Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1801/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili X6, cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 Səbuhi qızının iştirakıları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 Səbuhi qızına qarşı fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X2, X1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnаməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 Səbuhi qızı iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan Şəki rayonu, Çolaxlı kəndində yerləşən 0,20 hektar torpaq sahəsindən çıxarılması, iddianın qalan hissəsi təmin edilməməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 manat məbləğində dölət rüsumu xərci onların özlərinə aid edilməsi qət edilmişdir. işin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X3, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə onlara məxsus olan Şəki rayonu, Çolaxlı kəndində yerləşən 0,20 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, X3, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 Səbuhi qızı olmalarını bildirmiş və iddia tələblərinin həmin cavabdehlərə münasibətdə dəqiqləşdirilməs barədə ərizələrinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 sonradan məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, azyaşlı olduqlarından Cavabdeh5 və Cavabdeh6 qarşı hissədə iddia tələblərini azaltdıqlarını bildirmişlər və onların cavabdehlər siyahısından çıxarılmalarını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə hər iki ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, Şəki rayonu, Çolaxlı kəndində yerləşən 0,20 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun və digər İddiaçı1 mülkiyyətlərindədir. Lakin, cavabdehlər tərəfindən həmin torpaq sahəsi və fərdi yaşayış evi zəbt edilmişdir. Belə ki, o, Cəfərəbad fermasında işlədiyi vaxt, yəni aqrar islahatları zamanı həmin torpaq sahəsi onlara verilmişdir. Həmin torpaq sahəsində 1 otaqlı ev və yarımçıq tikili var idi. O, mübahisə predmeti olan evdə 10 il yaşamış və 1995-ci ildə oradan çıxmışdır. Evdən gedərkən evin açarlarını da özü ilə götürmüşdür. 1997-ci ildə qaynatası əri Zakiri yanına çağırıb Tahirlə yola getmədiklərini, buna görə də Tahirin onların evində yaşamasını bildirmişdir. 1997-ci ildə Zakir evin açarını Tahirə vermiş və Tahir də onların evidə yaşamışdır. 1999-cu ildə Zakirin atası Yunis vəfat etmişdir. 2000-ci ildə onun qaynanası Zəhranı Gəncəyə yanına aparmışdır. 2003-cü ildə Tahir açarı götürüb ata yurduna qayıtmış və onların evindən çıxmışdır. 2006-cı ildə Tahir evi Şəmsəddinə satmışdır. O, həmin evin satılmasını 2015-ci ildə bilmiş və həmin vaxt Tahirdən evinin və torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. Tahir də ona bankdan kredit alaraq Rəfayılgilə verəcəyini, bununla da Rəfayılın həmin evdən çıxacağını bildirmişdir. Göründüyü kimi uzun müddətdir ki, cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 Səbuhi qızı onlara məxsus evdən və torpaq sahəsindən qanunsuz olaraq istifadə edirlər. Cavabdehlərdən dəfələrlə onlara məxsus evdən və torpaq sahəsindən çıxmalarını tələb etsə də, cavabdehlər bu tələblərə heç bir məhəl qoymamışlar və onlara məxsus evdən və torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişlər və hal-hazırda da davam etməkdədirlər. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddia əsaslıdır. Həmçinin, Tahirin onlara 10000 manat verməsi qarşılığında tələbindən imtina edə bilər. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 və iddiaçıların vəkili X6 da mahiyyət etibarı ilə İddiaçı2 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X2 izahatında göstərdi ki, mübahisə pedmeti olan torpaq sahəsini 2005-ci ildə Zakir Tahirə satmış, Tahir də həmin torpaq sahəsini 2006-cı ildə onlara satmışdır. Onlar da Şəki rayonu, Təpəcənnət kəndində yerləşən evlərini sökərək Tahirdən aldıqları həmin torpaq sahəsində özləri üçün yaşayış yeri düzəltmişlər. Onlar həmin torpaq sahəsini alarkən həmin torpaq sahəsində toyuq hini və ev var idi. Lakin, həmin torpaq sahəsinin alınması ilı bağlı notariat orqanına getməmişlər. Lakin, həmin torpaq sahəsinin pulunu Tahirə ödəmişlər. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X1 izahatında göstərdi ki, onlar 2006-cı ildə X7 600 şirvan pul verərək mübahisə pedmeti olan 20 sot torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini almışlar. Bundan sonra onlar həmin torpaq sahəsində mövcud olan yarımçıq tikilinin yanında 4 otaqlı ev inşa etmiş, o və digər cavabdehlər həmin evə köçmüşlər və həmin ünvana elektrik xətti və su xətti çəkmişlər. Bu qədər müddətdə onların aldıqları həmin torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yaranmamışdır. Lakin, sonradan Tahirlə Zakirin münasibətləri pisləşmiş və buna görə də hazırki mübahisə yaranmışdır. O, həmin evin tikintisinə 28000 manat pul xərcləmişdir. Torpaq sahəsinin alınması ilı bağlı notariat orqanına getməmişlər. Lakin, həmin torpaq sahəsinin pulunu ödəmişlər. Həmçinin, mübahisəli ərazini aldıqdan sonra hal-hazıradək o və digər cavabdehlər mübahisəli ərazidə yaşamaqdadırlar. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 da mahiyyət etibarı ilə digər cavabdeh X1 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, X2 və X1 qətnamədə narazı qalaraq apellyasiya şikayəti vermiş Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnаməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 Səbuhi qızı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. X1 əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin bizə satılmasına dair əl yazısı var. Ona görə hazır ki, işlə bağlı espertiza keçirilməli, əl yazısının kimə məxsus olmasını müəyyənləşdirmək lazımdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili X6 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli sənədin surətinin verilməsi barədə məktubda göstərilmişdir ki, İddiaçı1 adına Şəki rayonu, Çolaxlı kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Ləğv edilmiş DTXK-nin Şəki rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən İddiaçı1 adına paylı mülkiyyətdə (2 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Çolaxlı kəndində JN-006F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,20 hektar həyətyanı torpaq sahəsinin olduğu aşkar edilmişdir. Qeyd: Ləğv edilmiş DTXK-nin Şəki rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X4 adına paylı mülkiyyətdə (3 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Çolaxlı kəndində JN-023 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən 1,16 hektar əkin və paylı mülkiyyətdə (2 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Çolaxlı kəndində JN-006F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,20 hektar həyətyanı torpaq sahəsinin olduğu aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0023, KOD 40411058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X10, X8 və X11 Şəki rayonu, Çolaxlı kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,16 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-006F, KOD 40411058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X10 və İddiaçı1 Şəki rayonu, Çolaxlı kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,20 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Şəki rayonu, Cəfərəbad Bələdiyyəsi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, həqiqətən də, Şəki rayonu, Çolaxlı kəndində X5 adına 0,20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yaşayış evi vardır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisidir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsindən istifadə etməklə onun mülkiyyət hüququnu pozmuşlar. Cavabdeh X1 torpaq sahəsinin onlara satılmasına dair əl yazısının olduğunu, bununla bağlı espertiza keçirilməli, əl yazısının kimə məxsus olmasını müəyyənləşdirmək lazım olduğunu bildirsə də, kollegiya bununla bağlı qeyd edir ki, qeyd edilən məsələnin hazırkı iddia tələbinin baxılması zamanı nəzərə alınmalı bir hal deyil, qeyd edilən məsələ ilə bağlı isə hazırda heç bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-in 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-in 165.1-ci maddəsi). İş materiallarından da görünür ki, mübahisə predmeti olan Şəki rayonu, Çolaxlı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 0,20 hektar torpaq sahəsi iddiaçıların adına qeydiyyata alınmaqla onların birgə mülkiyyətlərindədir. Cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 Səbuhi qızının isə həmin torpaq sahəsindən istifadə etmək üçün hər hansı bir hüquqi əsasları olmadığından torpaq sahəsindən istifadə edirlər. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsində göstərilir ki, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr (mad.82) Torpaq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur (mad. 84). Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır (mad. 111). Belə olan halda məhkəmə kollegiyası müəyyən edir ki, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci mad.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də cavabdehlər Cavabdeh1, X2, X1 tərəfindən verilmiş apellyasiya tələbi təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, X2, X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1801/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1801/2021
06.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver