Məhkəmə qərarları › İş №2(107)-1753/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1753/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1753/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-219/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-219/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin mülkiyyətində olan Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASCyə təhvil verilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəblərinin olması barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-374/2016 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh1 məxsus Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşadıqları yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASCnə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmamış, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi qanun normalarının tələblərini pozduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərini də, kobudcasına pozmuşdur. Bankın əsassız iddiası üzrə aparılan icraat zamanı iş üçün əhəmiyyətli olan hallar ümumiyyətlə araşdırılmamış, iddiaçı bankın vətəndaşa qarşı soyğunçu münasibətdə olması nəzərə alınamış, iddiaçının iddia etdiyi yaşayış sahəsində daha kimlərin yaşamaları müəyyən edilməmiş, hələ lap əvvəlcədən devolvasiyaların yaratdığı vəziyyətdən sui-istifadə edərək İddiaçı ASC-nin onların mülkiyyətinə qəsd edərək mənimsədiyi halda, bu dəfə də iddiaçı bankın əsassız iddiası birtərəfli, qeyri-obyektiv olaraq araşdırılmış və nəticədə əsassız qətnamə çıxarılmışdır. Bu qətnamə ilə hətta mübahisələndirilən yaşayış sahəsində yaşayan cavabdeh olmayan şəxslərin də, mənzil toxunulmazlığı kimi konstitusion hüququ pozulmuşdur. Bankın cavabdehlər kimi onlardan tələb etdiyi yaşayış sahəsində onlardan savayı da ailə üzvləri və azyaşlı uşaqlar yaşayır. Onların bank qarşısında heç bir öhdəliyi yoxdur, heç bir halda onlar Konstitusiyanın ziddinə olaraq yaşayış sahəsindən məhrum edilə və çıxarıla bilməzlər. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-219/2020 nömrəli əsassız və qanunsuz qətnaməsinin ləğv olunması və İddiaçı ASC-nin əsassız iddiasının rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-219/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysetrindən **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Çıxarışın surətindən görünür ki, Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hərracın yekunları barədə № 88/1 protokolun surətindən görünür ki, Cavabdeh1 məxsus olmuş Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsi hərrac vasitəsi ilə İddiaçı ASC-nə təklif edilmiş və bank tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Qax RİHB-nın Qaxingiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli 460 saylı arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Qax rayonu Qaxingiloy kəndində qeydiyyatdadırlar. İşdə olan xx xxxx 2020-ci il tarixli, № ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26 və 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1 və 6cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 178.1 və 178.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.” Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-374/2016 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh1 məxsus Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş, həmin əmlakın İddiaçıSC-nin mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il i qeydiyyat tarixli Çıxarış verilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASCnə təhvil verilməsini xahiş edir. Məhkəmə iclasında işin faktiki halları və işdə olan sübutlarla müəyyən edildi ki, iddiaçı sözügedən Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Cavabdehlərin həmin yaşayış sahəsində qeydiyyatda olması və yaşamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Ona görə də, iddiaçı tələbində haqlıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin mülkiyyətində olan Qax rayonu Qaxingiloy kəndində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, onlar həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-219/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-219/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar