Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1834/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 11 iyul 2021-ci il tаrixli, 2(063)-221/2021 nömrəli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 11 iyul 2021-ci il tаrixli, 2(063)-221/2021 nömrəli (hakim Çingiz İsgəndərov) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı1nə məxsus torpaq sahəsində özbaşına tikilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və zəbt olunmuş 0,074 ha torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. işin hаllаrı: İddiaçılar İddiaçı1 sədri X1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi yazaraq İddiaçı1 mülkiyyətində olan Cavabdeh tərəfindən zəbt edilmiş 0.074 ha torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş tikintinin daşdan tikilmiş hasarın) cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı1 sədri X1 iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ucar rayonu Bərgüşad kəndində yaşayan Cavabdeh heç bir icazə olmadan bələdiyyə mülkiyyətində olan 0,074 ha torpaq sahəsini daşdan tikilmiş hasara alaraq qanunsuz olaraq zəbt etmişdir. Bununla Cavabdeh həmçinin qonşusu İddiaçı2 həyətyanı sahəsinin suvarılması üçün çəkilmiş su bərəsinin qarşısını kəsmişdir. Nəticədə İddiaçı2 evinə və həyətinə gedən su tamamilə kəsilmişdir. Qanunsuz hərəkətlərinə son qoyulması özbaşına tikintinin sökülməsi və torpağın zəbtdən azad edilməsi barədə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmişdir. Mübahisənin məhkəməyədək həll edilməsi üçün aparılmış hərəkətlər nəticəsiz qalmışdır. Odur ki, İddiaçı1 mülkiyyətində olan Cavabdeh tərəfindən zəbt edilmiş 0,074 ha torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş tikintinin (daşdan tikilmiş hasarın) cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı2 iddiasını müdafiə edərək izahatında göstərdi ki, onun mülkiyyətində 0,61 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin torpaqdan o, 40 ildən yuxarıdır ki, istifadə edir. Sahədə qoruq yeri, meyvə ağacları və.s vardır. Onların həyətinə gələn su yolunun üzərində cavabdeh daş hasar tikdirmişdir. Son bir neçə ildir ki, həyətyanı torpaq sahəsində əkdikləri ağacları susuzluqdan yanmışdır. Cavabdeh onlardan 20 il bundan əvvəl bağlanmış yolun açılmasını istəyir. Əks halda ona su verməyəcəyini bildirir. Onun həyətinə gələn suda cavabdeh tikinti işləri aparmışdır. O, həmin su yolunun açılması barədə kənd bələdiyyəsinə, icra nümayəndəsinə xahiş etsə də, ona su verilməmişdir. Odur ki, cavabdeh tərəfindən zəbt edilmiş 0,074 ha torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh iddianı qəbul etməyərək ında göstərdi ki, 1998-ci ildə torpaq islahatı zamanı su yolunun keçdiyi torpaq ona verilmişdir. Həmin torpaq sahəsi onun qanuni torpaq sahəsidir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərdə də həmin ərazi onun torpaq sahəsi kimi göstərilmişdir. Orada bələdiyyənin torpaq sahəsi yoxdur. O heç kimə su yolu verməyəcək. Ona qarşı verilən iddia tam əsassızdır İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri və işdə iştirаk edən şəxslərin izаhаtlаrı Cavabdeh oğlu apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxıb qətnamə qəbul edərkən onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Həmin torpaq sahəsi onun qanuni torpaq sahəsidir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərdə də həmin ərazi onun torpaq sahəsi kimi göstərilmişdir. Odur ki, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini işə onun iştirakı olmadan baxılmasını və işə ədalətli baxılmasını xahiş etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 11 iyul 2021-ci il tаrixli, 2(063)-221/2021 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş İddiaçı1 tərəfindən verilmiş 18.04.2011-ci il tarixli, 23 saylı məktubdan görünür ki, Bərgüşad kənd sakini İddiaçı2 Səarəddin qızı ilə onun qonşusu Cavabdeh arasında olan mübahisəli su bərəsi keçən ərazi, yəni Cavabdeh həyətyani torpaq sahəsinə paralel keçən su bərəsinin ərazisi 0,074 ha bələdiyyə mülkiyyətinə məxsus olan torpaq sadəsidir. Bələdiyyə mülkiyyətinə məxsus olan həmin ərazi halhazırda Cavabdeh tərəfindən hasara alınaraq qeyri-qanuni zəbt olunmuşdur. Bununla da o, bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Dəfələrlə məlumat verilməsinə baxmayaraq, həmin torpaq sahəsini qanunsuz zəbtdən azad etməmişdir. İşə əlavə edilmiş Bərgüşad bələdiyyəsinin sədrinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ucar rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə Bərgüşad kənd sakini Cavabdeh həyətyanı torpaq sahəsinə baxış keçirilərkən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh qonşusu İddiaçı2 həyətyanı torpaq sahəsinə gedən su bərəsinin üstündə mişar daşından hörülmüş hasar tikdirməklə bələdiyyə mülk olan torpağı zəbt etmiş və həmin torpaq sahəsi Bərgüşad bələdiyyəsinin mülkiyyətinə aiddir. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ucar rayon şöbəsinin 05.07.2011 -ci il tarixli, 249 nömrəli məktubundan görünür ki, Cavabdeh qonşusu İddiaçı2 həyətyanı torpaq sahəsinə gedən su bərəsinin üstündə mişar daşından tikdirdiyi hasar Bərgüşad bələdiyyəsinin mülkiyyətinə olan torpaq sahəsində yerləşir. İşə əlavə olunmuş Torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi rayon Aqrar İslahat Komissiyasının 19.08.1998-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı2 mülkiyyətinə 6094,26 kv.m torpaq sahəsi verilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin mübahisəli hüquq münasibətləri üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Аzərbаycаn Respublikаsının Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (mad. 111. bənd 3). Beləliklə, işin yuxarıda müəyyən olunan hallarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Cavabdeh iddianın rədd edilməsi üçün nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına hər hansı bir təkzibolunmaz və şübhədən kənar sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin edərək hörülmüş daş hasarın Cavabdeh tərəfindən sökülməsi zəbt olunmuş 0,074 ha torpaq sahəsinin zəbtdən azad edilməsi qənaətinə düz gəlmişdir. Mülki Prosessual Məcəlləyə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (mad. 76). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (mad. 106.3). Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (mad. 218.1). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 11 iyul 2021-ci il tаrixli, 2(063)-221/2021 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 11 iyul 2021-ci il tаrixli, 2(063)-221/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1834/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1834/2021
13.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver