Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1776/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-613/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, 1. Qəbələ şəhəri , 4 saylı tam orta məktəbin xx.xx.2017-ci il tarixli 36 nömrəli əmrinin ləğv olunması, 2. əvvəlki işə bərpa olunmağı, 3. Əsasız və qanunsuz olaraq işdən çıxarıldığı dövür ücün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-613/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiаçı İddiaçı Qəbələ Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Belə ki, xx xxxxxx 1992-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı Humanitar Kollecini ibtidai sinif müəllimi ixtisası üzrə bitirməklə, xx xxxx 2012- ci il 3112 qeydiyyat və AA 015953 nömrəli diplom almışdır. xx xxxxxx 2012-ci ildə Qəbələ şəhəri 4 saylı tam orta məktəbinə müəllim kimi işə qəbul olunmuşdur. Həmin müəssisəyə işə daxil olan da aralarında işə götürən müəssisə ilə əmək müqaviləsi bağlanmış, əmək kitabçanı təqdim etmişdir. Müəssisədə işlədiyi dövrdə kollektiv arasında özünə görə hörməti olmuşdur. Müəssisənin rəhbərliyi tərəfindən verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. İşdən çıxarılmağını 2019-cu ilin sonunda biləndən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıyəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə 2019-cu ilin dekabr ayında rəsmi olaraq müraciət etmişdir. Buna görə də müfəttişlik tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məktəbin xx xxxx 2017-ci il tarixli 36 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ( əmək müqaviləsinin müddətinin qurtarmsı) əsası ilə əmək münasibətlərinə xitam verildikdən sonra da 2018-ci ilin iyun aymadək məktəbdə dərs demişdir. Müfəttişliyin araşdırması zamanı müəyyən edilmişdir ki, məktəblə arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə qutardığı halda əmək qanunvericiliyin tələbləri məktəb direktoru tərəfindən pozularaq müqaviləyə xx.xx.2017- ci il tarixdə xitam verilməklə qanunla qorunan hüquqların kobud sürətdə məktəb rəhbərliyi tərəfindən pozulmuşdur. Araşdırma zamanı məktəbin onu əmək fəaliyyətinə cəlb etməklə qanunu pozulduğu müəyyən edilmişdir. Buna görə də məktəblə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsindən xəbəri olmamış və yalnız 2019-cu ilin dekabr ayında bilərək bu barədə müfəttişliyə araşdırma ücün müraciət etmişdir. Onun barəsində cavabdehlər tərəfindən əmək qanunvericiliyinin normaları pozulmuş və qanunsuz olaraq işdən çıxarılmışdır. İşdən çıxarıldığı vaxtdan ona məktəb bildirmədiyi üçün qanunla müəyyən olunan müddətdə işə bərpa barədə məhkəməyə iddia verə bilməmişdir. Cavabdeh məktəb direktoru əsassız əmrlə onu işdən azad etmiş, ona işdən çıxarıldığını bildirməmiş və qanunla qorunan hüquqlarını pozmuşdur. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-613/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Qəbələ şəhəri Nicat Apayev adına 4 saylı tam orta məktəbin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi X5 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs 4 saylı X6 Mərkəzinin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçısının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)- 613/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarına hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürəntam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin (İşə götürənin əsas hüquqları) 1-ci hissəsinin (Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır) b bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək Məcəlləsinin 12-ci maddəsinin (İşə götürənin əsas vəzifələri və məsuliyyəti) 1-ci hissəsinin (Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:) c bəndinə əsasən işəgötürən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmağa haqlıdır. Əmək Məcəlləsinin 43-cü maddəsinin (Əmək müqaviləsinin məzmunu) 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. ƏM-nin 43-cü maddəsinin (Əmək müqaviləsinin məzmunu) 2-ci hissəsinin (Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:) d bəndinə əsasən əmək müqaviləsində əmək müqaviləsinin müddəti göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi:
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin (Müddətli əmək müqaviləsi bağlanan hallar) f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin (bundаn sоnrа Əmək Məcəlləsinin) 68-ci mаddəsinin İ hissəsinə əsаsən əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqavilələrinə xitam verilməsinin əsasları 68-ci maddədə tənzimlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək məcəlləsinin 8-ci maddəsi ilə Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları müəyyən edilmişdir ki, həmin maddənin 4-cü bəndinə əsasən əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, həmçinin iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə qutardığı halda əmək qanunvericiliyin tələbləri məktəb direktoru tərəfindən pozularaq müqaviləyə xx.xx.2017- ci il tarixdə xitam verilməklə qanunla qorunan hüquqların kobud sürətdə məktəb rəhbərliyi tərəfindən pozulmuşdur. Araşdırma zamanı cavabdehin iddiaçının əmək fəaliyyətinə cəlb etməklə qanunu pozulduğu müəyyən edilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsindən iddiaçının xəbəri olmamış və yalnız 2019-cu ilin dekabr ayında bilərək bu barədə müfəttişliyə araşdırma ücün müraciət etmişdir. Beləliklə məlum olmuşdur ki, cavabdeh məktəb direktoru əsassız əmrlə iddiaçını işdən azad etmiş, ona işdən çıxarıldığını bildirməmiş və qanunla qorunan hüquqlarını pozmuşdur. Bu əsasla Qəbələ şəhəri Nicat Apayev adına 4 saylı tam orta məktəbin nümayəndəsi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasinin tələblərinə əsasən xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilmiş barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı məktəb direktorunun xx.xx.2017-ci il tarixli 36 saylı əmri ilə işdən azad edilmişdir. İşdən azad edilmə barədə əmrin surəti isə iddiaçıya təqdim edilməmiş, nəticədə iddiaçı məhkəməyə vaxtında müraciət edə bilməmişdir. İddiaçı yalnız 2019-cu ilin dekabr ayında bilərək bu barədə müfəttişliyə araşdırma ücün müraciət etmişdir. Yəni iddiaçı məhkəməyə müraciət etmə müddətini ötürməmişdir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, məktəb direktorunun xx.xx.2017-ci il tarixli 36 saylı əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələbləri pozulmaqla imzalanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.1-ci maddəsində deyilir ki, Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarın) məzmununda aşağıdakı məlumatlar göstərilir: Müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamı, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləgv edildiyi gün, av və il; əmək müqaviləsinin ləgv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və va bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Qаnunvericiliyin tələbi bаxımındаn görünür ki, işəgötürən əmək müqаviləsini Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci mаddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsаslаrını pоzаrаq və yа 71, 76-cı mаddələri ilə müəyyən edilmiş qаydаlаrın tələblərinə əməl etmədən, hаbelə 79-cu mаddəsində nəzərdə tutulmuş hаllаrа əhəmiyyət vermədən işçi ilə əmək münаsibətlərinə xitаm vermişdirsə, əmək mübаhisəsini həll edən məhkəmənin iddiа ərizəsini və işin fаktiki hаllаrını аrаşdırаrаq, məcburi iş burаxmа müddəti üçün əmək hаqqı ödənilməklə işçinin vəzifəsinə bərpа edilməsi bаrədə qətnаmə çıxаrmаsını imperаtiv nоrmа kimi müəyyən etmişdir. (Əmək Məcəlləsi mаd. 300.1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarın) forma və məzmununa riayət edilməmiş və nəticədə Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2020-ci il tarixli məktubundan məlum olur ki, məktəblə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə qutardığı halda əmək qanunvericiliyin tələbləri məktəb direktoru tərəfindən pozularaq müqaviləyə xx.xx.2017-ci il tarixdə xitam verilməklə qanunla qorunan hüquqların kobud sürətdə məktəb rəhbərliyi tərəfindən pozulmuşdur. Araşdırma zamanı məktəbin iddiaçını əmək fəaliyyətinə cəlb etməklə qanunu pozulduğu müəyyən edilmişdir. Buna görə də məktəblə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsindən iddiaçının xəbəri olmamış və yalnız 2019cu ilin dekabr ayında bilərək bu barədə müfəttişliyə araşdırma ücün müraciət etmişdir. Beləliklə məlum olmuşdur ki, Cavabdeh məktəb direktoru əsassız əmrlə iddiaçını işdən azad etmiş, ona işdən çıxarıldığını bildirməmiş və qanunla qorunan hüquqlarını pozmuşdur.Bu əsasla Qəbələ şəhəri Nicat Apayev adına 4 saylı tam orta məktəbin nümayəndəsi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasinin tələblərinə əsasən xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilmiş barəsində inzibati tənbeh tətbiq edilmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-613/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, Qəbələ şəhəri Nicat Apayev adına 4 saylı tam orta məktəbin xx.xx.2017-ci il tarixli 36 nömrəli əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün hesablanmalı olan əmək haqqı hesablanılmaqla İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-613/2020 saylı qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Qəbələ şəhəri Nicat Apayev adına 4 saylı tam orta məktəbin direktorunun xx.xx.2017-ci il tarixli 36 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün hesablanmalı olan əmək haqqı hesablanılmaqla İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov