Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1708/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “14.02.2004-cü il tarixli torpağın və evin alqısatqısına dair müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alqı-satqı müqaviləsi, mülkiyyət hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin iş № 2(075)-808/2021 saylı, 17.06.2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında 14.02.2004-cü il tarixli torpağın və evin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, Cavabdeh2 və ailə üzvlərinin adına verilən JN 1125 nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(075)-808/2021 saylı qərardadı ilə iddianın Cavabdeh2 və ailə üzvlərinin adına verilən JN 1125 nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi hissəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Həmçinin iddiaçıya MPM-nin 54-cü maddəsinin tələbləri baxımından iddia tələbinin “müqavilənin bağlanmış hesab edilməsi” hissəsi üzrə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi təklif edilmiş, lakin iddiaçı buna razı olmamışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14.02.2004-cü il tarixdə Baş Göynük kənd sakinləri X14, X15 və X1 iştirakları ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi /ə 8mx3.6m və 8mx3m ölçüdə yaşayış evini Cavabdeh1 6 000000 manata satın almışdır. Alqı-satqı prosesi rəsmi qaydada həyata keçirilmiş, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kəndindəki Nümayəndəliyi tərəfindən notariat əməliyyatlarını təsdiq edən möhürlərlə təsdiq edilmişdir. Göstərmişdir ki, Cavabdeh1 həmin əmlakı 1996-cı ildə kənd sakini X11 almışdır. Həmin sahənin M.Musayevə məxsus olması da 26.11.1992-ci il tarixli akta əsasən "Qafqaz" kolxozunun yerquruluşu mütəxəssisləri tərəfindən ölçüləri və sərhədlərinin sxemi müəyyən edilərək təsdiq edilmişdir. Göstərmişdir ki, evi aldıqdan sonra həmin yerdə 5-6 ay təmir işləri aparmış və təxminən 2004-cü ilin yay aylarından etibarən ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Hal-hazıradək nə X13, nə Cavabdeh1, nə də Cavabdeh2 əmlakla bağlı hər hansı etirazları və tələbləri olmamışdır. O, Cavabdeh1 X2 aldığı evi və 0.12 ha torpaq sahəsini alqı- satqı yolu ilə almış və 17 ildir öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kəndindəki Nümayəndəliyi tərəfindən verilən 13.10.2020-ci il tarixli arayışdan görünür ki, o, 2004-cü ildən ailə üzvləri ilə birlikdə Yeni Göynük kəndindəki aldığı evdə yaşayır. Göstərmişdir ki, Cavabdeh1 və Cavabdeh2 doğma qardaşdırlar. Cavabdeh2 qardaşı Cavabdeh1la aralarında olan mübahisədən sonra ondan Şəki rayonu Aşağı Göynük kəndindən 4 sot torpaq almağı tələb etmişdir. O isə razılaşmadığı üçün Cavabdeh2 ona və Cavabdeh1 qarşı evdən və torpaqdan çıxarılma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(075)-92/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Birinci instansiyası məhkəməsindəki icraat zamanı onlara məlum olmuşdur ki, Cavabdeh2 və ailə üzvlərinin adına 2002-ci ildə verilən JN 1125 nömrəli (kod ********) “Torpağın mülkiyyə veilməsinə dair şəhadətnamə" mövcuddur. Həmin iddia verilənədək 1 dəfə də olsun Cavabdeh2 və yaxud onun ailə üzvləri qanuni sahibliyində olan evin onlara aid olması barədə heç bir fikir, etiraz bildirməmişdir. Hətta məhkəmə iclasında Cavabdeh2 etiraf etmişdir ki, ailə münaqişələri olduğu üçün o, qardaşı Cavabdeh1 məxsus hazırda mübahisə predmeti olan evə köçərək orada yaşamışdır. Məhkəmə iclası zamanı göstərmişdir ki, Cavabdeh1 qeyd edilən bir otaqlı evi və torpaq sahəsini alarkən ona ev və torpaqla bağlı heç bir sənəd təqdim edilməmişdir. Onlar sadəcə adi qaydada Səfərəli ilə gedərək evə və torpaq sahəsinə baxmış, razılaşaraq pulunu Səfərəliyə ödəmişdir. Hazırda qeyd edilən yerdə tikinti işləri apararaq evi genişləndirmiş və özü tikdirdiyi evi 2004-cü ildə aldığı bir otaqlı evə birləşdirmişdir. Onun qeyd edilən ərazidə 20 sota yaxın torpaq sahəsi vardır. Qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(075)-92/2021 saylı qətnaməsi çıxarılarkən ekspertiza aparılmış və müəyyən edilmişdir ki, hazırda onun tərəfindən inşa edilmiş ev Cavabdeh2 və ailə üzvlərinin adına 2002-ci ildə verilən JN 1125 nömrəli (kod ********) “Torpağın mülkiyyə veilməsinə dair şəhadətnamə" üzrə torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. O 2004-cü ildə evi və torpaq sahəsini alarkən həmin torpaq sahəsinin Cavabdeh2 və ailə üzvlərinin adına olmasından xəbəri olmamışdır. Göstərmişdir ki, iddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin iş № 2(075)-808/202 saylı 17.06.2021-ci il tаrixli, qətnaməsi ilə İddiaçı Cavabdeh1 ilə 14.02.2004-cü il tarixli torpağın və evin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-1125A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əsasən, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Cavabdeh2, X9, X12, X10 və X5 0,04 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İddiaçı, Cavabdeh1, X14, X15 və X3 tərəfindən tərtib edilmiş 14 fevral 2021-ci il tarixli aktla, Cavabdeh1 Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evini İddiaçı 6 000 000 manata satması göstərilmiş və bu barədə 14 fevral 2021 -ci il tarixdə akt tərtib edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evinin İddiaçı satılmasını ehtiva edən AKT 14.02.2004-cü ildə torpağın mülkiyyətçilərindən biri olan Cavabdeh2 arasında deyil, bu torpaq sahəsini və ya evi satmaq səlahiyyətinə malik olmayan digər Cavabdeh1 arasında tərtib olunmuşdur. Halbuki, Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evi Cavabdeh1 mülkiyyətində olmamış və ya həmin ev və torpaq sahəsinə dair onun gələcəkdə mülkiyyət hüququ əldə edə bilməsini əks etdirən gözlənilən hüququnu ehtiva edən hər hansı ilkin sənədləri olmamışdır. Əksinə alqı-satqını ehtiva edən AKT tərtib edildiyi 14.02.2004-cü il tarixdən təxminən 2 il öncəsinə qeyd edilən evin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənədlərlə və ərazinin ümumi xəritəsinə əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinlərinə torpaq sahəsinin verilməsi barədə JN-1125A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh2, X9, X12, X10 və X4 ümumi birgə mülkiyyətlərində olmuşdur. Hansı ki, Cavabdeh1 artıq başqasının mülkiyyətində olan torpaq sahəsini sataraq AKT tərtib etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həm torpağa həm də evə dair ilkin sənədlərin olmaması, həm də torpaq və ev satılarkən ev və torpaq sahəsi başqa şəxslərin ümumi birgə mülkiyyətdə olmasına görə iddia əsassızdır və belə iddia təmin edilə bilməz. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə tələbi rədd edərkən mənim irəli sürdüyüm dəlillərə hüquqi qiymət verməmiş, işin faktiki hallarını, işdə mövcud olan sübutları nəzərə almamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, 14.02.2004-cü il tarixdə Baş Göynük kənd sakinləri X14, X15 və X1 iştirakları ilə 0.12 ha torpaq sahəsi və 8m x3.6 m və 8m*3m ölçüdə yaşayış evini Cavabdeh1 6 000 000 manata satın almışdır. Alqı-satqı prosesi rəsmi qaydada həyata keçirilmiş, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kəndindəki Nümayəndəliyi tərəfindən notariat əməliyyatlarını təsdiq edən möhürlərlə təsdiq edilmişdir. Həmçinin Cavabdeh1 da həmin əmlakı 1996-cı ildə kənd sakini X11 almışdır. Həmin sahənin M.Musayevə məxsus olması da 26.11.1992-ci il tarixli akta əsasən "Qafqaz" kolxozunun yerquruluşu mütəxəssisləri tərəfindən ölçüləri və sərhədlərinin sxemi müəyyən edilərək təsdiq edilmişdir. 2004-cü ildən etibarən iş üzrə cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış və hal-hazıradək nə X19, nə Cavabdeh1 nə də Cavabdeh2 əmlakla bağlı hər hansı etirazları və tələbləri olmamışdır. Eyni zamanda apellyator dəlillərini Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı, «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarına dair Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin iş № 2(075)-808/202 saylı 17.06.2021-ci il tаrixli, qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin iş № 2(075)-808/202 saylı 17.06.2021-ci il tаrixli, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında Cavabdeh1 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilmədən Şəki Rayon Məhkəməsinin iş № 2(075)-808/202 saylı 17.06.2021-ci il tаrixli, qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarı: “İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Qanun daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Şəki Rayon Məhkəməsinin iş № 2(075)- 808/202 saylı 17.06.2021-ci il tаrixli, qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlsə də, X9, X12, X10 və X6 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli Şəki Rayon Məhkəməsinin iş № 2(075)- 808/202 saylı 17.06.2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə qətnamənin ləğv edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, kollegiyanın iclasında müəyyən edilmişdir ki, JN-1125A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əsasən, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Cavabdeh2, X9, X12, X10 və X5 0,04 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İddiaçı, Cavabdeh1, X14, X15 və X3 tərəfindən tərtib edilmiş 14 fevral 2021-ci il tarixli aktla, Cavabdeh1 Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evini İddiaçı 6 000 000 manata satması göstərilmiş və bu barədə 14 fevral 2021 -ci il tarixdə akt tərtib edilmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan qərarları əqdin etibarlı hesab edilməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Müəyyən edilir ki, Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evinin İddiaçı satılmasını ehtiva edən AKT 14.02.2004cü ildə torpağın mülkiyyətçilərindən biri olan Cavabdeh2 arasında deyil, bu torpaq sahəsini və ya evi satmaq səlahiyyətinə malik olmayan digər Cavabdeh1 arasında tərtib olunmuşdur. Halbuki, Şəki rayonunun Baş Göynük kəndi ərazisində 0.12 ha torpaq sahəsi və 8mx3.6m ölçüdə yaşayış evi Cavabdeh1 mülkiyyətində olmamış və ya həmin ev və torpaq sahəsinə dair onun gələcəkdə mülkiyyət hüququ əldə edə bilməsini əks etdirən gözlənilən hüququnu ehtiva edən hər hansı ilkin sənədləri olmamışdır. Əksinə alqı-satqını ehtivan edən AKT tərtib edildiyi 14.02.2004-cü il tarixdən təxminən 2 il öncəsinə qeyd edilən evin yerləşdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənədlərlə və ərazinin ümumi xəritəsinə əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinlərinə torpaq sahəsinin verilməsi barədə JN-1125A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh2, X9, X12, X10 və X4 ümumi birgə mülkiyyətlərində olmuşdur. İş materiallarından aydın olur ki, qanunvericinin əqdin bağlanmış hesab edilməsi üçün tələb etdiyi ilkin şərtlərdən biri ilk növbədə əmlakı satan şəxsin həmin əmlakın mülkiyyətçisi olmalıdır. Hazırkı halda isə müqaviləni bağlayan şəxsin yəni cavabdehin həmin əmlak barəsində sərəncam vermək hüququ ümumiyyətlə olmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin iş № 2(075)-808/202 saylı 17.06.2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin iş № 2(075)-808/202 saylı, 17.06.2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı, Cavabdeh1 qarşı 14.02.2004-cü il tarixli torpağın və evin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1708/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1708/2021
28.10.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver