Məhkəmə qərarları › İş №2(107)-1823/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1823/2020

16.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1823/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətdəki qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dövlət kadastrının və torpaq sahəsinə verilmiş Çıxarışın təkrar qeydiyyatının etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin altındakı mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-458/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Qax şəhəri, Azərbaycan küçəsində yerləşən, 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməkçi sahədən ibarət bir mərtəbəli, qeydi-yaşayış sahəsi binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan eni 420 sam, uzunu 10 m olan torpaq sahəsinin Cavabdeh Məhəmməd oğluna səhvən və təkrarən satılmasına, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair çıxarışın və kadastr qeydininn etibarsız hesab edilməsi yolu ilə mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsinin alıtındakı mülkiyyətindəki torpaq sahəsində aparılna özbaşına qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmaya dair tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda İddiaçı həmin tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh Məhəmməd oğlunun Qax şəhəri, zərbaycan küçəsində yerləşən mülkiyyətindəki 0.0294 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsini satmaq, bağışlamaq, girov qoymaq və notariat hərəkətlərinin aparılmasını qadağan etmək dövlət qeydiyyatını digər şəxslərin adına rəsmiləşdirməyi qadağan etmək və torpaq sahəsində tikinti aparılmasını cavabdehə qadağan edilməsini xahiş etmişdir. Həmin ərizədə İddiaçı göstərmişdir ki, onun Cavabdeh Məhəmməd oğluna qarşı iddia tələbinin təmin edilməsi üçün AR MPM-nin 158-ci maddəsinin tələbi qaydasında qeyd edilən şəxsin mülkiyyətinə təkrarən və səhvən verilmiş mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsini satmaq, bağışlamaq, girov qoymaq və notariat hərəkətlərinin aparılmasını qadağan etmək dövlət qeydiyyatını digər şəxslərin adına rəsmiləşdirməyi qadağan etmək və torpaq sahəsində tikinti aparılmasını cavabdehə qadağan edilməsi zərurəti yaranmışdır. Göstərdiklərini nəzərə alaraq 0.0294 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsini satmaq, bağışlamaq, girov qoymaq və notariat hərəkətlərinin aparılmasını qadağan etmək dövlət qeydiyyatını digər şəxslərin adına rəsmiləşdirməyi qadağan etmək və torpaq sahəsində tikinti aparılmasını cavabdehə qadağan edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-458/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh Məhəmməd oğlunun Qax şəhəri, zərbaycan küçəsində yerləşən mülkiyyətindəki 0.0294 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsini satmaq, bağışlamaq, girov qoymaq və notariat hərəkətlərinin aparılmasını qadağan etmək dövlət qeydiyyatını digər şəxslərin adına rəsmiləşdirməyi qadağan etmək və torpaq sahəsində tikinti aparılmasınının cavabdehə qadağa qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdehqərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, onun həmin qərardada öz etirazını bildirir və iddianın həqiqətə uyğun olmadığını ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq edir. Mübahisə predmeti olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq almışdır. Bu barədə rayon rəhbərliyi də tam məlumatlıdır və onların da müsbət rəyi əsasında inşaat işlərinə başlamışdır. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-458/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş edir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-458/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-458/2020 saylı qərardadı ləğv edilmədən saxlanılmış və Cavabdeh həmin qərardaddan verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-458/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-458/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia tələbi “Qax şəhəri, Azərbaycan küçəsində yerləşən, 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməkçi sahədən ibarət bir mərtəbəli, qeyri-yaşayış sahəsi binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan eni 3 metr, uzunu 10 m olan torpaq sahəsinin Cavabdeh səhvən və təkrarən satılmasına, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair çıxarışın və kadastr qeydininn etibarsız hesab edilməsi yolu ilə mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsinin altındakı mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması” ilə bağlıdır. Belə ki, iddianın təmini tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məqsəd baxımından əmlakın üzərinə o halda həbs qoyula bilər ki, həbs tətbiq edilməyəcəyi təqdirdə qətnamənin icrası qeyri-mümkün və ya çətin olsun. Əgər gələcəkdə iddia tələbi təmin olunarsa, qətnamə icraya yönəldilənə qədər cavabdeh həmin sözügedən daşınmaz əmlakı özgəninkiləşdirərsə və sözügedən qərardadda iddianın təmini tədbiri kimi göstərilmiş digər hərəkətləri həyata keçirərsə iddia təmin ediləcəyi təqdirdə qətnamənin icrası çətin olacaq və ya mümkün olmayacaqdır. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbirinin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Göründüyü kimi iddianın təmini tədbirləri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilməli və Cavabdeh Məhəmməd oğlunun Qax şəhəri, Azərbaycan küçəsində yerləşən mülkiyyətindəki 0.0294 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsini satmaq, bağışlamaq, girov qoymaq və notariat hərəkətlərinin aparılmasını qadağan etmək dövlət qeydiyyatını digər şəxslərin adına rəsmiləşdirməyi qadağan etmək və torpaq sahəsində tikinti aparılmasını cavabdehə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin158.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddiam təmin etmək haqqmda ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-458/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehtərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-458/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar