Məhkəmə qərarları › İş №2(107)-1704/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1704/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1704/2020 08.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-128/2020 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X5 evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2, mənzil 55-də olan evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Cavabdeh X2 və X6rşı fərdi yaşayış evində istifadə hüququnun tanınması və övladı ilə birgə həmin evə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “gəlin köçdüyü ünvan 1 mənzil 55-də ünvanda yerləşən cavabdeh X1 adına olan fərdi yaşayış evində istifadə hüququnun tanınması və övladı ilə birgə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi də məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia verdiyini və həmin iddia ərizəsi üzrə iddia tələbinin dəyişdirilərək mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-128/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsində 2(033)-381/2020 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı Cavabdehlər X2, X6rşı fərdi yaşayış evində istifadə hüququnun tanınması və övladı ilə birgə həmin evə köçürülmələri tələbinə dair iddia ərizəsi üzrə mülki iş 2(033)-128/2020 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı X1 Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-128/2020 qeydiyyat nömrəsi verilməklə baxılması qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-128/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 2 , mənzil 55 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməsi, iddiaçı X1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilməsi, Cavabdeh X2 və X6rşı fərdi yaşayış evində istifadə hüququnun tanınması və övladı ilə birgə həmin evə köçürülmələri tələbinə dair iddia ərizəsinin rədd edilməsi və Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manatın onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, cavabdeh X7 nikahlarını rəsmi qaydada qeyd etdirməkə x xxxx 2009-cu ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları olmuşdur. 2016-cı ildən o X8 ayrı yaşamış və Zaqatala rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O hal-hazırda qızı ilə atası evində yaşayır. Bütün cehiz əşyaları cavabdehin evində qalıb. Cavabdehlər onu evdən qovanda bütün cehiz əşyaları və qızıl-zinət əşyaları cavabdehlərdə qalıb. O və qızı həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehlər onu evdən qovduqları üçün məcbur olub ata evində müvəqqəti yaşayıb. Ata evində də şərait imkan vermir ki, orada yaşasın. O gəlin köçdüyü evdə yaşayıb qızını böyütmək istəyir. Lakin buna imkan vermirlər. Baxmayaraq ki, bütün əşyaları həmin evdədir. O da məcbur olub ata evində qalmalı olur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin onu gəlin köçdüyü evdən istifadə etməyə qoymaması onun hüquqlarını pozur. Onun hüquqlarının qorunmasına dövlət təminat verir. Onun da gəlin köçdüyü evdən istifadə etmək və həmin evdə yaşamaq hüququ var. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-128/2020 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-128/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zaqatala Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr kitabında 01, səhifə 158-də qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2-də yerləşən 1969-cu ildə tikilmiş, ümumi sahəsi 52 kv.m. olan, 2 otaqlı 55 saylı mənzil xx xxxx 1998-ci il tarixli R-3-M-3-122 alqı-satqı müqaviləsi əsasında X1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X13 ilə X3 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra kişiyə Aydenov qadına Aydenova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 atası X13 anası isə Cavabdehdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-985/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X13 arasında bağlanmış xx xxxx 2009-cu il tarixli nikah qeydi pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Zaqatala Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr kitabında 01, səhifə 158-də qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən xx xxxx 1998-ci il tarixli R-3-M-3-122 alqısatqı müqaviləsinə əsasında ünvan 2-də yerləşən 1969-cu ildə tikilmiş, ümumi sahəsi 52 kv.m. olan, 2 otaqlı 55 saylı mənzil X1 adına qeydiyyata alınmışdır. Aydenova Əsilcan Köşəliyevnanın oğlu, Cavabdeh tərəfindən verilmiş iddia ərizəsi üzrə cavabdeh X13 ilə ilkin iddia ərizəsi üzrə cavabdeh X3 arasında xx xxxx 2009-cu il tarixdə nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X9 anadan olmuşdur. Aydenova Əsilcan Köşəliyevna 2015-ci ildən qızı Nurcan Aydenova ilə birgə faktiki olaraq X8 ayrı yaşamışlar və Zaqatala Rayon Məhkəməsinin 2(033)-985/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən həmin nikah qeydi pozulmuşdur. Cavabdeh 2015-ci ildən etibarən ünvan 3 mənzil 55 ünvanında daimi yaşamaq üçün başqa yaşayış yerinə getməklə yaşamadığı üçün iddiaçı cavabdehin həmin mənzil üzərində istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehin adı uzun müddətdir ki, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evində qeydiyyatda qalmışdır. Eyni zamanda Cavabdeh ərinin anasının adına qeydiyyata alınmış evə istifadə hüququ tanınmaqla köçürülməsini tələb etmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Мənzil Məcəlləsinin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Mülkiyyət hüququndan bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka ( əşyaya ) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə isə icarədar və onun ailə üzvləri başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbinə əsasən, xx.xx.2000-ci il tarixdən sonra yaşayış sahəsinə hüquqlar o halda yaranmış hesab edilir ki, bu barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və həmin razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında xüsusi mülkiyyətdə olan yaşayış sahələrindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmələrdə baxılması halları tənzimlənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, xüsusi mülkiyyət hüququ ilə X12 Köşəliyevnaya məxsus Zaqatala şəhəri C.Cabbarlı küçəsində yerləşən 3 nömrəli evin 55 nömrəli mənzilində istifadə hüququ əldə etmiş Cavabdeh 2015-ci ildən yaşayış yerini dəyişmiş və həmin ildən etibarən daimi yaşamaq üçün başqa yaşayış yerinə getməklə həmin vaxtdan oradan istifadə hüququnu itirmişdir. Cavabdeh 2000-ci il sentyabrın 1-dən sonra və 2009-cu il oktyabr ayının 1-dək yəni, xx xxxx 2009-cu ildən ünvan 2, mənzil 55 ünvanına gəlin köçmüşdür. Həmin mənzilin mülkiyyətçi olan iddiaçı X5 ilə aralarında mənzildən istifadəyə dair notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyildir. Eyni zamanda cavabdeh X5 iddiaçının ailə üzvü deyildir. Yaşayış sahəsinin iddiaçının (qarşılıqlı cavabdehin) mülkiyyətində olması, eləcə də Cavabdeh məxsus əşyaların bir qisminin iddiaçıya məxsus olan evdə olmasına baxmayaraq xeyli müddətdir ki, həmin ünvandan çıxıb getməsi və orada yaşamaması sübuta yetirilir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, kənar şəxslərin əşyalarının iddiaçının mülkiyyətində olan evdə qalması və yenidən həmin evə köçmək istəyi mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı sözügedən evin mülkiyyətçisidir, cavabdeh isə həmin evdə bir müddət yaşamaqla müvəqqəti sаkin olmuş, lakin sonuncu daimi yaşamaq üçün ailəsi ilə birlikdə köçüb getmişdir. Cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin daimi yaşamaq üçün mübahisəli evdən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin evə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan X1 mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri mаhiyyəti üzrə düzgün olаn birinci instansiya məhkəməsinin qətnаməsinin ləğvi üçün əsаs olа bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinin tələbinə görə, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən apelyasiya instаnsiyа məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-128/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-128/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ələddin Məcidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar