ziyan vurulduğunu iddia edərək, hazırkı iddia ərizəsi və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı izahat verməkdən savayı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iş üzrə təyin edilmiş ekpertizanın rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN- 18 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsinin 1.37 hektaradək hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmiş, lakin, təkrar tikinti-texniki ekspertiza təyin edilmiş, yekun olaraq X7 X11 məlumatlarında isə JN-18 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsinin mübahisəli ərazidən 155 metr şimalda yerləşdiyi müəyyən edilmişdir. Həmçinin qazılan su arxı JN-18 nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 1.92 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilədən kənar öhdəliklərə aid olmaqla zərər vurulması (delikt) nəticəsində yaranan hüquq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi və deliktlə bağlı normaları tətbiq edilməlidir.
10. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
11. İddiaçı iddia etsə də, ona mənəvi zərər vurulmasını, yəni cavabdehlərin iddia edilən hərəkətləri nəticəsində yaxın qohumlarını və ya iş yerini itirməsini, fəal ictimai həyat tərzindən məhrum olmasını, şəxsi, ailə və tibbi sirlərinin açıqlanmasını, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsini, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılmasını və ya həmin hüquqlardan məhrum olmasını, sağlamlığına xəsarət yetirilməsini və s. halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
12. Zərdab Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(035)-127/2023 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) İddiaçı Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, su kanalının ləğv edilməsi, maddi və mənəvi ziyan, ekspertiza xərci və dövlət rüsumu tələbi”nə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçıdan tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddiaya məhkəmədə baxılması üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumunun iddiaçıya аid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 68, 84 və 111-ci maddələrinə istinad etmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Torpağa Mülkiyyət Hüququna dair CN 0018 Kоd 90503028 olan Dövlət Aktı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyistri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-cı il olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-cı il olan Çıxarışlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyistri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyistrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan Seriya RX № ******* nömrəli və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Seriya RX № ******* nömrəli Çıxarışlar məhkəmə mühəndis-tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6721 saylı rəyi
15. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülkiyyətlərinə verilmiş 3 müxtəlif yerlərdə olan, 18 №-li 19*209,76 kv.m. torpaq sahəsinin qonşu sərhədləri 17 №-li mülkün sahibi X8 və qoruma zolağı, 18A №-li 32*424,83 kv.m. torpaq sahəsinin qonşu sərhədləri 19 №-li mülkün sahibi X17 və qoruma zolağı, 18Q №-li 32*150,89 kv.m. torpaq sahəsinin qonşu sərhədləri 17V №-li mülkün sahibi X8 və 19Q №li mülkün sahibi X17 müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh onların torpaq sahəsi ilə qonşuluğu mövcud deyildir, amma onların torpaq sahəsini özbaşınalıqla əsassız və qanunsuz zəbt etmişdir. Ekspert Rəyləri tamamilə səhv verilmişdir. Ekspertin rəyi kifayət qədər aydın və tam deyil, ziddiyyət yaradıb, onların 8,38 ha torpaq sahəsinin 19*209,76 kv.m. (1,92 ha) hissəsi Cavabdeh tərəfindən zəbt edildiyi və kanal qazıldığı halda “1,37 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir və habelə onun əvəzimdə iddiaçı X3 və onun ailə üzvlərinin mülkiyyətinə JN-18 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 8,38 ha torpaq sahəsinin 1,37 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir” qəsdən səhvən yanlış yazılmışdır. X23 LTİ-nin mühəndisi vəzifəsində işləyərkən 3 il əvvəl xx.xx.2020-ci il tarixdə ondan 74,20 manat pul alıb, qəbz verib, Ağsu LTİ-nin mühəndisi Müşfiq Qasımovun, onun və Sahib Səmədzadənin, habelə 4 nəfərin iştirakları ilə akt tərtib ediblər ki, onun müraciətinə əsasən ona məxsus olan JN-018 nömrəli Dövlət Aktında göstərilən 8,38 ha torpaq sahəsinin 3,21 ha və 1,92 ha hissələri naturada tanıtdırılmışdır, amma indi 16 saylı Ucar Ərazi İdarəsində Yerquruluşu üzrə texnik işləyir, Cavabdeh pul alıb və onun 8,38 ha torpaq sahəsinin 1,92 ha hissəsinin 1,37 ha zəbt edildiyini və 1,92 ha torpaq sahəsinin mübahisəli ərazidən 155 metr şimalda təsbit edilərək göstərildiyini qəsdən qərəzli, əsassız və qanunsuz “rəy” yazıb, ondan 325 manat məbləğində ekspertiza xərci pulunu alıb və qəbz verib. Göründüyü kimi ekspertin rəyi kifayət qədər aydın və tam deyil, ona verilən Aktı və Çıxarışı imzalayanlar ekspert rəyində süni ziddiyyət yaradıblar, onun 8,38 ha torpaq sahəsinin 1,92 ha hissəsi cavabdeh tərəfindən zəbt edildiyi və bu fakt Çıxarışla təsdiq edildiyi halda Ekspert tərəfindən qeyd olunur ki, torpaq sahəsinin 1,92 ha hissəsi 155 metr şimalda göstərildiyi yazılmışdır, ekspertlər məhkəməni aldadaraq yalan rəy veriblər və buna görə məhkəmə qarşısında cavab verməlidirlər.
17. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(035)- 127/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci mаddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1096.1-ci mаddəsinə görə mülki hüquq pоzuntusu (delikt) hüquqlа və yа qаnunlа müdаfiə edilən bаşqа şəxsə (zərərçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıxаrаn təqsirli hüquqа zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti dаşıyır. 1096.1-ci mаddəsinə görə mülki hüquq pоzuntusu (delikt) hüquqlа və yа qаnunlа müdаfiə edilən bаşqа şəxsə (zərərçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıxаrаn təqsirli hüquqа zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti dаşıyır. 1097.1-ci mаddəsinə görə mülki hüquq pоzuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlаkınа vurulmuş zərərin, hаbelə hüquqi şəxsin əmlаkınа və işgüzаr nüfuzunа vurulmuş zərərin əvəzi zərərvurаn tərəfindən tаm ödənilməlidir.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı Zərdab Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(035)-127/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
26. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş məhkəmə mühəndis-tikinti texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/6082 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən "xxxx" MMC-nin elektron bazasında araşdırılmış və bu barədə 14 sentyabr 2021-ci il tarixli 09/217 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: İddiaçı X4 və ailə üzvlərinin mülkiyyətinə JN-18 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 8,38 ha torpaq sahəsinin 1.37 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Yenə həmin məhkəmə tərəfindən əldə edilmiş məhkəmə mühəndis-tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6721 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-18 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsinin 1.37 hektaradək hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edildiyi və JN-18 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsinin mübahisəli ərazidən 155 metr şimalda təsbit edilərək göstərildiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən, qazılan su arxı JN-18 nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 1.92 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir.
27. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin mütəxəssis rəyində ziddiyyət mövcud olmuşdur. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-18 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsinin 1.37 hektaradək hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilməklə bərabər, X7 X11 məlumatlarında JN-18 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsi mübahisəli ərazidən 155 metr şimalda təsbit edilərək göstərildiyi qeyd edilmişdir.
28. Həmin ziddiyyətin aydınlaşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 3 aprel 2025-ci il tarixli 10/617 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-18 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 8.38 ha torpaq sahəsinin Daşınmaz Əmlak Dövlət Reyestrindən **********26 reyestr nömrəli çıxarışda göstərilən 1.9209 ha hissəsi sənəd koordinatları sxemdə təsvir edilmişdir. İdarənin elektron baza məlumatlarında təqdim olunan, "Zərdab rayonu Otmanoba kəndi Otmanoba təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi"ndə mövcud olan JN-0018 nömrəli Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha torpaq sahəsinin koordinatları ilə **********26 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.9209 ha torpaq sahəsinin koordinatları arasında fərq yoxdur. **********73 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Zərdab rayonu Otmanoba kəndi ərazisində yerləşən 7.3727 hektar torpaq sahəsi və **********73 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Zərdab rayonu Otmanoba kəndi ərazisində 2.85 hektar torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. **********73 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Zərdab rayonu Otmanoba kəndi ərazisində yerləşən 7.3727 hektar torpaq sahəsi və **********73 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Zərdab rayonu Otmanoba kəndi ərazisində 2.85 hektar torpaq sahələrinin koordinatları İddiaçı və ailə üzvlərinin **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1.92 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. **********88 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 6.63 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1.92 ha torpaq sahəsi üst-üstə düşür, (sxemdə göstərilmişdir) Ləğv edilməsi tələb edilən qazılmış su arxı naturada **********88 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 6.63 ha torpaq sahəsində yerləşir. Əlavə olaraq bildiririk ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X7 X11nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr X11nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq Zərdab rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. X7 X11 məlumatlarında JN-18 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsi **********88 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 6.63 ha torpaq sahəsindən 155 metr şimalda təsbit edilərək göstərilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.”
29. Göründüyü kimi, kollegiya tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə cavabdehin qızı olan X5 adına **********88 reyestr nömrəli Çıxarışla verilmiş 6.63 ha torpaq sahəsi aşkar edilmişdir ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə JN-18 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 8.38 ha torpaq sahəsinin hazırda mübahisələndirilən 1.92 ha hissəsinin həmin 6.63 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Kollegiya tərəfindən X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
30. 16 saylı Ucar Ərazi İdarəsinə verilmiş sorğuya 21 may 2025-ci il tarixli cavabdan görünür ki, Zərdab rayonu, Otmanoba kəndində yerləşən 6.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.1999-cu il tarixli, JN-0015 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında xx.xx.2015-ci il tarixdə **********88 reyestr nömrəsi ilə X6 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan sözügedən torpaq sahəsi Ucar rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-534 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında Zərdab rayonu, Otmanoba kəndində yerləşən 6.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına xx.xx.2022-ci il tarixdə **********88 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonuncu dəfə həmin torpaq sahəsi Ucar rayon Notariat ofisinin xx.xx.2023- il tarixli, 4Ə-269 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X5 adına xx.xx.2023-cü il tarixdə **********88 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 16 saylı Ucar Ərazi İdarəsinin 13 avqust 2024-cü il tarixli, 3-21-3-36/2-3341/2024 saylı müşayiət məktubu ilə göndərilmiş mütəxəssis rəyini tərtib etmiş mühəndis Rahib Teymurov məhkəmə kollegiyasının iclasında dindirilmişdir. O, izahat verərək bildirmişdir ki, torpaq sahələri AR Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X11nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış (“X7 X11”) xəritə məlumatlarına əsasən 2018-2019-cu illər ərzində ərazidə elektron uçot (çöl-ölçmə) işləri aparılan zaman nəticələr DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən aparılmış (çöl-ölçmə) işlərindən fərqli olmuşdur. Nəticədə, hal-hazırda JN-18 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 8.38 ha torpaq sahəsinin 1.92 ha hissəsi TEKUİS (“X7 X11”) sisteminə əsasən aparılan ölçmə işlərinin nəticəsi olaraq mübahisəli ərazidən 155 metr şimalda yerləşir və həmin torpaq sahəsi hal-hazırda boş olmaqla istifadə edilmir.
31. Nəticədə, kollegiya araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin koordinatlarının naturada DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən müəyyən edilərək torpaq sahəsinin göstərilmiş olması hazırki vəziyyətə gətirib çıxarmışdır. Hazırki vəziyyətdə İddiaçı və onun ailə üzvlərinə məxsus 1.92 ha torpaq sahəsi TEKUİS xəritə məlumatlarına əsasən mübahisəli ərazidən 155 metr aralıda yerləşir və heç kim tərəfindən istifadə edilmir. İddiaçıya məxsus həmin torpaq sahəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məxsus olan 6.63 ha torpaq sahəsi ilə üst-üstə düşməsi halı da DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən aparılan ölçmə işlərinin nəticəsidir. TEKUİS xəritə məlumatlarına əsasən torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir.
32. Ona görə də, hazırki iddia tələbinin qanuni əsası müəyyən edilmir. Belə ki, iddiaçıya və ailə üzvlərinə məxsus 1.92 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Zəbt halı mövcud olmamaqla, iddia tələbinin torpaq sahəsinin boşaldılması hissəsi əsassız olduğundan, həmin tələbdən asılı olan maddi və mənəvi zərərin ödənilməsi tələbi də əsassızdır.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, ekspert rəylərindəki ziddiyyətlər ilə iddiaçının torpaq sahəsinin mübahisəli ərazidən 155 metr aralıda yerləşməsi barədə mütəxəssis rəyində göstərilənlər və iddiaçıya naturada tanıdılmış torpaq sahəsi ilə üst-üstə düşməməsi məsələlərinə aydınlıq gətirilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
34. Kollegiya qeyd edir ki, İddiaçı özünə məxsus torpaq sahəsinin koordinatlarının TEKUİS xəritə məlumatlarına əsasən naturada yerləşmə vəziyyətinin müəyyən edilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edə bilər.
35. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(035)-127/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(035)-127/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Mütəxəssis rəyinin dəyəri olaraq 100 manat İddiaçı tutularaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 16 saylı Ucar Ərazi İdarəsinin hesabına keçirilsin. (AZ 71AİİB********************; VÖEN **********, KOD 200770 VÖEN ********** Müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT BİK AİİBAZ 2X). Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.