Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1760/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və məhkəmə iclas katibi X9 iclas katibliyi, İddiaçı X3 nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X3 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 (bundan sonra cavabdeh) “müqavilənin müvafiq bəndinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xeyrinə 15R000005570 saylı kredit razılaşması üzrə 34939,78 ABŞ dolları məbləğində əsas kredit borcu, 6578,88 ABŞ dolları məbləğində faiz borcu və 10754,95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 52273,61 ABŞ dolları borc, 051R********** saylı kredit razılaşması üzrə 22470,56 ABŞ dolları məbləğində əsas kredit borcu, 4057,19 ABŞ dolları məbləğində faiz borcu və 6646,35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 33174,10 ABŞ dolları borc olmaqla, ümumilikdə 85447,71 ABŞ dolları borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində 0,03 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, 85447,71 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; Tələbin Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində 0.0035 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 girişli, 31,1 kv.m ümumi, 31,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış (mağaza) binasının açıq hərracdan satılması, 85447,71 ABŞ dolları borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqının həmin əmlakların hərracda satışdan əldə olunmuş vəsait hesabına İddiaçı-nin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh4 məxsus Şəki şəhəri, X10 küçəsində 0,03 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra 1 (bir) ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi, Cavabdeh1 məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ,035 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 girişli, 31,1 kv.m ümumi, 31,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutma yönəldikdən və satıldıqdan sonra 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsindən və qeyri-yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və qeyri-yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı “iddia ərizəsinə əlavə” barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 15R000005570 saylı kredit razılaşması üzrə 34939,78 ABŞ dolları məbləğində kredit borcu, 6578,88 ABŞ dolları məbləğində faiz borcu və 10754,95 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 52273,61 ABŞ dolları məbləğində borcun, 015R********** saylı kredit razılaşması üzrə 23525.61 ABŞ dolları məbləğində kredit borcu, 4718.19 ABŞ dolları məbləğində faiz borcu və 6646,35 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 34890,15 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 87163 (səksən yeddi min yüz altmış üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və 87163 (səksən yeddi min yüz altmış üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; tələbin Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına yönəldilməsi, həmin torpaq sahəsinin və qeyri-yaşayış (mağaza) binasının açıq hərracdan satılması və 87163 (səksən yeddi min yüz altmış üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalarına, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılmaları və İddiaçı-nə təhvil verilməsi; Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsindən və qeyri-yaşayış (mağaza) binasından çıxarılmalarına, torpaq sahəsinin və qeyri-yaşayış (mağaza) binasının boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 xx xxxxxxxx 2016-cı il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində İddiaçı X5 ilə arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 15L000002912 nömrəli kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 15R000005570 saylı kredit razılaşması üzrə 34939.78 ABŞ dolları məbləğində kredit borcu, 6578.88 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 41818.66 ABŞ dolları məbləğində borc, 015R********** saylı kredit razılaşması üzrə 23525.61 ABŞ dolları məbləğində kredit borcu, 4718.19 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 28443.8 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 70262.46 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumları və 42 manat xidmət haqqının tutulması, tələb Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78.3 m2 yaşayış sahəsi, 90.6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 116000 manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı-yə ödənilməsi, tələb Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31.1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış (mağaza) binasının ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı-yə ödənilməsi, hərraclardan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh4 İddiaçı X5 ilə arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 15L000002912 nömrəli kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi, 600 (altı yüz) manat qiymətləndirmə xərci Cavabdeh4 tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxx»nin hesabına ödənilməsi, 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, 244 (iki yüz qırx dörd) manat ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı və Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh4 arasında 15L000002912 saylı kredit xətti müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 120 ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ilə bağladığı xx xxxx 2014-cü il tarixli, 15R000005570 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 Mayıs oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxxxx 2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 40060,22 ABŞ dolları ödəmiş, onun 34939,78 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxxxx 2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 7529,44 ABŞ dolları ödəmiş, onun 22470,56 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh4 iddiaçı ilə bağladığı xx xxxx 2014-cü il tarixli, 15M000000645 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri, X10 küçəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 0,03 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx xxxx 2014-cü il tarixli, 15M000000644 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri, X7 prospektində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.0035 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasını iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsi üzrəCavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşımışdır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh4 qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ona İddiaçı ilə bağladığı xx xxxx 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. O, həmin müqaviləni imzalayarkən 1 ABŞ dolları 0,78 manat olmuşdur. Yəni, o, müqavilə öhdəliklərimi yerinə yetirmək üçün müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdır. Həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi olmamışdır. İndi isə ABŞ dollarının dəyəri birdənbirə 50 faizdən çox qalxsa da daxili bazarda malların və xidmətlərin qiymətləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da qiymətlərin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Bu müqavilə bağlanarkən, o, milli valyutanın məzənnəsinin bu qədər sürətlə və bir dəfəyə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdi. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı-nin nümayəndəsi apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin qətnaməsi ipoteka predmetindən cavabdehlərin çıxarılmaması və əmlakın boşaldılmaması hissəsində qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən sözügedən qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanunvericiliyin bir sıra zəruri tələblərini nəzərə almadan hazırki qətnaməni qəbul etmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş edirlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı X3 nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin Cavabdeh1 münasibətdə həm kredit tələbindən, həm də ipotekaya yönəldilmə hissəsindən imtina etdiklərini, Cavabdeh1 və Cavabdeh3 münasibətdə mülki iş üzrə icraata xitam verilməsini, digər cavabdehlərə münasibətdə isə apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin müəyyən edilmiş dəyəri ilə razılaşdığını, bununla bağlı əlavə qiymətləndirmənin (likvid dəyərinin) müəyyən edilməsinə zərurət olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iddiaçının nümayəndəsi tərəfindən ona münasibətdə verilmiş imtina ərizəsinə etiraz etmədiyini bildirərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ona və Cavabdeh3 münasibətdə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Hüquqi məsələlər: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin və işdə iştirak edən cavabdehin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxx 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh4 120 ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 15S000005316 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh4 bank qarşısında xx xxxx 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış xx xxxx 2014-cü il tarixli, 15R000005570 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh4 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2014-cü il tarixli ödəniş planından görünür ki, Cavabdeh4 götürdüyü 75000 (yetmiş beş min) ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. xx xxxx 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 015R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh4 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh4 götürdüyü 30000 (otuz min) ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. xx xxxx 2014-cü il tarixli, 15M000000645 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 borc öhdəliklərinin təmini üçün İddiaçı-yə Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 47058 manat müəyyən edilmişdir. Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 xx xxxx 2014-cü il tarixli ərizələrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh4 ilə xx xxxx 2014-cü il tarixdə bağlanmış 15M000000645 saylı İpoteka müqaviləsinə ediləcək bütün əlavələrə əsasən Cavabdeh4 məxsus şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin ipoteka kimi qoyulmasına öz razılıqlarını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduqları fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə ipotekaqoyan Cavabdeh4 arasında xx xxxx 2014-cü il tarixli, 15M000000645 saylı İpoteka müqaviləsinin şərtlərinə görə İddiaçı-nin xeyrinə Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. xx xxxx 2014-cü il tarixli, 15M000000644 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 borc öhdəliklərinin təmini üçün İddiaçı-yə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binası ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 25097.60 manat müəyyən edilmişdir. Cavabdeh3 xx xxxx 2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 ilə xx xxxx 2014-cü il tarixdə bağlanmış 15M000000644 saylı İpoteka müqaviləsinə ediləcək bütün əlavələrə əsasən Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış (mağaza) binasının ipoteka kimi qoyulmasına öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu qeyri-yaşayış (mağaza) binasını könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə ipotekaqoyan Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixli, 15M000000644 saylı İpoteka müqaviləsinin şərtlərinə görə İddiaçı-nin xeyrinə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binası ipoteka ilə yüklü etmişdir. xx xxx 2016-cı il tarixli, 10421 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh4 izah edilmişdir. xx xxxx 2016-cı il tarixli, 12420 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. İddiaçı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxx 2016-cı il tarixli, 11022 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh4 məxsus Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı-nin ərizəsi DƏDRX-nin 12 saylı Ərazi İdarəsində xx xxxx 2016-cı il tarixdə qeydiyyata alınmış, 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmuşdur. İddiaçı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxx 2016-cı il tarixli, 13034 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı-nin ərizəsi DƏDRX-nin 12 saylı Ərazi İdarəsində xx xxxx 2016-cı il tarixdə qeydiyyata alınmış, 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmuşdur. «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş 008/16 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 150000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 17000 manat təşkil edir. Qiymətləndirmənin dəyəri 600 manat təşkil edir. «xxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş Ç-814/2017 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 73000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 40000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 20461 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxx 2014-cü il tarixli, 15R000005570 kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh4 xx xxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 40760.23 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixədək (sualda göstərilən tarixinədək) banka olan borcu 41953,11 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, 25 iyul2016-cı il tarixə əsas borc üzrə 34355.15 ABŞ dolları, faiz borcu üzrə 6405.08 ABŞ dolları. xx xxxxx 2017ci il tarixə əsas borc üzrə 34355.15 ABŞ dolları, faiz borcu üzrə 7597,97 ABŞ dolları. Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxx 2015-ci il tarixli, 015R********** kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh4 xx xxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 28243.80 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixədək (sualda göstərilən tarixinədək) banka olan borcu 30795.68 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, xx xxxx 2016cı il tarixə əsas borc üzrə 23525.61 ABŞ dolları, faiz borcu üzrə 4718.19 ABŞ dolları. 05m aprel 2017-ci il tarixə əsas borc üzrə 23525.61 ABŞ dolları, faiz borcu üzrə 7270.07 ABŞ dolları. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı-nin arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 15R000005570 və xx xxxxxx 2015-ci il tarixli, 015R********** saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh4 cərimə hesablanmır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş **********04 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 116000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, X7 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 25000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 22902 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 3M-1/213 saylı notariat işinin 8-ci vərəqəsində olan Cavabdeh3 adından olan “əmlakının ipotekaya qoyulmasına razılıq verilməsi haqqında” ərizədə “İmza:” qrafasındakı imza və həmin imza önündəki “Cavabdeh3R” yazıları Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 3M-1/213 saylı notariat işinin 8-ci vərəqəsində olan Cavabdeh3 adından olan “əmlakının ipotekaya qoyulmasına razılıq verilməsi haqqında” ərizədə “İmza:” qrafasındakı imza və həmin imza önündəki “Cavabdeh3R” yazılarında qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 30901 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 7E-06649 saylı reyestr jurnalının 48-ci vərəqəsində 7592 sıra nömrəsi qarşısında “Cavabdeh3” yazıları önündə “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 7E06649 saylı reyestr jurnalının 48-ci vərəqəsində 7592 sıra nömrəsi qarşısında “Cavabdeh3” yazıları önündə “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4/261 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 154-cü vərəqəsində İddiaçı ilə Cavabdeh1 adından bağlanmış 015R********** nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli ödəniş planının aşağı tərəfində “Ödəniş planı ilə tanış oldum və razıyam. İpoteka qoyan Cavabdeh1” yazıları və həmin yazıların qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 154-cü vərəqəsində İddiaçı ilə Cavabdeh1 adından bağlanmış 015R********** nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli ödəniş planının aşağı tərəfində “Ödəniş planı ilə tanış oldum və razıyam. İpoteka qoyan Cavabdeh1” yazıları və həmin yazıların qarşısındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1760/2020 nömrəli qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 2/2020 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin Cavabdeh1 (o cümlədən Cavabdeh3) münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilmə ilə bağlı təmin olunmuş hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MMin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh4 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh4 İddiaçı-dən kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası İddiaçı-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin apelyasiya şikayətində mübahisələndirilən dəlillər əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, X6 59.1-ci maddəsinə əsasən yYaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə iİpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki işə əlavə olunmuş ərizələrin (səhifə 27-32) surətindən göründüyü kimi Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 ipoteka predmeti olan evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin evin qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürüblər. Kollegiya ilk iddiaçının apelyasiya şikayətinin digər yəni ipoteka predmetlərinin İddiaçı-yə təhvil verilməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir. Ona görə ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olmaqla, ipoteka predmetlərinin gələcəkdə məhz İddiaçı və ya digər alıcı tərəfindən əldə ediləcəyini əvvəlcədən müəyyən etmək absurd olardı. Kollegiya sonda mübahisəli ipoteka predmeti ilə bağlı müəyyən edilmiş dəyərə münasibətdə qeyd edir ki, cavabdeh (ipoteka qoyan) tərəfindən bununla bağlı apelyasiya şikayəti verilməmiş, iddiaçının nümayəndəsi isə həmin qiymətlə razılaşdıqlarını bildirmişdir. Göründüyü kimi tərəflər arasında ipoteka predmetinin sonuncu dəyəri ilə bağlı mübahisə yoxdur. Bu səbəbdən də məhkəmə likvid dəyərin müəyyən ediilməsi ilə bağlı əlavə qiymətləndirmənin keçirilməsini lüzumsuz hesab edir və belə qənaətə gəlir ki, iş üzrə yenidən qiymətəndirmənin keçirilməsi işin əsassız olaraq uzadılmasına səbəb olacaqdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrına əsasən belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən-yəni ilk iddianın təmin olunmayan “Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbinin bu hissələrdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti cavabdehə münasibətdə qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli qətnaməsi qismən - yəni “Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasının” təmin edilməmiş hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrə dair yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin əmlakdan çıxarılmaqla əmlak boşaldılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsn. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin Cavabdeh1 (o cümlədən Cavabdeh3) münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilmə ilə bağlı təmin olunmuş hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi hissəsi nəzərə alınsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1760/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1760/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver