Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1767/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı2, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahələrinin qaytarılması və pul tələbinə dair” mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)- 132/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia qismən təmin olunmuş, Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılması, Cavabdeh 3468 manat maddi zərər məbləği, hüquqi yardım üçün vəkilə ödənilən 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 25 manatdan ibarət hissəsi - cəmi 3693 (üç min altı yüz doxsan üç) manatın tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 1000 (bir min) manat maddi zərər məbləğinin tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsinin İddiaçı1 aid edilməsi, iddia tələbinin maddi ziyan məbləğinin qalan 694 manatdan ibarət hissəsinin cavabdehdən tutulması, həmçinin, Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərində göstərilən 0,666 hektar və 3,2912 hektar torpaq sahələrinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılmasına dair hissələrdə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması, həmçinin, 5162 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 5392 (beş min üç yüz doxsan iki) manat məbləğin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar birinci instansiya məhkəməsinin prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması, həmçinin, cavabdehdən 4162 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 4392 (dörd min üç yüz doxsan iki) manat məbləğin tutularaq İddiaçı1, 1000 (bir min) manat məbləğin tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Oğuz rayon Notariat Ofisində bağlanmış və notariat qaydasında təsdiq edilmiş 07.02.2020-ci il, 01.09.2020-ci il və 19.10.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, X7 məxsus 0,6666 hektar, X8 və onun ailə üzvlərinə məxsus 3,2912 hektar və X9 məxsus 0,666 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini onlardan satın almışdır. Həmin alqı-satqı müqavilələri əsasında onun adına 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri, həmçinin, Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayında həmin torpaq sahələrini onun razılığı olmadan şumlayaraq 0,666 hektar torpaq sahəsinə buğda səpmiş, 0,6666 hektar və 3,2912 hektardan ibarət torpaq sahələrinə də buğda səpdiyini onun nümayəndəsi, hazırki iş üzrə digər İddiaçı2 bildirmişdir. Torpaq sahələrinin onun razılığı olmadan şumlanmasına və səpilməsinə görə cavabdehə narazılıq bildirilmiş və torpaq sahələrinin dərhal qaytarılması ondan tələb edilmişdir. Cavabdeh 0,6666 hektar və 3,2912 hektardan ibarət torpaq sahələrində şumlama və səpin işlərinin aparılmasına toxum, gübrə və texnika xərcləri kimi cəmi 1000 manat xərc çəkdiyini bildirmiş, həmin vəsait ona ödəniləcəyi təqdirdə qeyd olunan torpaq sahələrini tərk edərək səpilmiş vəziyyətdə onlara təhvil verəcəyini bildirmişdir. 1000 manat vəsait 16.10.2020-ci il tarixdə qəbz əsasında cavabdehə ödənilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh 0,6666 hektar və 3,2912 hektar torpaq sahələrində buğda səpməmiş, həmin torpaq sahələrinə buğda səpdiyini yalandan deyərək onları aldatmış və pulu da əsassız olaraq almışdır. Nəticədə səpin mövsümü keçmiş və onların mənafeyinə cavabdehə verilmiş pul məbləği, həmçinin, bir mövsümdə həmin torpaq sahələrindən əldə edilə biləcək gəlir qədər maddi ziyan dəymişdir. Qeyd edilən torpaq sahələrinin bir hektarından hər kiloqramı 0,45 manat olmaqla 3000 kq, ümumilikdə 4,6238 hektar torpaq sahəsindən cəmi 6242 manat (4,6238 hektar x 3000 kq x 0,45 manat = 6242 manat) dəyərində məhsul gözlənilirdi. Həmin məbləğin üzərinə cavabdehə verilmiş 1000 manat əlavə olunmaqla, eyni zamanda, bir mövsümdə bir hektar torpaq sahəsində buğda məhsulunun əkilibbeçərilməsinə ən çoxu cəmi 450 manatadək (4,6238 hektar x 450 manat = 2080 manat) vəsait sərf edildiyini nəzərə almaqla, cavabdehin qeyd olunan torpaq sahələrini zəbt etməsi nəticəsində onlara dəymiş maddi ziyanın miqdarı 5162 manat (6242 + 1000 – 2080 = 5162 manat) təşkil edir. İddiaçılar cavabdehdən həmin maddi zərər məbləğinin ödənilməsini və torpaq sahələrinin boşaldılaraq təhvil verilməsini tələb edirlər. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə işə İddiaçı1 iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdeh 0,6666 hektar və 3,2912 hektar torpaq sahələrində 2020-ci ilin payız mövsümündə şumlama işləri apardığına və buğda məhsulu səpmiş olduğuna iddiaçıları inandıraraq həmin işlərin yerinə yetirilməsinə çəkilmiş xərclərin əvəzi kimi iddiaçılardan 1000 manat pul almışdır. İddiaçılar da cavabdehin sözünə inanıb həmin torpaq sahələrindən normal şəkildə məhsul əldə ediləcəyinə arxayın olaraq qeyd olunan torpaq sahələrində şumlama, səpin və ya digər işləri həyata keçirməmişlər. Bir müddət sonra həmin torpaq sahələrində buğda məhsulunun bitkilərinin yetişmədiyini və cücərtilərin olduqca seyrək olduğunu müşahidə etdikdən sonra isə həmin ərazidə yenidən şumlama, səpin və ya digər işlərin həyata keçirilməsi üçün artıq müddət keçmiş olmuşdur. Hazırki vəziyyətdə də qeyd olunan torpaq sahələrindən məhsul toplanması və gəlir əldə edilməsi qeyri-mümkündür. Cavabdeh həmin torpaq sahələrinin mülkiyyətçisinin dəyişdiyini və torpaq sahələrinin iddiaçıya qaytarılacağını dərk etdiyindən həmin sahələrdə bilərəkdən səpini seyrək aparmış və ya ümumiyyətlə, aparmamış, bununla da, İddiaçı1 qəsdən ziyan vurmuşdur. Ona görə də İddiaçı1 iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı1 vurduğu maddi ziyanı indiyədək də ödəməmişdir. Qeyd etdiklərinə əsasən İddiaçı1 hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı2 da özünün hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsinin izahatının məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, iddiaçı özünün xüsusi mülkiyyətində olan torpaq sahələrində əkin-biçin işlərini şifahi razılaşmaya əsasən ona tapşırmış, o da bu tapşırıq əsasında həmin işləri yerinə yetirmişdir. 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar torpaq sahələri iddiaçının mülkiyyətinə keçəndən sonra o, qeyd olunan torpaq sahələrinin boşaldılmalı olduğunu cavabdehə bildirəndə cavabdeh həmin torpaq sahələrində payızlıq buğda məhsulu səpdiyini demiş və çəkdiyi xərclər ödəniləcəyi təqdirdə həmin torpaq sahələrini boşaldıb təhvil verəcəyini bildirmişdir. Aralarında olan şifahi razılığa əsasən cavabdeh 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama, səpin və digər işlərin həyata keçirilməsinə görə ondan hər hektara görə 250 manat, təxminən, 4 hektara görə cəmi 1000 manat pul tələb edib almışdır. Cavabdeh 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama, səpin və digər işlərin aqrotexniki qaydalara və normalara uyğun şəkildə həyata keçirildiyinə onu inandırmış, o da cavabdehə 1000 manat pul vermişdir. Sonradan isə həmin torpaq sahələrində buğda məhsulunun bitkilərinin yetişmədiyi və cücərtilərin olduqca seyrək olduğu müəyyən edilmişdir. Cavabdeh 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama, səpin və digər işləri lazımi qaydada yerinə yetirmədiyi halda, həmin işlərə görə ondan 1000 manat pul almış, aldığı pulu indiyədək də qaytarmamış, bununla da ona maddi ziyan vurmuşdur. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar torpaq sahələri 5 illik icarə haqqı ödənilməklə 2013-cü ildən 2018-ci ilədək onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri X8 2018-ci ildə oğlu X9 məxsus 0,666 hektar torpaq sahəsini satmaq istədiyini ona bildirmiş və o, torpaq sahəsinin dəyəri kimi X6 1200 manat pul ödəmişdir. Lakin onlar arasında rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin qeyd olunan torpaq sahələrinə dair onunla həmin torpaq sahələrinin mülkiyyətçiləri arasında icarə müqavilələri də mövcud olmamışdır. X2 ondan aldığı 1200 manat pulun müqabilində aralarında olan şifahi icarə müqaviləsinin müddətinin 2018-ci ildən 2023-cü ilədək artırmağı xahiş etmiş və onlar razılaşmışlar. 2020ci ilin payızında X8 ondan icarə haqqı kimi aldığı pulu qaytarmadan 0,666 hektar və 3,2912 hektar torpaq sahələrini başqa şəxsə satmışdır. Həmin ilin səpin mövsümündə X8 torpaq sahələrini başqa şəxsə satdığını bildirərək həmin torpaq sahələrində toxum səpməməsini ona demişdir. Lakin o, qeyd olunan torpaq sahələrinin özünün icarəsində olduğunu düşünərək və icarə haqqını da ödədiyi üçün X1 əhəmiyyət verməyib 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində buğda məhsulunun toxumunu səpmişdir. 0,6666 hektar torpaq sahəsinin mülkiyyətçisi olan X11 isə həmin torpaq sahəsinin satılması ilə bağlı ona heç bir söz deməmişdir. Bir müddət sonra İddiaçı2 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrinin İddiaçı1 mülkiyyətinə keçdiyini bildirərək qeyd olunan torpaq sahələrinin boşaldılmalı olduğunu ona demişdir. O isə həmin torpaq sahələrində payızlıq buğda məhsulu səpdiyini bildirmiş və çəkdiyi xərclər ödəniləcəyi təqdirdə həmin torpaq sahələrini boşaldıb təhvil verəcəyini demişdir. Aralarında olan şifahi razılığa əsasən o, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama, səpin və digər işlərin həyata keçirilməsinə görə İddiaçı2 hər hektara görə 250 manat, təxminən, 4 hektara görə cəmi 1000 manat pul almış, digər 0,6666 hektar torpaq sahəsini isə biçin mövsümündə məhsulu topladıqdan sonra təhvil verəcəyini bildirmişdir. O, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama, səpin və digər işləri lazımi qaydada həyata keçirmiş, həmin işlərin yerinə yetirilməsinə, təxminən, 1000 manat vəsait sərf edilmişdir. Bir hektar torpaq sahəsində bir mövsüm ərzində şumlama və səpin işlərinin aparılmasına, həqiqətən də, 250 manat, buğda məhsulunun əkilib-beçərilməsinə isə məhsul tam əldə edilənədək bütövlükdə cəmi 400-450 manatadək xərc çəkilir. O, İddiaçı2 aldığı pulun müqabilində üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirmişdir. Qeyd olunan torpaq sahələrində bitki sayının az olması, məhsuldarlığın aşağı səviyyədə olması həmin sahələrə sonradan aqrotexniki qulluq göstərilməməsi ilə də əlaqədar ola bilər. O, İddiaçı2 və ya digər iddiaçıya hər hansı miqdarda maddi ziyan vurmamışdır. Hazırda 0,666 hektar və 3,2912 hektar torpaq sahələrini də İddiaçı1 qaytarmışdır. Ona görə də iddiaçıların ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, Oğuz rayonu Qarabaldır kəndində yerləşən 0,666 hektar və 3,2912 hektar torpaq sahələri onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olmuş, 2013-cü ildən etibarən həmin torpaq sahələrindən hazırki iş üzrə cavabdeh istifadə etmiş və buna görə ona icarə haqqı ödəmişdir. Lakin onlar arasında yazılı icarə müqaviləsi mövcud olmamışdır. 2020-ci ilin sentyabr və oktyabr aylarında bağlanmış və notariat qaydasında təsdiq edilmiş rəsmi alqı-satqı müqavilələrinə əsasən onlar həmin torpaq sahələrini İddiaçı1 satmışlar və o bu barədə dərhal cavabdehə bildirərək həmin torpaq sahələrində toxum səpməməsini ona demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahələrində şumlama və səpin işləri aparmışdır. İş üzrə şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət edilmiş X11 xidməti işi ilə bağlı Oğuz rayonundan uzaq məsafədə olduğuna görə məhkəməyə gələ bilməyəcəyini bildirmiş, məhkəmə prosesinin gedişində onunla telefon vasitəsilə əlaqə saxlanıldıqda bildirmişdir ki, Oğuz rayonu Qarabaldır kəndində yerləşən 0,6666 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuş, ancaq həmin torpaq sahəsindən hazırki iş üzrə cavabdeh istifadə etmiş və buna görə ona icarə haqqı ödəmişdir. Lakin onlar arasında yazılı icarə müqaviləsi mövcud olmamışdır. 07.02.2020-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq edilmiş rəsmi alqı-satqı müqaviləsinə əsasən o, həmin torpaq sahəsini İddiaçı1 satmış, lakin bu barədə cavabdehə məlumat verməyi unutmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdeh 2020-ci ilin payızında həmin torpaq sahəsində şumlama və səpin işləri aparmışdır. Birinci instansiya məhkəməsində Mülki işin araşdırması ilə əlaqədar mübahisə predmetinə aid olan əraziyə tərəflərin və mütəxəssisin iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrinin başlanğıc və son hissələrində az miqdarda ərazi istisna olmaqla, həmin torpaq sahələrinin başqa yerlərində buğda məhsulunun bitməsi digər yaxın ərazilərə nisbətən olduqca seyrək və zəifdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar hazırki iddianın predmetinə aid olan torpaq sahələrində 2020-ci ilin payız mövsümündə hansı qaydada toxum səpilməsi, həmin torpaq sahələrindən gözlənilən məhsul, həmin məhsulun maya dəyəri, əldə edilə biləcək gəlirin miqdarı və sair məsələlərlə bağlı mütəxəsssis rəyi verilməsi üçün X22 İnkişaf Mərkəzinə müvafiq sorğular göndərilmişdir. Həmin orqandan verilmiş 06.04.2021-ci il və 17.06.2021-ci il tarixli sorğuya cavab məktubları və məktublara əlavə edilmiş mütəxəssis rəylərində qeyd edilmişdir ki, 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində səpin aparılmışdır. Sahədə buğda bitkilərinin olması həmin ərazidə buğda əkildiyini təsdiq edir. Sahənin baş hissələrinə baxış zamanı səpilmiş toxumun yararlı olması qənaətinə gəlmək olur. Aqrotexniki qaydalara əsasən qışlamadan çıxmış buğda sahəsinin hər kvadrat metrində 400-500 ədəd bitki olmalıdır, lakin, bu sahədə sahənin iki baş hissəsi istisna olmaqla, hər kvadrat metrdə olan bitki sayı təxminən 30-50 ədəddir. Sahəyə aqrotexniki qulluq göstərilməməsi sahədə bitki sayının azalmasına deyil, onun zəif inkişaf etməsinə təsir göstərir. Sahədə bitki sayının az olmasının ziyanverici və həşəratlara qarşı mübarizə aparılmamasının nəticəsində yaranmasını isə indi müəyyən etmək mümkün deyildir. Oğuz rayonunda payızlıq taxıl sahələrinə ən çox ziyan verən həşəratlar taxıl böcəyi, məftil qurdu və taxıl mişarçısıdır. Taxıl mişarçısı yetişmiş taxıla, məftil qurdu kök sisteminə ziyan verir və bu həşəratın ziyanı kütləvi olmur. Yəni maksimum bitkilərin 10-25%-ni məhv edə bilər. Taxil böcəyinin ziyan verdiyi sahələrdə talalar əmələ gəlir və həmin talalarda bitkilər tamamilə məhv olur. Qeyd olunan ərazidə bitkisiz talalara rast gəlinməmişdir. Sahənin baş hissələrindəki bitişin orta hissələrdəki bitişdən fərqli olması baş və son hissələrinin səpin vaxtı əksər fermerlə tərəfindən iki dəfə səpilməsi ilə əlaqədar ola bilər. Sahədə olan bitkilərin əvvəlki ildə sahəyə tökülmüş taxıl toxumlarından cücərməsi ehtimalı da ola bilməz, çünki, sahədə bitən taxıl bitkiləri əsasən bir xətt üzrə yerləşir. Hazırda qeyd olunan ərazinin hər hektarından, təxminən, 1-2 sentner məhsul gözlənilir. Həmin ərazidə aparılmış müşahidələr zamanı ətraf ərazilərdə isə hər hektardan, təxminən, 35-40 sentner məhsul gözlənilir. Sahədə olan yabanı vələmir baxış keçirilən zaman yararsız vəziyyətdə olmuş və ot üçün yararsız vəziyyətə düşmüşdür. X22 İnkişaf Mərkəzinin hazırki mütəxəssis rəylərini vermiş əməkdaşları X13 və X10 məhkəmə iclasında həmin rəylərin məzmununa uyğun şərh verərək rəylərdə qeyd edilən faktları təsdiq etdiklərini bildirmişdilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun şikayətinin, iş üzrə verdiyi izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən apellyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını onun torpaq sahələrinin mülkiyyətçisinin dəyişdiyi anda torpaq sahələrini təhvil verdiyi və iddiaçılara heç bir ziyan vurmadığı təşkil edir. Oğuz Rayon Məhkəməsi onun mübahisələndirilən torpaq sahələrini 2020-ci ilin 16 oktyabr tarixində İddiaçı2 imza etdiyi qəbz əsasında təhvil verdikdən sonra bir dəfə də olsa getmədiyini nəzərə almadan səhv nəticəyə gəlmişdir. İddiaçı2 ona 0,6666 ha və 3,2912 ha torpaq sahələrində şumlama və səpin işlərinin aparılmasına, toxum, gübrə və texnika xərcləri kimi 1000 manat vəsait ödəyən və həmin torpaq sahələrini təhvil alan tarixdə (16 oktyabr 2020-ci il) hələ göstərilən torpaq sahəsinin biri barədə alqı-satqı müqaviləsi imzalanmamışdı. Göründüyü kimi həm İddiaçı2 həm də əvvəlki mülkiyyətçi X8 onu aldadaraq torpaq sahələrinin başqa şəxsə satıldığını bildirmişlər. İddiaçı1 Əsgər oğlu ilə bir dəfə də olsun görüşməmişdir və onu tanımır. Lakin ikinci İddiaçı2 yaxşı tanıyır. Belə ki o, gənc yaşlarından rayonda müxtəlif təsərrüfatlarda rəhbər vəzifələrdə çalışmışdır. Əkinçilik, taxılçılıq, maldarlıq, quşçuluq və digər sahələr üzrə geniş təcrübəyə malik tanınmış mütəxəssisdir. Ona görə də hazırda şikayət etdiyi qətnamədə guya onun onu aldatdığı barədə qeyd edilənlər heç bir məntiqə uyğun gəlmir. Hətta 16 oktyabr 2020-ci il tarixdə həmin torpaq sahələrini təhvil alan zaman İddiaçı2 şumlanaraq səpilmiş sahədən buğda toxumunu götürərək ona göstərib və "bezos" buğda sortu olduğunu bildirib. O da onun dediyini təsdiq edərək həqiqətən də sahəyə "bezos" buğda toxumu səpdiyini deyib. O da xeyli müddətdir ki, özünə məxsus texnikalarla taxıl səpin-biçini ilə məşğul olur. Dəfələrlə şahidi olmuşdur ki, müxtəlif səbəblərdən (güclü leysan yağışı, dolu, gəmiricilərin, müxtəlif növ qurdların və sair təsirlərdən) taxılın bitişi olmur və yə çox zəif olur. Belə halda fermer bilir ki, səpindən 2-3 həftə sonra bitişin vəziyyətini müəyyən etmək mümkündür. Bitiş zəif olduqda təkrar səpin aparılmalı olduğunu hörmətli İddiaçı2 çox yaxşı bilir. Lakin görünür İddiaçı2 hansı səbəbdənsə nümayəndəsi olduğu İddiaçı1 mülkiyyətində olan torpaq sahələrinə nəinki səpindən 2-3 həftə sonra, ümumiyyətlə hazırki iş üzrə iddia qaldırılan müddətə qədər keçən 5-6 ay ərzində bir dəfə də baş çəkməmişdir. Digər tərəfdən yenə də hörmətli İddiaçı2 hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən məhkəmənin yerli baxış keçirdiyi və mütəxəssis rəyinin verildiyi 16 iyun 2021-ci il tarixədək bircə dəfə sahəyə baş çəksəydi yabanı vələmir yararsız vəziyyətə düşməzdi. Məhkəmə isə yalnız mütəxəssis rəyinə əsaslanaraq vələmirin ot üçün yararsız olduğunu qətnamədə qeyd etməklə kifayətlənmiş, səbəbinə isə hüquqi qiymət verməmişdir. Təkcə 4 hektar sahədən iddiaçı 1200 ot presi bağladıb birini 3 manat 50 qəpiyə satsaydı 4200 manat gəlir əldə edə bilərdi və hazırki məhkəmə mübahisəsinə heç ehtiyac qalmazdı. Mütəxəssis rəyinə gəldikdə isə eyni mütəxəssis iki dəfə eyni iş üzrə müxtəlif rəylər verirsə burada artıq şərhə ehtiyac qalmır. Belə ki, birinci dəfə mütəxəsis rəyində onun sahəyə ümumiyyətlə taxıl səpmədiyini yazan mütəxəssis ikinci rəydə bunun tamamilə əksini yazır. Oğuz Rayon Məhkəməsi iddiaçılarla onun arasında olan mübahisə ilə bağlı yerində baxış keçirməsinə, mübahisə ilə bağlı iddiaçıların qərəzli olduğu barədə, bilərəkdən və qəsdən mübahisəni yaratmalarını, hüquqdan sui-istifadə etmələri barədə ətraflı məlumatlı olmasına baxmayaraq, hazırki iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, təqdim etdiyi sübutları qiymətləndirməmişdir. Onun 0,6666 hektar torpaq sahəsindən çıxmağı barədə iddiaçı ilə razılaşdığını da məhkəmə nəzərə almadan iddianı həmin torpaq sahəsinə dair hissədə də təmin etmişdir. Əgər həmin torpaq sahəsini o özündə saxlamışdırsa, nə üçün 4 hektarda olduğu kimi məhsul olmamışdır? Guya 4 hektara az taxıl səpdiyi barədə səhv qənaətə gələn məhkəmə özündə saxladığı torpağa hansı səbəbdən az taxıl səpdiyinə aydınlıq gətirməmişdir. Həmin torpaq sahəsi barədə X4 aldığı qəbzi də məhkəmə nəzərə almamışdır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianı rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş - Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılması, Cavabdeh 3468 manat maddi zərər məbləği, hüquqi yardım üçün vəkilə ödənilən 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 25 manatdan ibarət hissəsi - cəmi 3693 (üç min altı yüz doxsan üç) manatın tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 1000 (bir min) manat maddi zərər məbləğinin tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsinin İddiaçı1 aid edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 144.1, 152.1, 157.2, 157.4, 157.5, 157.6, 700.1, 700.2, 706.1, 706.4, 1091.1 və 1092.1-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1, 66.2 və 67.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı işdə iştirak edən şəxslərin izahatları, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş 07.02.2020-ci il, 01.09.2020-ci il və 19.10.2020-ci il tarixli alqı-satqı müqavilələri, 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədləri, X22 İnkişaf Mərkəzinin 06.04.2021-ci il və 17.06.2021-ci il tarixli sorğuya cavab məktubları və mütəxəssis rəyləri, Oğuz şəhər bazarının 16.05.2021-ci il tarixli arayışı, 01.02.2021-ci il tarixli mədaxil qəbzi və 21.06.2021-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edilmişdir ki, İddiaçı1 Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, X7 məxsus 0,6666 hektar, X8 və onun ailə üzvlərinə məxsus 3,2912 hektar və X9 məxsus 0,666 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini onlardan satın almışdır. Həmin torpaq sahələrinə dair İddiaçı1 adına hüquqmüəyyənedici sənədlər tərtib edilmiş və qeyd olunan torpaq sahələri hazırda onun xüsusi mülkiyyətindədir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçılar tərəfindən 30 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə 200 manat xidmət haqqı ödənilmişdir. Hazırda İddiaçı1 Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən özünün xüsusi mülkiyyətində olan 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehdən alınaraq ona qaytarılması, həmçinin, cavabdehdən 4162 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 4392 (dörd min üç yüz doxsan iki) manat məbləğin tutularaq ona ödənilməsini tələb edir. İddiaçı1 öz iddia tələbinin əsası kimi özünün adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə istinad edir. Digər İddiaçı2 isə torpaq sahələrində şumlama və səpin işlərinin aparılmasına sərf edilmiş vəsaitin əvəzi kimi ödənilən 1000 (bir min) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı2 öz iddia tələbinin əsası kimi cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmanın şərtlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, bununla yanaşı, İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə etdiyini, 0,6666 hektar torpaq sahəsinin hazırda da onun faktiki istifadəsində olduğunu, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini isə İddiaçı1 təhvil verdiyini bildirir, eyni zamanda, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama və səpin işlərinin aparılmasına sərf edilmiş vəsaitin əvəzi kimi İddiaçı2 1000 (bir min) manat miqdarında pul aldığını da etiraf edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan torpaq sahələrindən istifadə edilməsi ilə bağlı torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri ilə cavabdeh arasında şifahi razılaşma mövcud olsa da, həmin şəxslər arasında qanunvericiliyin tələbinə uyğun şəkildə hər hansı icarə müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan torpaq sahələrinə münasibətdə cavabdehin qanunla qorunan icarə hüquqları yaranmamışdır. Bu da belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh həmin torpaq sahələrindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan istifadə etməklə, torpaq sahələrinin mülkiyyətçisi dəyişdiyi vaxtdan etibarən həmin torpaq sahələrini zəbt etmiş hesab edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 iddia ərizəsində 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilməklə qanunsuz olaraq istifadə edildiyini qeyd etsə də, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya məxsus olan 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri hazırki vəziyyətdə cavabdehin istifadəsində və ya sahibliyində deyildir. Həmin torpaq sahələrindən hal-hazırda yalnız 0,6666 hektar torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir və cavabdeh həmin torpaq sahəsini indiyədək də torpaq sahəsinin mülkiyyətçi olan İddiaçı1 qaytarmamışdır. Cavabdehin 0,6666 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi və mülkiyyətçiyə qaytarmaqdan imtina etməsi İddiaçı1 həmin torpaq sahəsinə münasibətdə əmlak hüquqlarının pozulması, onun öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. İddia tələbinin torpaq sahələrinin cavabdehdən alınaraq İddiaçı1 qaytarılmasına dair hissəsi qismən - 0,6666 hektar torpaq sahəsinə münasibətdə təmin edilməli, digər 0,666 hektar və 3,2912 hektar torpaq sahələrinə münasibətdə isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi cavabdehin 0,6666 hektar, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçilərindən icarəyə götürdüyü, həmin torpaq sahələrinin uzun müddətdən bəri onun istifadəsində olduğu, torpaq sahələrini özbaşına zəbt etmədiyi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh qeyd olunan torpaq sahələrindən həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri ilə aralarında olan şifahi razılaşmaya əsasən vicdanlı sahib kimi istifadə etmiş olsa da, torpaq sahələrinin mülkiyyətçisinin dəyişdiyini bildiyi və ya bilməli olduğu andan həmin torpaq sahələrinə münasibətdə artıq vicdansız sahib hesab edildiyindən torpaq sahələrindən mülkiyyətçinin iradəsi ziddinə istifadə etməməli, torpaq sahələrində həmin mövsüm üçün artıq müəyyən işlər görülmüş və xərc çəkilmiş olsa belə, o, yalnız bu xərclərin geri ödənilməsini tələb etmək hüququ əldə etməklə torpaq sahələrini öz mülkiyyətçisinə təhvil verməli idi. Bundan əlavə, məhkəmə cavabdehin 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 2020-ci ilin payız mövsümündə onun tərəfindən aqrotexniki qaydalara və normalara uyğun şəkildə səpin aparıldığı, qeyd olunan torpaq sahələrində bitki sayının az olması, məhsuldarlığın aşağı səviyyədə olmasının həmin sahələrə sonradan aqrotexniki qulluq göstərilməməsi ilə də əlaqədar ola bilməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin torpaq sahələrində 2020-ci ilin payız mövsümündə aqrotexniki qaydalara və normalara uyğun şəkildə səpin aparılması faktı mütəxəssislərin rəyi və şərhi, həmçinin, əraziyə yerində müayinə keçirilməsinin nəticələri ilə təkzib edilmiş, əksinə, qeyd olunan torpaq sahələrində 2020-ci ilin payız mövsümündə toxumun bilərəkdən seyrək səpilməsi faktı təsdiq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin dəlillərinə tənqidi yanaşır və onun iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi halları sübut kimi qəbul etmir. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehin X3 ondan icarə haqqı kimi aldığı pulu qaytarmadan 0,666 hektar və 3,2912 hektar torpaq sahələrini 2020-ci ilin payızında başqa şəxsə satmış olması barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlə X8 arasında olan icarə münasibətləri, icarə haqqının ödənilməsi, istifadə olunmayan müddətlər üçün icarə haqqının geri qaytarılması hazırki iş üzrə mübahisə predmetinə aid olan məsələlər deyildir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçıların dəlilləri, mütəxəssislərin rəyi və şərhi, həmçinin, mübahisə predmetinə aid olan əraziyə tərəflərin və mütəxəssisin iştirakı ilə yerində müayinə keçirilməsinin nəticələri ilə müəyyən edilmiş hesab edilmişdir ki, cavabdeh iddiaçılara qarşı öz hüququndan bu və ya digər formalarda sui-istifadə edib gəlir əldə etməklə onların hesabına əsassız varlanmış, eyni zamanda, hüquqazid hərəkətləri ilə qəsdən və bilərəkdən iddiaçılara maddi ziyan vurmuşdur. Ona görə də o, əldə etdiklərini iddiaçılara qaytarmalı, habelə, iddiaçılara dəymiş maddi ziyanı da tam həcmdə ödəməlidir. Cavabdeh 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində 2020-ci ilin payız mövsümündə şumlama işləri aparsa da, həmin torpaq sahələrində aqrotexniki qaydalara uyğun miqdarda toxum səpməmiş, bu səbəbdən həmin torpaq sahələrindən 2021-ci ilin biçin mövsümündə gözlənilən məhsul hər hektara görə 1-2 sentner həddində olmaqla, bu göstərici cari il üçün digər yaxın ərazilərdən gözlənilən məhsulun miqdarı - hər hektara görə 35-40 sentnerlə müqayisədə, təxminən 15-20 dəfə azdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 0,666 hektar və 3,2912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən gözlənilən məhsuldarlığın olduqca zəif olması həmin torpaq sahələrində hazırki vəziyyətdə, ümumiyyətlə, biçin işləri aparılmasını səmərəsiz və əhəmiyyətsiz etmişdir. Bu səbəbdən məhkəmə 0,666 hektar və 3,2912 hektar torpaq sahələrindən əldə edilə biləcək cüzi miqdarda məhsulun mülkiyyətçinin, yəni İddiaçı1 əldə edə biləcəyi gəlir kimi nəzərə alınmasını və gözlənilən buğda məhsulunun dəyərinin iddiaçıya dəymiş maddi ziyanın ümumi miqdarından azaldılmasını qanunauyğun hesab etmir. Eyni zamanda, məhkəmə 0,666 hektar və 3,2912 hektar torpaq sahələrindən hazırki vəziyyətdə buğda məhsulu deyil, vələmir və ot məhsulu toplanacağı təqdirdə əldə edilə biləcək məhsulun dəyəri, bununla əlaqədar biçin zamanı çəkilən xərclər çıxıldıqdan sonra İddiaçı1 əldə edə biləcəyi gəlirin miqdarı ilə əlaqədar qeyd edir ki, iş üzrə dəvət edilmiş və əraziyə yerində baxış keçirilməklə rəy vermiş mütəxəssislərin şərhi ilə müəyyən edilmişdir ki, həmin torpaq sahələrində olan yabanı vələmir yararsız vəziyyətdə olmaqla ot məhsulu toplanması məqsədi ilə də istifadəyə yararsızdır. Bu baxımdan məhkəmə, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrindən ot məsulunun əldə edilməsi imkanlarını da mülkiyyətçinin, yəni İddiaçı1 əldə edə biləcəyi gəlir kimi nəzərə alınmasını və ot məhsulunun dəyərinin iddiaçıya dəymiş maddi ziyanın ümumi miqdarından azaldılmasını qanunauyğun hesab etmir. Birinci instansiya məhkəməsi qeyd olunanların belə bir nəticəyə gəlməyə əsas verdiyi qətanətinə gəlmişdir ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində İddiaçı1 cəmi 4,6238 hektar torpaq sahəsindən əldə edilə biləcək buğda məhsulunun dəyəri həcmində, eyni zamanda, həmin miqdarda torpaq sahəsində bir mövsüm ərzində buğda məhsulunun əkilib-beçərilməsinə çəkiləcək zəruri xərclər nəzərə alınmaqla, yəni həmin xərclər əldə edilə biləcək gəlirin ümumi miqdarından azaldıldıqdan sonra qalan miqdarda maddi ziyan dəymişdir. İddiaçılar 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində cavabdeh tərəfindən aqrotexniki qaydalara və normalara uyğun şəkildə səpin aparılmış olması barədə sonuncunun sözünə vicdanlı şəkildə güvənərək həmin torpaq sahələrində aparılmış şumlama və səpin işlərinə görə ona pul ödəmiş və qeyd olunan sahələrdən məhsul əldə ediləcəyini gözləmişlər. Lakin bir müddət keçdikdən sonra həmin torpaq sahələrində məhsulun digər ərazilərə nisbətən olduqca seyrək, demək olar ki, məhsul əldə edilməyəcək dərəcədə olduğunu görüb, bundan sonra həmin torpaq sahələrinə aqrotexniki qaydada digər qulluq edilmə işləri aparmamışlar. İddiaçılar iddia tələbində bir hektar torpaq sahəsində bir mövsüm ərzində buğda məhsulunun əkilib-beçərilməsinə bütövlükdə ən çoxu cəmi 450 manatadək xərc çəkildiyini qeyd etmiş, cavabdeh də məhkəmə araşdırması zamanı xərclərin həmin miqdara uyğun olmasını mübahisələndirməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə bir hektar torpaq sahəsində buğda məhsulunun əkilib-beçərilməsinə bir mövsüm ərzində çəkilən xərcin cəmi 450 manat miqdarında olmasını qəbul edir və cəmi 4,6238 hektar torpaq sahəsində bir mövsüm ərzində buğda məhsulunun əkilib-beçərilməsinə çəkilməli olan zəruri xərclərin 2080 manat (4,6238 hektar x 450 manat = 2080 manat) olmasını müəyyən edir. Məhkəmə İddiaçı1 dəymiş maddi ziyanın miqdarını müəyyən edərkən bir hektar torpaq sahəsindən bir mövsüm ərzində əldə edilən buğda məhsulunun miqdarını mütəxəssis rəyində qeyd edildiyi kimi, 2021-ci il üçün hər hektardan 35-40 sentner həcmində olmasını ağlabatan hesab etsə də, iddiaçılar iddia tələbində bir hektar torpaq sahəsindən bir mövsüm ərzində əldə edilən buğda məhsulunun miqdarını 3000 kq, yəni 30 sentner qeyd etdiklərindən məhkəmə mütəxəssisin şərhini iddia tələbindən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal hesab etməyərək iddia tələbindən kənara çıxmadan cəmi 4,6238 hektar torpaq sahəsindən əldə edilməli olan buğda məhsulunun miqdarının hər hektara görə 3000 kq həddində müəyyən edilməsini qanunauyğun hesab edir. Eyni zamanda, məhkəmə 1 kq buğda məhsulunun dəyərini hazırki dövrdə buğda məhslunun bazar satış qiymətləri barədə müvafiq orqanın verdiyi arayışa uyğun olmaqla, 0,40 manat həddində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmin əsaslarla cəmi 4,6238 hektar torpaq sahəsindən əldə edilməli olan buğda məhsuluna görə İddiaçı1 əldə edə biləcəyi gəlir 5548 manat (4,6238 hektar x 3000 kq x 0,40 manat = 5548 manat), məhsul əldə etmək üçün çəkilməli olan bütün xərclər çıxıldıqdan sonra İddiaçı1 dəymiş maddi ziyanın ümumi miqdarı isə 3468 manat (5548 manat – 2080 manat = 3468 manat) təşkil edir. Birinci instansiya məhkəməsi belə qərara gəlmişdir ki, cavabdehdən 3468 manat pul tutularaq İddiaçı1 ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı həm də müəyyən edilmiş hesab edilmişdir ki, 0,666 hektar və 3,2912 hektar torpaq sahələri İddiaçı1 xüsusi mülkiyyətində olsa da, həmin torpaq sahələrində şumlama və səpin işlərinə görə cavabdehə verilən 1000 manat məbləğ digər İddiaçı2 tərəfindən ödənilmişdir və hazırda da həmin iddiaçı tərəfindən cavabdehdən tələb edilir. Cavabdehə verilən 1000 manat məbləğin İddiaçı2 tərəfindən ödənilməsi faktını həm iddiaçılar, həm də cavabdeh təsdiq etdiyindən və bununla bağlı tərəflər arasında mübahisə və fikir ayrılığı olmadığından məhkəmə hesab edir ki, iddia tələbinin 1000 manat məbləğin cavabdehdən geri alınmasına dair hissəsinə münasibətdə tələb hüququ torpaq sahələrinin mülkiyyətçisi kimi İddiaçı1 deyil, 1000 manat məbləğin kimin göstərişi ilə verilməsindən asılı olmayaraq ödənişi faktiki olaraq həyata keçirən şəxs kimi digər İddiaçı2 məxsusdur. Cavabdeh 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama və digər işlərin yerinə yetirilməsinə müəyyən qədər vəsait sərf etmiş olsa da, həmin torpaq sahələrində aqrotexniki qaydalara uyğun miqdarda toxum səpilməsini təmin etmədiyindən, həmin işlər isə özü-özlüyündə məhsul əldə edilməsinə yönələn hərəkətlər olduğundan, son nəticədə isə məhsul əldə etmək mümkünsüz olduğundan onun qeyd olunan torpaq sahələrində yerinə yetirdiyi şumlama və digər işlər də fayda verməmiş, çəkilmiş xərc itki ilə nəticələnmişdir. Bu səbəbdən 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama və digər işlərin yerinə yetirilməsinə müəyyən qədər vəsait sərf edilmiş olsa belə, məhkəmə həmin vəsaiti cavabdehin çəkdiyi və ona ödənilməli olan xərclər kimi deyil, cavabdehin təqsirli hərəkəti və qəsdi üzündən səmərə verməyən, ona görə də iddiaçıya qaytarılmalı olan məbləğ kimi qiymətləndirir. 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama və səpin işlərinə çəkilmiş xərclərin əvəzi kimi cavabdehə verilən 1000 manat məbləğ digər İddiaçı2 tərəfindən ödənilmiş və bu məbləğ indiyədək də həmin iddiaçıya qaytarılmamışdır. Cavabdeh özü də bu faktı etiraf etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 0,666 hektar və 3,2912 hektar torpaq sahələrində şumlama və səpin işlərinə çəkilmiş xərclərin əvəzi kimi cavabdehə verilən 1000 manat məbləğ cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən birinci instansiya məhkəməsi ödənilmiş tələblərin məbləğini nəzərə alınmaqla, ödənilən 30 manat dövlət rüsumu məbləğinin 25 manatdan ibarət hissəsinin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsini, qalan 5 manatdan ibarət hissəsinin isə İddiaçı1 özünə aid edilməsini qanunauyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 200 manat pul tələbinə dair hissəsi təmin edilməli, həmin məbləğ cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Oğuz rayon Notariat Ofisində bağlanmış və notariat qaydasında təsdiq edilmiş 07.02.2020-ci il, 01.09.2020-ci il və 19.10.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, X7 məxsus 0,6666 hektar, X8 və onun ailə üzvlərinə məxsus 3,2912 hektar və X9 məxsus 0,666 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini onlardan satın almışdır. Həmin alqı-satqı müqavilələri əsasında onun adına 28.02.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri, həmçinin, Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayında həmin torpaq sahələrini şumlayaraq buğda səpmişdir. Torpaq sahələrinin onun razılığı olmadan şumlanmasına və səpilməsinə görə cavabdehə narazılıq bildirilmiş və torpaq sahələrində şumlama və səpin işlərinin aparılmasına toxum, gübrə və texnika xərcləri kimi cəmi 1000 manat xərc cavabdehə ödənilməklə cavabdeh həmin torpaqları iddiaçılara təhvil vermişdir. İddiaçılar həmin torpaq sahələrindən normal şəkildə məhsul əldə ediləcəyinə arxayın olaraq qeyd olunan torpaq sahələrində şumlama, səpin və ya digər işləri həyata keçirməmişlər. Bir müddət sonra həmin torpaq sahələrində buğda məhsulunun bitkilərinin yetişmədiyini və cücərtilərin olduqca seyrək olduğunu müşahidə etmişlər. İddiaçılar həmin torpaq sahələrinə əslində buğda səpilmədiyini, aldadıqlarını və nəticədə onlara ziyan dəydiyini iddia edir və dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edirlər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 ziyan vurduğunu sübut edən hər hansı sübut müəyyən olunmamışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 ziyan vurması sübutа yetirilməmişdir. Belə оlаn hаldа birinci instаnsiyа məhkəməsi iddiа tələbini ümumiyyətlə təmin etməməli idi. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş - Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılması, Cavabdeh 3468 manat maddi zərər məbləği, hüquqi yardım üçün vəkilə ödənilən 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 25 manatdan ibarət hissəsi - cəmi 3693 (üç min altı yüz doxsan üç) manatın tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 1000 (bir min) manat maddi zərər məbləğinin tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsinin İddiaçı1 aid edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hazırki iş üzrə iddia tələbinin dəyəri cəmi 5392 manat təşkil edir. Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin cəmi 4693 manata aid hissəsi təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(054)-132/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş - Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, 28.02.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,6666 hektar torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı1 qaytarılması, Cavabdeh 3468 manat maddi zərər məbləği, hüquqi yardım üçün vəkilə ödənilən 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 25 manatdan ibarət hissəsi - cəmi 3693 (üç min altı yüz doxsan üç) manatın tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 1000 (bir min) manat maddi zərər məbləğinin tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsinin İddiaçı1 aid edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1767/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1767/2021
06.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver