Məhkəmə qərarları › İş №2(107)-1736/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1736/2020

22.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1736/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibiyi, İddiaçınümayəndəsi X4, Şəki X3 nümayəndəsi (vəkil) X5, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi X7 və Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru X2 iştirakı ilə İddiaçı cavabdehlər Şəki Tarix-Diyarşünaslıq Muzeyi, X14 İdarəsi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dаir mülki iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və X14 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı AxundovaSədaqətHənifə qızı iddiaərizəsiilə məhkəməyə müraciətedərək, ŞəkiTarix-DiyarşünaslıqMuzeyinindirektorunun xx xxxxxx 2020-ciiltarixli, 01 saylı əmrininləğvedilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə vəzifəsinə bərpaedilməsibarədə qətnamə çıxarılmasını məhkəmədənxahiş etmişdir. Mülkiişə birinci instansiya məhkəməsində də baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Tarix- Diyarşünaslıq Muzeyinin direktorunun xx xxxxxx 2020-ciiltarixli, 01 saylı və Şəki X3 xx xxxxxx 2020-ciiltarixli, 10 saylı əmrlərinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh1nə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və X14 İdarəsi cavabdeh qismində cəlb edilmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, iddianın qismən təmin edilməsi, Şəki X3 İddiaçı işdən azad olunması barədə xx xxxxxx 2020-ci il tarixli, 10 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə işə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və X14 İdarəsi аpelyаsiyа şikаyəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, orta-ixtisas təhsillidir. Əmək fəaliyyətinə daha öncədən başlasa da 1996-cı ildən Şəki Tarix-Diyarşünaslıq Muzeyində kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 2020-ci ilədək öz vəzifəsini qüsursuz icra etmiş, həmin muzeydə 24 il işləmişdir. Şəki X1 X3 tərkibində olduğu zaman 2-ci kateqoriya statusuna aid olmuş, Şəki Tarix-Diyarşünaslıq Muzeyində 22 nəfər muzey işçisi çalışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X3 tabeliyində fəaliyyət göstərən Şəki TarixDiyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar ona və digər muzey işçilərinə onların Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə keçmələri ilə bağlı ərizə yazdırmışlar. Buna görə də hamı kimi struktur daxilində başqa işə keçirilmə barədə ərizə yazmışdır. Həmin vaxt o, başqa təşkilata deyil, yalnız struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət X6 strukturlarında işə keçirilməsi üçün məlum ərizəni yazmışdır. Belə ki, o, həmin vaxt başqa işə götürənlə müqavilə bağlamamış və ya başqa hər hansı qeyri-rəsmi öhdəliklə işə girməmiş, əksinə əvvəlki iş yerində işinə davam etmişdir. Lakin sonradan Agentliyin Kadrlar şöbəsindən bildirmişlər ki, 6 nəfər muzey işçisinin ştatı ixtisar olunmuşdur. Ərizə yazsa da xx xxxxxx 2020-ci il tarixədək işə getmiş və davamiyyət cədvəlini imzalamışdır. Lakin sonra muzeyin müdiri ona ştatının ixtisar, onun isə işdən azad olunduğunu bildirmişdir. Buna əsas kimi isə onun işdən azad olunması barədə yazdığı ərizə bildirilmişdir. Halbuki, ona həmin ərizənin Şəki Tarix-Diyarşünaslıq Muzeyinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyin tabeçiliyinə keçməsi ilə bağlı yazıldığı bildirilmişdir. Beləliklə o, aldadılmaqla iradəsi ziddinə işdən azad olunmuşdur. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi apelyasıya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürən Şəki X3 xx.xx.2020-ci il tarixli əmrini ləğv etmiş lakin, iddiaçının onun işə bərpa edilməsi və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi öhdəliyini isə Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən, iddiaçı ilə heç bir rəsmi əmək müqaviləsi olmayan və iddiaçının əmək müqaviləsinə xitam verməyən, ona nə başqa işə keçmək və ya işə qəbul etmək barədə vəd verməyən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin üzərinə qoymuşdur. Lakonik şəkildə desək, məhkəmə X14 İdarəsi tərəfindən öz işçisinə Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyində işlə təmin edəcəyinə dair yalan vəd verərək işindən azad etdiyi üçün əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi öhdəliyini Şəki Tarix-Diyarşünaslıq Muzeyinin üzərinə qoymuşdur. İş materiallarından da göründüyü kimi iddiaçının Şəki Tarix- Diyarşünaslıq Muzeyinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərdiyi dövrdə (xx xxxxxx 2019-cu il tarixindən) Muzeylə hər hansı əmək müqaviləsinin olmasına, onun muzey tərəfindən işdən çıxarıldığına, muzey tərəfindən iddiaçıya işə götürüləcəyi haqqında vəd verilməsinə dair heç bir yazılı və maddi sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən Şəki X3 iddiaçının işdən çıxarılmasına dair xx xxxxxx 2020-ci il tarixli əmri ləğv edilsə də, həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar sübut edilməmişdir. Belə ki, X14 idarəsi tərəfindən vətəndaşa əssasız olaraq başqa işə keçmə vədinin verilərək onun ərizəsi alınmış, xx xxxxxx 2020-ci il tarixli, 10 nömrəli əmrlə iddiaçı işdən çıxarılmışdır. Lakin nə iddiaçı nə də X14 İdarəsi tərəfindən iddiaçının Muzeydə işə qəbul ediləcəyinə dair vəd verildiyini təsdiq edən hallar müəyyən edilməmişdir. Dövlət Turizm Agentliyi tərəfindən Şəki Tarix- Diyarşünaslıq Muzeyinin ştat cədvəlinin təsdiq edildiyi tarixdən 27 gün sonra İddiaçı X14 idarəsi ilə bağlanmış əmək müqaviləsinə işçinin ərizəsi əsasında əmək məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2020-ci il tarixində Şəki Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalova tərəfindən Şəki X3 xx.xx.2020-ci il tarixli əmri əsasında verilmiş 01 nömrəli əmr isə texniki səhv xarakteri daşımış, hüquqi qüvvəsi olmayan əhəmiyyətsiz sənəd olmuş və buna görə də həmin əmr ləğv edilmişdir. Hesab edirik ki, məhkəmə bir hüquqi şəxs tərəfindən öz işçisinin əmək müqaviləsini xitam edilməsi haqqında əmrini ləğv edərək, başqa bir hüquqi şəxsin üzərinə işə bərpa və kompensasiya ödənilməsi barədə öhdəlik qoyması əsassızdır, nəinki əmək və mülki hüquq normalarına və qanunların ruhuna ziddir hətta heç bir formal məntiq qaydasına belə uyğun deyildir. Çünki, məhkəmənin qətnaməsindən belə anlaşılır ki, bir əmək müqaviləsi üzrə bir işçinin iki işəgötürəni olmuş, məhkəmə bir işəgötürənin işdən çıxarma əmrini ləğv etmiş, digərinin üzərinə isə işəbərpa və kompensasiya öhdəliyi qoymuşdur. Hansı ki, nə qanunvericlikdə nə də təcrübədə belə bir halın baş verməsi qeyri-mümkündür. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki X3 nümayəndəsi (vəkil) X11 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Xahişini apelyasiya şikayətinin dəlilləri ilə əsaslandırdı. Apelyasiya baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi X13 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Xahişini apelyasiya şikayətinin dəlilləri ilə əsaslandırdı. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktoru X8 da apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X9 apelyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasıya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla birlikdə araşdırıb, işdə iştirak edən şəxslərin izahat və ifadələrini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasıya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1996-cı il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Şəki Tarix-Diyarşünaslıq Muzeyində kiçik elmi işçi vəzifəsində işləmişdir. İddiaçı Şəki X3 rəisi M.Zeynalovaya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onu xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X14 İdarəsi rəhbərliyinin xx xxxxxx 2020-ci il tarixli, 10 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 356 nömrəli qərarına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən Şəki Tarix- Diyarşünaslıq Muzeyi, X22 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalareyasında Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil edilməsini nəzərə alaraq muzeyin kiçik elmi işçisi İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onunla bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsi və axırıncı haqq hesab ödənilməsi əmr edilmişdir. Əsas: işçinin ərizəsi. xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, ƏM-nin 69.3-cü maddəsini əsas götürərək İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Şəki Tarix-Diyarşünaslıq Muzeyinin xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyində çalışan və aşağıda adları qeyd olunan işçilərin ərizələri nəzərə alınaraq başqa işə keçmələri ilə əlaqədar olaraq İddiaçı bağlanılmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx xxxxxx 2020-ci tarixdən xitam verilməsi və onlara axırıncı haqq-hesab ödənilməsi əmr edilmişdir. İşdə olan Şəki Tarix- Diyarşünaslıq Muzeyi müdiriyyətinin xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 356 nömrəli qərarına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, X22 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalareyasında Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil edilməsini nəzərə alaraq muzeyin kiçik elmi işçisi İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onunla bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsi və axırıncı haqq hesab ödənilməsi əmr edilmişdir. Əsas: X14 İdarəsi rəhbərliyinin xx xxxxxx 2020-ci il tarixli, 10 nömrəli əmri. Azərbaycan Respublikası Dövlət X19 Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalovanın xx xxxx 2020-ci il tarixli, 23/k nömrəli əmrindən görünür ki, Şəki Tarix- Diyarşünaslıq Muzeyi müdiriyyətinin xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli əmri texniki səhv kimi qəbul edilərək hüquqi əhəmiyyəti olmadığı üçün ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iş üzrə cavabdeh Şəki Tarix- Diyarşünaslıq muzeyi İddiaçı qeyri-qanuni olaraq işdən çıxarmışdır. Ona görə də Şəki X3 xx xxxxxx 2020-ci il tarixli, 10 saylı əmrləri əmri ləğv edilməli və İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə işə bərpa edilməlidir. Məhkəmə iddiаçının iddiа tələbini əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və ““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli 356 nömrəli Qərarının 2-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki X3 tabeliyində fəaliyyət göstərən Şəki Tarix- Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarına əsasən Şəki Tarix-Diyarşünaslıq Muzeyi xx xxxxxx 2019-cu il tarixdən Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Turizm Agentliyinin tabeliyinə verilmiş, bununla Muzeyin mülkiyyətçisi də dəyişilmiş və onun yeni mülkiyyətçisi Dövlət Turizm Agentliyi olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, qeyd edilən vəziyyətdə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin işçilərinin müqəddəratı Əmək Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulmuş qaydada həll edilməli idi. Həmin norma mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi qaydasını müəyyən edir. Əmək Məcəlləsinin 63-cü maddəsinə görə:

1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.

2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Qanunun tələbinə müvafiq olaraq cavabdeh Dövlət Turizm Agentliyi digər cavabdeh Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əmlakını və işçilərini (rəhbər işçilər istisna olmaqla) olduğu vəziyyətdə qəbul etməli (təhvil götürməli) idi. Bundan sonra həmin işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla, o cümlədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə “işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi” əsası ilə ləğv edilə bilərdi. Eyni zamanda, işçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilərkən ona işəgötürən tərəfindən həmin Məcəllənin 77-ci maddəsi ilə müəyyən olunmuş təminatlar verilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinə görə:

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:[i] bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Konkret halda da İddiaçı ilə əmək müqaviləsinə cavabdehlər Dövlət Turizm Agentliyi və Şəki Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən yalnız əmək qanunvericiliyinin şərh olunan tələblərinə əməl edilməklə xitam verilə bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə eyni qənaətdə olaraq hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxarılması qanunsuz olmuşdur. Belə ki, iddiaçı ərizə yazaraq “başqa işə keçirilmələri ilə əlaqədar” işdən çıxarılmasını xx.xx.2020-ci il tarixdə işəgötürəndən xahiş etsə də, o, bu ərizəni başqa müəssisə, idarə və təşkilatda başqa işə keçirilməsi üçün deyil, struktur dəyişikliyi ilə bağlı Dövlət Turizm Agentliyinin tabeliyinə verilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyində başqa işə keçirilməsi məqsədilə yazmışdır. Bu hal məhkəmə araşdırması zamanı Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktoru X8 tərəfindən verilmiş izahatla da təsdiq olunur. O, məhkəmə iclasında bildirmişdir ki, “Muzeydə vakant yer olmadığı üçün iddiaçını işlə təmin etmək mümkün olmamış, iddiaçıdan ərizə onun sruktur daxilində işlə təmin edilməsi məqsədilə alınmışdır. İddiaçı heç vaxt ona başqa işəgötürənlə müqavilə bağladığını deməmiş və bu barədə hər hansı müqaviləni ona təqdim etməmişdir. Muzeydə ştatlarda ixtisar edildiyindən iddiaçını işlə təmin etmək mümkün olmamış və buna görə də ərizəsi nəzərə alınaraq onunla əmək müqaviləsinə xitam verilmişdir”. Digər tərəfdən, Əmək Məcəlləsinin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Göründüyü kimi, İddiaçıƏmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxarılması nə işin faktiki hallarına, nə də onun iradəsinə uyğun olmamışdır. Cavabdeh Dövlət Turizm Agentliyinin apelyasiya şikayətindən görünür ki, onun qənaətincə tabeliyinə verilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyinin İddiaçı işdən azad edilməsi barədə əmr verməyə ixtiyarı olmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı iddia tələbi əsaslıdır və cavabdehlər Dövlət Turizm Agentliyi və Şəki Tarix-Diyarşünaslıq Muzeyi iddiaçını öz işinə bərpa etməklə ona məcburi iş buraxma (boşdayanma) dövrü üçün orta aylıq əmək haqqı ödənilməsini, onu öz işinə bərpa etmək və ya başqa uyğun iş təklif etmək mümkün olmadıqda isə iddiaçıya məhkəmə qətnaməsi icra olunan vaxtadək məcburi iş buraxma (boşdayanma) dövrü üçün orta aylıq əmək haqqı həcmində kompensasiya və onun ştatının ixtisara düşməsi ilə əlaqədar Əmək Məcəlləsinin 77-ci maddəsində müəyyən olunmuş birdəfəlik ödəniş verməklə müvafiq əsasla işdən azad olunduğu (əmək müqaviləsinə xitam verildiyi) barədə əmr verilməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən cavabdeh Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətlərində göstərilən dəlillər qeyrimüəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasıya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və X14 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-693/2020 nömrəli qətnaməsi verilmiş apelyasıya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar