Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1799/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(039)-991/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 07 iyul 2021-ci il tarixli 2(039)-991/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdeh X1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı1 və İddiaçı2) iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 (bundan sonra cavabdeh və ya Gülyanaq Mansurova) ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışla ünvan 1 saylı fərdi yaşayış evi X5 tam mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsi X11, İddiaçı2 və İddiaçı1 Məhəmmədiyə qızının ümumi birgə mülkiyyətindədir. Evin mülkiyyətçisi Nuru Zeynalov İddiaçı1 qaynatası, İddiaçı2 isə babasıdır. Nuru Zeynalov 1978-ci ildə vəfat etmişdır. Hazırkı cavabdehlə razılaşaraq evlərini 13000 manata satmaq qərarına gəlmişlər. Cavabdeh ona cəmi 4000 manat pul vermiş, yerdə qalan 9000 manatı isə ödəməkdən yayınmışdır. Cavabdeh hazırda onlara məxsus evdə yaşayır və 4 aydan artıqdır ki, onlar kirayələrdə qalırlar. Qanunsuz olaraq evinə daxil olmuş cavabdehin ünvan 1 saylı fərdi yaşayış evindən dərhal çıxarılmasını istəyirlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək izahatında bildirmişdir ki, cavabdehin evin satışı üçün ona verdiyi 4000 manatın qaytarılması ilə bağlı məhkəmə qətnaməsi var. O, evini satan kimi cavabdehə olan borcunu qaytaracaqdır. Lakin hazırda yaşamağa yeri yoxdur, cavabdehin evdən çıxarılmasını istəyir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıya evi almaq məqsədi ilə verdiyi 4000 manat pulu qaytardıqdan sonra həmin evdən çıxacağını bildirərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(039)-991/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Gülyanaq Mansurova tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evinə dair iddiaçıların mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, məhkəmə qətnaməsində sərgiləndiyi kimi, iddiaçıların ona 4000 (dörd min ) manat pul borcları vardır və həmin məbləği onu aldadaraq ondan almışlar. Əslində, özlərinə məxsus olmayan evi ona satacaqlarını vəd edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ona təhvil vermiş və bunun müqabilində ondan 4000 manat pul vəsaitini avans olaraq almışlar. O, aldadıldığını başa düşdükdən sonra dərhal məhkəmədə iddia qaldırmışdır. Hazırkı iş üzrə iddiaçılar ondan aldıqları 4000 manatı qaytarmaq əvəzinə onun evdən çıxarılmağı ilə bağlı iddia qaldırmışlar. O, onsuz da evdən çıxmaq istəyir. Lakin 4000 manat pulu ona qaytarıldıqdan sonra. Məhkəmə bu hala da qiymət verməmişdir. İddiaçılar onun kimi onlarla günahsız şəxsi aldadaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini satmaq istədiklərini bildirmişlər. Onun kimi onlarla şəxsdən pul almışlar. Sonda isə özlərini yazıq insan kimi təqdim edərək pulların ödənilməsindən yayınırlar. O, hazırkı iddia tələbini bu şərtlə qəbul edə bilər ki, ondan alınmış 4000 manat tam olaraq ona qaytarılsın. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsindən həm də ona görə narazıdır ki, iddiaçılar ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri deyillər. Məhz bu hala məhkəmə hüquqi qiymət verməmişdir İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 10.10.2014-cü il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evi X5, həmin evin yerləşdiyi 0.59 ha torpaq sahəsinə X7, İddiaçı1, İddiaçı2 və X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin miras əmlak kimi ərizəçilər İddiaçı1, X10 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “mübahisələndirilən yaşayış evinin alğı-satqısı barədə tərəflər arasında şifahi razılaşma olmuş və cavabdeh razılaşma əsasında İddiaçı1 4000 manat pul vermişdir. Tərəflər arasında razılaşma pozulmuş və məhkəmə qətnaməsi ilə 4000 manatın cavabdehə qaytarılması qət edilmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşır. İşin gerçək hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən ******* saylı çıxarışla ünvan 1 saylı fərdi yaşayış evi X5 tam mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsi X11, İddiaçı2 və İddiaçı1 Məhəmmədiyə qızının ümumi birgə mülkiyyətindədir. Evin mülkiyyətçisi Nuru Zeynalov İddiaçı1 qayınatası, İddiaçı2 isə babasıdır. Nuru Zeynalov 1978-ci ildə vəfat etmişdır. Məhkəmə qətnaməsi ilə Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin miras əmlak kimi ərizəçilər İddiaçı1, X10 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İddiaçılar cavabdehlə razılaşaraq evlərini ona 13000 manata satmaq qərarına gəlmişlər. Cavabdeh isə iddiaçılara cəmi 4000 manat pul vermiş, yerdə qalan 9000 manatı isə ödəməkdən yayınmışdır. İddiaçılar hesab edirlər ki, mülkiyyətdə olan evdə onların iradəsinə zidd olaraq cavabdehin yaşaması onların mülkiyyət hüquqlarını pozur. Odur ki, qanunsuz olaraq evlərinə daxil olmuş cavabdehin ünvan 1 saylı fərdi yaşayış evindən dərhal çıxarılmasını tələb edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Onunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsinə ziddinə heç kəs mənzilə daxil ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış mövqeyinə görə, Avropa İnsan Hüquqları Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntilərinin” olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 10.10.2014-cü il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evi X5, həmin evin yerləşdiyi 0.59 ha torpaq sahəsinə X11, İddiaçı1, İddiaçı2 və X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin miras əmlak kimi ərizəçilər İddiaçı1, X10 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin fərdi yaşayış evindən cavabdeh Gülyanaq Mansurova hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçıların sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçıların 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən hüquqa əsasən iddiaçıların sözügedən evə mülkiyyətçi hüquqları ilə sahiblik etmələri və həmin evdən cavabdehin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçı premetinə aid olan fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə iddia qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Milli qanunvericilik normalarından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar iddia tələbini mötəbər sübutlar təqdim edərək sübut edə bilmişlər. MPM-in 384.0.1-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(039)-991/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(039)-991/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1799/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1799/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver