Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1790/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-57/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-57/2020 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ona məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin boşaldılması tələbi”nə dair iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu Nurlan Allahverdiyev ilə 2017-ci ildə ailə qurmuş, ona məxsus fərdi yaşayış evinnə köçərək onlarla birlikdə yaşamışdır. 2019-cu ildə isə oğlundan boşanmışdır. Cavabdeh ona məxsus fərdi yaşayış evini tərk etmiş, cehiz əşyaları və ona məxsus digər əşyalar onun evində qalmışdır. Cavabdeh hazırda övladı ilə birlikdə valideyinlərinin yanında yaşayır. Cavabdeh ona məxsus fərdi yaşayış evindən istifadə hüququnun verilməsinə dair iddia tələbinə Qax Rayon Məhkəməsində baxılmış vəcavabdehin evə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh onun evində yaşamasına razı deyildir. Həmin ev özünün qanuni mülkiyyətidir. Simuzərin onun evində yaşaması ilə bağlı onunla aralarında heç bir razılaşma yoxdur. Simuzərə məxsus cehiz və digər əşyalar onun evində yığılıb qalmışdır. Ona görə də, özünün mülkiyyətində olan evdən sərbəst istifadə edə bilmir. Nəticədə onun evlə bağlı mülkiyyət hüquqları pozulur. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraicət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ona məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və ona məxsus əşyaların həmin evdən çıxarılaraq evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İİddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, o iddia ərizəsində iddiaçı Cavabdeh ilə oğlu Nurlan Allahverdiyevin 2017-ci ilin oktyabr ayında evləndiyini və 5 ay birlikdə yaşadıqdan sonra ayrıldıqlarını, cavabdehə məxsus olan cehiz əşyalarının ona məxsus olan evdə olduğunu bildirmişdir. Qeyd edir ki, hazırda tərəflər Zaqatala rayon xx.xx.2019-cu il tarixli, 2(033)-907/2019 saylı qətnaməsi ilə boşanmışlar. Məhkəmə hazırkı işi Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-l09/2019 saylı qətnaməsinə istinad etmişdir. Belə ki, X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yaşayış sahəsindən istifadə hüququnun verilməsi və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-109/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş iddiaçı Cavabdeh İddiaçı məxsus olan Qax rayonu Şotavar kəndində yerləşən evə köçürülməsi qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə isə həmin qətnamənin icra olunmadığını qeyd etmiş və bu halda hazırkı iddia tələbinin təmin olunması üçün əsas olmadığı qeyd edilmişdir. Lakin tələbkar evə köçməkdən imtina etmiş və icra sənədi icra məmurunun qərarı ilə geri qaytarılmışdır. Sonradan isə icra sənədi məhkəmənin müvafiq qərardadı ilə icraya qaytarılmışdır. Hazırkı iddia tələbləri təmin olunduğu təqdirdə Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)- 109/2019 saylı qətnaməsinin icrasına ehtiyac olmayacaqdır. Hesab edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(024)-57/2020 saylı qətnaməsi ilə onun mülkiyyət hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, cavabdehlə aralarında ona məxsus olan evlə bağlı heç bir razılaşma yoxdur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, yaşayış evi hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdehin həmin evə köçürülməsi barədə qətnamə olmasına baxmayaraq, bugünə kimi köçməmiş, əksinə əlavə şərtlər tələb edir. Cavabdehin həmin evdə istifadə hüququ yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o mübahisəli evə gəlin köçərkən evin sənədi olmamışdır. Onun həmin evə köçməsi ilə bağlı qətnamə, eyni zamanda qətnaməyə izah verilməsi barədə qərardad olmasına baxmayaraq, iddiaçı tərəf onu həmin evə buraxmır. Əksinə hər dəfə müxtəlif bəhanələrlə onu məhkəməyə verir. Hazırda yaşamağa yeri yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-57/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Reyestr nömrəsi **********19-10301, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019cu il qeydiyyat tarixli Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində 0.28 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92 kv.m olan fərdi yaşayış evi İddiaçı tam, evin yerləşdiyi 0.28 ha torpaq sahəsi isə X6, X3, X4, X10 ümumibirgə mülkiyyətindədir. Qax RİHB-nın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 586 saylı arayışdan görünür ki, İddiaçıQax rayonu Şotavar kəndində yaşayır. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)109/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilərək Cavabdeh Qax rayonu Şotavar kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(107)1641/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)109/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)- 6132/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(107)1641/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2018-ci il tarixli “Akt”ın surətindən görünür ki, İddiaçı məxsus Qax rayonu Şotavar kəndsində yerləşən fərdi yaşayış evində Cavabdeh məxsus bir ədəd divan-kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd qab-qacaq şkafı, 2 ədəd güzgü trimo, 1 ədəd jurnal stolu, 23 ədəd lüstur, 2 dəst pərdə, 1 ədəd güldan, 1 ədəd divar saatı, 2 ədəd sandıq, 1 ədəd taxt, yataq dəsti, 1 ədəd tozsoran, 1 ədəd çörəkbişirən soba, 1 ədəd ütü, 1 ədəd şifoner, 1 ədəd ütü altlığı, 2 ədəd yataq otağı, tumbolar, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd lampa, 2 ədəd xalça, qab-qacaqlardan ibarət əşyaları vardır. Məhkəmə kollegiyasının iclası zamanı tərəflərin izahatlarından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdeh Abdullayeva X5 Nurlan Eyvaz oğlu ilə nikahlarını xx xxxxxx 2017-ci ildə rəsmiləşdirərək ailə həyatı qurmuşdur. Həmin vaxtı iddiaçı Cavabdeh Nurlan Allahverdiyevin ailə üzvlərinin yaşadığı Qax rayonu Şotavar kəndində yerləşən evdə yaşamağa başlamışdır. Münasibətləri pisləşdiyindən nikahları məhkəmə qətnaməsi əsasında pozulmuş, bundan sonra cavabdeh valideynlərinə məxsus evdə yaşamağa məcbur olmuşdur. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)109/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh Qax rayonu Şotavar kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin mülki işə baxılan zaman qeyd olunan fərdi yaşayış evinin qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququnu müəyyən edən sənədləri mövcud olmadığından iddia tələbinin cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair hissəsi rədd edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Mübhaisəli ev hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdeh hələ də iradəsindən asılı olmayan səbəbdən mübahisəli evə köçə bilməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı” iş üzrə xx xxxx 2003- cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir” R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli Qəraında qeyd edilmişdir ki, Mülki Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki-hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Lakin Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamışdır. Bununla belə, bir çox mülki hüquq münasibətləri uzanan xarakter daşıyır, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi isə dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı mümkündür. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətlərin məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onların hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, yuxarıda qeyd edildiyi kimi cavabdehin mübahisəli yaşayış evinə köçürülməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq iddiaçı sonuncunu həmin evdə yaşamasına şərait yaratmır, əksinə hazırki iddianı verməklə cavabdehi əşyaları ilə birlikdə həmin evdən çıxarmaq istəyir. İkinci, apelyasiya məhkəməsinin araşdırması zamanı iddiaçıya bu kimi iddialarla bağlı kompensasiya institutunun mahiyyəti nəzərinə çatdırılsa da, sonda iddiaçı tərəf qanunvericilikdən xəbərdar olduğunu və israrlı şəkildə heç bir kompensasiya ödəmək fikrinin olmadığını bildirmişdir. Məhz bu səbəblərdən də apelyasiya instansiya məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə də razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-57/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslərvə maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1790/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1790/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver