Məhkəmə qərarları › İş №2(107)-1815/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1815/2020

17.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1815/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-103/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Həzrətəli oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı yolu ilə aldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX №1233093 Çıxarışa və Torpaq sahəsinin plan və ölçüsü A№246037 sənədlərə əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1.52 ha hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Həzrətəli oğlu tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, onların tərəfindən torpaq sahəsindən 2016-2019-cu illər ərzində götürdükləri məhsulun dəyərinin onlardan alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini azaldıb, alqı-satqı yolu ilə aldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX №1233093 Çıxarışa və Torpaq sahəsinin plan və ölçüsü A№246037 sənədlərə əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1.52 ha hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Həzrətəli oğlunun torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Həzrətəli oğluna qarşı hazırki iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-103/2020 saylı qərardadı ilə qeyd edilən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-103/ 2020 saylı qərardadından verdiyi şikayəti təmin edərək, həmin qərardadı ləğv edib, mülki işə mahiyyəti üzrə baxılmasının təmin edilməsini, əks halda şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsindən Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-103 / 2020 saylı qərardadını tam ləğv edib işə mahiyyəti üzrə baxılıb həll edilməsi üçün həmin məhkəməyə qaytarılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 Camalddin oğluna, Cavabdeh2 qızma, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Həzrətəli oğluna qarşı və 3-cü şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “alqı satqı yolu ilə aldığı Azərbaycan Respublikasının Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX N ******* ÇİXARİŞ-a və Torpaq sahəsinin plan və ölçüsü A N 246037 sənədlərə əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1,52 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə ona məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Camalddin oğlu, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Həzrətəli oğlu tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, onların tərəfindən torpaq sahəsindən 20162019-cıı illər ərzində götürdükləri məhsulun dəyəri onlardan alınaraq ona verilməsi barədə” ədalətli və qanuni qətnamə qəbul edilməsi haqqında iddia ərizəsilə 2019-cu ilin noyabr ayında Balakən rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 9 ay onun iddia ərizəsini icraatında saxlasa da, iddia tələbimin təmin və ya rədd edilməsi üzrə heç bir məhkəmə aktı qəbul etməmiş, yalnız ekspertiza təyin etməklə kifayətlənmişdir. Balakən rayon Məhkəməsinin hakimi iddia ərizəsinə baxarkən birtərəfli mövqe tutmuş, cavabdehlərin vəkili və nümayəndəsi X2 ilə birləşərək açıq məhkəmə iclasında, nümayişkaranə formada üzünü ona tutaraq iddia ərizəsini geri götürməyəcəyi təqdirdə iddia ərizəsini rədd edəcəyi barədə qətnamə çıxaracağını bildirmişdir. O, ilkin olaraq tərəddüd etsə də, hakimin təkid edici tələbi qarşısında aciz qalaraq, hakimin diktəsi altında məhkəmə iclas katibi başının üstündə duraraq ərizəni yazdırmışdır. Ona bu şəraitdə yazdırılan bu ərizənin mənasını və nəticəsini dərk etməmişdir. Əgər bu işdə hakim Zamin Tahirovun marağı yoxdursa nə üçün iddia ərizəsini geri götürməyi, əks-halda iddia tələbini rədd edəcəyi ilə onu şərt qarşısında qoymazdı. Hakim işdə o dərəcədə maraqlı olmuşdur ki, qəbul etdiyi qərardaddan şikayət vermə müddətini gözləmədən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qərardadla birlikdə geri qaytarmışdır. O, pozulmuş hüquqlarının bərpa ediləcəyi ümidi ilə məhkəməyə müraciət edərkən hesab edirdi ki, hakimin Azərbaycan Respubliklası Konstitusiyasının 127-ci maddəsinin İİ bəndində yazıldığını kimi olacağına inanaraq ədalət ümüdi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-103/ 2020 saylı qərardadından verdiyi şikayəti təmin edərək, həmin qərardadı ləğv edib, mülki işə mahiyyəti üzrə baxılmasının təmin edilməsini, əks- halda şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsindən Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-103/ 2020 saylı qərardadını tam ləğv edib işə mahiyyəti üzrə baxılıb həll edilməsi üçün həmin məhkəməyə qaytarılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-103/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-103/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki iş materiallarının 34-cü səhifəsində olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı hal-hazırda iddia ərizəsinin geri qaytarılmasını, ərizənin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə İddiaçı tərəfindən imzalanmışdır. Lakin iddiaçı Balakən rayon Məhkəməsinin hakimi tərəfindən üzünü ona tutaraq iddia ərizəsini geri götürməyəcəyi təqdirdə iddia ərizəsini rədd edəcəyi barədə qətnamə çıxaracağını bildirməsi iş materialları ilə təsdiqini tapmır. Ona görə də kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-103/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-103/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar