Məhkəmə qərarları › İş №2(107)-1828/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1828/2020

27.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1828/2020 27.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X13 məhkəmə iclas katibiyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X7, cavabdehlər Cavabdeh1 və X2, cavabdehlər tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Yaqublu Bələdiyyəsinin nümayəndəsi bələdiyyənin sədri X12 iştirakı ilə İddiaçı-nin Oğuz rayonu Yaqublu Bələdiyyəsi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və X3 torpaq sahəsindən istifadə edilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(054)-213/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN - 1319 (KOD 40510038) nömrəli X10 Hüququna dair Şəhadətnamə əsasında İddiaçı-nin müvəqqəti istifadəsində olan 30,0 hektar torpaq sahəsinin 0,5 hektardan ibarət hissəsinin Cavabdeh1, 1,5 hektardan ibarət hissəsinin isə Cavabdeh2 alınaraq İddiaçı-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı-nin icarəsində olan 30,0 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən maneə törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda, iddia ərizəsində cavabdeh X1 “Allahverdiyev” əvəzinə texniki səhv olaraq “Abdulhüseynov” kimi qeyd edilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində cavabdehlərin vəsatəti əsasında Oğuz rayonu Yaqublu Bələdiyyəsi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(054)-213/2020 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia təmin edilərək, Oğuz rayonu Top kəndi ərazisində yerləşən, Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, JN - 1319 (KOD 40510038) nömrəli X10 Hüququna dair Şəhadətnamə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti istifadəsində olan 30,0 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən maneə törədilməsi qadağan edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və X5 apelyasiya şikayəti vermişlər. İşin halları: İddia İddiaçı-nin qanuni təmsilçisi X11 tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Top Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 11 saylı qərarı əsasında xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsi ilə Oğuz rayonu Top Bələdiyyəsinə aid olan 30,0 hektar ərazi qoyunçuluğun inkişafı məqsədi ilə 25 il müddətinə İddiaçı-nin istifadəsinə verilmişdir. Qeyd olunan əraziyə dair İddiaçı-nin adına JN - 1319 (KOD 40510038) nömrəli X10 Hüququna dair Şəhadətnamə tərtib edilmişdir. Həmin ərazi o vaxtdan İddiaçı-nin qanuni istifadəsindədir. 2009-cu ildən sonra bəzi bələdiyyələrin ləğv edilməsi nəticəsindəOğuz rayonu Top Bələdiyyəsinə aid olan torpaq sahələri Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə keçmişdir. xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsi onun atası - həmin vaxt İddiaçı-nin qanuni təmsilçisi olmuş X6 arasında bağlanmış, atasının vəfatından sonra o özü İddiaçı-nin qanuni təmsilçisi olmuşdur.30,0 hektar torpaq sahəsinin 0,5 hektardan ibarət hissəsini Cavabdeh1, təxminən, 1,5 hektardan ibarət hissəsini isə Cavabdeh2 hasarlayaraq zəbt etdiklərinə görə o, əvvəlcə həmin torpaq sahələrinin cavabdehlərdən alınaraq İddiaçı-nə qaytarılması tələbi ilə məhkəməyə mrüaciət etmiş, hazırda isə qeyd olunan torpaq sahələri zəbtdən azad edilmişdir. 30,0 hektar ərazi hazırki vəziyyətdə də İddiaçınin qanuni istifadəsinə olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və X5 ona həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə maneçilik törədir, əkibbecərdiyi ərazidə biçin işləri aparmasına, həmçinin, qoyun-quzu otarılmasına imkan vermirlər. O, cavabdehlərdən qanunsuz hərəkətlərə son qoymalarını dəfələrlə xahiş etsə də, cavabdehlər ona məhəl qoymamışlar. Həmin ərazi bələdiyyə mülkiyyətinə aid olsa da, İddiaçı-nin qanuni istifadəsinə verilmiş torpaq sahəsi olduğundan cavabdehlərin qanunsuz hərəkətləri İddiaçı-nin qanuni təmsilçisi kimi bilavasitə onun mənafeyinə toxunur. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual hüquq normalarının tələblərini pozmaqla, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qətnamə qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Belə ki, mübahisə predmetinə aid olan, Oğuz rayonu Top kəndində yerləşən ərazi kənd camaatının örüş sahələri olmuşdr. Qeyd olunan ərazinin uzunmüddətli icarəyə verilməsi ilə bağlı müqavilə Top Bələdiyyəsi ilə X7 atası X6 arasında bağlanmış,X6 isə hazırda vəfat etmişdir. 30,0 hektar torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi ilə bağlı müqavilə Oğuz rayonu Yaqublu Bələdiyyəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. X4 həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir və kənd camaatının mal-qarasının örüş yerlərində otlamasına imkan vermir. Onlar mübahisə predmetinə aid olan ərazini çəpərləyərək əhatəyə alsalar da, X11 çəpəri söküb dağıtmışdır və hazırda həmin ərazinin ətarfı açıqdır. İddiaçı-nin uzunmüddətli istifadəsinə verilmiş ərazi kənd əhalisinin örüş yerləri olduğundan icarə müqaviləsinin predmeti də ola bilməzdi və hesab edir ki, hazırki iddianın predmetinə aid olan torpaq sahəsi İddiaçı-nin istifadəsinə qanunsuz olaraq verilmişdir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 2(054)-213/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə bələdiyyə arasında bağlanmış müvəqqəti istifadə ilə bağlı müqavilə qanunsuzdur. Belə ki, mübahisəli torpaq sahəsi kəndin əvvəlki bələdiyyəsi tərəfindən qanunsuz olaraq iddiaçının müvəqqəti istifadəsinə verilib. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apelyasiya şikayətini müdafiə edərək, sonda Oğuz Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Yaqublu Bələdiyyəsinin nümayəndəsi-bələdiyyənin sədri X14 şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X11 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi müvəqqəti istifadə müqaviləsi əsasında 25 il müddətinə onların istifadəsinə verilmişdir. Lakin cavabdeh tərəf müxtəlif vasitələrlə həmin torpaqdan isifadəyə maneəçilik törədir. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(054)-213/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İddiaçı ilə bələdiyyə arasında bağlanmış xx.xx.2001ci il tarixli 07 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 25 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.10-cu maddəsində qeyd olunmuşdur ki, icarəyəverənin, yəni bələdiyyənin icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində reyestr məlumatlarının həqiqiliyi, onlara güvənməklə əşya hüquqlarını vicdanlı əldə edən şəxsin qorunduğu açıqca təsbit olunmuşdur. Həmin maddələrə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.Yuxarıda göstərildiyi kimi, əşya üzərində vicdanlı üçüncü şəxsin mülkiyyət hüququ qazanması, ondan öncəki şəxs(lər)in hüququnu itirməsi deməkdir. Bu halda hüququnu itirən şəxs düşdüyü zərərin əvəzinin ona ödənilməsini tələb edə bilər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0, 4.0.1 və 4.0.11-ci maddələrinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək səlahiyyətləri vardır. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə kollegiyasının iclasında işin faktiki hallarından müəyyən edildi ki, mübahisə predmetinə aid olan 30,0 hektar torpaq sahəsinin Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə aid olması iş materialları ilə təsdiq edilmiş, işdə iştirak edən şəxslərdən hər hansı biri bu faktı mübahisələndirməmiş, eyni zamanda, həmin ərazinin hazırda mübahisələndirilən yerdə deyil, konfiqurasiya fərqi ilə digər ərazidə yerləşməsini iddia etməmişdir. Mübahisə predmetinə aid olan ərazi bələdiyyə mülkiyyətinə aid olmasına baxmayaraq həmin ərazi bələdiyyənin müvafiq qərarı və icarə müqaviləsi ilə iddiaçının uzunmüddətli istifadəsinə verildiyindən, qeyd olunan əraziyə dair İddiaçı-nin adına tərtib edilmiş JN - 1319 (KOD 40510038) nömrəli X10 Hüququna dair Şəhadətnamə hazırda da qüvvədə olduğundan məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə aid olan 30,0 hektar torpaq sahəsinə qanuni istifadə hüquqları mövcuddur. İddiaçının həmin torpaq sahəsindən sərbəst istifadə etməsinə cavabdehlər tərəfindən maneə törədilməsi həmin ərazinin qanuni istifadəçisi kimi hazırki iş üzrə iddiaçının qanunla qorunan mənafelərinə toxunulması ilə nəticələnmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq cavabdehlər hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, apelyasiya şikayətinin dəlilini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışlar. Cavabdehlərin izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(054)-213/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(054)-213/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar