Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1758/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh Müsafir oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-153/2021 saylı, 16 mart 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh Müsafir oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Müsafir oğluna qarşı kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Müsafir oğlu arasında bağlanmış 29.10.2014-cü il tarixli, 115.LN.2004.291014.00004 saylı kredit müqaviləsi əsasən cavabdehə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 29.10.2014-cü il tarixli, 115.LN.2004.291014.00004 saylı “Kredit müqaviləsi”-nin təminatı qismində Cavabdeh Müsafir oğlunun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Cavabdeh Müsafir oğlu bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka 13000 manat əsas kredit borcu, 1002.18 manat faiz borc, 23055.01 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablnmış 1849.82 manat faiz borc olmaqla, cəmi 38907.01 manat kredit borcu yaranmışdır. Həmin borcun tutulmasını, tutmanın Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və ev satıldıqdan sonra 1ay ərzində ipoteka qoyan Cavabdeh Müsafir oğlunun yaşayış evindən çıxarılması, həmin şəxsin evə istifadə hüququnun itirilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 bank xidmət haqqının cavabdehdən tutulması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)153/2021 saylı, 16 mart 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 13000 (on üç min) manat əsas borc və 1002.18 (bir min iki manat on səkkiz qəpik) manat faiz borc, 2500 (iki min beş yüz) manat cərimə, 1849.82 (bir min səkkiz yüz qırx doqquz manat səksən iki qəpik) manat faiz borc olmaqla, cəmi 18352 (on səkkiz min üç yüz əlli iki) manat dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, pulun tutulmasının ipoteka ilə yüklənmiş evə yönəldilməsi, Cavabdeh məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 40000 (qırx min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evin açıq hərracda satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 13000 (on üç min) manat əsas borc və 1002.18 (bir min iki manat on səkkiz qəpik) manat faiz borc, 2500 (iki min beş yüz) manat cərimə, 1849.82 (bir min səkkiz yüz qırx doqquz manat səksən iki qəpik) manat faiz boc olmaqla, cəmi 18352 (on səkkiz min üç yüz əlli iki) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx) qəpik bank xidməti haqqının tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan pul cavabdehə qaytarılması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və ev satıldıqdan sonra 1 ay ərzində Cavabdeh evdən çıxarılması və onun evə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Müsafir oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Müsafir oğlunun nümayəndəsi və vəkili Vəkil iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə kollegiyasına teleqram ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(051)-92/2019 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh Müsafir oğlundan 9321.17 manat məbləğində əsas borc, 5267.07 manat məbləğində faiz, 2377.38 manat məbləğində cərimə borcu olmaqla cəmi 16965.62 manat məbləğində borcun dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmt haqqı kimi ödənilmiş 31 manat məbləğində pulun alınıb İddiaçı ASC-yə verilməsi, borcun ödənilməsi ipotekaya qoyulmuş Cavabdeh Müsafir oğlunun mülkiyyətində olan, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 35 A saylı fərdi yaşayış evinə yönəldiməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsi, fədi yaşayış evinin açıq hyərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan sonrac 1 ay müddətində boşaldılması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. İş üzrə qanuni qüvvəyə minmiş qətnamə, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Müsafir oğluna qarşı kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-153/2021 saylı, 16 mart 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Müsafir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-153/2021 saylı, 16 mart 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Müsafir oğluna qarşı kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1758/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1758/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver