Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-184/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(033)-925/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN-265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0,43 ha torpaq sahəsi üzərində iddiaçıların hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/3 hissə olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1ində iddiaçılar və cavabdehin ümumi birgə mülkiyyətində 0,43 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə JN-265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı1 və Cavabdeh keçmiş ər-arvaddırlar. Onların nikahları xx.xx.2004-cü il tarixdə pozulmuşdur və ayrı yaşayırlar. Lakin Dövlət tərəfindən pay olaraq verilən və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdeh özü istifadə edir, iddiaçılara düşən hissədən də iddiaçılar istifadə edə bilmirlər. Torpaq sahəsi üzərində paylar məlum olmadığından iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Məqsədləri torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddiaçılar öz paylarını ayırmaq istəyirlər, lakin paylar müəyyən olunmadan bu mümkün deyildir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil məhkəməyə 23 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə müraciət edərək, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN-265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0,43 ha torpaq sahəsi üzərində, DƏDR-də xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydiyyata alınmış, reyestr nömrəsi **********19 olan, ünvan 1ində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.6709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində, DƏDR-də xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydiyyata alınmış, reyestr nömrəsi **********21 olan, ünvan 1ində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/3 hissə olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim: V.Məmmədov) 17 oktyabr 2023-cü il tarixli, 2(033)-925/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat tarixi 16 iyun 2023-cü il, qeydiyyat nömrəsi ********** və 16 iyun 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1ində yerləşən 0,6709 və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin payı bərabər yəni, 1/3 hissə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin eilməməsi, iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ünvan 1i ünvaında yerləşən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 0.6709 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tərəflərin ümumi birgə mülkiyyətlərindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, birgə mülkiyyətçilər arasında razılaşma əldə edilmədiyindən ünvan 1ində yerləşən 0,6709 və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyən edilməlidir və onların arasında hər hansı razılaşmada ayrı qayda nəzərdə tutulmadığı üçün hər bir mülkiyyətçiyə bərabər olaraq torpaq sahələrinin 1/3 hissəsi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi bununla yanaşı hesab etmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN265F KOD 40211018 saylı Şəhadətnamədə “X2” olaraq qeyd edilmiş şəxsin əslində İddiaçı1 olması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında baxdığı iş üzrə məhkəmə qətnaməsi olmadığından, bərabər pay hüquqlu üçüncü birgə mülkiyyətçinin kimliyi bəlli olmadan iddianın Cavabdeh və İddiaçı2 paylarının müəyyən edilməsi isə 0,43 ha torpaq sahəsinə dair hüquq sahiblərinin adlarının tam şəkildə göstərilməsini, bununla da hüquqların dövlət qeydiyyatını istisna etməklə, icrası mümkün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan iddia tələbi həmin torpaq sahəsinə birgə mülkiyyətçilərin paylı mülkiyyətinin müəyyən edilməsi hissəsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mübahisənin bu qaydada həll edilməsi Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamədə İddiaçı1 adının yanlışlıqla “X2” olaraq göstərilməsi, həmin sənədin əslində İddiaçı1 məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edildikdən sonra və həmin torpaq sahəsinə paylı mülkiyyətlərinin müəyyənləşdirilməsində razılaşma əldə edilməməsi halında, birgə mülkiyyətçilərin hər birinin müvafiq iddia ilə məhkəməyə müraciət etməsinə maneə deyil. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin rüsum xərci onların özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 213.2, 213.5 və 223.3-cü maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 14.2, 78.1, 77.1, 81, 88, 106.1, 218.1, 217.4 və 307.2.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qətnamənin təmin edilməyən hissəsindən narazıdırlar. Belə ki, qətnamədə məhkəmənin mövqeyi olaraq qeyd olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,43 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 2003-cü il 110 saylı qərarı ilə ayrıldığı qeyd edilsə də İcra Hakimiyyətinin Lahıc kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli 34 nömrəli qərarına istinad edilmişdir. Əvvəla məhkəmənin diqqətinə çatdırılır ki, qeyd olunan bu qərarların tarixlərinin və nömrələrinin işin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Lakin işə baxan və baxacaq məhkəməyə aydınlıq gətirmək üçün bildirmək istəyirlər ki, iddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən diqqətlə tədqiq olunduğu halda Aqrar İslahat Komissiyasının 2003 və 1996-cı il tarixli qərarlarının hansının hansı torpaq sahəsinə aid olduğunu aydınlaşdırmaq mümkündür. Həmin fakta aydınlıq gətirərək göstəririk ki, Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli 110 saylı qərarı ilə işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunmuş 0,43 ha torpaq sahəsinə aiddir, Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli 34 nömrəli qərarı isə işə əlavə edilmiş 0,6709 və 0,12 ha torpaq sahələrinə aid çıxarışlarda qeyd olunmuş torpaq sahələrinə aiddir və onlara aid olması məsələsi həmin torpaq sahələrinin işə əlavə edilmiş planı və ölçüsü sənədindən açıq-aydın görünür. Daha sonra məhkəmə iddianın təmin olunmayan hissəsini şəhadətnamədə İddiaçı1 adında “T” hərfinin olmamasını əsas gətirmişdir və belə bir fikir söyləmişdir ki, Əmirxanovanın adında şəhadətnamədə “T” hərfinin olmaması o deməkdir ki, şəhadətnamədəki torpaq sahəsinin iddiaçı Əminətə heç bir aidiyyatı yoxdur. Buna görə də şəhadətnamədə qeyd olunan 3 nəfərin həmin torpaq sahəsi üzərində payları müəyyən oluna bilməz. İddiaçılardan birinin adında “T” hərfinin olmaması səbəbindən məhkəmə torpaq sahəsində olan payları müəyyən etmir, deməli Əminətin “T”sı olmadığına görə İddiaçı2 da hüquqları məhkəmə tərəfindən pozulmalıdır. Bundan başqa məhkəmənin diqqətinə çatdırılır ki, işə əlavə edilmiş İddiaçı1 adında “T” hərfinin olmaması səbəbindən irəli gələn icra nümayəndəliyi və rayon İcra Hakimiyyəti başçısının müavininin təsdiqlədiyi arayışlar və aktlar ondan ötrü təsdiq olunmuşdur ki, həmin sənədlər əsasında DƏDRX Əminətin “T”sı olmadan da 0,6709 və 0,12 ha torpaq sahələrinə çıxarışları hazırlayıb vermişlər ona görə ki, həmin torpaq sahələrinə dair hüquqi sənəd ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri olmuşdur. Həmin sənədlər texniki sənədlər olduğundan həmin sənədlər əsasında reyestrdən çıxarış alındıqdan sonra mülkiyyət sənədləri hesab olunur. Lakin 0,43 ha torpaq sahəsinə dair sənəd isə ləğv olunmuş DT və XK tərəfindən hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədidir. Həmin şəhadətnamə mülkiyyət sənədi hesab olunur və məhkəmənin hazırda qəbul edəcəyi payların müəyyən olunmasına dair qətnaməsi əsasında hər üç torpaq sahəsinə yeni çıxarışlar veriləcəkdir. Bunları qeyd etməklə məhkəmənin diqqətinə çatdırılır ki, Əminətin “T”sını problem edərək sənəd verməkdən imtina edəsi hüquqi şəxs, yəni DƏDRX bir hərfin olmamasını problem etmir, imtina etmir, təqdim olunmuş akt və arayışlar əsasında Əminətin “T”sını düzəldərək Əminətə hüquqi sənəd verdiyi halda məhkəmə bürokratik əngəl yaradaraq hər hansı bir təşkilatın imtinası olmadığı halda, eyni zamanda Əminətin “T”sının olmaması digər iddiaçıya heç bir aidiyyatı olmadığı halda süni problem yaradaraq vətəndaşların hüquqlarını pozmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə öz mövqeyini bildirərkən hansı maddi hüquq normasına istinad etdiyini bildirməmiş, MPM-nin 88-ci maddəsində nəzərdə tutulan sübutlara tətbiq edilməli olan hüquq normaların müvafiq olaraq qiymət verməmişdir və hansı maddi hüquq normasına uyğun olaraq onun şəhadətnamədə qeyd olunmuş torpaq sahəsi üzərində payının müəyyən olunmasına dair iddianın rədd edildiyi qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən, qətnaməni əsassız hesab etmişdir. Qeyd olunanlara əsasən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-925/2023 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(033)- 925/2023 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçıların vəkili məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(033)-925/2023 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(033)-925/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(033)-925/2023 saylı qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ünvan 1i ünvaında yerləşən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 0.6709 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tərəflərin ümumi birgə mülkiyyətlərindədir. Kollegiya hesb edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamədə 0,43 ha torpaq sahəsinin Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ayrıldığı qeyd edilsə də, Zaqatala RİHB-ın Lahıc kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 17 may 2022-ci il tarixli aktda Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli 34 nömərli qərarına istinad edilmişdir. Beləliklə hazırda qüvvədə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamə ilə ünvan 1ində yerləşən 0,43 ha torpaq sahəsinin X2, Cavabdeh və İddiaçı2 birgə mülkiyyətində olduğu təsdiq edilir. İddiaçılar isə həmin sənəddə “X2” olaraq qeyd edilmiş şəxsin əslində İddiaçı1 olduğunu iddia etməklə həmin sənədin hüquq sahiblərinə dair məlumatlar bölməsini mübahisələndirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, birgə mülkiyyətçilər arasında razılaşma əldə edilmədiyindən ünvan 1ində yerləşən 0,6709 və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyən edilməlidir və onların arasında hər hansı razılaşmada ayrı qayda nəzərdə tutulmadığı üçün hər bir mülkiyyətçiyə bərabər olaraq torpaq sahələrinin 1/3 hissəsi müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamənin aid olduğu ünvan 1i ünvanında yerləşən 0,43 ha torpaq sahəsinin də onların cavabdehlə birgə mülkiyyətində olduğunu, həmin sənəddə İddiaçı1 adının yanlışlıqla “X2” olaraq göstərildiyini iddia etmişlər, həmin halın təsdiqi üçün Zaqatala RİHB-ın Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 iyun 2023-cü il tarixli arayışını və Zaqatala RİHB-ın Lahıc kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 17 may 2022-ci il tarixli aktın surətini təqdim etmişlər. Həmin sənədlərlə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış sənədlərdə qeyd olunan “X2” adının səhv olduğu və həmin adın “Əmirxanova (Bayramova) Əminət Aslanxan qızı” kimi yazılmalı olduğu göstərilmişdir. Halbuki Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamədə İddiaçı1 adının yanlışlıqla “X2” olaraq göstərilməsi, həmin sənədin əslində İddiaçı1 aid olması arayış və ya aktla təsdiq oluna bilməz. Belə ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması hansısa formada təsdiq edilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN265F KOD 40211018 saylı Şəhadətnamədə “X2” olaraq qeyd edilmiş şəxsin əslində İddiaçı1 olması və həmin sənədin ona məxsus olması müəyyən edilmədiyindən bərabər pay hüquqlu üçüncü birgə mülkiyyətçinin kimliyi bəlli olmadan iddianın Cavabdeh və İddiaçı2 paylarının müəyyən edilməsi isə 0,43 ha torpaq sahəsinə dair hüquq sahiblərinin adlarının tam şəkildə göstərilməsini, bununla da hüquqların dövlət qeydiyyatını istisna etməklə, icrası mümkün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan iddia tələbi həmin torpaq sahəsinə birgə mülkiyyətçilərin paylı mülkiyyətinin müəyyən edilməsi hissəsində təmin edilə bilməz. Daha sonra kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(033)-925/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(033)-925/2023 saylı qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə mübahisəlndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-184/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-184/2024
11.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver