Məhkəmə qərarları › İş №2(107)-1752/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1752/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1752/2020 20.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin pozulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması tələbi”nə dair, Cavabdeh İddiaçı qarşı “1311.84 manat maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 1341.84 manat məbələğində pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi tələbi”nə dair mülki iş üzrə İddiaçı Qax Rayon Məhkəməsinin hakimi X1 vermiş olduğu etiraza аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1311.84 manat ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 1341.84 manat məbələğində pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəməyə etiraz ərizəsi təqdim edərək həmin mülki işə Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayev tərəfindən baxılmasına etiraz etmişdir. İddiaçı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arvadının bacısı (baldızı) X6 Rayon Məhkəməsində dəftərxana müdiri vəzifəsində işləyir. Həmin şəxs Malik Qarayevin işçisidir və bu hal isə Qax Rayon Məhkəməsinin sədir Malik Qarayevin işə ədalətli və qərəzsiz baxılmasını əsaslı olaraq şübhə altına alır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayevə verilmiş olduğu etiraza baxılması üçün mülki işin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-412/2020 saylı xx xxxxxx 2020 tarixli qərardadı ilə Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayevə verilmiş etiraza baxılması üçün mülki işin Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, sözügedən iş üzrə Cavabdeh arvadının bacısı (baldızı) X2 hazırda da Qax Rayon Məhkəməsində dəftərxana müdiri vəzifəsində işləyir. İşə hakim Malik Qarayevin sədrliyi ilə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi tərəflər arasında həmin qərarın obyektivliyinə şübhə doğura bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası hakimə etiraz edilməsi üçün MPM-nin 19.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olmaması və belə əsaslara dair sübutların təqdim edilməməsi, eləcə də məhkəmənin qərəzsizliyinə şübhə doğuran heç bir hal olmasa da, iddiaçının mülki işə Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayevin sədrliyi ilə baxılmasına etiraz etməsini nəzərə alaraq, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “müqavilənin pozulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması tələbi”nə dair, Cavabdeh İddiaçı qarşı “1311.84 manat maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 1341.84 manat məbələğində pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi tələbi”nə dair mülki iş üzrə İddiaçı verdiyi etiraz təmin edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilənin pozulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması tələbi”nə dair, Cavabdeh İddiaçı qarşı “1311.84 manat maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 1341.84 manat məbələğində pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi tələbi”nə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar