Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1739/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun vəkili X2 və Cavabdeh Qinyaz qızının iştirakları ilə, İddiaçı Cavabdeh Qinyaz qızına qarşı zəbt olunmuş torpaq sahəsindəki qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 28/2020 nömrəli qətnaməsindən Cavabdeh Qinyaz qızı tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-28/2020 nömrəli qətnаməsi ilə(hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Qinyaz qızının Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində zəbt etdiyi 21.56 kv.metr olan hissəni boşaltması, Cavabdeh Qinyaz qızının Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinin 5 saylı otağının pəncərəsinin qarşısına hörmüş olduğu kərpiçləri öz vəsaiti hesabına sökməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 200 manat məbləğdə ekspertiza xərcinin İddiaçı, 100 manat məbləğdə ekspertiza xərcinin isə Cavabdeh Qinyaz qızından alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Qinyaz qızının Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz zəbt etdiyi hissəni boşaltması və həmin torpaqda inşa olunmuş qanunsuz tikilinin onun öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artılması barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Qinyaz qızının Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz zəbt etdiyi hissəni boşaltması və həmin torpaqda inşa olunmuş qanunsuz tikilinin, yəni onun mülkiyyətində olan və istifadə etdiyi otaqdakı pəncərənin qarşısına hörmüş olduğu kərpiçlərin və həmin pəncərənin qarşısında olan eyvanın onun öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri, Babək küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş 36/14-A ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış vevrilmişdir. Ancaq ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuş, orada tikili inşa edilmişdir. Belə ki, ona məxsus və istifadəsində olan otağın pəncərəsinin qarşısı cavabdeh tərəfindəndən kərpiclə hörülmüşdür. Otağa gün işığı düşmür. Bu isə evdə nəmişliyin əmələ gəlməsinə səbəb olmuşdur. Dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsini boşaltmasını və otağının qarşısında hörmüş olduğu kərpiçləri sökməyi tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh Qinyaz qızının Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz zəbt etdiyi hissəni boşaltması və həmin torpaqda inşa olunmuş qanunsuz tikilinin, yəni onun mülkiyyətində olan və istifadə etdiyi otaqdakı pəncərənin qarşısına hörmüş olduğu kərpiçlərin və həmin pəncərənin qarşısında olan eyvanın onun öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Qinyaz qızı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh Qinyaz qızı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, heç bir torpaq sahəsini zəbt etməmişdir və heç bir qanunsuz tikili tikdirməmişdir. Qətnamədə də göstərildiyi kimi, İddiaçı iddia etdiyi 21,56 kv.m torpaq sahəsi hər ikisinin istifadə etdikləri torpaqların sərhədindədir və zəbt etmədən söhbət gedə bilməz. Qətnamənin təsviri və əsaslandırıcı hissələrində də heç bir zəbtdən söhbət getmir. Qətnamədə hakim hansı inzibati orqanın nə vaxt qəbul etdiyi məlum olmayan İnşaat Norma və Qaydalarına əsaslanmışdır. Maddi hüquq norması kimi götürülən bu normativ hüquqi akt Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Ona görə də hakimin bu xəyali normalara əsaslanması qanunsuzdur. Qətnamə başdan sovdu tərtib edilmişdir. Belə ki, qətnamənin 2-ci və 3-cü səhifələrində eyni fikirlər 2 dəfə təkrar olunmuşdur. 3-cü səhifədəki fikirlər 2-ci səhifədəki fikirləri tam inkar edir. Qətnamdə belə ziddiyətli halın olması hakimin qəbul etdiyi qətnamənin qanuniliyini şübhə altına alır. O, bu qətnaməni qanunsuz hesab edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 28/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında Cavabdeh Qinyaz qızı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında İddiaçı və onun vəkili X4 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-28/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh Qinyaz qızının apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Babək küçəsində yerləşən 36/14-A fərdi yaşayış evi xx xxxx 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Babək küçəsində yerləşən 36/14 saylı fərdi yaşayış evi xx xxxx 2008- ci il tarixdə Cavabdeh Qinyaz qızının adına qeydiyyata alınmışdır. İşdə olan məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli, 32810 saylı məlumatdan görünür ki, ekspertiza keçirilməsi barədə qərardad, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq icrasız saxlanılmış və mülki iş materialları geri qaytarılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 9352 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquluşu LayihəX3 LTİ-nin mütəxəssis rəyinə əlavə olunmuş sxemə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Mingəçevir şəhərinin Babək küçəsindəki 36814-A ünvanda yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarış və **********42-10301 reystr nömrəli, 902-1/13355 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin təqribən 21.56 kv.metr olan hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu və Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsində hər-hansı bir tikinti işləri aparıldığı müəyyən olunmamışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27202 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhərinin Babək küçəsindəki 36814-A ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarış və **********42-10301 reyestr nömrəsli, 902-1/13355 inventar nömrəli texniki pasporta əsasən İddiaçı məxsus olan fərdi yaşayış evinin 5 saylı otağının pəncərəsinin qarşısı Cavabdeh Qinyaz qızı tərəfindən kərpiçlə hörülərək bağlanmış və həmin texniki pasportda olan 5 saylı otağa digər hissələrdən işıq düşmədiyi üçün, həmin otağa təbii işığın qarşısını kəsir ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.3-cü bəndinin tələblərinə ziddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquluşu X1 LTİ-nin mütəxəssis rəyinə əlavə olunmuş sxemə və baxış zamanıəldə olunmuş məlumatlara əsasən, Mingəçevir şəhərinin Babək küçəsindəki 36814-A ünvanda yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarış və **********42-10301 reystr nömrəli, 902-1/13355 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin təqribən 21.56 kv.metr olan hissəsini İddiaçı istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh Qinyaz qızı tərəfindən istifadə olunan torpaq sahəsinin sərhəd hissəsində olduğu müəyyən edilmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2020-ci il tarixli, 5021 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhərinin Babək küçəsindəki 36814-A ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarış və **********42-10301 reyestr nömrəsli, 902-1/13355 inventar nömrəli texniki pasporta əsasən İddiaçı məxsus olan fərdi yaşayış evinin 5 saylı otağının pəncərəsinin qarşısı Cavabdeh Qinyaz qızı tərəfindən kərpiçlə hörülərək bağlanmış və həmin texniki pasportda olan 5 saylı otağa digər hissələrdən işıq düşmədiyi üçün, həmin otağa təbii işığın qarşısını kəsir ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.3-cü bəndinin tələblərinə ziddir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquluşu X1 LTİ-nin mütəxəssis rəyinə əlavə olunmuş sxemə və baxış zamanıəldə olunmuş məlumatlara əsasən, Mingəçevir şəhərinin Babək küçəsindəki 36814-A ünvanda yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarış və **********42-10301 reystr nömrəli, 902-1/13355 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin təqribən 21.56 kv.metr olan hissəsini İddiaçı istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh Qinyaz qızı tərəfindən istifadə olunan torpaq sahəsinin sərhəd hissəsində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıda göstərilən maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələt tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 nömrəli qərarının 6-cı bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görəəmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşıəmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqişəxsləri torpaq sahələrini mülkiyyət, istifadə vəicarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cumaddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqişəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 50-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 56-cı maddəsinin göstərişinə əsasən, torpaqların icarəyə verilməsi müvafiq müqaviləilə rəsmiləşdirilir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 67 maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinin tələbinə törə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq qanunvericiliyinin məhkəmələt tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 nömrəli qərarının 6-cı bəndinə görətorpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsi cavabdehlər tərəfindən tutulmuşdur. Cavabdehin mübahisəli torpaq sahəsinə sahibliyinin hüquqi əsası yoxdur. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdeh qaununsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı və evin otağının pəncərəsinin qarşısına hörmüş olduğu kərpiçləri öz vəsaiti hesabına sökməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh Qinyaz qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 28/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Qinyaz qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1739/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1739/2020
16.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver