Məhkəmə qərarları › İş №2(107)-178/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-178/2021

23.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-178/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki işə üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-575/2020 nömrəli qətnaməsindən cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli onun məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsinə dair 31 №-li əmrinin ləğv edilməsi, həmin vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün xx.xx.2020-ci il tarixdən əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnаmədən cavabdeh Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətinə əsаsən işə Şəki Apellyasiya Məhkəməsində mahiyyəti üzrə bаxılаn zaman cavabdeh Nümayəndə2 məhkəmə kollegiyаsınа ərizə təqdim edərək bildirmişdir ki, apellyasiya şikayətinə baxılmasını xahiş etmir. Həmin apellyasiya şikayətindən imtina etmişdir. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)- 575/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hal-hazırda cavabdeh Nümayəndə2 həmin işdən vermiş olduğu apellyasiya şikayətindən imtina etmişdir. O, isə həmin imtinanı qəbul etdiyini bildirmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, cavabdeh X1 apellyasiya şikayətindən imtinası qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Nümayəndə2 apellyasiya şikayətindən imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də hazırki iş üzrə cavabdeh Nümayəndə2 apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə işin apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-402-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-575/2020 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Nümayəndə2 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar