Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1809/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(051)-1147/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 06 iyul 2021-ci il tarixli, 2(051)-1147/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoruna qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun barəsində cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 209/Ş saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, 16.04.1982-ci il tarixdən 11.04.2016-cı il tarixədək “Azərbaycan DRES” də X9 və Avtomatika sexində elektrik, 3-cü dərəcəli elektrik çilingəri, 4-cü dərəcəli elektrik çilingəri, 5-ci dərəcə elektrik çilingəri və 6-cı dərəcə elektrik çilingəri vəzifələrində işləmişdir. 25.04.2003-cü il tarixdə "xxxx" ASC-nin Yeni İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmış və o, işini davam etdirmişdir. Daha sonra, 05.01.2006-cı il tarixdə "xxxx" ASC-nin Yeni İdarəetmə strukturun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Dövlət Rayon Elektirik Stansiyası MMC "xxxx" MMC adlandırılmış və o, da öz vəzifəsində fasiləsiz olaraq əmək funksiyasını yerinə yetirmişdir. İddiaçı göstərdiyi vaxtdan həmin müəsissədə fasiləsiz olaraq öz peşəsi üzrə çalışmışdır. 11.04.2016-cı il tarixdə "xxxx" MMC-nin X9 və Avtomatikası sexinin nəzdində istehsalat prosesləri avtomatika və ölçü cihazlarına təmir və xidmət edən 6-cı dərəcəli elektirik çilingəri vəzifəsinə keçirilmiş, işdən azad olunanadək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş və töhmət almamış, əksinə əlavə olaraq pul təminatı almışdır. "xxxx" MMC-nin X9 və Avtomatikası sexində 2008-2011-ci il tarixlərdə sonuncu texnologiya tətbiq olunmuş və o da tutduğu vəzifəyə uyğun şəkildə həmin texnologiyanı mükəmməl bilmiş, vəzifəsinin öhdəsindən layiqincə gəlmiş və işini davam etdirmişdir. Son zamanlar cavabdeh "xxxx" MMC-nin rəhbərliyi əsassız və qərəzli olaraq, Azərbaycan İstilik Elektirik Stansiyası” MMC-nin X9 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər əməkdaşını planlı şəkildə, qərəzli olaraq işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. O, da daxil olmaqla onlara "xxxx" MMCnin rəhbərliyi qısa (bir aylıq) müddətə yenidən əmək müqaviləsi bağlamağı təklif etmişlər və bu yolla onları müəsissədən kənarlaşdırmaq istəmişlər. O da daxil olmaqla "xxxx" MMC-nin X9 və Avtomatikası sexinin digər işçiləri həmin müqaviləni imzalamaqdan imtina etmiş və "xxxx" MMC-nin rəhbərliyinə onların bu günədək bağladıqları müqavilənin müddətsiz olduğunu bildirmişlər. Bundan 1 gün sonra o da daxil olmaqla "xxxx" MMC-nin direktoru 03.05.2021-ci il tarixli 209\Ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71 -ci maddəsinin 1- ci hissəsinə əsaslanaraq, qanunsuz olaraq müqaviləyə xitam verərək, onu əsassız işdən azad etmişdir. Hesab edir ki, cavabdeh "xxxx" MMC-nin direktoru onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71 -ci maddəsinin 1 -ci hissəsinə əsaslanaraq, müqaviləyə xitam verməklə qanunsuzluq etmiş və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili X10 da məhkəmə iclasında iddiaçının qanunsuz və əsassız olaraq işdən çıxarılmasını nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi hallar əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ərizəsində Əmək Müqaviləsinə "xxxx" MMC-nin direktorunun 03.05.2021-ci il tarixli, 209/Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin məcəllənin 71-ci maddəsinin 1 - ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsini göstərmişdir. X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsinin qanunsuz olmasını əsaslandırarkən onun Əmək müqaviləsinin xitam olunmasına aid olmayan Əmək Məcəlləsində Əmək müqaviləsinin xitam edilməsinin digər əsaslarına istinad edərək fikirlərini izah etmişdir. İddiaçı Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsi ilə Əmək müqaviləsinin müddətləri və işçilərin atestasiyadan keçirilməsi və onun nəticələri arasında heç bir səbəbli əlaqə yoxdur. İddiaçının Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71 -ci maddəsinin 1 -ci hissəsinin tələbinə riayət etməklə xitam verilmişdir. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X1 tətbiqi barədə 19.03.2020-ci il tarixdə DƏ/38 nömrəli əmr verilmişdir ki, həmin əmrə əsasən, MMC-də X7 formalaşdırılmışdır. Ona görə də "xxxx" MMC-də X3 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında 25.09.2020-ci il tarixli 211/Ş nömrəli əmr verilmişdir. "xxxx"MMC-də X3 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komisyanın 24.02.2021-ci il tarixli 05 nömrəli protokoluna əsasən müəyyən olunur ki, komissiya tərəfindən X9 və Avtomatika sexində istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmişdir. Həmin iclasda komissiyanın üzvləri tərəfindən struktur rəhbərinin təklifi ilə qeyd edilən sexdə ixtisara düşəcək istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən həmin sexdə Elektrik stansiyasının avtomatika və ölçmə cihazlarına təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri 01 ştat vahidi və həmin ştatda çalışan işçi 6-cı dərəcəli elektrik çilingəri İddiaçı müzakirə olunmuş və ixtisar olunmuşdur. Ona görə də, "xxxx"MMC-nin direktoru tərəfindən X9 və Avtomatika sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında 01 mart 2021-ci il tarixli 72/Ş nömrəli əmr verilmişdir ki, həmin əmrin 1.6. bəndinə əsasən X9 və Avtomatika sexində, Elektrik stansiyasının avtomatika və Ölçmə cihazlarını təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri ştatı və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. Odur ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci hissəsinə əsasən İddiaçı 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl 26.02.2021-ci il tarixli 100/01-07-29 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, Mustafayevin ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Xəbərdarlıq sifarişlə 26.02.2021-ci il tarixdə İddiaçı yaşadığı F.Əzimov küçəsi 1-14 ünvanına göndərilmişdir. Xəbərnaməyə əsasən müəyyən olunur ki, məktub ünvanına çatmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən X9 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunması haqqında 04.03.2021-ci il tarixdə 100/01-07-67 nömrəli təqdimat sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab Seymur Həsənova göndərilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 15.03.2021-ci il tarixli 11 nömrəli protokoluna əsasən müəyyən olunur ki, X9 və Avtomatika sexində Elektrik stansiyasının avtomatika və Ölçmə cihazlarını təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri 01 (bir) ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Odur ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə 209/ş nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71- ci maddənin 1 -ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. Bundan əlavə sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı ixtisar olunacağı barədə xəbərdarlıq aldıqdan sonra Azərbaycan Respublikasının İ vitse prezidentinə müraciət edərək, ailə üzvlərindən birinin azyaşlı olmasını, həmçinin “Ekspress” bankdan 6000 Azn kredit götürməsini göstərməklə ona göstərilməsini xahiş etmişdir. Azyaşlı ailə üzvünün olması faktı yoxlanarkən, azyaşlı uşağın onun nəvəsi olması müəyyən edilmiş və iddiaçı həmin faktı izahatı ilə də təsdiq etmişdir. Eyni zamanda sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı üstünlüyü olan şəxslər siyahısına və 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına daxil deyildir.Həmçinin iddiaçı işdənçıxma müavinəti ilə də təmin olunmuşdur. Beləliklə, sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı Əmək müqaviləsinə 03.05.2021-ci il tarixli 209/Ş saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsi qanuni və əsaslıdır. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(051)-1147/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işə baxan məhkəmə bu halı aydınlaşdırmamışdır ki, o, 16.04.1982-ci il tarixdən 11.04.2016-cı il tarixədək “Azərbaycan DRES” də İstilk Ölçü cihazları və Avtomatika sexində elektirik çılingəri, 3-cü dərəcə elektirik çilingəri, 4-cü dərəcə elektirik çilingəri, 5-ci dərəcə elektirik çilingəri, 6-cı dərəcə elektirik çilingəri vəzifələrində işləmişdir. 25.04.2003-cü il tarixdə "xxxx" ASC-nin Yeni İdarəetmə strukturun təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır (25.03.2003-cü il 091\AU saylı əmr) və o da işini davam etdirmişdir. 05.01.2006-cı il tarixdə "xxxx" ASC-nin Yeni İdarəetmə strukturun təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" MMC adlandırılmış (05.01.2006-cı il 002\AU saylı əmr) və o da öz vəzifəsində fasiləsiz olaraq əmək funksiyasını yerinə yetirmişdir. O, göstərdiyi vaxtdan həmin müəsissədə fasiləsiz olaraq öz peşəsi üzrə çalışmışdır. 11.04.2016-cı il tarixdə "xxxx" MMC-nin İstilk Ölçü cihazları və Avtomatika sexinin nəzdində istehsalat prosesləri, avtomatika və ölçü cihazlarını təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş və töhmət almamış, əksinə əlavə olaraq pul təminatı almışdır. "xxxx" MMC-nin X9 və Avtomatikası sexində 2008-2011ci il tarixlərdə sonuncu (axırıncı) texnologiya tətbiq olunmuş və o da tutuduğu vəzifəyə uyğun şəkildə həmin texnologiyanı mükəmməl bilir, vəzifəsinin öhdəsindən layiqincə gəlmiş və işini davam etdirmişdir. Son zamanlar "xxxx" MMC-nin rəhbərliyi. "xxxx" MMC-nin X9 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər əməkdaşını planlı şəkildə, qərəzli olaraq işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. O İddiaçı da daxil olmaqla onlara "xxxx" MMC-nin rəhbərliyi qısa (bir avlıq) müddətə yenidən əmək müqaviləsi bağlamağı təklif etmişlər və bu yolla onları müəsissədən kənarlaşdırmaq istəmişlər. O "xxxx" MMC-nin X9 və Avtomatikası sexinin digər işçiləri həmin müqaviləni imzalamaqdan imtina etdilər və "xxxx" MMC-nin rəhbərliyinə onların bu günədək bağladıqları müqavilənin müddətsiz olduğunu bildirmişlər. Bundan 1 gün sonra, o "xxxx" MMC-nin rəhbərliyi 03.05.2021-ci il tarixli 208\Ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70cı maddəsinin “b” bəndinə və 71-ci maddəsinin 1-ci hissəsinə əsaslanaraq qanunsuz olaraq müqaviləyə xitam verərək, onu əsassız və qanunsuz olaraq işdən azad etmişlər. Mingəçevir Şəhər Məhkəməsi isə işə baxarkən, uzun illər ərzində "xxxx" MMC-də fasiləsiz və qüsursuz işləməyini nəzərə almadan "xxxx" MMC-nin rəhbərliyinin ştat ixtisarı edərkən, nə səbəbə məhz onu - yüksək texnologiya və informatikadan anlayışı və təcrübəsi olan və bu təcrübəni isə işdən azad olunanadək digər işçilərə öyrədən yüksək ixtisaslı mühəndisin ştat ixtisarı adı ilə Əmək Qanunvericiliyində nəzərdə tutulmayan hər hansı bir “komissiyanın“ rəyi ilə işdən azad edilməsini tam və hər tərəfli araşdırmadan qeyri-obyektiv məhkəmə qətnaməsi qəbul edərək, onun hüquqlarını kobud surətdə pozmuşdur. Əgər Mingəçevir Şəhər Məhkəməsi obyektiv və ədalətli araşdırma aparsaydı, onda cavabdeh "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz hərəkətləri üzə çıxmış olardı. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(051)-1147/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X10 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və xahişlərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(051)-1147/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, işdə olan İT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16.04.1982-ci ildə “Azərbaycan DRES”-in X9 və Avtomatika sexinə elektrik stansiyasına avtomatika və ölçmə cihazlarına xidmət edən 3-cü qrup elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, 04.01.1984-cü il tarixli əmrlə həmin sexdə 4-cü qrup elektrik çilingəri vəzifəsinə keçirilmiş, 22.04.1985-ci il tarixli əmrlə həmin sexdə 5-ci qrup elektrik çilingəri vəzifəsinə keçirilmiş, 31.12.1986-cı il tarixli əmrlə həmin sexdə 6-cı qrup elektrik çilingəri vəzifəsinə keçirilmiş, 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71- ci maddənin 1 -ci hissəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan "xxxx" MMC-nin direktorunun DƏ/38 №-li 19 mart 2020-ci il tarixli "xxxx" MMC-nin X2 tətbiqi barədə əmrindən görünür ki, "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar istehsal- təsərrüfat fəaliyyətinin səmərəliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mövcud Təşkilat Strukturu əsasında və 01.02.2020-ci il tarixdə "xxxx" ASC-nin Prezidenti tərəfindən tətbiq olunmuş 994 ştat vahidindən ibarət X8 formalaşdırılması barədə əmr verilmişdir. İşdə olan "xxxx" MMC-nin direktorunun 211/8 №-li 25 sentyabr 2020-ci il tarixli əmrindən görünür ki, istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. İşdə olan Azərbaycan İES” MMC-də X1 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 05 №-li 24 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, X9 və Avtomatika sexində mövcud ştatları X5 uyğunlaşdırmaq üçün 12 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC-nin direktorunun "xxxx" MMC-nin HİK-nin sədrinə ünvanlandığı 04 mart 2021-ci il tarixli məktubdan görünür ki, X9 və Avtomatika sexində ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisar edilməsi zərurəti yaranmışdır. Odur ki, həmin sexdə siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək, müvafiq qərar qəbul etməyiniz xahiş olunur. İşdə olan 01 mart 2021-ci il tarixli 72/Ş saylı əmrin surətindən görünür ki, "xxxx"MMC-nin direktoru tərəfindən X9 və Avtomatika sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında əmrin 1.6-cı bəndinə əsasən X9 və Avtomatika sexində, Elektrik stansiyasının avtomatika və Ölçmə cihazlarını təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri ştatı və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən İddiaçı göndərilmiş 26 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. On ildən çox əmək stajı olduğu üçün orta əmək aylıq əmək haqqının azı iki misli miqdarında işdənçıxma müavinəti ödəniləcəkdir. İxtisasına uyğun iş yeri olmadığına görə başqa işə keçirilməmişdir. İşdə olan "xxxx" MMC Həmkalar İttifaqı Komitəsi iclasının 11 №-li 15 mart 2021-ci il tarixli protokolundan görünür ki, X9 və Avtomatika sexi üzrə siyahıda adları qeyd olunan 12 ştatın və həmin ştatlarda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilməsinə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC-nin direktorunun 209/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, İddiaçı ilə bağlanmış, 29.12.2014-cü il tarixdə xxxxxxx000106 nömrəli bildiriş əsasında elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 03.05.2021-ci il tarixdə saat 12:19:13-də elektron informasiya sistemində xxxxxxx0001X0 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC-nin 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 209/Ş №-li 03 may 2021-ci il tarixli əmrə əsasən əmək haqqı, son haqq-hesab və işdənçıxma muavinəti həmin tarixdə 1156,05 manat hesablanmış və ödənilmişdir. İşdə olan Mingəçevir şəhər Mərkəzi xəstaxana tərəfindən göndərilmiş İddiaçı adına tərtib olunmuş ambulator xəstənin tibbi kartasının surətindən görünür ki, İddiaçı 18.08.2012-ci il tarixdən Mingəçevir şəhər Endokrinoloji dispaserdə “Şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozu ilə qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 16.04.1982-ci il tarixdən 11.04.2016-cı il tarixədək “Azərbaycan DRES” də İstilk ölçü cihazları və Avtomatika sexində elektrik, 3-cü dərəcəli elektrik çılingəri, 4-cü dərəcəli elektrik çilingəri, 5-ci dərəcəli elektrik çilingəri və 6-cı dərəcəli elektrik çilingəri vəzifələrində işləmişdir. "xxxx" MMC-nin direktorunun əmri ilə istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmış, həmin komissiyanın qərarı və müəssisə Həmkarlar ittifaqı komitəsinin razılığı əsasında, xəbərdarlıq müddəti gözlənilməklə, 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71-ci maddənin 1-ci hissəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İddiaçının sözügedən əmrin qanunsuz hesab edilməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillər cavabdeh tərəfin izahatı və iş materialları ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesаb etmişdir ki, "xxxx" MMC-nin direktorunun 03 may 2021-ci il tarixli, 209/Ş saylı əmr tamamilə qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildilməsi əmək müqaviləsinin əsaslarındandır. Həmin Məcəllənin 70-ci maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləninn 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatı ixtisar edilməsi əsası ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada həmkarlar istifaqı təşkilatının razılığını almışdır. İddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl işəgötürən iddiaçını rəsmi xəbərdar etmiş, iddiaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmişdir. Həmçinin, iş materiallarında görünür ki, iddiaçıya işdənçıxma müavinəti verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür. Bundan əlavə iddiaçı öz tələbini sexdə ştatların ixtisarına zərurət olmaması ilə əsaslandırmışdır. Ancaq iş materiallarından görünür ki, "xxxx" MMC-də Yeni Təşkilat strukturunun tətbiqi, texnoloqiyanın inkişafı ilə əlaqədar işəgötürən ştatların ixtisarının zəruriliyi nəticəsinə gəlmişdir. Əmək Məcəllənin 11-ci maddəsinin “ə” bəndinə əsasən ştatların sayını ixtisar etmək işəgötürənin əsas hüquqlarından biridir. İddiaçı, həmçinin, ştatların, işçilərin sayının ixtisarının düzgün aparılmamasını onunla əsaslandrmışdır ki, ixtisar zamanı işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün attestasiya keçirilməli idi. Məhkəmə hesab edir ki,ştatların ixtisarı ilə attestasiyanın nəticəsi olaraq səlahiyyətli orqanın qərarına müvafiq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvinə dair hallar müxtəlifdir. Eyni zamanda, "xxxx" MMC-də X3 tətbiqi ilə əlaqədar olaraq istehsalat zərurəti olmayan ştatların müəyyən edilməsi məqsədi ilə 25.09.2021-ci il tarixli əmr ilə xüsusi komissiya yaradılmışdır ki, həmin komissiyanın qərarına əsasən X9 və Avtomatika sexində “Xüsusi təhlil” qrupunda aparıcı mühəndis ştatına ehtiyac olmadığı müəyyən edilmişdir və sonra İşəgötürənin əmri ilə ixtisar edilmişdir. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X1 tətbiqi barədə 19.03.2020-ci il tarixdə DƏ/38 nömrəli əmr verilmişdir ki, həmin əmrə əsasən MMC-də X7 formalaşdırılmışdır. Ona görə də "xxxx" MMC-də X3 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında 25.09.2020-ci il tarixli 211/Ş nömrəli Əmr verilmişdir. "xxxx" MMC-də X3 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 24.02.2021 -ci il tarixli 05 nömrəli protokoluna əsasən müəyyən olunur ki, komissiya tərəfindən X9 və Avtomatika sexində istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmişdir ki, həmin iclasda komissiyanın üzvləri tərəfindən struktur rəhbərinin təklifi ilə qeyd edilən sexdə ixtisara düşəcək istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən, “Xüsusi təhlil” qrupu, aparıcı mühəndis 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisara düşməsi müzakirə olunmuş və qeyd edilən sexdə “Xüsusi təhlil” qrupu aparıcı mühəndis 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar olunması qərarı qəbul olunmuşdur. Ona görə də, "xxxx" MMC-nin direktoru tərəfindən X9 və Avtomatika sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında 01 mart 2021-ci il tarixli 72/Ş nömrəli əmr verilmişdir ki, həmin əmrin 1.10 bəndinə əsasən X9 və Avtomatika sexində, Təmir heyəti, “Xüsusi təhlil” qrupu aparıcı mühəndis 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl 26.02.2021-ci il tarixli 100/01-07-35 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda H.Hümbətovun çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. İddiaçı ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Xəbərdarlıq sifarişlə 26.02.2021-ci il tarixdə İddiaçı yaşadığı C.Əliyev 2 ünvanına göndərilmişdir. Xəbərnaməyə əsasən müəyyən olunur ki, məktub ünvanına çatmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən X9 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunması haqqında 04.03.2021-ci il tarixdə 100/01-07-67 nömrəli təqdimat sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Seymur Həsənova göndərilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 15.03.2021-ci il tarixli 11 nömrəli protokoluna əsasən müəyyən olunur ki, X9 və Avtomatika sexində “Xüsusi təhlil” qrupu aparıcı mühəndis 1 (bir) ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Odur ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə 208/ş nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(051)-1147/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(051)-1147/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1809/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1809/2021
12.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver