Məhkəmə qərarları › İş №2(107)-1793/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1793/2021

29.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1793/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi İddiaçı, cavabdeh X3 Ağsu X16 İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh X3 Ağsu X16 İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 31 may 2021-ci il tаrixli qətnaməsindən cavabdeh X3 Ağsu X16 İdarəsinin nümayəndəsi X11 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 31 may 2021-ci il tаrixli (hakim Anar Əsgərov) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İB X23 İstismar İdarəsinin “Əmək və icra intizamı haqqında” 02 mart 2021-ci il tarixli, SOCAR**********00040020A00083 saylı əmri İddiaçı aid hissədə ləğv edilsinqət edilmişdir. işin hаllаrı : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Ağsu X16 İdarəsinin 02 mart 2021-ci il tarixli, SOCAR**********00040020A00083 nömrəli əmrinin onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının ¼ məbləğində cərimə edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, 1990-cı ildən Cavabdehndə işləməklə hazırda da həmin Birliyin Ağsu X16 İdarəsinin Ucar rayonu üzrə “Sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi” vəzifəsində işləyir. Cavabdeh Ağsu X16 İdarəsinin 02 mart 2021-ci iltarixli, SOCAR**********00040020A00083 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən, aylıq əmək haqqının ¼ məbləğində cərimə edilmişdir. Halbuki, əmrin əsaslandırıcı hissəsində göstərilən nöqsanlarla bağlı heç bir təqsiri yoxdur. Əmrin 12-ci bəndində göstərilmişdir ki, G-4 markalı ******* nömrəli qaz sayğacına ümumi baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşildiyi müəyyən olunmuş, lakin Ucar Xidmət Sahəsinin işçiləri tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda bu məlumatın öz əksini tapmaması, sayğac çıxarılma aktına onun imza etməyi qeyd edilmişdir. Bundan başqa, əmrin 13-cü bəndində G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi və yapışqan maddə ilə yenidən yerinə bərpa olunuğu müəyyən olunmuş, lakin Ucar Xidmət Sahəsinin işçiləri tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda bu məlumatın öz əksini tapmaması, sayğac çıxarılma aktına onun imza etməyi qeyd edilmişdir. Hər iki sayğacda gözlə görünən qüsur aşkar olunmamışdır. Mübahisəli əmrlə tək cəzalandırılsa da həmin sayğaclara tək baxış keçirməmiş və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta da tək imza etməmişdir. Hər iki aktda çilingər Zahir Hümmətov da imza etmişdir. Lakin Cavabdeh Ağsu X16 İdarəsinin rəhbərliyi onunla qərəzli olduğundan, ümumiyyətlə çilingərin izahatını almadan onu cəzalandırmışdır. Halbuki, verdiyi 15.02.2021-ci il tarixli izahatında çilingərin adını da göstərmişdir. İzahatında bildirmişdir ki, mübahisəli əmrdə göstərilən sayğacların açılıb yenisi ilə əvəz olunması prosesində həmin sahəyə nəzarət edən (biliriş verən) nəzarətçi çilingər Fərman Əsgərov və müqavilə işçisi adlanan (Dost iş mərkəzindən göndərilən işçi) Vidadi Vəliyev də iştirak ediblər. İzahatları alınmadan ona cəza verilmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək əlavə olaraq qeyd etdi ki, qaz xətti üzərindən çıxarılan istismar müddəti bitmiş (qusurla işləyən) sayğaclar, Ucar Xidmət Sahəsinin anbarına təhvil veriləndə anbardar tərəfindən sayğacların qəbul olunması barədə sənədləşdirmə aparılmadığından, bilərəkdən gələcəkdə bu və digər xoşagəlməz halların yaranmasına şərait yaradılır. Belə ki, həmin qüsurlu sayğaclar xeyli müddətdən sonra Ucar Xidmət Sahəsinin anbarından yük avtomaşınlarına yüklənərək Ağsu X16 İdarəsinin anbarına eyni qaydada, yəni sənədləşdirmə aparılmadan təhvil verilir. Etirazda qaz xətti üzərindən çıxarılan istismar müddəti bitmiş sayğacın birisinin deşici alətlə deşilməsi və digər bir sayğacın isə qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən bərpa olunması qeyd edilmişdir. Əgər doğrudanda sayğaclar Dövlət Yoxlayıcısının nəzarəti altında yoxlanılıbsa, bəs onda adı hallanan deşici alətin, eləcə də yapışqanın markası və növü barədə nə üçün açıqlama verilmir?! Hansı ki, iddia ərizəsində bildirmişdir ki, açılan qaz sayğaclara yerində baxış keçirilən zaman gözlə görünən qüsur aşkar olunmamış və akt iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Hansısa deşici alətlə sayğaca deşik açmaq və kəsilmiş zavod qurğuşun plombu yapışqan maddə ilə yapışdıraraq yenidən yerinə bərpa edilməsi əməliyatlarının cavabdeh qurum tərəfindən törədilməsi mümkündür. Çünki istismar müddəti bitmiş həmin sayğaclar qaz xəttindən çıxarıldıqdan üç ay sonra müayinədən keçirilmişdir. Cavabdeh 02 mart 2021-ci il tarixli intizam tənbehi barədə olan əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2ci maddəsinin tələbini kobud surətdə pozaraq həmin əmri, olmayan xətanın qeydə alındığı güman edilən müddətdən bir təqvim ay zaman keçdikdən sonra əmrləşdirmişdir. Bu da əsas verir ki, həmin əmrin ona aid olan hissəsinin ləğv edilməsi qanuna müvafiqdir. Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinin səbəbi onun xidmət göstərdiyi ərazidə istismar müddəti bitmiş qaz sayğaclarının əvəzlənməsi işini həyata keçirərkən sayğacların girişində quraşdırılmış fərdi qaz tənzimləyicinin işçilərinin sökülməsi müqabilində pul tələb edildiyi məlum olunmuşdur. Bununla bağlı araşdırılma aparılmış və fakt öz əksini tapmışdır. Bundan əlavə, iddiaçıya cavabdehin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, aylıq əmək haqqının ¼ hissəsi məbləğində tutulması barədə intizam tənbehi verilmişdir. Həmin əmrin verilməsinə səbəb iddiaçının xidmət göstərdiyi ərazidə əhali abonentlərin qaz xətti üzərindən çıxarılan və istismar müddəti bitmiş məişət tipli qaz sayağaclarına baxış keçrilən zaman sayğacın deşici altələ deşilməsi və başqa bir sayğacın isə qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi və yapışqan maddə ilə yenidən yerinə bərpa olunduğu müəyyən edilmişdir. Belə ki, Ucar Xidmət Sahəsinin xidmət sahəsində quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacına ümumi baxış keçirilərkən, sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşildiyi müəyyən olunmuşdur. Lakin Ucar Xidmət Sahəsinin işçiləri tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda bu məlumat öz əksini tapmamışdır. Sayğacın çıxarılma aktına iddiaçı imza etmişdir. Bundan əlavə, Ucar Xidmət Sahəsinin xidmət sahəsində quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilərkən, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsildiyi və yapışqan maddə ilə yenidən yerinə bərpa olunduğu müəyyən olunmuşdur. Lakin Ucar Xidmət Sahəsinin işçiləri tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda bu məlumat öz əksini tapmamışdır. Sayğac çıxarılma aktına iddiaçı imza etmişdir. Çıxarılan qaz sayğaclarına Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilərkən qaz sayğaclarına müdaxilə olunması barədə rəy verilmişdir. Göründüyü kimi iddiaçının barəsində tətbiq olunmuş intizam tənbehləri ayrı-ayrı intizam xətalarına görə əmək qanunvericiliyinə uyğun görülmüş tədbirlərdir. Odur ki, ərizənin rədd olunmasını xahiş etdi. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh X3 Ağsu X16 İdarəsinin nümayəndəsi X11 apelyasiya şikayətini qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi ilə əsaslandırmışdır. işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə iclasında iddia ərizəsinə uyğun çıxış edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən, Ağsu Rayon Məhkəməsinin 31 may 2021-ci il tаrixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh X3 Ağsu X16 İdarəsinin nümayəndəsi X2 nöqsan aşkar edildikdən sonra rəsmlədirilərək məhv edildiyini bildirərək apelyasiya şikayətinin təmin edilməsini Ağsu Rayon Məhkəməsinin 31 may 2021-ci il tаrixli qətnaməsinin ləv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İş materiallarına əlavə edilmiş cavabdehin 21.12.2020-ci il tarixli, 20A00240 saylı “Əmək və icra intizamı haqqında” əmrinin surətindən görünür ki, Cavabdeh İB-nin Ağsu X16 İdarəsinin Ucar rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin 02.03.2021-ci il tarixli, SOCAR**********00040020A00083 saylı “Əmək və icra intizamı haqqında” əmrinin surətindən görünür ki, Cavabdeh İB-nin Ağsu X16 İdarəsinin Ucar rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən aylıq əmək haqqının ¼-i məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Ağsu X16 İdarəsinin Ucar rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi İddiaçı tərəfindən Cavabdeh İB-nin Ağsu X16 İdarəsinin rəisinə verdiyi izahatında qeyd etmişdir ki, 19.10.2020-ci il tarixdə Müşərrəf Məmmədova məxsus ******* nömrəli qaz sayğacı və Tarıyel Qasımova məxsus ******* nömrəli qaz sayğacları əməkdaşların iştirakı ilə yenisi ilə əvəzlənərkən baxış keçirilmiş və heç bir qüsur tərəfindən aşkar edilməmişdir. Ona görə də, tərtib edilən aktda qüsur haqqında heç bir məlumat qeyd edilməmişdir. Həmin sayğacların göstəricisi ayda iki dəfə sahə nəzarətçi çilingər tərəfindən oxunur və nəzarət edilir. Sayğaclarda hər hansı qüsur olmuş olsaydı, çilingər tərəfindən aşkar edilərdi. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 19.10.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Tarıyel Qasımova məxsus yaşayış ünvanında ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün başqa sayğacla əvəzlənmiş, aktın qeydlər hissəsində heç bir qeyd aparılmamışdır. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 19.10.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Müşərrəf Məmmədovaya məxsus yaşayış ünvanında ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün başqa sayğacla əvəzlənmiş, aktın qeydlər hissəsində heç bir qeyd aparılmamışdır. İş materiallarına əlavə edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə MSK- 29/1710-00524-1 nömrəli aktın surətindən görünür ki, ******* nömrəli qaz sayğacı üzrə yoxlamanın nəticəsi olaraq “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub”, ******* nömrəli qaz sayğacı üzrə “sayğacın hesablama mexanizminin pslastmas qapağının qoruyucu şüşəsi deşici alətlə deşilib” qeydi edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan hallara düzgün hüquqi qiymət verməmiş və işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İB-nin Ağsu X16 İdarəsinin Ucar rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi vəzifəsində işləyir. ******* nömrəli və ******* nömrəli qaz sayğaclarında 29.01.2021-ci il tarixdə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən aşkar edilmiş nöqsanları 19.10.2020-ci il tarixdə işlədiyi ərazi üzrə xidmətdə olarkən baxış keçirdikdə gözlə görünən qüsur müəyyən edilməmişdir. Bu barədə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 19.10.2020-ci il tarixli ******* və ******* nömrəli aktlarda qüsur barədə hər hansı qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh sayğacda olan qüsurun gözlə görülə biləcək qüsur olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 31 may 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, 02.03.2021-ci il tarixli, SOCAR**********00040020A00083 saylı “Əmək və icra intizamı haqqında” əmrinin surətindən görünür ki, Cavabdeh Baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov tərəfindən yazılmış 09.02.2021-ci il tarixli, SOCAR**********31520012X00081 saylı xidməti yazının araşdırılaraq icra edilməsi Ağsu RQİİ-nin Hüquq şöbəsinə həvalə edilmişdir. Ağsu RQİİ-nin Hüquq şöbəsinin rəisi K.K.Mustafayevin 24.02.2021-ci il tarixli SOCAR**********30490075X00067 saylı xidməti yazısında göstərildiyi kimi, Ağsu RQİİ-nin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi Babaşov Rəşad Elşad oğlu, Ağsu RQİİ-nin Kürdəmir rayonu üzrə üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi X7, həmin xidmətin mühəndisi X14, Şamaxı rayonu üzrə üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi X4, həmin xidmətin mühəndisləri X5 və X1, Ucar rayonu üzrə üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi X15 və Ucar rayonu üzrə üzrə Sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" bəndində nəzərdə tutulmuş əsas peşə və vəzifələrini, onlarla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, vəzifə təlimatında göstərilmiş əsas vəzifə və funksiyaları layiqincə yerinə1 yetirməmiş, öz işinə məsuliyyətsiz yanaşmışdırlar. Məktubda göstərilmişdir ki, Cavabdeh İB-nin İdarəetmə aparatının Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin mütəxəssisləri tərəfindən 25.01.2021-ci il tarixindən - 29.01.2021- ci il tarixədək Ağsu RQİİ-nin xidməti ərazilərində əhali abonentlərinin qaz xətti üzərindən çıxarılan və istismar müddəti bitmiş (qüsurla işləyən) məişət tipli qaz sayğaclarına yerlərdə fərdi qaydada texniki baxış keçirilərək, yoxlama işləri aparılmışdır. Baxış keçirilərkən bir sıra ciddi nöqsanlar aşkar olunmuşdur. Belə ki, Regionun anbarında toplanmış sayğaclara baxış keçirilərkən məlum olmuşdur-ki, sayğaclardan 15 (on beş) ədədi müdaxilə olduğu halda, Ağsu RQİİ-nin işçiləri işə məsuliyyətsiz yanaşaraq müdaxilə olan sayğacları seçməmiş, Xidmət sahəsi tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması haqqın aktda müdaxilə halı qeyd etməmiş və vaxtında Dövlət yoxlamasına gönədirlməsi təmin edilməmişdir Belə olan halda məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacları əməkdaşların iştirakı ilə yenisi ilə əvəzlənərkən baxış keçirilmiş və heç bir qüsur tərəfindən aşkar edilməmişdir. Ona görə də, tərtib edilən aktda qüsur haqqında heç bir məlumat qeyd edilməmişdir. Həmin sayğacların göstəricisi ayda iki dəfə sahə nəzarətçi çilingər tərəfindən oxunur və nəzarət edilir. Sayğaclarda hər hansı qüsur olmuş olsaydı, çilingər tərəfindən aşkar edilərdi şəklində izahatları həqiqəti əks etdirmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. MPM-in 385.1.3-385.1.4-cü maddələrinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir (MPM-in 389-cu mad). MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаd). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, əsaslı olduğundann apelyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 31 may 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli və ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, iddiaçının yalnız onunla bağlı qərəzli olaraq aylıq əmək haqqının ¼ məbləğində cərimə olunmasını göstərsə də, kollegiyanın iclasında qeyd edilən iş materiallarına əlavə edilmiş 02 mart 2021-ci il tarixli əmrdə ərizəçi ilə yanaşı digər əməkdaşlara da töhmət verilməsi müəyyən edilmişdir. Bundan başqa məhkəmə kolegiyası “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunmasını və “sayğacın hesablama mexanizminin pslastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşilməsi”nin gözlə görünməməsini mümkün hesab etmir və qeyd edir ki, işə götürən tərəfindən məsul işçilərin əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin, vəzifə təlimatında göstərilmiş əsas vəzifə və funksiyaları layiqincə yerinə yetirmədikləri və öz işlərinə məsuliyyətsiz yanaşmaları ilə bağlı gəldikləri nəticə və bunla bağlı X11 barəsində olan əmr düzgün olmuşdur. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh X3 Ağsu X16 İdarəsinin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 31 may 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar