Məhkəmə qərarları › İş №2(107)-1815/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1815/2021

23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1815/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktı qeydində düzəliş edilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(046)-882/2021 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 16 iyun 2021-ci il tarixli 2(046)-882/2021 nömrəli qətnaməsi ilə Ərizəçi 13 fevral 2019-cu il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş oğlu X7 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış 12 mart 2019-cu il tarixli 19 saylı doğum qeydinə və 24 fevral 2021-ci il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş qızı X8 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış 15 mart 2021-ci il tarixli 08 saylı doğum qeydinə düzəliş edilərək atalarının milliyyətinin “alman” yazılmasına düzəliş edilməsi barədə ərizəsi təmin təmin edilməmişdir. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 13 fevral 2019-cu il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş oğlu X7 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış, 12 mart 2019-cu il tarixli 19 saylı doğum qeydinə və 24 fevral 2021-ci il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş qızı X8 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış, 15 mart 2021-ci il tarixli 08 saylı doğum qeydinə düzəliş edilərək atalarının milliyyətinin “alman” yazılmasına düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ərizəçi ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 30 mart 2013-ci il tarixdə X9 ilə Maraqlı şəxsndə nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları - 13 fevral 2019-cu il tarixdə X11 və 24 fevral 2021-ci il tarixdə X12 anadan olmuşdur. X2 ana tərəfdən milliyətcə alman olmaqla özünün də alman millətinə mənsub olduğunu hesab edir. Lakin uşaqlarının doğum qeydlərində özünün milliyəti alman deyil, azərbaycanlı yazılmışdır. Uşaqlarının doğum qeydlərinə düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs uşaqlarının doğum qeydlərində atanın milliyyəti qrafasında onun milliyətinə düzəliş edilərək “alman” yazılmasının mümkün olmadığını bildirmiş və Qeydiyyat Şöbəsi ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıd qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X2 ana tərəfdən milliyətcə alman olmaqla o da alman millətinə mənsubdur. Lakin uşaqlarının doğum qeydlərində onun milləti alman deyil, azərbaycanlı yazılmışdır. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə əsaslanaraq onun ərizəsini təmin etməmişdir. Həmin bəndin tələbinə görə uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Doğum qeydindəki milliyət qeydi ilə razı olmadığından uşaqlarının doğum qeydlərində onların milliyətinin azərbaycanlı yazılması ilə də razılaşmır və bu hal mübahisəlidir. Milliyət-individual varlıqdır. Özünü ata nənəsi kimi alman hesab edir. Milli mənsubiyyətini qoruyub saxlamaq hüququndan istifadə etmək istəsə də, məhkəmə Konstitusiyada nəzərdə tutulan onun bu hüququndan istifadə etməsinə maneə yaradır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Səməd Soltanov izahatında apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Maraqlı şəxs rəisi Könül Məmmədova teleqram göndərərək hazırkı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: X3 surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. X1 milliyyəti azərbaycanlı, anası X5 milliyyəti ləzgi qeyd edilmişdir. Doğum haqqında arayışdan görünür ki, X9 30.03.1995-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Onun valideynlərinin milliyyəti azərbaycanlı qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 30.03.2013-cü il tarixdə nikah bağlamışlar. Doğum haqqında Şəhadətnamələrdən görünür ki, X11 13 fevral 2019-cu il tarixdə və X12 24 fevral 2021 -ci il tarixdə anadan olmuşdur. Ataları Ərizəçi, anaları X6r. Hər iki uşağın milliyəti azərbaycanlıdır. Doğum haqqında Şəhadətnamədən görünür ki, ərizəçinin X2 13 fevral 1954-cü il tarixdə Krasnoyarsk vilayətində anadan olmuşdur. Milliyyəti azərbaycanlıdır. Maraqlı şəxs tərəfindən verilmiş 19.03.2021-ci il tarixli məktubdan görünür ki, 12 mart 2019-cu il tarixdə Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunan 19 saylı və 15 mart 2021-ci il tarixdə Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunan 08 saylı doğum haqqında akt qeydlərində atanın milliyət qrafasında milliyətin “alman” yazılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin gerçək halı ondan ibarətdir ki, Ərizəçi ata nənəsinin alman millətindən olduğunu əsas gətirərək, azyaşlı uşaqlarının doğum aktı qeydində atalarının (yəni özünün) milliyətinin “alman” yazılmasını xahiş edir. Ərizəçi bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, 12 mart 2019-cu il tarixdə Göyçay Rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunan 19 saylı və 15 mart 2021-ci il tarixdə Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunan 08 saylı doğum haqqında akt qeydlərində atanın milliyət qrafasında milliyətin “alman” yazılmasının mümkün olmadığı ona bildirilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü qərarının 2.8.1-ci bəndində qeyd edilmişdir ki, öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublika sının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. Göründüyü kimi, Ərizəçi atasının anası X4 alman milliyyətinə mənsub olmasına baxmayaraq, ərizəçinin doğum haqqında şəhadətnaməsindən aydın olur ki, onun X1 milliyyəti azərbaycanlı, anası X5 milliyəti isə ləzgidir. Yuxarıda şərh olunan qanunvericiliyin tələblərinə görə “uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir.... Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir”. Ərizəçinin doğum haqqında şəhadətnaməsində onun atası Səməd Səmədovun milliyyəti “azərbaycanlı” kimi, anasının millliyəti isə “ləzgi” kimi müəyyən edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Ərizəçi azyaşlı uşaqlarının doğum aktında atalarının milliyyətinin alman yazılması barədə tələbi əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçıların bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(046)-882/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(046)-882/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar