Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1726/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi X3, Qəbələ şəhər 3 saylı tam orta məktəbinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(025)-603/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(025)-603/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun onun işdən azad edilməsi barədə verilmiş xx xxx 2020-ci il tarixli, 244 nömrəli əmrin etibarsız hesab olunaraq ləğv edilməsi və həmin məktəbdə işlədiyi bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1993-cü ildə Qəbələ şəhərində anadan olmuşdur. xx.xx.2011-ci ildə Ağdaş Dövlət Humanitar Kollecinin «Bədən tərbiyəsi və idman» əsas təhsil pilləsi üçün fiziki tərbiyə müəllimi ixtisası üzrə ali təhsil almışdır. xx xxxxxxxx 2013-cü il tarixdə, 01 nömrəli əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbinə Cavabdeh1 müdiri X12 ilə müddətli əmək müqaviləsi bağlayaraq xx.xx.2017-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə bədən tərbiyəsi müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxxxxxx 2017-ci il tarixdən Qəbələ şəhər 3 saylı tam orta məktəbinin direktoru X16 ilə müddətli əmək müqaviləsi xx.xx.2020-ci il tarixədək uzadılaraq işlədiyi həmin məktəbdə ixtisası üzrə bədən tərbiyəsi müəllimi olaraq pedoqoji fəaliyyətini davam etdirmişdir. xx xxx 2020-ci il tarixdə 244 nömrəli əmrlə müddətli əmək müqaviləsi bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işindən azad edilmişdir. Əmək fəaliyyəti dövrundə xx.xx.2014cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü Əhmədli Ömər Fərid oğlunun anadan olmasına görə ərizə verərək qismən ödənişli əmək məzuniyyətinə çıxmışdır. xx.xx.2017-ci il təvəllüdlü Əhmədli Ömər Fərid oğlunun 3 yaşına çatana qədər qismən ödənişli məzuniyyətə çıxmışdır. Həmin müddət xx.xx.2020-ci ildə tamam olduğundan o, məktəb rəhbərliyinə ərizə ilə müraciət edərək pedoqoji fəaliyyətini davam etdirməyini istəsə də müvafiq əmr olduğu üçün bunun mümkünsüz olduğunu ona bildirmişlər. O isə hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötərənin onunla bağladığı müddətli əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə bərtərəfli qaydada xitam verilməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ şəhər 3 saylı tam orta məktəbinin direktoru Ədilə Əliyeva onunla bağladığı əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasında səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi müvəqqəti bağlanmış müqavilənin müddətinin bitməsi göstərilmişdir. Həmin müqavilənin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Həmçinin, uzadılmış xx xxxxxxxx 2017-ci il tarixli müddətli əmək müqaviləsinin xx xxx 2020-ci ildə yekunlaşmasına baxmayaraq xx xxx 2020-ci ildə müvafiq əmrlə xitam verilmiş və onun bu barədə yəni müddətli əmək müqaviləsinə müddət tamam olmadan birtərəfli xitam verilməsinə dair razılığı alınmamışdır. Qeyd etmək istəyir ki, xx xxx 2020-ci il tarixli, 244 nömrəli əmrin surəti ona xx xxx 2020-ci il tarixdə müraciətindən sonra verilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5- ci bəndinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi onunla bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 6 ildən artıq davam etmişdir ki, ona görə də həmin müddətli əmək müqaviləsi artıq müddətsiz əmək müqaviləsi hesab olunmalıdır. İşəgötürən tərəfindən bütün bunlar nəzərə alınmamış və nəticədə Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbi pozulmuşdur. Mülki işin xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X8 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinin direktoru X16 iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdə 01 nömrəli əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbinə Cavabdeh1 müdiri X12 ilə müddətli əmək müqaviləsi bayğalanaraq xx.xx.2017ci il tarixədək həmin məktəbdə ixtisası üzrə bədən tərbiyəsi müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx xxxxxxxx 2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Həmin dövrdə onun tərəfindən ixtisası üzrə bədən tərbiyəsi müəllimi kimi pedoqoji fəaliyyəti davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə 244 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işdən azad edilmişdir. Müəllimə olaraq iddiaçı işə qəbul olunan zaman ştat üzrə vakansiya olmamış, o, analıq məzuniyyətində olan müəllimənin yerinə işə qəbul olunmuşdur. Sonradan dərs yükü çox olduğu üçün iddiaçıya 6 saat dərs verilmiş və müddətli əmək müqaviləsi ilə işə götürülmüşdür. İddiaçı müəllimlərin imtahan qiymətləndirməsinə getmiş, lakin yetərli bal toplamadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İş üzrə ədalətli qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 nümayəndəsi X13 verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdə 01 nömrəli əmrlə Qəbələ şəhəri 3 saylı tam orta məktəbinə müddətli əmək müqaviləsi bağlayaraq xx.xx.2017-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə bədən tərbiyəsi müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx xxxxxxxx 2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək uzadılmış, həmin dövrdə onun tərəfindən ixtisası üzrə bədən tərbiyəsi müəllimi kimi pedoqoji fəaliyyəti davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə 244 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işdən azad edilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclаsındа müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X8 Mərkəzinin nümayəndəsi X7 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx xxxxxx 2013-cü ildə 01 saylı əmrlə müvəqqəti olaraq Qəbələ şəhər 3 saylı tam orta məktəbə ixtisası üzrə fiziki tərbiyə müəllimi təyin olunmuşdur. Onunla xx.xx.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. Belə ki, məktəbin analıq məzuniyyətinə çıxmış ibtidai sinif müəllimi X1 09 saat dərsinin 07 saatı xx.xx.2013-cü il 05 saylı əmrlə İddiaçı müvəqqəti olaraq verilmişdir. İddiaçı xx xxxx 2017-ci ildən xx xxxx 2017-ci il tarixə kimi (xəstəlik vərəqəsi № 510794, əmr № 116) analıq məzuniyyətinə buraxılmışdır. Analıq məzuniyyəti bitdikdən sonra xx.xx.2017-ci ildə 127 nömrəli əmrlə xx.xx.2020-ci il tarixə kimi güzəştli analıq məzuniyyətinə buraxılmışdır. O, diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. xx.xx.2020-ci ildə 244 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsi qətnamə çıxararkən, qarşı tərəfin verdiyi ifadələri nəzərə almamışdır. O, məhkəməyə müraciət edərkən vaxtında müraciət etmiş və iddia müddətini də keçirtməmişdir. O, 2013-cü il tarixdən xx xxx 2020-ci il tarixə kimi Qəbələ şəhər 3 saylı tam orta məktəbinə bədən tərbiyyəsi müəllimi kimi işələmişdir. İşlədiyi müddət ərzində ictimai faliyyətləri həmişə yüsək səviyyədə olmuşdur. Onu işdən çıxartmaları əsassız olduğu üçün o, məhkəməyə müraciət etmiş və heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun gəlməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(025)- 603/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 nümayəndəsi X13 və Qəbələ şəhər 3 saylı tam orta məktəbinin nümayəndəsi X16 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X11 Mərkəzinin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(025)-603/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməli, Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun xx xxx 2020-ci il tarixli, 244 nömrəli əmri ləğv edilməli, İddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəbin bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan İddiaçı məxsus ******* nömrəli, xx.xx.2013-cü ildə tərtib edilmiş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx xxxxxxxx 2013-cü il tarixli, 01 nömrəli əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbdə ixtisası üzrə müddətli müqavilə əsasında müəllim təyin olunmuşdur. İşdə olan Qəbələ şəhər 3 saylı tam orta məktəb direktoru X10 xx.xx.2017-ci il tarixli 116 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi Salahlı (Əhmədova) Nigar Xaləddin qızı həmin tarixdən xx.xx.2017-ci il tarixədək növbəti analıq məzuniyyətinə (əsas: bulleten № 510794) buraxılmışdır. İşdə olan İddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəb direktoruna xx.xx.2019-cu il tarixdə yazdığı ərizəsində o, xx.xx.2019-cu il tarixdə analıq məzuniyyətinin müddətinin bitdiyini nəzərə almaqla həmin tarixdən işdə hesab olunmasını və həmin tarixdən də xx.xx.2020-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmasını xahiş etmişdir. İşdə olan İddiaçı xx.xx.2020-ci il tarixdə Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktoruna yazdığı ərizəsinin surətindən görünür ki, iddiaçı həmin tarixdə analıq məzuniyyəti bitdiyinə görə onun işdə hesab edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 3 saylı tam orta məktəbi arasında xx.xx.2013-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, məktəbdə bədən tərbiyəsi müəllimi təyin edilmişdir. Müqavilənin müddəti uzadılaraq bitmə tarixi kimi xx.xx.2017-ci il qeyd olunmuşdur. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 175 manat göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhər 3 saylı tam orta məktəbi arasında xx.xx.2013-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, məktəbdə bədən tərbiyəsi müəllimi təyin edilmişdir. Müqavilənin müddəti xx.xx.2017-ci il tarixdən də uzadılaraq bitmə tarixi kimi xx.xx.2020-ci il qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər 3 saylı tam orta məktəbinin direktoru X10 xx.xx.2020-ci il tarixli 244 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bitdiyi üçün onun əmək fəaliyyətinə xitam verilmişdir. Əmrdə əsas olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhər 3 saylı tam orta məktəbi arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müqaviləyə məktəbin 244 nömrəli, xx.xx.2020ci il tarixli əmri ilə xitam verilmişdir. Bildirişdə də əmək müqaviləsinə xitam verilməsi üçün əmrdə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi qeyd olunmuşdur. İşin bu halı İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti ilə təsdiq olunur. Əmək kitabçasında adı çəkilən əmr qeyd olunaraq məktəb direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ 868878 nömrəli «Nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X4 arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 122 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Əhmədova» soyadı verilmişdir. İşdə olan məhkəməyə xx xxxx 2020-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X11 Mərkəzinin Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi X2 məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, Əhmədova (Salahlı) Nigar Xaləddin qızı xx xxxxxx 2013-cü ildə 01 saylı əmrlə müvəqqəti olaraq Qəbələ şəhər 3 saylı tam orta məktəbə ixtisas üzrə fiziki tərbiyə müəllimi təyin olunmuş və onunla xx.xx.2017-ci ilə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. Belə ki, məktəbin analıq məzuniyyətinə çıxmış ibtidai sinif müəllimi X1 09 saat dərsinin 07 saatı xx.xx.2013cü il 05 saylı əmrlə Əhmədova (Salahlı) Nigar Xaləddin qızına müvəqqəti olaraq verilmişdir. Əhmədova (Salahlı) Nigar Xaləddin qızı xx xxxx 2017-ci ildən xx xxxx 2017-ci il tarixə kimi (xəstəlik vərəqəsi № 510794, əmr № 116) analıq məzuniyyətinə buraxılmışdır. Analıq məzuniyyəti bitdikdən sonra xx.xx.2017-ci ildə 127 nömrəli əmrlə xx.xx.2020-ci il tarixə kimi güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Əhmədova (Salahlı) Nigar Xaləddin qızı diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. xx.xx.2020-ci ildə 244 saylı əmrlə Əhmədova (Salahlı) Nigar Xaləddin qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Əmək Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Həmin Məcəllənin 73-cü maddənin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin ikinci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olumuş hesab оlunmuşdur ki, İddiaçı ilə cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbi arasında bağlanımış xx xxxxxxxx 2013-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən o, öz ixtisası üzrə məktəbdə fiziki tərbiyə (bədən tərbiyəsi) müəllimi olaraq işə qəbul olunmuşdur. Bu barədə həmin tarixdə məktəb direktoru X16 tərəfindən 01 nömrəli əmr imzalanmış və ona Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən (həmin maddəyə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.) ******* nömrəli əmək kitabçası tərtib edilmişdir. Qəbələ şəhər 3 saylı tam orta məktəb direktorunun xx.xx.2017ci il tarixli 116 nömrəli əmri ilə məktəbin fiziki tərbiyə müəllimi İddiaçı həmin tarixdən xx.xx.2017-ci il tarixədək növbəti analıq məzuniyyətinə (əsas: bulleten № 510794) buraxılmışdır. xx.xx.2019-cu il tarixdə yazdığı ərizəsində o, xx.xx.2019-cu il tarixdə analıq məzuniyyətinin müddətinin bitdiyini nəzərə almaqla həmin tarixdən işdə hesab olunmasını və həmin tarixdən də xx.xx.2020-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmasını, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktoruna yazdığı ərizədə isə iddiaçı həmin tarixdə analıq məzuniyyəti bitdiyinə görə onun işdə hesab edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 3 saylı tam orta məktəbi arasında xx.xx.2013cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, məktəbdə bədən tərbiyəsi müəllimi təyin edilmişdir. Müqavilənin müddəti uzadılaraq bitmə tarixi kimi xx.xx.2017-ci il qeyd olunmuşdur. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 175 manat göstərilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən isə müəyyən edilir ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixdən də uzadılaraq bitmə tarixi kimi xx.xx.2020-ci il qeyd olunmuşdur. Qəbələ şəhəri 3 saylı tam orta məktəbinin direktoru X10 xx.xx.2020-ci il tarixli 244 nömrəli əmr ilə (əmrdə əsas olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi göstərilmişdir) məktəbin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bitdiyi üçün onun əmək fəaliyyətinə xitam verilmişdir. «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi» xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Bundan sonra İddiaçı məxsus əmək kitabçasında adı çəkilən əmr qeyd olunaraq məktəb direktorunun imzası və möhürü ilə təsdiq edilmiş və əmək kitabçası qanunvericiliyin tələblərinə uyğun surətdə ona təqdim olunmuşdur. Göründüyü kimi, İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdə məktəbdə müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş, daha sonra məktəbin analıq məzuniyyətinə çıxmış ibtidai sinif müəllimi X1 9 saat dərsinin 7 saatı xx.xx.2013-cü il 05 saylı əmrlə Əhmədova (Salahlı) Nigar Xaləddin qızına müvəqqəti olaraq verilmişdir. xx xxxx 2017-ci ildən xx xxxx 2017-ci il tarixə kimi (xəstəlik vərəqəsi № 510794, əmr № 116) isə o, analıq məzuniyyətinə, analıq məzuniyyəti bitdikdən sonra xx.xx.2017-ci ildə 127 nömrəli əmrlə xx.xx.2020-ci il tarixə kimi güzəştli analıq məzuniyyətinə buraxılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X8 Mərkəzinin nümayəndəsi X2 məhkəmədə verdiyi izahatı və məhkəməyə təqdim etdiyi məlumata görə Əhmədova (Salahlı) Nigar Xaləddin qızı diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. Bir sözlə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə cavabdeh Qəbələ şəhəri 3 saylı tam orta məktəb arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair məktəb direktoru X10 xx.xx.2020-ci il tarixli 244 saylı əmri (əmrdə iddiaçı ilə məktəb arasında olan müddətli əmək müqaviləsinin müddətinin bitməsinə istinad etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur, tam qanuni və əsaslıdır. Buna görə də iddiaçının adı çəkilən əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2009-cu il tarixli Qanunu ilə Əmək Məcələsinin 45-ci maddəsinə işçilərin əmək hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmiş aşağıdakı məzmunda 5-ci hissə əlavə edilmişdir : «Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.» Burada nəzərə almaq lazımdır ki, əgər müddətli əmək müqaviləsi müəyyən fasilərəlrə 5 ildən artıq müddətə davam edərsə, həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab edilmir. İddiaçı iddia ərizəsində Azərbayan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin işəgötürən tərəfindən pozulduğunu və onunla bağlanmış müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 6 ildən artıq davam etməsini qeyd etsə də, işin halları ilə müəyyən olunur ki, onun məktəbdə dərs deməklə göstərdiyi pedoqoji fəaliyyəti 1 il olmuşdur. Yəni iddiaçının vəzifəsi üzrə əmək fəaliyyəti 5 ildən artıq müddət təşkil etmir. O, analıq məzuniyyətində olmuş və məzuniyyətdə olduğu müddətdə işdən azad edilə bilməzdi. Bu səbəbdən də işə çıxdığı gündən sonra əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək qanunvericiliyinin qeyd olunmuş normasına görə müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə hesab olunmasının iddiaçı tərəfindən mübasisələndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməməlidir. İddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəbində 6 ildən artıq müddətə işləməsinə, müddətli əmək müqaviləsinin vaxtı bitmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinə istinad edərək Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun onun işdən azad edilməsi barədə verilmiş xx xxx 2020-ci il tarixli, 244 nömrəli əmrin etibarsız hesab olunaraq ləğv edilməsi və həmin məktəbdə işlədiyi bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinin direktoru X16 iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdə 01 nömrəli əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbinə Cavabdeh1 müdiri X12 ilə müddətli əmək müqaviləsi bayğalanaraq xx.xx.2017-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə bədən tərbiyəsi müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx xxxxxxxx 2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Həmin dövrdə onun tərəfindən ixtisası üzrə bədən tərbiyəsi müəllimi kimi pedoqoji fəaliyyəti davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə 244 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işdən azad edilmişdir. Müəllimə olaraq iddiaçı işə qəbul olunan zaman ştat üzrə vakansiya olmamış, o, analıq məzuniyyətində olan müəllimənin yerinə işə qəbul olunmuşdur. Sonradan dərs yükü çox olduğu üçün iddiaçıya 6 saat dərs verilmiş və müddətli əmək müqaviləsi ilə işə götürülmüşdür. İddiaçı müəllimlərin imtahan qiymətləndirməsinə getmiş, lakin yetərli bal toplamadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanmışdır İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdə 01 nömrəli əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbinə Cavabdeh1 müdiri X12 ilə müddətli əmək müqaviləsi bayğalanaraq xx.xx.2017-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə bədən tərbiyəsi müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx xxxxxxxx 2017-ci il tarixdə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Həmin dövrdə onun tərəfindən ixtisası üzrə bədən tərbiyəsi müəllimi kimi pedoqoji fəaliyyəti davam etdirilmişdir. Həmin əmək müqaviləsi də müddətli olmaqla bağlanmış, xx.xx.2020-ci il tarixdə 244 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi ilə əmək müqaviləsinin müddətsiz bağlanması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlanması imkanını da nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan sui-istifadəsinin qarşısını almağa yönəlmiş qadağa da nəzərdə tutulur. Qeyd edilən normanın tələbinə görə əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx xxxxxxxx 2013-cü il tarixdən xx xxx 2020-ci il tarixə qədər həmin məktəbdə fasiləsiz olaraq üzrə bədən tərbiyəsi müəllimi kimi işləmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən də, göründüyü kimi eyni iş üzrə əmək münasibəti 5 ildən artıq müddətə davam edərsə əmək müqaviləsi müddətsiz hesab edilir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(025)-603/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməli, Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun xx xxx 2020-ci il tarixli, 244 nömrəli əmri ləğv edilməli, İddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəbin bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(025)-603/2020 nömrəli qətnaməsi ləğv edilsin, İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilsin. Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun xx xxx 2020-ci il tarixli, 244 nömrəli əmri ləğv edilsin. İddiaçı Qəbələ şəhər 3 saylı tam orta məktəbin bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1726/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1726/2020
16.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver