Məhkəmə qərarları › İş №2(107)-179/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-179/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-179/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul, maddi ziyan tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X20 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1573/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6 sot torpağın dəyəri olan 5460 manatın və ona 14 il ərzində dəymiş maddi ziyanlığına görə 2500 manatın, həmçinin dövlət rüsumu olaraq ödədiyi 112 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə X18 ona verdiyi etibarnamə ilə X10 Yeganə Fərrux qızına şəhərin 98-ci kvartalında 6 sot torpaq satmışdır. X25 özünə məxsus torpağını satmaq üçün alqı-satqı mərkəzinə yazdırmışdı. Sonradan işi ilə əlaqədər alıcıya torpağı göstərib satmaq üçün ona etibarnamə vermişdir. O da torpağı alıcılara X26 və X7 göstərib onlara təhvil vermişdir. Satış zamanı məlum oldu ki, Müzəffər qızını Xanımın oğluna vermək üçün Xanıma şərt qoymuşdur ki, qızına şəhərdə torpaq al, sonra sənin oğluna qızını ərə versin. Torpağa baxıb ofisə qayıtmışlar. Alqı-satqı mərkəzində işləyən Abid Məsimov sənədlərə baxıb dedi ki, sənədlər hələ tam hazır deyil, çıxarış almaq üçün əlavə pul və vaxt lazımdır. Xanım pulunun az olmasını və toy etməyə tələsdiyini bildirdi. Xanım hələlik puluna qənaət etmək məqsədi ilə torpağa çıxarışın alınmasına aformot xərcini öz öhdəsinə götürmüş və birinci satış qiymətdən çıxılmışdır, qalan 5460 manata razılaşmışlar. Xanım yenə nağdı az pulu olduğunu, özünündə alacağı olduğunu, bir ay müddətə pulun hamsını verəcəyini bildirmişdir. Alqı-satqı mərkəzinin rəhbəri 5 nəfər şahidlərin iştirakı ilə 27 mart 2008 ci ildə aralarında behləşmə müqaviləsi bağlanmışdır.. Həmin gün Xanım aldğı torpağa 1800 manat vermişdir. 31 mart 2008 ci ildə 1400 manat vermişdir. 11 aprel 2008-ci ildə 1600 manat, 21 apreldə 660 manat, cəmi 5460 manat pul vermişdir. Hər dəfə behləşmə müqaviləsində iştirak edən yoldaşlar pulun verilməsinə görə imza etmişlər. O da həmin pulu ona etibarnamə verən X19 pulu vermişdir. Xanımın göstərişi ilə 1-ci dəfə gələcək gəlini olası X8 adına Xanım etibarnamə vermişdir. Aradan 3 ay keçmiş, yenə ona alqı-satqı mərkəzinə çağırmış, lakin Xanım ilə Müzəffər gəlib qızın nişanı qaytardığını, Xanım gələcəkdə ona gəlini olası X12 pay aldığı 98-ci kvartalda yerləşən 6 sot torpağı geri qaytardığını bildirmişlər. X27 adına yazılan etibarnaməni ləğv etdirmiş və qızı Cavabdehın adına etibarnamə verməyini istəmişdir. Notariusa gedib Günay Müzəffər qızının adına olan etbarnaməni ləğv etmiş, yenidən Xanımın qızı X13 torpağı aldığına görə 2033-cü ilə qədər müddəti olan etibarnamə vermişdir. Qudası, Günayın atası Müzəffər, Xanıma çox əziyyət çəkdiyini, torağın ətrafını bağladığını, ondan heçnə istəmədiyini bildrmişdir. Müzəffərə qızının adına torpağa görə verilən torpağın qərarı, torpağın sxemi, Rəşidin şəxsiyyət vərəqəsinin surətini, arvadının razılığı, nikah kağızını və ödəniş qəbizlərini Günaydan alıb Xanımın qızı Yeganəyə vermişdir. 3-cü dəfə 10 il sonra Xanım alqı-satqı mərkəzinə gəlib ona satılam torpaqda Mübarik adlı qadının ev tikdirdiyini bildirmişdir. Alqı-satqıda işləyən Abid Məsimovda ona niyə ev tikməyə qoyduğunu, 1-2 gün ərzində ev tikmək olmur, o razılıq verməsə heç kim ətrafını sökə bilməz, ev tikə biməz deyərək, onun torpağının gözətçisi olmadığını bildirmişdir. Onun xahişi ilə Xanımın yerində ev tikən Mübarəki Abid məhkəməyə vermişdir ki, Mübarik evini söksün. Xanımın qohumu Şahinin vasitəsi ilə Xanım ilə Mübarik razılaşıb, tikdiyi evi sökməyib kənardan Mübarik Xanıma 6 sot torpaq verib, torpağı qohumu Şahin təhvil alıb. Şahinin dediyinə görə, Xanım torpağa sahiblik etməyib o da mənimsəyib, satmışdır. 14 il sonra Xanım 2008-ci ildə ondan satın aldığı torpağı qaytarmamışdır. Amma ona verdiyi pulu ondan məhkəmə vasitəsi ilə istəyir və bu barədə məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. X36 verən torpağı istəyəndə Şahin vaxt qazanmaq məqsədi ilə Xanımı məhkəməyə ondan pul istəməsi üçün yönəltmişdir. O da ondan məhkəmə vasitəsi ilə pul istəyir, torpağı geri vermir. Xanımın göstərişi ilə qızı Cavabdeh o bütün səlahiyətləri olan etibarnamə vermişdir. Etibarnamədə torpağa çıxarış almağa, ev tikməyə, torpağı satmağa, onun əvəzinə ərizə vermək, təşkilatlardan sənəd almaq uçün imza etmək, bütün səlahiyyətləri olan etibarnaməni izah edib vermişdir. Xanımın ondan alıb qızı Yeganənin adına etibarnamə yazdırdığı torpağı qaytarmır. Torpağa görə vediyi 5460 manatı istəyir. Qızı Yeganəyə verdiyi torpağı və ya pulu istəmir. Şahinlə rastlaşanda Şahin onlara Mübarikin kənardan torpaq verdiyini demişdir. Xanım o torpağa sahiblik etmir. Xanım qızı Yeganədən ona verdiyi Torpağı və ya torpağa görə verdiyi pulunu istəmir. Çox maraqlıdır. Yeganənin adına yazdırdığı torpağın pulunu ondan istəyir. Hazırda həmin torpaq sahəsi Cavabdehdır. Buna görə də 5460 və ona 14 il ərzində dəymiş maddi mənəvi ziyanlıq Cavabdeh alınıb ona verilməlidir. Ona görəki Xanımın ondan tələb etdiyi 2008-ci ildə ondan torpaq alıb qızı Yeganənin adına yazdırıb onda verdiyi 5460 manatı Yeganədən alıb anası Xanıma verim. Göründüyü kimi Cavabdeh onun hesabına əsassız varlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh 2008-ci ildə etibarnamə əsasında 5460 manata torpaq vermişdir. Hazırda digər məhkəmə mübahisəsi üzrə cavabdehin anası Xanım Aslanova həmin 5460 manat pulun alınmasını məhkəmə qətnaməsi üzrə ondan tələb edir. Cavabdehin ya torpaq sahəsini ya da pulu qayatrmasını tələb edir. Buna görə də o, öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının tələbi üzrə Cavabdeh anası Xanım Aslanova ilə məhkəmə mübahisələri olmuş və İddiaçı Ali Məhkəmənin qərarına əsasən 5460 manat alınıb Xanım Aslanovaya verilməsi qərara alınmışdır. Həmin qərarda hazırki iddiada göstərilən məsələlər araşdırılaraq iddiaçının göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1573/2023 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan tələbi” barədə iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 112 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Nazim X2 tərəfindən həvalə edilmiş etibarnamə əsasında Şəki şəhərində yerləşən torpaq sahəsini (6500 ABŞ dollar) 5460 manata X1. X33 dörd dəfə olmaqla hissə-hissə 5460 manat pulu iddiaçıya ödəmişdir. İddiaçı 30 iyul 2008-ci il tarixli etibarnaməsi əsasında iddiaçı X6 Yeganə Fərrux qızına Şəki Bələdiyyəsinin xx.xx.2006- cı il tarixli 05 saylı iclası protokoludan çıxarışa əsasən Şəki şəhərin 98 kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı və digər səlahiyyətləri etibar etmişdir. Lakin, iş materialları və Ali məhkəmənin qərarı ilə müəyyən olunur ki, hazırda mübahisəsi getdiyi torpaq sahəsinin cavabdehə təhvil verilməsi sübut edilmədiyindən İddiaçı 5460 (beş min dörd yüz altmış) manat pulun tutularaq Cavabdeh anası X26 verilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı torpaq sahəsinin cavabdehə satılmasını, təhvil verilməsini, eləcə də cavabdehin hal-hazırda ona torpaq sahəsinin dəyərinin 5460 manat olmasını, eyni zamanda borcu olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilən qanunvericilik normasından da aydın olur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

10. Bundan başqa məhkəmə iddianın “2500 manat məbləğində pulun maddi zərər kimi cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq qeyd etmişdir ki, iddia həmin hissədə də, təmin edilə bilməz.

11. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən qanunvericilik normasından da görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehə 5460 manat dəyərində olan torpaq sahəsinin verilməsi öz təsdiqini tapmadığından, eyni zamanda iddiaçı cavabdehin ona məxsus pulun qaytarılmasını gecikdirməsi nəticəsində gəlir əldə etməsini, həmin puldan faydalanmasını, ümumiyyətlə 2500 manat maddi ziyanın nədən ibarət olmasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Ona görə də, 2500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia təmin edilməməlidir.

13. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında torpaq sahəsinin satılması və cavabdehin hal-hazırda iddiaçıya 5460 (beş mi dörd yüz altmış) manat məbləğində borcunun və 2500 (iki min beş yüz) manat maddi ziyanın olması barədə lazımi sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından iddianın əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan tələbi” nə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 140, 152.1, 152.5, 386.1, 442, 443.1, 447.1, 447.7, 449.1, 459.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1, 124.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə təqdim olunan sübutlara obyektiv qiymət verməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, göstərilən Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kv.m olan mübahisəli torpaq sahəsi Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarlna əsasən X21 fərdi yaşayış evi tikintisi məqsədilə verilmişdir. Həmin qərar mülki işin materiallarına əlavə olunmuşdur.

17. X25 tərəfindən təmin torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi və s. hərəkətləri yerinə yetirməyinə dair xx.xx.2008-ci il tarixdə ona-İddiaçı, müddəti xx.xx.2033-cü ildə bitən etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında mübahisələndirilən 600 kv.m torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsi razılıq əsasında Şəki şəhərində yerləşən Alqı-satqı Mərkəzində xx.xx.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən onun tərəfindən 5460 manata X3, müqavilə satışda iştirak edən o, alıcı Xanım Aslanova, iştirakçılar X28, X15 və X37 tərəfindən imzalanmışdır.

18. Bildirir ki, torpaq sahəsi üzrə ilkin sənədləşmə aparılarkən Xanım Aslanovanın oğlu X9 qızı Günayla nişanlı olmuş, torpaq almaqda da məqsəd onlara ev tikmək olmuşdur. Bu məqsədlə də ilkin olaraq Müzəffər İsrafiov tərəfindən həmin torpaq sahəsi təmizlənərək çəpərə alınmışdır. Lakin bir müddətdən sonra onlar arasında münasibətlər pozularaq evlilik baş tutmadığından Xanım Aslanovanın xahişinə əsasən Günay İsrafilovanın adına verilmiş etibarnamə ləğv edilmiş və X6 Yeganə Fərrux qızının adına Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kv.m torpaq sahəsinə sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi və s. hərəkətləri yerinə yetirilməsinə dair etibarnamə verilmişdir.

19. Xanım Aslanova və onun qızı Cavabdeh uzun müddət həmin torpaq sahəsinə getməmiş, torpaq sahəsindən istifadə etməmiş, nəticədə 2016-cı ildə torpağa baxış keçirərkən başqa şəxs tərəfindən ev tikildiyinin şahidi olmuş, aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, həmin ev Rəşid Cabbarovdan əvvəl istifadəsində olan, lakin rəsmi qaydada Bələdiyyəyə müraciət edərək torpaq sahəsindən imtina etmiş X5 tərəfindən tikilir. Rəsmi olnmasa da gedilən danışıqlardan məlum olnmuşdur ki, Mübarək Səfərəliyeva ilə Xanım Aslanova arasında razılıq olmuş, Mübarək Səfərəliyeva tərəfindən Cavabdeh başqa sahədə torpaq sahəsi verilmişdir.

20. Göstərilənlər məkəməyə təqdim olunan müvafiq sənədlərlə təsdiqini tapmasına baxmayaraq Xanım Aslanova və qızı Cavabdeh əsassız və qanunsuz varlanma iddiasına düşərək torpaq ona təhvil verilməsinə baxmayaraq 5460 manatın ondan tələb edilməsinə dair iddia qaldırmış və buna nail olmuşdur. Faktiki olaraq torpaq sahəsi Cavabdeh verilməsinə baxmayaraq o, həm torpaq sahəsinə sahiblik edir, həmçinin ödədiyi pulu qanunsuz olaraq ondan alır. Reallıqda isə həmin pul torpağın sahibi olmuş və ona etibarnamə vermiş Rəşid Cabbarova ödənilmiş, lakin ondan qanunsuz olaraq tutulur.

21. Göstərilənlərdən başqa hesab edir ki, Cavabdeh və anası Xanım Aslanova qanunsuz və əsassız varlanmaq məqsədilə 2018-ci ildən başlayaraq onu məhkəməyə verməklə vaxtını almış, maddi ziyana salmışdır ki, buna görə də iddiada göstərilən 2500 manat maddi zərərin də ödənilməsi təmin olunmalıdır.

22. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən nəzərə almamışdır ki, Xanım Asslanova və onun qızı Cavabdeh qanunsuz və əsassız varlanmaq iddiasına düşmüş, faktiki torpaq sahəsi ona verilməsinə baxmayaraq ondan əlavə olaraq pul tələb etmişdir.

23. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh faktiki olaraq torpaq sahəsi verilmiş, (etibarnamə ilə bu fakt təsdiq olunur) lakin o uzun müddət həmin sahəyə getmədiyinə görə başqası tərəfindən orada ev tikilməyə başlanmışdır. Bu halda Cavabdeh ona verilmiş torpaq sahəsində qanunsuz ev tikən şəxsə qarşı iddia qaldırmalı idi. Lakin anası ona qarşı iddia qaldıraraq 5460 manatın ondan tutulmasına nail olmuşdur.

24. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında Alqı satqı mərkəzində müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq 5460 manatın müqabilində, Şəki şəhəri 98-ci kvartalda olan 600 kv.m torpaq sahəsi üzərində sahiblik və digər hüquqlardan istifadfə etmək məqsədilə Cavabdeh etibarnamə verilmiş və hazırda da həmin etibarnamə qüvvədədir.

25. Göstərilən halda Cavabdeh mübahisəli torpaq sahəsi üzərində sərəncam verməsinə dair etibarnaməsi vardır, faktiki olaraq həmin torpaq sahəsi üzərində sərəncam verə bilər. Ona görə də torpaq sahəsinin dəyəri olan 5460 manat ondan tutularaq ona qaytarılmalıdır.

26. Göstərilən halda da Cavabdeh anası Xanım Aslanova ondan 5460 manatı tələb etmiş və qızı Cavabdeh da faktiki olaraq 600 kv.m torpağa sahib olmuşdur ki, həmin torpağın dəyərini ona ödəməlidir.

27. Birinci inctansiya məhkəməsi işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yol verilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hesab edir ki, Cavabdeh 5460 manat və maddi zərərə görə 2500 manatın tələb edilməsinə dair məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuş, lakin onlar əlaqəli şəkildə şərh olunmamışdır.

28. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim etdikləri sübutlar nəzərə alınmamış, bir- biri ilə müqayisə olunaraq qiymət veriulməmişdir. Hesab edir ki, əvvəlki mülki işdə iddiaçı X33, cavabdeh isə o, olmuşdur. Mövcud iş üzrə cavabdeh olaraq Cavabdehdır.

29. Məhkəmə baxışı zamanı təqdim olunmuş, Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarı, verilmiş etibarnamələr və digər sənədlərə obyektiv qiymət verməmiş, digər sübutlarla əlaqəli şəkildə təhlil etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Şəki şəhəri 98-ci kvartalda yerləşən torpaq sahəsi faktiki olaraq Cavabdeh verilmiş, həmin torpaq üzərində sahiblik ona məxsusdur. Ona görə də torpağın dəyəri olan 5460 manat ondan alınaraq ona verilməlidir.

30. Şəki Rayon Məhkəməsi tərəfindən işə baxılarkən təqdim olunmuş sənədlərlə tam sübut olunmuşdur ki, mübahisəli torpaq sahəsi Cavabdeh verilmişdir.

31. Şəki Rayon Məhkəməsinuin xx.xx.2023-cü il tarixli 2(075)-1573/2023 saylı qətnaməsinə əsasən pul və ziyan barədə İddiaçı Şəfayət oğlunun iddiası rədd edilsə də, göstərilən nəticə işin faktiki hallarına uyğun gəlmir, təqdim olunan və məhkəmə baxışında araşdırılan sübutlarla təsdiq olunmur.

32. 1.X9 və X32 izahatları. 2.Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 sayllı protokoluna əsasən çıxarılmış 23 saylı qərarın surəti və torpaq sahəsinin sxemi. 3.Aqlqı-satqı Mərkəzində bağlanmış müqavilənin surəti. 4. Şəki Bələdiyyəsinin 18.05..2017-ci il tarixli 268 saylı arayışı. 5. xx.xx.2008-ci il tarixli etibarnamənin surəti. Həmin sənədlər birinci instansiya məhkəməsinə tərəfindən təqdim olunmasına baxmayaraq işə əlavə olunmamış və həmin sənədlərə obyektiv qiymət verilməmişdir.

33. Odur ki, Şəki Rayon Məhkəməsinuin xx.xx.2023-cü il tarixli 2(075)-1573/2023 saylı qətnaməsini ləğv edərək iddiasının təmin olunması, Cavabdeh 6 sot torpağın dəyəri olan 5460 manatın, 14 il ərzində dəymiş maddi zərərə görə 2500 manatın və dövlət rüsumu olaraq ödənilmiş 112 manatın alınaraq ona verilıməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı yazılı etirazında Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1573/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1573/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında İddiaçı, yaxud Mübarik adlı şəxs tərəfindən Cavabdeh hər hansı bir torpaq sahəsinin verilmədiyini, Cavabdeh İddiaçı hesabına əsassız varlanmadığını, Cavabdeh tərəfindən İddiaçı heç bir ziyanın vurulmadığını göstərmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

43. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1573/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinuin xx.xx.2023-cü il tarixli 2(075)- 1573/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Nazim X4 tərəfindən ona verilmiş etibarnamə əsasında Şəki şəhərində yerləşən torpaq sahəsini buna dair hər hansı bir notarial müqavilə imzalanmadan X26 5460 manata satmışdır. X33 dörd dəfə olmaqla hissə-hissə 5460 manat pulu iddiaçıya ödəmişdir. İddiaçı 30 iyul 2008-ci il tarixdə verdiyi etibarnamə ilə Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclası protokoludan çıxarışa əsasən Şəki şəhərin 98 kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı və digər səlahiyyətləri X6 Yeganə Fərrux qızına etibar etmişdir. X22 İddiaçı qarşı 5460 manat və iddia ərizəsinə görə ödənilmiş 75 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(102)- 872/2023 nömrəli qərarı ilə təmin edilmişdir. İddiaçı X22 pul vəsaitini ondan məhkəmə qaydasında tələb etməsinə baxmayaraq, ondan aldığı torpağı qaytarmamasına, Xanım Aslanovanın deməsinə görə 30 iyul 2008-ci il tarixdə Xanımın qızı Cavabdeh etibarnamə verməsinə, hazırda həmin torpaq sahəsinin Cavabdeh olmasına, Cavabdeh onun hesabına əsassız varlanmasına, ona maddi ziyan vurmasına istinad edərək, Cavabdeh 6 sot torpağın dəyəri olan 5460 manatın və ona 14 il ərzində dəymiş maddi ziyanlığa görə 2500 manatın alınmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini əsassız hesab etmişdir. Lakin cavabdehin iddiaçının hesabına əsassız varlanması və cvabdehin iddiaçıya ziyan vurması öz təsdiqini tapmamışdır.

48. Məhkəmə kollegiyası apelyasiya şikayətinin Cavabdeh adına Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kv.m torpaq sahəsinə sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi və s. hərəkətləri yerinə yetirilməsinə dair etibarnamə verilməsi, faktiki olaraq torpaq sahəsinin Cavabdeh verilməsi, onun torpaq sahəsinə sahiblik etməsi, Cavabdeh həmin torpağın dəyərini ona ödəməli olması, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən Cavabdeh faktiki olaraq torpaq sahəsinin verilməsini nəzərə almaması, etibarnamə ilə bu faktın təsdiq olunması, Cavabdeh ona verilmiş torpaq sahəsində qanunsuz ev tikən şəxsə qarşı iddia qaldırmalı olması, Şəki Rayon Məhkəməsi tərəfindən işə baxılarkən təqdim olunmuş sənədlərlə mübahisəli torpaq sahəsinin Cavabdeh verilməsinin tam sübut olunması, məhkəmə baxışı zamanı təqdim olunmuş, Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarı, verilmiş etibarnamələr və digər sənədlərə obyektiv qiymət verilməməsi, digər sübutlarla əlaqəli şəkildə təhlil edilməməsi, məhkəmənin Şəki şəhəri 98-ci kvartalda yerləşən torpaq sahəsinin faktiki olaraq Cavabdeh verilməsini nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

49. İşdə olan Şəki İ saylı notariat ofisinin 30 iyul 2008-ci il tarixli etibarnaməsindən görünür ki, X18 İddiaçı verdiyi etibarnamə əsasında İddiaçı Cavabdeh Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclası protokolundan çıxarışa əsasən Şəki şəhərinin 98-ci kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsiilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, etibarnamənin verilməsi hələ özüözlüyündə etibarnamədə verilmiş səlhiyyətlərin realizəsi imkanını verən hal deyildir. Belə ki, etibar edilmiş şəxs tərəfindən etibarnamədə verilən səlahiyyətlərin realizəsi üçün etibarnamənin verildiyi daşınmaz əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mütləq şərtdir.

51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

52. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

53. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının 12 sentyabr 1994-cü il tarixli, İ/482 nömrəli sərəncamından çıxarışdan görünür ki, Şəki şəhəri, 31-rayon, Lenin küçəsi 168, 26 nömrəli evdə yaşayan X18 istifadəsinə şəhərin 98-ci kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı yaşayış evinin tikintisinə icazə verilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialı ilə Şəki şəhər İcra Hakimiyyəti Başçısının 12 sentyabr 1994-cü il tarixli, İ/482 nömrəli sərəncamı ilə X18 istifadəsinə şəhərin 98-ci kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, beləliklə də adına etibarnamənin verilməsinə baxmayaraq, Cavabdeh həmin əmlakı özgəninkiləşdirmək imkanına malik olması halı müəyyən edilməmişdir.

55. Bundan əlavə kollegiya qeyd edir ki, Cavabdeh adına etibarnamənin verilməsi həmin torpaq sahəsinin birbaşa Cavabdeh adına rəsmiləşdirilməli olması anlamına da gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

56. Qeyd edilənlərdən əlavə iş materialları ilə 600 kv.m torpaq sahəsinin Cavabdeh faktiki olaraq sahibliyinə verilməsi halı da müəyyən edilməmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin tərəflər arasında alqı satqı mərkəzində müqavilə bağlanmasını nəzərə almaması, müqavilənin şərtlərinə uyğun olaraq 5460 manatın müqabilində, Şəki şəhəri 98-ci kvartalda olan 600 kv.m torpaq sahəsi üzərində sahiblik və digər hüquqlardan istifadfə etmək məqsədilə Cavabdeh etibarnamə verilməsi, hazırda da həmin etibarnamənin qüvvədə olması, Cavabdeh mübahisəli torpaq sahəsi üzərində sərəncam verməsinə dair etibarnaməsinin olması, faktiki olaraq həmin torpaq sahəsi üzərində sərəncam verə bilməsi, ona görə də torpaq sahəsinin dəyəri olan 5460 manatın ondan tutularaq ona qaytarılmalı olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından İddiaçı ilə Cavabdeh arasında alqı satqı mərkəzində müqavilə bağlamaları halı müəyyən edilməmişdir.

58. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

59. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

60. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mübarək Səfərəliyeva tərəfindən Cavabdeh başqa sahədə torpaq sahəsinin verilməsi, Cavabdeh ona verilmiş torpaq sahəsində qanunsuz ev tikən şəxsə qarşı iddia qaldırmalı olması barədə dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən X14 İsmayılovaya Şəki şəhəri 98-ci kvartalda olan 600 kv.m torpaq sahəsinin əvəzində başqa sahədə torpaq sahəsinin verilməsinə dair bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş proseduarlara riayət edilmiş hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh qanunsuz və əsassız varlanmaq məqsədilə 2018-ci ildən başlayaraq onu məhkəməyə verməklə vaxtını alması, maddi ziyana salması, iddiada göstərilən 2500 manat maddi zərərin də ödənilməsinin təmin olunmalı olması, Cavabdeh 5460 manat və maddi zərərə görə 2500 manatın tələb edilməsinə dair məhkəməyə kifayət qədər sübutlar təqdim olunması, lakin onların əlaqəli şəkildə şərh olunmaması, birinci inctansiya məhkəməsinin işdə olan sübutları təhlil etməməsi, onların mötəbərliyini yoxlamaması, X16 İsmayılovanın qanunsuz və əsassız varlanmaq iddiasına düşməsi, faktiki torpaq sahəsi ona verilməsinə baxmayaraq ondan əlavə olaraq pul tələb etməsinin birinci instansiya məhkəməsi tərəfindən sübutlara qiymət verilərkən nəzərə alınmaması, iddiasının rədd edilməsinə dair nəticənin işin faktiki hallarına uyğun gəlməməsi, təqdim olunan və məhkəmə baxışında araşdırılan sübutlarla təsdiq olunmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

65. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X9 və X32 izahatlarının, Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 sayllı protokoluna əsasən çıxarılmış 23 saylı qərarın surətinin və torpaq sahəsinin sxeminin, Aqlqı-satqı Mərkəzində bağlanmış müqavilənin surətinin, Şəki Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 268 saylı arayışının, xx.xx.2008-ci il tarixli etibarnamənin surətinin birinci instansiya məhkəməsinə təqdim olunmasına baxmayaraq işə əlavə olunmaması və həmin sənədlərə obyektiv qiymət verilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

67. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Şəki Rayon Məhkəməsi də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Hansı ki, iş materiallarından göründüyü kimi iddia ərizəsinin və iddiaçının birinci instansiya məhkəməsinin qəbul etmədiyini göstərdiyi Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 sayllı protokoluna əsasən çıxarılmış 23 saylı qərarının, torpaq sahəsinin sxeminin, Aqlqı-satqı Mərkəzində bağlanmış müqavilənin, xx.xx.2008-ci il tarixli etibarnamənin birinci instansiya məhkəməsinə elektron qaydada təqdim edilməsi müəyyən edilmişdir. Sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə göndərilməsi üçün heç bir məhdudiyyət olmadığından iddiaçının Şəki Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 268 saylı arayışını, X9 və X32 izahatlarını da həmin qaydada məhkəməyə göndərmək imkanı olmuşdur.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Xanım Aslanova ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, X33 hazırkı mübahisənin tərəfi deyildir və X33 ilə İddiaçı arasında 5460 manat pul vəsaiti ilə bağlı olan mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 29102)-872/2023 nömrəli qərarı ilə hüquqi qiymət verilmişdir.

69. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı hesabına əsassız varlanması, Cavabdeh İddiaçı maddi ziyan vurması hallarının müəyyən edilməməsinə dair gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir.

70. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1573/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1573/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar