Məhkəmə qərarları › İş №2(107)-1810/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1810/2020

30.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1810/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «əmlak kompleksi kimi müəssisəsinin və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-106/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-106/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi təmin edilmiş, xx.xx.2015-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı X2 mülkiyyətində olan, Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq İddiaçı X4 ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehə məxsus olan əmlaklar, o cümlədən, Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2 (011) - 2142 / 2014 nömrəli qətnaməsi ilə ödənilməmiş kredit borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2 (011) - 2142 / 2014 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, ipoteka predmeti olan əmlaklar satılması üçün hərraca çıxarılmışdır. Hərracın nəticələri haqqında xx xxxxxx 2015-ci il tarixli protokola əsasən İddiaçı ASC hərracın qalibi olmuş və Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin əmlaklara dair İddiaçı ASC-nin adına xx.xx.2015-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi tərtib edilmişdir və qeyd olunan əmlaklar hazırda xüsusi mülkiyyət hüququ əsasında tam şəkildə iddiaçının xüsusi mülkiyyətindədir. Hərracın nəticələri haqqında protokola əsasən qeyd olunan əmlaklar iddiaçıya satıldıqdan sonra cavabdehin 1 (bir) ay müddətində əmlak kompleksi kimi müəssisə və torpaq sahəsini boşaltmaq öhdəliyi yaranmışdır. Lakin cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə və torpaq sahəsindən çıxmamış, qeyd olunan əmlakları iddiaçının faktiki sahibliyinə verməmişdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Mahkamesinin hakiminin qətnaməsindən narazıdır. Onun yaşadığı evin satılmasından onun xəbəri olmamışdır ve bunu mübahisələndirsə də, hakim bunu nəzərə almamışdır. Hesab edir ki, Şəki Apelİyasiya Məhkəməsi tərəfindən evinin hansı yolla bankın adına keçirilməsi araşdırıİacaqdır. Həmin qətnamadan narazıdır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-106/2020 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı X2 nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-106/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı iş materiallarına əlavə edilmişBakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)- 2142/2014 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)-532/2015 nömrəli qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2015-ci il tarixli 2(102)-4302/2015 nömrəli qərarı, xx xxxxxx 2015-ci il tarixli hərracın yekunları barədə protokol, xx.xx.2015-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi ilə işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus olan əmlaklar, o cümlədən, Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-2142/2014 nömrəli qətnaməsi ilə ödənilməmiş kredit borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, ipoteka predmeti olan əmlaklar satılması üçün hərraca çıxarılmışdır. Hərracın nəticələri haqqında protokola əsasən İddiaçı ASC hərracın qalibi olmuş və Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin əmlaklara dair İddiaçı ASC-nin adına mülkiyyət hüququnu tanıyan sənəd tərtib edilmişdir. Qeyd olunan əmlaklar hazırda da xüsusi mülkiyyət hüququ əsasında tam şəkildə iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq həmin əmlaklar faktiki olaraq cavabdehin istifadəsindədir. Hazırda iddiaçı Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə və mübahisə predmetinə aid olan əmlaklara dair iddiaçının adına verilmiş mülkiyyət hüququnu tanıyan sənədə istinad edir. Cavabdeh məhkəməyə gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırki iddianın predmetinə aid olan əmlak kompleksi və torpaq sahəsi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Hazırki vəziyyətdə qeyd olunan əmlaklar üzərində cavabdehin qanuni əsaslarla müəyyən edilmiş hər hansı hüququ olmadığı halda, iddiaçının mülkiyyət hüququ mövcuddur. Hazırda cavabdehin mübahisə predmetinə aid olan əmlaklardan istifadə etməkdə davam etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlaklar üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələnmişdir. Mübahisə predmetinə aid olan əmlakların əvvəllər cavabdehin mülkiyyətində, hazırda da faktiki istifadəsində olması hazırki vəziyyətdə iddiaçının xüsusi mülkiyyətində olan əmlak üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması üçün əsas deyildir Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, hazırki iddianın predmetinə aid olan əmlak kompleksi və torpaq sahəsi tam boşaldılmaqla iddiaçıya təhvil verilməlidir. Ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-106/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar