Məhkəmə qərarları › İş №2(107)-1781/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1781/2020

29.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1781/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X8 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna, 3-cü şəxs Zaqatala rayon Əliabad qəsəbə nümayəndəsinə qarşı “mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlər tərəfindən bağlanılmış-qeyd olunan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan təsərrüfatdaxili yolun cavabdehlərin vəsaiti hesabına açılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-76/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun onların mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlər tərəfindən bağlanılmış-qeyd olunan torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan təsərrüfatdaxili yolun cavabdehlərin vəsaiti hesabına açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-76/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlər tərəfindən bağlanılmış-qeyd olunan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan təsərrüfatdaxili yolun cavabdehlərin vəsaiti hesabına açılması tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı4 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 139,70 (bir yüz otuz doqquz manat yetmiş qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və X2 Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilsin, 50 (əlli) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apelyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-76/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbəsində 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində hüquqları xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən bağlanılmış və onların ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etmələrinə süni surətdə maneçilik törətmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan mülkiyyətlərində olan torpaq sahəsindən istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş hərəkətlərinə son qoyması və bağladığı ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid olan yolu açmasını tələb etmələrinə baxmayaraq sonuncular bundan qərəzli olaraq imtina etmişlər. Cavabdehləri qanunsuz hərəkətləri nəticəsində onlaın mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hər tərəfli və obyektiv araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində hüquqları xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu iş üzrə cavabdehlər Zaqatala rayonu, Əliabad qəsəbəsi sakini Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən bağlanılmış və onların ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməklərinə süni surətdə maneəçilik törətmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan mülkiyyətlərində olan torpaq sahəsindən istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoyması və bağladığı - ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid yolu açmasını tələb etməklərinə baxmayaraq sonuncular bundan qərəzli olaraq imtina etmişdir. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X1 X6 Layihə-Tətqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçılar İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində nəzərdə tutulmuş yol tərtib edilmiş sxemdə göstərilmişdir. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, mövcud olmayan, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi sxemdə göründüyü kimi "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində qeyd olunan yolun 166 kv.m. hissəsiCavabdeh2 oğlunun adına DƏDRX tərəfindən tərtib edilmiş **********41 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,111 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Göründüyü kimi Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində onların iddia etdiyi ərazi yol kimi qeyd edilmişdir. Bu işin mübahisəsiz halıdır. Qeyd olunan yolun 166 kv.m. hissəsiCavabdeh2 oğlunun adına DƏDRX tərəfindən tərtib edilmiş **********41 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,111 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Ancaq məhkəmə yerdə qalan hissədə iddianı təmin etməmişdir. Halbuki, ən azından yerdə qalan hissədə də olsa iddianı təmin etməli idi. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-76/2020 qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfin qərəzli hərəkətləri nəticəsində onlar öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Belə ki, cavabdeh tərəf onların torpaq sahəsinə gedən yolu bağlamışdır. Ekspert tərəfindən rəy düzgün verilməyib. Ona görə də birinci instnasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfin müdaxiləsi nəticəsində onlar öz torpaq sahəsinə gedibgələ bilmir. Ekspert tərəfindən verilmiş rəy də həqiqəti əks etdirmir. Ona görə də birinci instnasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu, 3-cü şəxs Zaqatala rayon Əliabad qəsəbə nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-76/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, X15, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2 oğlu, X7, X5, X11 və X3 adına torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydyyata alınmışdır. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X1 X6 Layihə-Tətqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində nəzərdə tutulmuş yol tərtib edilmiş sxemdə göstərilmişdir. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, mövcud olmayan, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi sxemdə göründüyü kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində qeyd olunan yolun 166 kv.m. hissəsi Cavabdeh2 oğlunun adına DƏDRX tərəfindən tərtib edilmiş **********41 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,111 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mütəxəssisin rəyində göstərilənləri nəzərə alaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində nəzərdə tutulmuş yol tərtib edilmiş sxemdə göstərilmişdir. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, mövcud olmayan, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi sxemdə göründüyü kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində qeyd olunan yolun 166 kv.m. hissəsi Cavabdeh2 oğlunun adına DƏDRX tərəfindən tərtib edilmiş **********41 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,111 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/09/02 ümumi smeta dəyəri 139,70 manat təşkil etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəlləsi152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 255.1-cı maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər Mülki Məcəllənin 255.5-ci maddəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən edildi ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, X15, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Həmçinin, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2 oğlu, X7, X5, X11 və X3 adına torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydyyata alınmışdır. İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlər tərəfindən bağlanılmış-qeyd olunan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan təsərrüfatdaxili yolun cavabdehlərin vəsaiti hesabına açılmasını tələb edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X1 X6 Layihə-Tətqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçıların mülkiyyətində olan 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, mövcud olmayan, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapmış son islahat xəritəsində qeyd olunan yolun 166 kv.m. hissəsi Cavabdeh2 oğlunun adına DƏDRX tərəfindən tərtib edilmiş **********41 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,111 ha torpaq sahəsinin hüdudları daxilinə düşür Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apelyasiya şikayətinə nəzər saldıqda iddiaçılar öz mənafeyindən çıxış etmiş, apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişlər. Çünki yuxarıda qeyd olunduğu kimi apelyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Bundan əlavə işin müəyyən edilmiş hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə bağlı müvafiq ekspertiza təyin edilmişdir. Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. İkincisi, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya məhkəməsində iddia tələbinə, eləcə də ekspert rəylərinə etiraz etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-76/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar