Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-178/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-927/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci ildə Şəki şəhərində anadan olmuş X3 onun himayəsində saxlanılması; Şəki şəhəri, Ş.Axundova küçəsi, 4/9 ünvanında yaşayan Cavabdeh xx xxxxx 2017-ci ildə Şəki şəhərində anadan olmuş X3 alınaraq onun himayəsinə verilməsinin təmin edilməsi; xx xxxxx 2017-ci ildə Şəki şəhərində anadan olmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh bütün növ qazancından sabit pul məbləğində 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən az olmamaq şərti ilə bir uşağa görə 160 manat məbləğində alimentin eləcə də 20 manat dövlət rüsumunun tutulmasının müəyyən edilməsi; xx xxxxx 2017-ci ildə anadan olmuş X4 üç yaşına çatanadək baxmağına, o cümlədən aldadılaraq, nəticədə hamilə qaldığı üçün yenidən məhkəmədə iddia qaldırmağına məcbur olunduğuna görə cavabdehin ona maddi cəhətdən kömək etməyi üçün hər ay qızına üç yaşına çatanadək baxmağına görə 60 (atmış) manat, hamiləliyi dövründə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin hər ay Cavabdeh tutularaq ona verilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-927/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2017-ci il təvəllüdlü X3 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi və onun himayəsində saxlanılması, xx xxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq İddiaçı verilməsi, aliment tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı və Cavabdeh apelyasiya şikayətləri vermişdir. İddiaçı apelyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx xxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment tutularaq İddiaçı verilməli,cavabdehin ona maddi cəhətdən kömək etməyi üçün hər ay uşaq üç yaşına çatanadək baxmağına görə 60 (atmış) manattutularaq İddiaçı ödənilməlidir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. Cavabdehapelyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki o, Könül ilə el adəti ilə toy edərək 2016-cı ildə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə faktiki nikahlarından xx xxxxx 2017-ci ildə qızları, X5 anadan olmuşdur. İddiaçı uşağa baxmamış, onun qayğısına qalmamışdır. Dəfələrlə uşağı cavabhehin himayəsində qoyaraq evden getmişdir. İddiaçının hazırki işlə bağlı marağı yalnız alimentlə əlaqədardır. Ona görə də uşaq atasının (cavabdehin) himayəsində saxlanılmalıdır. Cavabdeh uşağa yüksək səviyyədə baxacağına əmindir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-927/2019 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2016-cı ildə qeyri-rəsmi ailə qurmuşlar. Onların ailə münasibətlərindən xx xxxxx 2017-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahdan anadan olmuş uşaq faktiki olaraq cavabdehin himayəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləjə də aliment verməyə borjlu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən ) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1 və 60.2-ci maddələrinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. BMT-nin Baş Məclisinin xx xxxxxx 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş «X2»nin 6cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsində göstərilir ki, valideynlər ayrı yaşadıqda və uşaqların yaşayış yeri barədə onların arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, təyin edilən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassızdır. Belə ki, məhkəmə kollegiyası iddiaçının bir ana olaraq uşağın böyüyüb boya-başa çatmasındakı rolunu, uşağın yaşını, ana qayğısına daha çox ehtiyacının olmasını nəzərə alır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, uşağın ananın yanında saxlanması onun mənafeyinə uyğun olmadığı qənaətinə gəlmək üçün hər hansı əsaslar olmamaqla bu vəziyyət uşağın üstün mənafeyinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın ananın yoxsa atasının yanında qalmasının müəyyən edilməsi zamanı məhz uşaqların mənafeyinə münasibətdə dəyərləndirilməlidir. Uşağın qayğısına atanın və ya digər şəxslərin qohumlarının qalması, onların bütün maddi və məişət tələbatlarını ödəməsi o demək deyildir ki, ata və ya digər qohumlar ananı əvəz edir, ananın uşağı qarşısında vəzifələrini yerinə yetirməsinə bərabər tutulur. Məhkəmə kollegiyası uşağın mənafeyini nəzərə alır və qeyd edir ki, bu vəziyyətdə onların daha çox ana qayğısına ehtiyacı vardır. Bundan əlavə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və X1 Könül Rafiq qızının övladına bağlılığını və onun işlədiyi 4 saylı musiqi məktəbində müsbət xarakterizə olunduğunu, övladından imtina etmədiyini, uşağın anasının yanında qalmasının uşağın gələcəyinə müsbət təsir göstərəcəyini, uşağın azyaşlı olmasını ana qayğısına ehtiyacı olmasını, nəzərə alaraq xx xxxxx 2017-ci il təvəllüdlü X3 ana - İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən uşaqların üstün mənafelərini, iddiaçının əxlaqi və mənəvi keyfiyyətlərini, onun uşaqların tərbiyəsindəki rolunu nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və məhkəmə qanunu düz təfsir etmişdir. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-178/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-178/2020
06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver