Məhkəmə qərarları › İş №2(107)-1783/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1783/2020

16.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1783/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala Regional X15rşı “əmrin ləğv edilməsi və işə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)- 441/2019 nömrəli qətnaməsindən cаvаbdeh Cavabdeh nümayəndəsi X12 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim T.H.Həsənov) xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Zaqatala RQİİ-nin xx xxxxxx 2018-ci il tarixli 299-K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Zaqatala RQİİ-nin Ağdaş sahəsi üzrə Təmir-bərpa xidmətinə altıncı dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə bərpa olunması və ona məcburi proqula görə əmək haqqı ödənilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 607/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)- 441/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 607/2020 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X8 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-607/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı Cavabdeh Zaqatala Regional X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2018-ci il tarixli, 299-k saylı əmrinin ləğv edilərək, işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı Əliyyəddin oğlu xx.xx.2019-cu il tarixli ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək onun Cavabdeh Zaqatala Regional X15rşı “İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Cavabdeh İB-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh Ağdaş X21nin xx xxxx 2006-cı il tarixli, 17 saylı əmrinə əsasən idarənin qəza-dispecer xidmətinə çilingər peşəsinə işə qəbul edilmişdir. İdarənin xx xxxxxxxx 2008-ci il tarixli 74 saylı əmrinə əsasən qaynaqçı işinə keçirilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Müdiriyyət tərəfindən barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. Cavabdeh Zaqatala X19 İdarəsi rəisinin 299-K saylı, xx xxxxxx 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək işindən azad edilmişdir. Zaqatala RQİİ-nin onun işdən azad olunması barədə əmrini qanunsuz və əsassız hesab edir, həmin əmr ləğv edilməklə o, işinə bərpa olunmalı və məcburi proqula görə əmək haqqı almalıdır. Belə ki, cavabdeh idarə onu işdən azad edərkən heç bir qanunvericilik normalarına əsaslanmamış, səbəbsiz yerə onu işdən azad etmişdir. Hələ 2018-ci ildə cavabdeh idarənin Ağdaş sahəsinin rəhbərliyi heç bir əsas göstərmədən ona deyirdi ki, “səninlə işləmək istəmirik. Get xəstəlik vərəqinə (bülletenə) çıx və sonra da özünə pensiya düzəltdir”. O, pensiyaya hələ çox vaxt qaldığını, qüsursuz işləməyini, onunla işləmək istəməməsinin səbəbini ondan soruşanda qısa cavab verərək bildirmişdir ki, sadəcə onun işdən çıxmasını istəyir, özü çıxmasa bir bəhanə ilə onu işdən çıxaracaq. Həmin vaxtdan rəhbərlik onu naryada yazmır, hər dəfə onunla kobud rəftar edirdi. Nəhayət, xx xxxxxx 2018-ci il tarixdə onun işə gəlməsinə, işə davamiyyət tabelinə imza etməsinə baxmayaraq ona deyilmişdir ki, bu gündən işdən azaddır. O, birbaşa cavabdeh Zaqatala X19 İdarəsinə gedərək işə buraxılmamasının səbəbini onlardan soruşanda ona demişlər ki, səbrli olsun, yaxın günlərdə onu işinə bərpa edəcəklər. Bu bəhanələrlə onu 2019-cu ilin fevral ayının 10-na kimi işə bərpa edəcəklərinə arxayın etmişlər. İşdən azad olunması ilə əlaqədar İdarə və Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə, o həmin iclasa dəvət olunmamış və iştirak etməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona heç bir xəbərdarlıq edilməmiş, müqavilənin ləğv edilməsi barədə ona məktub göndərilməmişdir. Bildirir ki, o, yuxarıda qeyd etdiyi kimi, işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər neqativ hallara yol verməmişdir. Ona görə də, işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış və töhmət və ya şiddətli töhmət verilməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, peşəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmişdir. Hətta, faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə xx xxxxxxxx 2011-ci il tarixdə Cavabdeh Həmkarlar İttifaqı Komitəsi tərəfindən, xx xxxxxxxx 2014-cü il tarixdə "Nefçilər günü” münasibəti ilə Birliyin baş direktoru və xx xxxxx 2018-ci il də yenə də Birliyin baş direktoru tərəfindən Fəxri fərmanlarla təltif olunmuşdur. Cavabdeh Zaqatala RQİİ-nin X22 İstismar sahəsi rəhbərinin qərəzli mövqeyinə inanaraq Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan onu işdən azad etməsi ədalət prinsipinə və həmçinin Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlmir. Ona qarşı belə qərəzli mövqe tutmuş cavabdeh orqan ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, işinə vicdanla yanaşmasına, rəhbərlik tərəfindən əməyinin qiymətləndirilməsinə hörmətlə yanaşmalı, indiki çətin vəziyyətdə balalarına bir tikə çörək pulu qazanmasına bais olmamalı idi. Belə ki, cavabdeh onu Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi iki hissədən ibarət olmaqla “yaxud” sözü ilə ayrılır və "əmək vəzifələrinin kobud şəkildə pozulması” ikinci hissəyə aid olmaqla 72-ci maddədə nəzərdə tutulur (70-ci maddənin “ç” bəndi: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda). Göründüyü kimi, cavabdeh onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əslində həmin Məcəllənin 72-ci maddəsini tətbiq etmişdir ki, həmin maddədə sadalanan halların heç biri baş verməmişdir... İddiaçı izahatında əlavə olaraq göstərmişdir ki, guya o, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin rəisi Qurban Mehdiyevə izahat yazaraq xx xxxx 2018ci il tarixdən xx xxxx 2018-ci il tarixədək tabeldə çəkilən imzaların ona məxsus olduğunu, xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tabeldə çəkilən imzaların isə ona məxsus olmadığını göstərmişdir. Halbuki, o elə bir izahat yazmamışdır. Zaqatala RQİİ-nin Ağdaş sahəsində Təmir-bərpa xidmətində işləyən işçilərin işə davamiyyət jurnalında onun adı qarşısındakı imzalar ona məxsusdur. Lakin Cavabdeh əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabında onun adının qarşısında “əmək kitabçasını alan fəhlə və ya qulluqçunun imzası və tarixi” qrafasındakı imza və tarixin onun tərəfindən icra edildiyini xatırlamır, onu dəqiq bilir ki, qeyd olunan yazı həmin tarixdə icra edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Əliyyəddin oğlu Cavabdeh Ağdaş X21nin xx xxxx 2006-cı il tarixli, 17 saylı əmrinə əsasən idarənin qəza-dispeçer xidmətinə çilingər vəzifəsinə işə qəbul edilmiş və xx xxxxxxxx 2008-ci il tarixli, 74 saylı əmrə əsasən qaynaqçı işinə keçirilmişdir. İddiaçı Əliyyəddin oğlu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində iş yerinə gəlməmiş və işə gəlməməyinin səbəbləri barədə hər hansı bir məlumatı Cavabdeh İB-nin Zaqatala X19 İdarəsinə verməmişdir. Bu səbəbdən müvafiq sorğular verilmiş və mülki iş üzrə iddiaçı olan İddiaçı Əliyyəddin oğlunun həmin müddət ərzində xəstəliyi ilə bağlı qeydiyyatda olmadığı, eyni zamanda məsuliyyətə cəlb edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də Həmkarlar təşkilatının 02 saylı, xx.xx.2018-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli 299-k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2018-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bütün bunlar nəzərə alınaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayət verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli 2(033)-441/2019 nömrəli qətnaməni çıxararkən maddi və prossesual hüquq normalarını pozmuş, mülki işdə olan maddi sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Zaqatala Rayon Məhkəməsi hazırkı qənaətə gələrkən qərarında araşdırılmalı olan məqamlara və maddi sübutlara diqqət yetirməmiş, iş üzrə tələb olunan sübutlar təqdim edilməsinə baxmayaraq onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Keçən məhkəmə araşdırmalarında müəyyən edilmiş hallardan, tərəflərin izahatlarından və məhkəmə iclasında tədqiq edilən sübutlarından göründüyü kimi, İddiaçı xx xxxxxx 2018-cı ildə 299/k saylı əmrlə işindən azad edilmişdir. Həmin əmr ona elan olunmuş, müvafiq sənədlər ona təqdim edilmiş və iddiaçı da öz növbəsində "əmək kitabçası və onun içliyinin hərəkətinin uçotu” jurnalına xx.xx.2019-cu il tarixdə imza etməklə götürmüşdür. Mülki işin faktiki hallarından və sübutlardan göründüyü kimi, İddiaçı xx.xx.2018-ci ildən işdən azad edilməsindən və ona əmrin elan olunmasından bir ay müddətində - xx.xx.2019-cu il tarixədək hazırkı tələblə məhkəməyə müraciət etməli olduğu halda, bir ay sonra - xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişvəonun ərizəsi xx.xx.2019-cu il tarixdə iddia müddətinin ötürüldüyü bir ay səkkiz gün sonra məhkəmədə qeydiyyata alınmışdır. Beləliklə, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.Bununla bağlı iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə əsaslanıdırılmış ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddələrini rəhbər tutaraq iddia müddətinin tətbiqinə dair ərizəni təmin etməmişdir. Belə ki, məhkəmə bununla bağlı qənaətə gələrkən İddiaçı xəstəliyini, savadsızlığını, köməksiz vəziyyətdə olmasına dair ərizəsini nəzərə almış, onun 13 il qaz təsərrüfatında işləməsini, 54 yaşında olmasını müstəsna hal kimi iddia müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsinə əsas gətirmişdir ki, bu da tamamilə qəbuledilməzdir. Apelyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 apelyasiya şikayətini müdafiə edərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, o, 2006-cı ildən Zaqatala RQİİ-nin Ağdaş sahəsi üzrə Təmir-bərpa xidmətində qaynaqçı işləmişdir. Sahəyə təyin edilmiş yeni rəis onunla işləmək istəmədiyindən onu işdən azad etmişdir. Halbuki, o bu illər ərzində nizam-intizamlı işçi olmuşdur. Ona görə də Cavabdeh İB-nin apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2014-cü il tarixli 39/ü saylı “Zaqatala X17 İdarəsinin yaradılması haqqında” əmrinin və Zaqatala X17 İdarəsinin əsasnaməsinin təsdiq edilmiş surətlərindən görünür ki, Zaqatala X17 İdarəsi ARDNŞ-in Cavabdeh İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Oğuz, Şəki, Zaqatala, Balakən və Qax qaz istismarı sahələrinin maddi-texniki bazasında ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000008 nömrəli əmrinə əsasən yaradılmışdır. İş materiallarında olan İddiaçı cavabdeh Zaqatala X17 İdarəsinə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 85 saylı ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh X20 X11 QİS-nin Təmir-bərpa xidmətində 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh Zaqatala X19 İdarəsinin xx.xx.2018-ci il tarixli 85-K saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X20 X14 QİS-nin Təmir-bərpa xidmətində 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilməsinə dair xx xxxxxx 2018-ci il tarixli 84 saylı əmək müqaviləsi rəsmiləşdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli xxxxxxx000400 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və onun qeydiyyata alınmasına dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2018-ci il tarixli, xxxxxxx000400” nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinin 47-ci səhifəsindən görünür ki, İddiaçı xx xxxx 2006-cı il tarixli 17 nömrəli əmrə əsasən xx.xx.2006-cı il tarixdə Ağdaş X21 Qəza- dispeçer xidmətinə çilingər vəzifəsinə təyin edilmiş və xx xxxxxxxx 2008-ci il tarixli 76 nömrəli əmrə əsasən xx.xx.2008-ci il tarixdən qaynaqçı vəzifəsinə keçirilmişdir. Həmin əmək kitabçasının 55-ci səhifəsinə xx.xx.2018-ci il tarixdə edilmiş qeyddən görünür ki, 85-K nömrəli xx.xx.2018-ci il tarixli əmrə əsasən Cavabdeh Zaqatala X17 İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı bir il müddətinə Ağdaş sahəsi üzrə Təmir-bərpa xidmətinə 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. Həmin əmək kitabçasının 55-ci səhifəsinə Q.Mehdiyev tərəfindən imzalanmış qeyddən görünür ki, İddiaçı 299-K nömrəli, xx xxxxxx 2018-ci il tarixli əmrə əsasən həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) onunla bağlanılan əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Surəti iş materiallarında olan xx xxxxx 2018-ci il tarixli Fəxri fərmana əsasən İddiaçı Əliyyəddin oğlu Cavabdehndə faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə təltif edilmişdir. Surəti iş materiallarında olan xx xxxxxxxx 2014-cü il tarixli Fəxri fərmana əsasən İddiaçı Əliyyəddin oğlu Cavabdehndə səmərəli və nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə “Nefçilər günü” münasibəti ilə təltif edilmişdir. Surəti iş materiallarında olan xx xxxxxxxx 2011-ci il tarixli Fəxri fərmana əsasən İddiaçı Əliyyəddin oğlu Cavabdehndə faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə təltif edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarında olan X20 X5 Təşkilatı sədrinin cavabdeh Zaqatala X17 İdarəsinin rəisinə ünvanladığı 02 nömrəli, xx xxxxxx 2018-ci il tarixli “müvafiq rəyin verilməsi barədə” məktubundan görürür ki, İddiaçı Əlyəddin oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Zaqatala RQİİ-nin X7 Heyətinin iclasında baxılmışdır. Zaqatala RQİİ-nin Ağdaş sahəsinin Təmir-Bərpa xidmətinin əl ilə elektrik qaynaqçısı İddiaçı Əlyəddin oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. Təsdiq edilmiş surəti iş materiallarında olan Cavabdeh Zaqatala X17 İdarəsinin 260- Ü nömrəli, xx xxxxxx 2018-ci il tarixli əmrinin 1-ci bəndindən görünür ki, X20 X11 sahəsi üzrə Təmir-bərpa xidmətinin əl ilə elektrik qaynaqçısı İddiaçı Əlyəddın oğlunun barəsində toplanmış iş materiallarını, eləcə də iş üzrə Zaqatala RQİİ-nın Həmkarlar Təşkilatının 02 saylı xx.xx.2018-ci il tarixli razılıq məktubunu nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmini məqsədilə Zaqatala RQİİ-nin Ağdaş sahəsi üzrə Təmir-bərpa xidmətinin əl ilə elektrik qaynaqçısı İddiaçı Əlyəddin oğlu ilə bağlanmış 84 saylı, xx.xx.2018-cü il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi və bu istiqamətdə sənədləşmənin xx.xx.2018-ci il tarixə qədər yekunlaşdırılması əmr edilmişdir. İş materiallarında olan cavabdeh Zaqatala X17 İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 299-K nömrəli, xx xxxxxx 2018-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əlyəddin oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğundan onunla xx.xx.2018-ci il tarixdə bağlanmış 84 nömrəli əmək müqaviləsi ləğv edilməklə işdən azad edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-cı il tarixli xxxxxxx0004X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və onun qeydiyyata alınmasına dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Zaqatala X17 İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2018-cı il tarixli, xxxxxxx0004X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Təsdiq edilmiş surəti iş materiallarında olan X20 X4 Təşkilatının idarə heyətinin xx xxxxxx 2018-ci il tarixli 02 nömrəli protokolunun nəticə hissəsindən görünür ki, X20 X11 sahəsi üzrə Təmir-bərpa xidmətitinin əl ilə elektrik qaynaqçısı İddiaçı Əlyəddin oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. Təsdiq edilmiş surəti iş materiallarında olan X20 X4 Təşkilatının üzvləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, Zaqatala X17 İdarəsinin xx.xx.2018-ci il tarixli 01/QM- 1838 saylı müraciətinə əsasən Ağdaş QİS-nın TBX-nin əl ilə elektik qaynaqçısı İddiaçı Əlyəddin oğluna 12.12.218-ci il tarixdə X7 heyətinin saat 10:00-da keçiriləcək iclası və iclasının gündəliyi barədə məlumat verilmişdir. Surəti iş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2018-ci il tarixli 1109 nömrəli məktubundan görünür ki, İddiaçı Əliyyəddin oğlu xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək Ağdaş RMX PHŞ-ə xəstə kimi müraciət etməmişdir. Təsdiq edilmiş surəti iş materiallarında olan İddiaçı Əlyəddin oğlunun xx xxxxxx 2018-ci il tarixdə Zaqatala RQİİ-nin rəisi Qurban Mehdiyevə verdiyi izahatından görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tabeldə çəkilən imzalar özünə məxsusdur. Həmin günlər səhhəti ilə bağlı işə çıxmasa da, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tabeldə çəkilən imzalar ona məxsus deyildir. Təsdiq edilmiş surəti iş materiallarında olan Zaqatala RQİİ-nin Ağdaş QİS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş sahəsi üzrə TBX-nin əl ilə elektrik qaynaqçısı İddiaçı 2018-ci ilin iyul ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş iyul ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarında olan Zaqatala RQİİ-nin Ağdaş QİS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş sahəsi üzrə TBX-nin əl ilə elektrik qaynaqçısı İddiaçı 2018-ci ilin avqust ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş avqust ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala RQİİ-nin Ağdaş QİS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş sahəsi üzrə TBX-nin əl ilə elektrik qaynaqçısı İddiaçı olu 2018-ci ilin sentyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş sentyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarında olan Zaqatala RQİİ-nin Ağdaş QİS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş sahəsi üzrə TBX-nin əl ilə elektrik qaynaqçısı İddiaçı 2018-ci ilin oktyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş oktyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarında olan Zaqatala RQİİ-nin Ağdaş QİS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş sahəsi üzrə TBX-nin əl ilə elektrik qaynaqçısı İddiaçı olu 2018-ci ilin noyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və Zaqatala RQİİ-nə təqdim olunmuş noyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 20532 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Zaqatala RQİİ-nin Ağdaş QİS-nin TBX-də işləyən işçilərin işə davamiyyət jurnalının 6- 66-cı səhifələrində xx.xx.2017-ci il saat 09.00-dan xx.xx.2017-ci il saat 09.00-dək “5-ci” sıradakı imzalar, 66-122-ci səhifələrində xx.xx.2017-ci il saat 09.00-dan xx.xx.2018-ci il saat 09.00- dək “5-ci” sıradakı imzalar, 134-147-ci səhifələrində xx.xx.2018-ci il saat 09.00-dan xx.xx.2018-ci il saat 18.00-dək “5-ci” sıradakı imzalar; Cavabdeh əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabının 177-ci vərəqəsində İddiaçı adı qarşısında, “əmək kitabçasını alan fəhlə və qulluqçunun imzası və tarixi” qrafasındakı imza və “14.12.18” rəqəmləri - İddiaçı tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş Zaqatala RQİİ-nin Ağdaş QİS-nin TBX-də işləyən işçilərin işə davamiyyət jurnalının 66-cı səhifəsində “xx.xx.2017. 18.00” tarix və saat göstəricisinin aşağı tərəfində 5-ci sıradakı imza; 122-123-cü səhifələrində “xx.xx.2018. 18.00”, “xx.xx.2018. 09.00” tarix və saat göstəricilərinin aşağı tərəfində 5-ci sıradakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini əsaslı hesab edərək onu təmin etmiş, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin xx xxxxxx 2018-ci il tarixli 299-K saylı əmrinin ləğv edilməsini, İddiaçı Zaqatala RQİİ-nin Ağdaş sahəsi üzrə Təmirbərpa xidmətinə altıncı dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə bərpa olunmasını və ona məcburi proqula görə əmək haqqının ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qiymətləndirməsi və hüquqi mövqeyi kontekstində yenidən araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış, ona görə də qəbul edilmiş qətnamə əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apelyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Zaqatala X17 İdarəsi üzrə verilmiş xx.xx.2018-ci il tarixli 299-k saylı saylı əmrin məzmunundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə xitam verilməsinin səbəbi onun xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək üzrsüz səbəbdən işə çıxmaması olmuşdur. İşdən göründüyü kimi, iddiaçı nə birinci, nə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəməyə göstərilən tarixlərdə (ümumilikdə 5 (beş) ay, 12 (on iki) gün ərzində) işdə olmamasının (işə gəlməməsinin) üzrlü səbəbdən baş verdiyini təsdiq edən müvafiq və mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir... İddiaçı qeyd edilən günlərdə öz evində ambulator müalicə aldığını bildirsə də, lakin məhkəməyə həmin günlərdə xəstəxanaya və ya həkimə müraciət etməsini, ona müalicə təyin olunmasını, dərman preparatları almasını və s. halları təsdiq edən müvafiq sübutlar təqdim edə bilməmişdir. MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz... Bu baxımdan, iddiaçı işə çıxmamasının səbəbini xəstə olması və müalicə alması ilə əlaqələndirirsə, onda bu halların baş verməsini müvafiq tibbi sənədlərlə əsaslandırmalıdır. Bundan başqa, iddiaçı işə gələ bilməməsi və bunun səbəbi barədə işçisi olduğu idarənin müdiriyyətini hər hansı yolla (o cümlədən telefon əlaqəsi yaratmaqla) məlumatlandırmağa borclu olduğu halda, aşkar surətdə saymamazlıq edərək işə çıxmadığı müddətdə müdiriyyəti ilə əlaqə saxlamamış, xəstə olması və müalicə alması ilə əlaqədar işə gələ bilməməsi barədə iş yerinə məlumat verməmişdir. Ona görə də Cavabdeh İB-nin Zaqatala X17 İdarəsinin müdiriyyəti iddiaçının 5 (beş) ay, 12 (on iki) gün müddətində üzrsüz səbəbdən iş buraxması qənaətinə gəlməkdə haqlı olmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, Əmək Məcəlləsində (76-cı maddənin 1-ci hissəsində) bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halları işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi müəyyən olunmamış, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hallar həmin Məcəllənin 70-ci maddəsinin “ç”bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarına aid edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 299-k saylı əmrin qanunamüvafiq formada tərtib olunmaması, iddiaçının məhz hansı əsasla işdən azad olunduğunun əmrdən aydın olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti yanlışdır. Əmrdə iddiaçının məhz hansı əsasla işdən azad olunduğu və bu əsasın nəzərdə tutulduğu qanun norması konkret göstərilmişdir. İşdən göründüyü kimi, İddiaçı Əliyyəddin oğlu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində iş yerinə gəlməmiş və işə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumatı Cavabdeh İB Zaqatala X19 İdarəsinə verməmişdir. İddiaçının işə gəlməməsi səbəbindən cavabdeh tərəfindən müvafiq sorğular verilmiş və İddiaçı Əliyyəddin oğlunun həmin müddət ərzində xəstəliyi ilə bağlı xəstəxanada qeydiyyatda olmadığı müəyyən edilmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2018-ci il tarixli 1109 nömrəli məktubundan da görünür ki, İddiaçı Əliyyəddin oğlu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-cı il tarixədək Ağdaş RMX PHŞ-ə xəstə kimi müraciət etməmişdir. İddiaçı aylarla işə çıxmadığı üçün ona naryad yazılmamış və əmək haqqı almamışdır. O özü də işə çıxmadığını və ona əmək haqqı yazılmadığını təsdiq etmişdir. Əmək qanunvericiliyinə görə, işçinin gün ərzində işə çıxmaması özü işçinin işdən azad olunması üçün müstəqil əsasdır. Bu səbəbdən də Həmkarlar təşkilatının 02 saylı, xx.xx.2018-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli 299-k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İşçi aylarla işə gəlmirsə, əmək haqqı almırsa, bu barədə heç bir orqana şikayət etmirsə, irad bildirmirsə və ancaq işdən azad olunduqdan sonra əvvəlki işinə bərpa olunmaq barədə iddia verirsə, onda işə gəlməməsi ilə bağlı halların onun iradəsindən asılı olmayaraq baş verməsim işəgötürənin günahından baş verməsini sübuta yetirməlidir. Əks təqdirdə belə iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi iddiaçının işdən azad olunması məsələsinin həmkarlar təşkilatının müzakirəsinə çıxarılması üçün işəgötürən tərəfindən təqdimat deyil, məktub yazılmasını nöqsan kimi qeyd etmişdir. Nəzərə almaq lazımdır ki, analoji işlərdə məsələnin forma tərəfləri deyil, mahiyyəti ilə bağlı dəyərləndirmə aparılmalıdır. Məsələn, belə bir müraciətin olub-olmaması, həmin məsələnin həmkarlar təşkilatında müzakirəyə çıxarılıbçıxarılmaması barədə işçiyə məlumat verilib-verilməməsi; iş üzrə həqiqəti müəyyən edən hallar bunlardan ibarətdır. İşəgötürənin həmkarlar təşkilatına hansı qaydada müraciət etməsi mahiyyəti həll edən məsələ deyil. Şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin iddiaçı barəsində verdiyi qərara, yəni onu işdən azad etməsinə haqq qazandırır, bununla bağlı cavabdeh tərəfindən verilmiş əmri qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlməmiş, bu da əsaslı olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Bu baxımdan cavabdehin apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385 387, 390, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala Regional X13rşı “əmrin ləğv edilməsi və işə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar