Məhkəmə qərarları › İş №2(107)-1806/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1806/2021

23.09.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1806/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-393/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 20 may 2021-ci il tarixli 2(019)- 393/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X4, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN-338 KOD 40103018 olan Dövlət Aktında göstərilmiş 1.74 ha torpaq sahəsinin X4 və X5 payına düşən 0.696 ha hissəsi barədə 06 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu Qazma kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. Cavabdeh1 və onun ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 08.05.1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.74 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 338 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X22 verilmişdir. X11 və X12 onlara verilmiş 1.74 ha torpaq sahəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduqlarına görə satmaq istədiklərini bildirmişlər. 06 dekabr 2004-cü ildə X11 və X5 iştirakı ilə Balakən rayon Qazma Bələdiyyəsində onlara məxsus olan 1.74 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini ona satmalarına dair Akt tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində onlara o vaxtkı məzənnə ilə ******* (bir milyon altı yüz əlli min) manat verməklə, həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini və onun hüquq müəyyən edici sənədi olan JN 338 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X22nı ona təhvil vermişlər. Onlar bildirdilər ki, bir neçə ay sonra rəsmiləşdirəcəklər. Onlara inandığına görə razılaşmışdır. Bundan sonra o, həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşılaşdırmışdır. Orada hər il yonca əkmişdir. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. Həmin vaxt Cavabdeh1 həbsdə olmuş, onun keçmiş arvadı olmuş Cavabdeh2 və oğlu azyaşlı olmuş Cavabdeh3 Bakı şəhərində yaşadıqlarından Akta imza edə bilməmişlər. X6 28 iyun 2005-ci ildə, X11 isə 23 iyun 2007-ci ildə ölmüşdür. Bundan sonra dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməmişlər. 2019-cu ildə Cavabdeh1 ona müraciət edərək, torpaq sahəsini geri tələb etdiyini bildirmişdir. Bundan sonra cavabdehlərlə aralarında mübahisə olmuşdur. Aralarında alqısatqı müqaviləsi bağlanarkən X11 və X12 ona söz vermişdilər ki, həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklər. 16 ildir ki, həmin torpaq sahəsi qanuni istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1ci maddəsinə görə sahiblik əşyanın verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə ədə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Göründüyü kimi, cavabdehlər tərəfindən 06 dekabr 2004-cü ildə ona satılan torpaq sahəsi tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuş, tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin mərhumlar tərəfindən Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbləri pozularaq, üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, nəticədə aldığı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Məhkəmənin aralarındakı müqavilənin mərhumlara aid 0.696 ha hissəsini etibarlı hesab etməyə qətnamə çıxarmaq hüququ vardır. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən ona, X8, X9, Cavabdeh2na və Cavabdeh3 1.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi o, Rusiya Federasiyasında olarkən mərhum atası X11 tərəfindən müəyyən vaxt istifadə edilməsi üçün həmkəndliləri İddiaçı verilmişdir. O, 2015-ci iln sonlarında Rusiyadan qayıtmış və həmin vaxt ona məlum olmuşdur ki, ailələrinin ümumi bigə mülkiyyətinə verilmiş torpaq sahəsi atası tərəfindən İddiaçıa istifadə üçün verilmişdir. O, dəfələrlə İddiaçı onlara məxsus torpaq sahəsindən çıxmasını bildirsə də, Əmirxan onunla razılaşmamışdır. Buna görə də o, İddiaçı onlara məxsus torpaq sahəsindən çıxarılması tələbi ilə Balakən Rayon Məhkəməsinə müracəit etmiş, Balakən Rayon Məhkəməsininin 05.02.2020-ci il tarixli qətnaməsinə əsasən tələbi təmin edilmiş və İddiaçı onun və ailə üzvlərinin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddiaçı Balakən Rayon Məhkəməsininin qətnaməsindən narazı qalaraq, apellyasiya şikayəti vermiş, Şəki Apellyasya Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsinə əsasən Balakən Rayon Məhkəməsinin göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı apellyasiya məhkəməsinin sözügedən qətnaməsindən narazı qalaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.10.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 2 (107)-995/2020 nömrəli, 04 iyun 2020ci il tarixli qətnasi dəyişdirilmədən saxlanılmışdır. Buna görə də iddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-393/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-393/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN-338 seriyalı KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X19 görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində 1.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X4, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. 06 dekabr 2006-cı il tarixli Balakən rayon Qazma Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, həmin aktda X8 Dövlət Aktı nömrəsi 338 ilə ailəsi ilə birgə əmlak payına «Tuqayçöl» adlı sahədən verilmiş 1.74 hektar torpaq sahəsini birdəfəlik olaraq İddiaçı 1650000-bir milyon altı yüz əlli min manata komissiyanın iştirakı ilə satdığı göstərilmişdir. Həmin akt Qazma Bələdiyyəsinin torpaqşünası Mehdi İbrahimov, torpaq mülkiyyətçiləri X11 və X12, habelə İddiaçı və Balakən rayonu Qazma kənd sakini X15 tərəfindən imzalanmış, digər torpaq mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmamışdır. Balakən RİH Qazma kənd İƏD tərəfindən 07.02.2020-ci il tarixdə verilmiş 207 nömrəli arayışdan görünür ki, X6 28.06.2005-ci ildə ölmüşdür . Balakən RİH Qazma kənd İƏD tərəfindən 07.02.2020-ci il tarixdə verilmiş 208 nömrəli arayışdan görünür ki, X11 23.06.2007-ci ildə ölmüşdür . Balakən rayonu Qazma Bələdiyyəsi tərəfindən 10 fevral 2020-ci il tarixdə verilmiş 66 nömrəli arayışdan görünür ki, Qazma kənd sakini olmuş mərhum X7 adına 338 saylı dövlət aktı ilə verilmiş 1.74 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən 2004-cü ildən İddiaçı istifadə edir və vergilər onun tərəfinlən ödənilir. 23.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Balakən Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(019)-16/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 1.74 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(107)-995/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(019)-16/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.10.2020-ci il tarixli, 2(102)-5072/2020 nömrəli qərarından görünür ki, həmin qərarla cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-995/2020 nömrəli 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 06.05.2021-ci il tarixli, 8(107)-39/2021 nömrəli qərardadından görünür ki, Balakən Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8 (019)-21/2021 nömrəli və onun əsasında qəbul edilmiş 12 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı JN-338 seriyalı KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X22 ilə X4, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha torpaq sahəsinin Cavabdeh1 və X5 payına düşən 0.696 ha hissəsinin 06 dekabr 2004-cü il tarixli aktla Cavabdeh1 və X12 tərəfindən İddiaçı satılması, bu zaman İddiaçı X8 manatın köhnə məzənnəsi ilə ******* manat verməsi və bununla da 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsinin onlardan yekun olaraq alqı-satqı qaydasında alındığını göstərmişdir. Hazırda iddiaçı X4, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN-338 KOD 40103018 olan Dövlət Aktında göstərilmiş 1.74 ha torpaq sahəsinin X4 və X5 payına düşən 0.696 ha hissəsinə 06 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən Mülki Məcəllənin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Mülki Məcəllənin 14.2.1-ci maddəsi) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcını hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 218.4-cü maddəsinə əsasən payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. 218.5-ci maddəsinə əsasən bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə də tətbiq edilir. 219.1-ci maddəsinə əsasən ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. 219.2-ci maddəsinə əsasən doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respeublikası Ailə Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqmüəyyənləşdirilir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər; notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: 1) əqdin subyektiv tərkibinə aid edilən şərt; 2) əqdin məzmununa aid edilən şərt; 3) əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; 4) əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqdi bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əqdin etbarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notarial qaydada təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notariat hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, qanuna zidd olmamalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İşdən görünür ki, iddiaçı iddia ərizəsində 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsinə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 06 dekabr 2004-ci il tarixdə onunla X11 və X12 arasında alqı-satqı müqaviləsi bağlandığını və həmin vaxt tərəfindən X8 manatın köhnə məzənnəsi ilə ******* manat verildiyini, torpaq mülkiyyətçilərinin hər birinin öz payları üzərində sərəncam verdiyini, 1.74 ha torpaq sahəsinin X11 və X5 payına düşən 0.696 ha hissəsinin alındığını göstərir. Lakin işdəki sübutlarla müəyyən olunur ki, JN-338 seriyalı KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X22 ilə X4, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha torpaq sahəsindən X11 və X5 payına düşdüyü qeyd olunan 0.696 ha hissəsi naturada ayrılmamış və həmin paya X11 və X5 mülkiyyət hüquqları qeydə alınmamışdır. Həmin 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi akt tərtib olunan 06 dekabr 2004-cü il tarixdə X4, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi rejimində olmuşdur. Belə olan vəziyyətdə, yəni X4, X5 payları ayrılmadığı və paylarına mülkiyyət hüquqları qeydə alınmadığı halında onlar öz torpaq payları üzərində sərəncam vermək, o cümlədən onu İddiaçı satmaq hüququna malik olmamışlar. Digər tərəfdən, etibarlılığı barədə iddia tələbi irəli sürülən 06 dekabr 2004-cü il tarixli aktda X11 və X12 tərəfindən İddiaçı 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarına düşən 0.696 ha hissəsinin deyil, bütünlüklə 1.74 ha torpaq sahəsinin satılması və orada torpaq sahəsinin digər ümumi birgə mülkiyyətçiləri olan Cavabdeh1 və Cavabdeh2 iştirakları göstərilir. Lakin işdəki sübutlardan və həmin 06 dekabr 2004-cü il tarixli aktdan da görünür ki, həmin vaxt Cavabdeh1 və Cavabdeh2 orada iştirak etməmiş və öz adlarından, həmçinin uşaqları Cavabdeh3 adından 06 dekabr 2004-cü il tarixli aktı imzalamamışlar. Qanuna görə (Mülki Məcəllənin 222.2-ci maddəsi) birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, nə 1.74 ha torpaq sahəsinin, nə də onun 0.696 ha hissəsinin satılması ilə bağlı birgə mülkiyyətin digər iştirakçıları olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 razılığı olmamış, onların mülkiyyət hüquqları, o cümlədən ümumi birgə mülkiyyətdə olan torpaq paylarının satın alınmasında üstünlük hüquqları pozulmuşdur. Bundan başqa iş materiallarından görünür ki, 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsinin alıcısı kimi qeyd edilən İddiaçı, X11 və X5 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində sərəncam verilməsi ilə bağlı əqdin bağlanması üçün lazımi səlahiyyətlərə malik olmamaları barədə məlumatlı olmuşdur. Belə ki, İddiaçı 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsinin X11 və X5 payına düşdüyünü və bu 0.696 ha payın alındığını qeyd edirsə, deməli 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsindən başqa digər hissəsinin məxsus olduğu mülkiyyətçilərin, yəni digər birgə mülkiyyətçilərin (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) də olduğunu və X11 və X2 onların adından ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə sərəncam verməyə səlahiyyətlərinin olmadığını bilmişdir. Bu fakt onunla da bir daha təsdiq olunur ki, 06 dekabr 2004-cü il tarixli akt tərtib olunarkən həmin aktda Cavabdeh1 və Cavabdeh2 adları yazılsa da, onlar həmin vaxt bu əməliyyatda iştirak etməmişlər və aktda onların imzası yoxdur. Göstərilənlər sözügedən 06 dekabr 2004-ci il tarixli sadə yazılı formada bağlanması ehtimal edilən müqavilənin qanunun tələblərinə zidd olduğunu sübut edir. Kollegiya onuda qeyd edir ki, iddiaçının iddia tələbinin əsassızlığı o halla da müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ilə torpaq sahəsi ilə bağlı hər hansı yazılı sadə formada alqı-satqı müqaviləsi bağlamamış, hər hansı müqavilə üzrə hər hansı öhdəlik götürməmiş, o cümlədən bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmamışlar. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Siracəddin X1 və X5 vərəsələri olması, onlara həmin mərhum şəxslərlə bağlı qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi, 06 dekabr 2004-cü il tarixli akt üzrə hər hansı hüquq və vəzifənin X11 və X5 miras kütləsinə daxil olması və buna görə cavabdehlərin vərəsəlik qaydasında məsuliyyət daşımalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşdə 06 dekabr 2004-cü il tarixli akt üzrə X11 və X5 onların miras kütləsinə daxil olacaq İddiaçı qarşında hər hansı qeydə alınmış hüquq və vəzifələrinin olması və iş üzrə cavabdehlərin mərhum X11 və X5 mirasına görə İddiaçı qarşısında məsuliyyət daşımaları müəyyən olunmur və sübut olunmur. Belə sübutları məhkəməyə təqdim etmək və iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. İşin halından görünür ki, iddiaçı və onun nümayəndəsi 06 dekabr 2004-cü il tarixli aktla 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsinə dair X11 və X12 ilə sadə yazılı formada alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqavilədə sözügedən 0.696 ha torpaq sahəsinin alqı-satqısı predmetinə aid müqavilə şərtlərinin və tərəflərin öhdəliklərinin göstərildiyini, məhz cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını və ehtimal edilən bu yayınmaya görə vərəsəlik qaydasında və ya başqa qanuni əsaslarla cavabdehlik daşımasını təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə təqdim etməmiş nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 22 mart 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. Qanunun tələbinə əsasən də həmin sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsində torpağın kim tərəfindən, harada və hansı qiymətə satılması, satıcının torpaq sahəsini alıcıya verməsi, alıcının isə müəyyənləşdirilmiş pul məbləğini satıcya ödəməsi şərtləri göstərilməlidir. Əks hal tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin (əqdinin) ümumiyyətlə bağlanmadığını göstərir ki, hazırki işdə də bu, baş vermişdir. Yəni tərəflər arasında 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsi barədə sadə yazılı formalı alqı-satqı müqaviləsi bağlanmamışdır və cavabdehlər Tacəddin Əhmədov və Mədinə Əhmədova ilə bağlanması ehtimal edilən və reallıqda məhkəməyə təqdim olunmayan 0.696 ha torpaq sahəsinnin alqı-satqı müqaviləsinə görə heç bir öhdəlik və cavabdehlik daşımırlar. İş materialları ilə İddiaçı və X11, X12 və onların ailə üzvləri arasında 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsinin alqı-satqısı barədə hər hansı müqavilənin bağlanması müəyyən olunmur. 06 dekabr 2004cü il tarixdə torpaq alqı-satqısı barədə bağlanması ehtimal edilən və etibarlı hesab edilməsi tələb olunan müqavilə 1.74 ha torpaq sahəsinin 0.696 ha hissəsinin alqı-satqısı ilə bağlı bağlanmamışdır və həmin müqavilə qanunun tələblərinə tamamilə ziddir (yuxarıda bu hal əsaslandırılmışdır). Ona görə də hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilən şərtlər tətbiq edilə bilməz və iddia təmin oluna bilməz. Əksinə işdə olan qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2 (019)-16/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə işdə olan sübutların bilavasitə tədqiqi əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə JN-338 KOD 40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna X21 əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən zəbt olunması, torpaq sahəsinin mülkiyyətçilərinin hazırda cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etməsi və cavabdehin torpaq sahəsindən çıxmaması barədə iddia tələbinin predmetinə aid olan faktlar müəyyən edilməklə və onlara hüquqi qiymət verilməklə, iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2 (019)-16/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş bu faktlar isə preyudisial əhəmiyyət daşıyır və işdə iştirak edən şəxslər tərəfindən hazırki məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş materiallarından həmçinin görünür ki, X3 28.06.2005ci il tarixdə, X11 isə 23.06.2007-ci il tarixdə vəfat etmişlər. Hazırki iddia üzrə bağlaniması ehtimal edilən əqdin bu və ya digər formada və ya ad altında etibarlı hesab edilməsi isə mərhumlar X11 və X5 vərəsələrinin və JN-338 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X22 üzrə digər torpaq mülkiyyətçilərinin 1.74 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüquqları qanunla qorunur və qanunda göstərilmiş hallardan başqa heç kim mülkiyyətindən məhrum edilə bilməz. 1.74 ha torpaq sahəsi mülkiyyətçilərinin həmin 1.74 ha torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə üçün isə hazırki iş üzrə qanunda göstərilən hallar və əsaslar mövcud deyildir. Qeyd edilənlər hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və tamamilə əsassız olduğunu göstərir. Kollegiya hesab edir ki, iddiaçı irəli sürdüyü tələbin əsasını sübuta yetirə biləcək hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-393/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-393/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar